Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-840/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Musayeva İradə Musa qızının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və Azad Nizami oğlu İmanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Musayeva İradə Musa qızının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı Musayeva İradə Musa qızı cavabdeh Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Musayeva İradə Musa qızına vurulmuş 4510 (dörd min beş yüz on) manat maddi ziyanın və 5000 (beş min) manat mənəvi zərərin əvəzi olaraq, cəmi 9510 (doqquz min beş yüz on) manat kompensasiyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 116,40 (bir yüz on altı manat, qırx qəpik) manat dövlət rüsumunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə Musayeva İradə Musa qızı yaşadığı mənzildə məişət işləri ilə məşğul olarkən sol əlini bıçaqla kəsib. İddiaçı dərhal X2 müraciət etmiş, həkimlərin müdaxiləsi ilə qanaxma tam dayandırılmış və ona sol əlinin vətərlərinin kəsildiyi və vətərlərin tikilməsi üçün cərrahiyyə əməliyyatına ehtiyac olduğu bildirilib. Yaranmış vəziyyət nəticəsində iddiaçının sol əli işlək olmayan vəziyyətə düşüb, iddiaçının tibbi ehtiyacı sol əlinin tam hərəkət edilməsi ilə bağlı olub. Bu məqsədlə iddiaçı həm X3, həm də digər dövlət və özəl xəstəxanalarında həkim qəbullarında olub, cərrahiyyə əməliyyatı nəticəsində onun sol əlinin əməliyyatdan sonra fəaliyyət funksiyasının bərpa edilib-edilməyəcəyi ilə maraqlanıb. Müraciət etdiyi həkimlər cərrahiyyə müdaxiləsini edə biləcəklərini bildirsələr də, əməliyyatın nəticəsində iddiaçının sol əlinin tam bərpa edilibedilməyəcəyi ilə bağlı hər hansı bir təminat verə bilməyəcəklərini qeyd ediblər. İddiaçının müraciət etdiyi tibb müəssisələrindən biri də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx Hospital”ı olub, müraciətindən sonra iddiaçı həmin hospitalın həkimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yönləndirilib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçını müayinə etdikdən sonra onu əməliyyat edə biləcəyini, vətər əməliyyatı üzrə ixtisaslaşdığını, çoxsaylı oxşar əməliyyatlar etdiyini və əməliyyatların uğurla bitdiyini, iddiaçının da əməliyyatının uğurlu olacağını bildirib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməliyyat üçün iddiaçı tərəfindən 1300 (bir min üç yüz) manat ödənişin edilməli olduğunu bildirib. İddiaçı əvvəl qəbulunda olmuş həkimlərdən heç birinin təminat vermədiyi halda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməliyyatın uğurla bitəcəyini, iddiaçının sol əlinin bərpa ediləcəyini bildirdiyindən, eyni zamanda əvvəl qəbulunda olmuş həkimlərdən fərqli olaraq əməliyyat üçün daha çox ödəniş tələb etdiyini və bunu işin keyfiyyətli olacağı ilə əlaqəli ola biləcəyi qənaətinə gəldiyindən iddiaçı cavabdehə məxsus hospitalda həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən əməliyyat olunmağa razılıq verib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx Hospital”ın rəsmi vebsəhifəsində plastik-estetik cərrah olaraq qeyd edilməklə hospitalın həkimlərindən biri kimi sıralanıb. İddiaçı tələb olunan 1300 (bir min üç yüz) manatın 100 (bir yüz) manatını “xxxx Hospital”ın qeydiyyat şöbəsində qan analizləri üçün ödəmiş, 1200 (bir min iki yüz) manatını isə nağd şəkildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verib. Müayinələrdən sonra iddiaçıya “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” diaqnozu qoyulub, ##.##.2024-cü il tarixdə xxxx Hospitalda həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ümumi anesteziya altında “Tennorrafiyya” cərrahiyyə əməliyyatı icra edilib. İddiaçı əməliyyatdan sonra ##.##.2024-cü il tarixdə evə buraxılıb və həkim məsləhətinə uyğun olaraq bir neçə gün sonra yenidən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qəbuluna gəlib. Müayinələrdən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, barmaqlarda tərpəniş var, evdə əllərini mütəmadi olaraq tərpətmək lazımdır. İddiaçı isə cavabında bildirmişdir ki, onun əli əməliyyatdan sonra gips sarğısındadır, bu vəziyyətdə barmaqları hərəkət etdirmək mümkün deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçını fizioterapiyaya yönləndirib, halbuki əməliyyatdan öncə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tələb olunan ödənişin yüksək olmasını əsaslandırarkən bildirib ki, digər həkimlərdən fərqli olaraq o iddiaçını əlavə ödənişli xidmətlərə yönləndirməyəcəkdir. Bir neçə gün fizioterapiyadan sonra barmaq və əldə heç bir hərəkətlilik yaranmayıb. Nəticə etibarilə əməliyyatdan öncə iddiaçıya onun barmağının və əlinin tam funksional vəziyyətdə olacağı ilə bağlı verilmiş vədə əməl edilməyib. Fizioterapiya heç bir nəticə vermədiyindən iddiaçı yenidən Cavabdeh Hospitala Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müayinəsinə gəlib, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının vətərinin yapışdığını, yenidən cərrahiyyə əməliyyatına ehtiyac olduğunu və ikinci əməliyyata gəlməli olduğunu bildirib. İddiaçı şifahi şəkildə narazılığını bildirərək ilkin olaraq ikinci əməliyyata razılıq verməyib, digər həkim Nicat Səttarova müraciət edib, həmin həkim vətərlərin əvvəldən yapışdığını, cərrahiyyə müdaxiləsinin zəruri olduğunu və əməliyyat edə biləcəyini bildirib. İddiaçı razılığını verərək yenidən Cavabdeh Hospitala gəlib, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci əməliyyatın pulunu geri istəyib, başqa bir həkim tapdığını və əməliyyatın həmin həkim tərəfindən icra ediləcəyini bildiribdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə cavabında birinci əməliyyatın pulunu geri verməyəcəyini, iddiaçının hansı tibb müəssisəsinə və ya həkimə müraciət etməsinə baxmayaraq, heç kimin onun qədər bu əməliyyatları bilmədiyini bildirib və ikinci dəfə ödənişsiz qaydada əməliyyat edəcəyini öz üzərinə götürüb. İddiaçı etirazını bildirib, birinci əməliyyatın uğursuz olduğunu qeyd edib, vəziyyətinin əməliyyatdan əvvəlki vəziyyətdən fərqlənmədiyini bildirib, narazılığını bildirmək üçün Cavabdeh Hospitalın direktorunun qəbuluna girib. Direktor iddiaçıya bildirib ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs artıq onun problemini tam şəkildə bilir, bir dəfə əməliyyat edib, öhdəliklərindən yayınmır, ikinci dəfə ödənişsiz şəkildə əməliyyat etməyə hazırdır. İkinci dəfə verilmiş vədlərə görə və ikinci əməliyyatı ödənişsiz olaraq etdiyindən iddiaçı ikinci cərrahiyyə əməliyyatına razılıq vermişdir. İddiaçıya “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II” səviyyəsində tam kəsilməsinə görə aparılan “tennorrafiya” (##.##.2024) cərrahi əməliyyatından sonrakı bükücü kontrakturası” diaqnozu qoyulub, ##.##.2024-cü il tarixdə ümumi anesteziya altında “yaranın təftişi, kontrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra həkimin məsləhətinə əsasən iddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 8 dəfə fizioterapiya xidmətləri alıb, bu xidmətlərə görə hər dəfəsinə 65 (altmış beş) manat olmaqla, cəmi 520 (beş yüz iyirmi) manat ödəniş edib. İkinci əməliyyatdan və intensiv fizioterapiyadan sonra iddiaçının sol əlinin funksionallığı bərpa olunmayıb, əməliyyatlardan əvvəlki vəziyyət müsbətə doğru dəyişməyib. İddiaçının həkimin qəbuluna düşmək cəhdləri uğursuz olub, onun ölkə xaricində olduğu bildirilib, ikinci əməliyyatdan sonra tikişlərin sökülməsi ləngiyib. İddiaçı hazırda da sol əlindəki IV və V barmaqlarını tərpədə bilmir, barmaqlar bükülmür, barmaqlarında və sol əlində davamlı ağrılar qalmaqdadır. İddiaçı ona “xxxx Hospital”-da səhv cərahiyyə əməliyyatı edilməsi ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsinə Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” public hüquqi şəxsindən ##.##.2024-cü il tarixli cavab məktubu daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, “müraciətinizdə qeyd olunan məsələnin araşdırılması məqsədilə “xxxx Hospital”-ın məsul şəxslərinin aidiyyatı üzrə rəsmi izahatı əldə edilmişdir. İzahatda məsul şəxs baş vermiş uyğunsuzluğun araşdırıldığını, nəticə etibarilə əmək funksiyasını pozduğu üçün plastik cərrah Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs töhmət verildiyini bildirmişdir.” İddiaçı eyni zamanda üzləşdiyi qanunsuz münasibətə müvafiq hüquqi qiymətin verilməsi üçün Nərimanov rayon prokurorluğuna da şikayət ərizəsi ilə müraciət etmişdir. Nərimanov rayon prokurorluğunun ##.##.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, iddiaçıya ona tibbi xidmətlə dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələnin mülki mühakimə icraatı qaydasında həll edilməli olduğu izah edilmişdir. İddiaçı cavabdehin hospitalında aparılmış cərrahiyyə əməliyyatı üçün ödəmiş olduğu 1300 (bir min üç yüz) manat, əməliyyatı etmiş həkimin yönləndirdiyi fizioterapiya xidmətləri üçün ödədiyi 520 (beş yüz iyirmi) manat, cəmi 1820 (bir min səkkiz yüz iyirmi manat) məbləğində pul vəsaitini ona vurulmuş real zərər, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək sol əlində yaranmış xəsarətin müalicəsi düzgün aparılmadığından, nəticədə sol əli tam hərəkətsiz qaldığından və əmək fəaliyyəti ilə məşğul ola bilmədiyindən ümumi 7 aylıq dövr (noyabr və dekabr 2024-cü il və yanvarmay 2025-ci il) üçün 2690 (iki min altı yüz doxsan) manat (345*2 ay=690 və 400*5=2000, 2000+690=2690) əldə çıxmış fayda formasına ziyan və yaranmış vəziyyətlə əlaqədar mənəvi iztirablar, əzab-əziyyət, mənəvi-psixoloji durumunun pisləşməsi, narahatlıq və nigarançılıq hissələri ilə yaşaması nəticəsində 5000 (beş min) manat mənəvi zərər kimi qiymətləndirir və cavabdehdən tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim vəkil2a) iddiaçı Musayeva İradə Musa qızının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) dəymiş maddi ziyanla bağlı 4510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin, dəymiş mənəvi ziyanla bağlı 5000 (beş min) manat məbləğində pul vəsaitinin, cəmi 9510 (doqquz min beş yüz on) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması barədə iddia tələbləri təmin edilməmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin qüsurlu tibbi xidmətin göstərilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbləri təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı Musayeva İradə Musa qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2 dəfə cərrahiyyə əməliyatı keçirmişdir. Əməliyyatlar nəticəsində əməliyyatdan öncə onun sağlamlığının bərpası baş vermədiyindən ona vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən normaya istinad etsə də, onu işin faktiki hallarına müvafiq qaydada düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində və məhkəmədə verdiyi izahatında ətraflı və detallı şəkildə bildirmişdir ki, cərrahiyyə əməliyyatını həyata keçirən həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməliyyatdan öncə ona iddiaçının əlində olan xəsarətin aradan qalxacağını və əlin öz funksiyasını bərpa edəcəyini bildirmişdir. Lakin birinci əməliyyatdan sonra əl bir müddət gips sarğısında qalmış, sonra iddiaçı fizioterapiyaya yönləndirilmişdir. Heç bir nəticə olmadığından, yəni xəsarətin olduğu əl öz funksionallığını bərpa etmədiyindən iddiaçı həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öz narazılığını bildirmiş, əməliyyat üçün ödədiyi pulu geri tələb edərək başqa bir həkim tərəfindən əməliyyat ediləcəyini qeyd etmişdir. Həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə ödənişi qaytarmaqdan imtina etmiş və iddiaçını ikinci dəfə heç bir ödəniş almadan əməliyyat edəcəyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı həqiqətən də birinci əməliyyatdan 40 gün sonra daha bir cərrahi əməliyyat keçirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş bu xüsusatları araşdırmaq əvəzinə iddiaçının həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə bağlı Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işinin rədd edilməsi haqqında qərara və həmin qərar qəbul edilməzdən öncə prokurorluq tərəfindən əldə edilmiş rəylərə istinad etməsi məhkəmənin işə qeyri-obyektiv və qərəzli baxdığını göstərmiş olur. Belə ki, həmin rəylərdə əməliyyat öncəsi tibbi protokollara əməl edildiyi nəticəsi öz əksini tapır. Lakin həmin rəylərdə baş tutmuş əməliyyatın tibbi cəhətdən düzgün aparılıbaparılmaması və iddiaçının əlinin funksionallığının bərpa edilib-edilmədiyi məsələlərinə ümumiyyətlə toxunulmur. Digər tərəfdən, cavabdeh yaxud işə üçüncü şəxs qismində cəlb edilmiş həkim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMnin 1112-ci maddəsinin tələbləri baxımından onlar tərəfindən iddiaçıya zərər vurulmadığını sübut etməli idilər. Lakin nəinki bunu edə bilmiş, hansı səbəbə heç bir ödəniş almadan iddiaçını ikinci dəfə əməliyyat edildiyini izah edə bilməmişlər. Cavabdehin nümayəndəsi bununla bağlı suala cavab verə bilməmiş, üçüncü şəxs isə məhkəmə iclaslarında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əlində funksionallığın bərpa edilibedilmədiyini və keçirilmiş cərrahiyyə əməliyyatlarının təsirini hazırkı icraat çərçivəsində müəyyən etməli idi. Bunun əvəzində məhkəmə prokurorluq tərəfindən aparılmış tamamilə başqa icraat gedişində toplanmış və hazırkı iddia tələbinə birbaşa aidiyyəti olmayan sənədlərə istinad etməklə iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, cərrahiyyə əməliyyatlarından öncə proqnoz, müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə iddiaçıya heç bir yazılı məlumat verilməyib. İddiaçı ilə cavabdeh arasında bağlanmış tibb xidməti müqaviləsində də bununla bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Halbuki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 25-ci maddəsi onu tələb edir ki, xəstəyə tibbi müdaxilədən əvvəl tibbi müdaxilənin özü, riskləri və s. barədə əvvəlcədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə formal olaraq qeyd edir ki, qüsurlu tibbi xidmətin göstərilməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbləri təmin edilməməlidir. Halbuki, məhkəmə tərəfindən istinad edilmiş iş materialları göstərilmiş tibbi xidmətin qüsurlu olubolmadığını müəyyən etməyə kifayət etmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının birinci əməliyyatdan sonra niyə qısa müddət sonra ödənişsiz qaydada ikinci cərrahiyyə əməliyyatına məruz qalması sualına cavab tapılmadı. Digər tərəfdən, müalicə müəssisəsində göstərilmiş tibbi xidmətin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olması barədə ##.##.2024-cü il tarixli rəy özü-özülüyündə məhkəmənin gəldiyi nəticə üçün kifayət edə bilməz. Birincisi, ümumi təlimatlara əməl edilməsi aparılmış cərrahiyyə əməliyyatının uğurlu olub-olmadığını, nəticə etibarilə göstərilmiş tibbi xidmətin keyfiyyətini müəyyən etməyə imkan vermir. İkincisi, qeyd edilən rəy iddiaçı tərəfindən irəli sürülən və cavabdeh tərəfindən təkzib edilməyən yaxud edilə bilməyən halları (ikinci cərrahiyyə əməliyyatını zəruri edən hallar, ikinci əməliyyatın ödənişsiz icra edilməsi, həkim tərəfindən fizioterapiyanın olmayacağı bildirildiyi halda iddiaçının fizioterapiyaya yönləndirilməsi və s.) inkar etmir. Birinci instansiya məhkəməsi göstərilmiş prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş dəlil və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə məhkəmə iclaslarında izahatlarını və həmin izahatlarda göstərilmiş xüsusatları qiymətləndirməmiş, onlara münasibət bildirmədiyi üçün faktiki sübut olaraq nəzərə almamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının xeyrinə şərh edilə biləcək sübutları kənarda saxlamış, istinad edilən normalarla tələb edilən qiymətləndirməni təmin etməmişdir. Məhkəmə tərəfindən Nərimanov rayon prokurorluğuna sorğu göndərilərək əldə edilmiş ##.##.2024-cü il tarixli, ****/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyini tədqiq etməmiş, həmin rəyi MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən işdə olan digər materiallarla müqayisəli şəkildə qiymələndirilməmiş, rəyə formal istinad etməklə işini bitmiş hesab etmişdir. Digər tərəfdən, şikayətin əvvəlki hissələrində qeyd edildiyi kimi rəyə istinad formal xarakter daşımışdır. Belə ki, qeyd edilmiş rəy heç bir halda iddiaçıya keyfiyyətsiz tibbi xidmətin göstərilmədiyini və iddiaçıya ziyanın vurulmadığını sübut etmir. Lakin məhkəmə işə baxarkən istinad edilmiş prosessual normaların tələblərinə əməl edilməsinə nail ola bilməmiş və nəticə etibarilə əsassız və qanunsuz qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tam araşdırma aparılmış, təqdim olunan sübutlara düzgün qiymət verilmiş, məhkəmə iclasları zamanı hər hansı bir prosessual tələblər pozulmamış, tərəflərin bərabərlik prinsipi əsasında ədalətli araşdırma aparılaraq düzgün, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsində də qeyd etmişdilər ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə cavabdeh olaraq iddiaçının səhhətinə, sağlamlığına hər hansısa formada ziyan vurmamışdır və iddiaçı öz ərizəsinə əlavə olaraq məhkəməyə ona zərərin vurulması ilə bağlı hər hansısa bir sübutedici sənəd təqdim etməyib. Halbuki, məhkəmə iddiaçının tələbi şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə bağlı mübahisə olduğundan ziyan vurulan yer üzrə məhkəmədə belə bir şəxsin hərəkətləri nəticəsində aldığı real zərərdir. Bu da itirilmiş bir mənfəət hesab edilə bilər. Zərərə gəldikdə, Azərbaycan Respublikası Prokurorluğu, AR Ali Məhkəmə və AR Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2001-ci il tarixli, ** saylı "Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları" haqqında əmrində göstərilir ki, tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülməlidir. Həmin zərərin müəyyən olunması müvafiq qaydalara uyğun insan səhhətinə ziyan və zədələmə müvafiq olaraq sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və (və ya) məhkəmə qaydasında müəyyən edilə bilər. Müvafiq komissiya zərərin əmələ gəlməsində tibb müəssisəsinin və onun əməkdaşlarının təqsirinin olub-olmamasını, peşə fəaliyyəti zamanı yol verilmiş nöqsanları araşdırır, Azərbaycan Respublikasının qanunvericiliyinə, tibbi yardım standartlarına və diaqnostikmüalicə üzrə protokollara əməl edilməsi vəziyyətinə qiymət verir. Sağlamlığa zərər tibb müəssisəsinin və onun əməkdaşının təqsiri üzündən vurulubsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yəni hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər o şərtlə ki, bunu təsdiq edən sənədlər qanunvericiliyə uyğun mövcud olsun. Lakin iddiaçının bu iddiası tam əsassızdır. Qeyd olunan şikayətilə bağlı vətəndaş aidiyyəti rayon Prokurorluğuna müraciət edərək, qeyd olunan həkim barəsində tədbir görülməsini xahiş etmişdir. Prokurorluqda şikayətə əsasən qanunvericiliyin tələblərinə əsasən tam araşdırma aparılmış, müvafiq sənədlərə hüquqi qiymət verilərək cinayət işinin başlanılması rədd edilmişdir. Qətnamədən verilən apellyasiya şikayəti əsaslandırılmayıb. İş üzrə Xətai Rayon Məhkəməsi tərəfindən bütün faktiki, həqiqi və hüquqi hallara düzgün qiymət verilərək əsaslı qərar qəbul edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Musayeva İradə Musa qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 41. İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərdir. Maddə 13. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş: bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir
Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək; həkim sirrinə əməl etmək; zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək; qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmək.
Maddə 19. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
13. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarında qeyd edilir ki, “...mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.”
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
19. «Cavabdeh ilə Musayeva İradə Musa qızı arasında bağlanılmış tibbi xidmət müqaviləsindən görünür ki, Musayeva İradə Musa qızına həkim cərrah Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən vətər əməliyyatı adlı tibbi xidmətin göstərilməsi tərəflər arasında razılaşdırılmışdır.
20. ##.##.2024-cü il tarixdə 50 manat və 65 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 65 manat pul vəsaiti Musayeva İradə Musa qızı tərəfindən “Rəhimə Atəş” fizioterapiya mərkəzinə ödənilmişdir.
21. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ##.##.2024-cü il tarixdə Cavabdeh MMC-nə məxsus tibbi müəssisəsinə “sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” diaqnozu ilə daxil olaraq, həmin müəssisədə həkim-cərrah Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən əməliyyat olunmuşdur. Daha sonra, o, yenidən ##.##.2024-cü il tarixdə hospitala daxil olmuş “sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxxnə” görə yenidən əməliyyat olunmuşdur.
22. İddiaçı sol əlinin barmaqlarında bükücü və açıcı vətərlərdə funksiya olmadığı üçün onunla bağlı keçirilən əməliyyatın qüsurlu olduğunu iddia edir, bu səbəbdən ona dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutulmasını xahiş edir.
23. ##.##.2024-cü il tarixli, ****/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyinin surətindən görünür ki, İradə Musayevanın mütəxəssis müayinəsi zamanı sol əlin IV-V barmaqlarında bükücü və açıcı vətərlərdə tam funksiyanın mövcud olmadığı müəyyən edilmişdir. Bu səviyyədə olan kəsiklərdə bu cür yapışmalar ola bilir. Əməliyyat taktikası düzgün olmuşdur. Hazırda IV-V barmaqlarda hərəkətlər tam deyil, bununla əlaqədar fizioterapiya və yapışmış vətərlərin (hərəkət yapışıqları) təmizlənməsi lazımdır: sonra isə erkən fizioterapiya tələb olunur. Qeyd edilən müalicə tədbirlərindən sonra təkrar müayinə etməklə sol əlində meydana çıxmış pozuntulara qiymət vermək olar. İradə Musayevaya müalicə müəssisəsində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.
24. Nərimanov rayon prokurorunun böyük köməkçisi Hamlet Hüseynovun ##.##.2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Musayeva İradə Musa qızının müraciəti əsasında izahatı alınmış Musayeva İradə Musa qızı göstərmişdir ki, ##.##.2024-cü il tarixdə yaşadığı evdə mətbəxdə iş gördüyü zaman sol əlini kəsmiş, ilkin tibbi yardımın göstərilməsi ilə bağlı X4 müraciət etmiş, orada ona tibbi yardım göstərildikdən sonra əlinə tikiş qoyan həkimlər mütləq cərrahiyyə əməliyatının aparılmasının vacibliyini bildirmişlər. Həmin vaxtı xxxx klinikasının həkimi Taleh Qasımovu məsləhət görmüşlər. Bundan sonra, o, ##.##.2024-cü il tarixdə xxxx hospitalın həkimi Taleh Qasımova müraciət etmiş, həkim ona sinir və vətər kəsiyi diaqnozu qoymuşdur. Taleh Qasımov əməliyyatı icra etməyi üzərinə götürmüş, əməliyyatın icra olunması üçün 1300 manata razılaşmışlar. X5 etdiyi əməliyyat uğursuz olduğundan ##.##.2024-cü il tarixdə ikinci dəfə onu əməliyyat etmişdir. Həmin həkim ona vətərinin qırıldığını və əməliyyatla birləşdirəcəyinə söz vermişdir. İkinci əməliyyat da uğursuz olmuşdur. Əməliyyatdan sonra dəfələrlə fizioterapiya seanslarına getmiş, hər hansı xeyri olmamışdır. Ümumilikdə bütün müalicələr üçün əməliyyatla birlikdə 4300 manat xərci çıxmışdır. O, Taleh Qasımov barədə tədbir görülüb əməllərinə hüquqi qiymət verilməsini və dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Həmin araşdırma çərçivəsində alınmış ##.##.2024-cü il tarixli, ****/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyinin surətindən görünür ki, Cavabdeh Klinikasında Musayeva İradə Musa qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, ##.##.2024cü tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Tenorrafiya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Cavabdeh Klinikasında Musayeva İradə Musa qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, ##.##.2024-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxxnə” görə aparılan tenorrafiya (##.##.2024) cərrahiyyə əməliyyatından sonrakı bükücü kontrakturası diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Yaranın təftişi, konstrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə buraxılmışdır. İradə Musayevanın mütəxəssis müayinəsi zamanı sol əlin IV-V barmaqlarında bükücü və açıcı vətərlərdə tam funksiya mövcud deyil. Bu səviyyədə olan kəsiklərdə bu cür yapışmalar ola bilir. Əməliyyat taktikası düzgün olmuşdur. Hazırda IV-V barmaqlarda hərəkətlər tam deyil, bununla əlaqədar fizioterapiya və yapışmış vətərlərin (hərəkət yapışıqları) təmizlənməsi lazımdır: sonra isə erkən fizioterapiya tələb olunur. Qeyd edilən müalicə tədbirlərindən sonra təkrar müayinə etməklə sol əlində meydana çıxmış pozuntulara qiymət vermək olar. İradə Musayevaya müalicə müəssisəsində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.
25. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmasına istinad etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
26. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
30. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (FİN: *******) ixtisası və ixtisas üzrə təhsili (diplomu); ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə həkim kimi fəaliyyət göstərmək hüququnun olub-olmaması, həmin tarix üzrə sertifikasiya imtahanından keçibkeçmədiyi, habelə həmin tarix üzrə praktiki tibbi fəaliyyətlə məşğul olmaq hüququnun olubolmaması, o cümlədən “sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” diaqnozu üzrə “tennorrafiyya” cərrahiyyə əməliyyatını və “sol əlin V barmağının bükücü vətərlərinin “Zon II” səviyyəsində tam kəsilməsinə görə aparılan “tennorrafiya” əməliyyatından sonrakı bükücü kontrakturası” diaqnozu üzrə “yaranın təftişi, kontrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” əməliyyatını həyata keçirmək üçün müvafiq ixtisas və səlahiyyətə malik olub-olmaması barədə məlumatların; “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” diaqnozunun qoyulması üçün ölkə üzrə tətbiq edilən müvafiq tibbi protokol və ya klinik protokollar (o cümlədən, diaqnostik meyarlar, laborator və instrumental göstəricilər); sözügedən diaqnoz əsasında “tennorrafiyya” və “yaranın təftişi, kontrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” əməliyyatlarının aparılmasına dair cərrahi protokollar, yəni əməliyyat üçün göstərişlər, hazırlıq mərhələləri, əməliyyatın icrası və sonrakı tibbi nəzarətə dair normativ sənədlərin təqdim edilməsini (əgər bu istiqamətdə qüvvədə olan milli protokollar mövcud deyilsə, beynəlxalq protokollara (məsələn, WHO, NICE, ATA və s.) istinadla istifadə edilən sənədlər barədə məlumat verilməsini və onların surətlərinin (əgər mümkündürsə) təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğular göndərilmişdir.
33. Həmçinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Musayeva İradə Musa qızı (FİN: *******) barəsində həyata keçirilmiş - ##.##.2024-cü il tarixdə “sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” diaqnozu üzrə “tennorrafiyya” cərrahiyyə əməliyyatı və ##.##.2024-cü il tarixdə “sol əlin V barmağının bükücü vətərlərinin “Zon II” səviyyəsində tam kəsilməsinə görə aparılan “tennorrafiya” əməliyyatından sonrakı bükücü kontrakturası” diaqnozu üzrə “yaranın təftişi, kontrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” əməliyyatı ilə bağlı tərtib olunmuş xəstəlik tarixçələrinin əslinin məhkəməyə təqdim edilməsi ilə bağlı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilmişdir.
34. Sorğunun cavabı olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəstəlik tarixçələri məhkəməyə təqdim edilmişdir.
35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş ## ### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasında praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin reyestrdə ******* nömrəli kod ilə qeydiyyata alınmış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Tibb Universitetində “Hərbi həkim” ixtisası üzrə baza ali tibb təhsili alması və ona ##.##.2002-ci il tarixli AB-İ seriyalı ****** nömrəli diplomun verilməsi, həmçinin Türkiyə Respublikasında Gülhanə Hərbi Tibb Akademiyasında “Plastik və rekonstruktiv cərrahiyyə” ixtisası üzrə uzmanlıq təhsili alması və ##.##.2015-ci il tarixli ****** nömrəli diplomun verilməsi barədə məlumat mövcuddur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmış və ona ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Plastik və rekonstruktiv cərrahiyyə” ixtisası üzrə **** nömrəli şəhadətnamə təqdim edilmişdir. Eyni zamanda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Plastik cərrahiyyə” ixtisası üzrə sertifikasiyadan keçmiş və ona ##.##.2023cü il tarixində verilmiş AH seriyalı ****** nömrəli sertifikasiya şəhadətnaməsi ##.##.2028-ci il tarixinədək qüvvədədir. Müraciətdə qeyd olunan əməliyyatın həyata keçirilməsi ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məktubu əlavədə təqdim olunur.
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş ## ### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubuna Taleh Qasımov ilə bağlı T.C Sağlık Bakanlığı uzmanlık belgesi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması ilə bağlı şəhadətnamə, sertifikasiya şəhadətnaməsi, diplom əlavə edilmişdir.
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ##### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda qeyd edilir ki, təqdim olunan sənəd iddiaçı Musayeva İradə Musa qızının vəkili vəkil3 tərəfindən cavabdeh Cavabdeh MMC barəsində Xətai Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixdə tərtib edilmiş iddia ərizəsidir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən 1986- cı il təvəllüdlü Musayeva İradə Musa qızı ##.##.2024-cü il tarixdə “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxx” diaqnozu ilə Cavabdeh Hospitala daxil olmuş və həmin tarixdə xəstənin üzərində “Tenorrafiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Vətəndaş İ.M.Musayeva ##.##.2024-cü il tarixdə hospitala təkrarən daxil olmuş və ona “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxxnə görə aparılan tenorrafiya (##.##.2024) cərrahiyyə əməliyyatından sonrakı bükücü kontrakturası” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Yaranın təftişi, kontrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Mütəxəssis müayinəsi zamanı (“Qələndər Klinikası”nın plastik və rekonstruktiv cərrahı, t.e.d., professor Vaqif Qələndər tərəfindən) “İradə Musayevada sol əlin IV-V barmaqlarında bükücü və açıcı vətərlərdə funksiyanın tam olmaması müəyyən olundu. Bununla əlaqədar fizioterapiya və yapışmış vətərlərin (hərəkət yapışıqları) təmizlənməsi lazımdır; sonra isə erkən fizioterapiya tələb olunur”. Qeyd edilən müalicə tədbirlərindən sonra təkrar müayinə etməklə xəstənin sol əlində meydana çıxmış pozuntulara qiymət vermək olar. Vətəndaş İ.M.Musayevanın Cavabdeh Klinikasında müayinə və müalicəsi zamanı tibb işçilərinin peşə sahəsində qanunsuz hərəkətlərinin olub-olmamasının araşdırılması məqsədilə Nərimanov rayon prokurorluğunun ##.##.2024-ci il tarixli qərarı ilə ilkin komisyon məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ##.##.2024-cü il tarixli “Ekspert Rəyi” tərtib edilərək Nərimanov rayon prokurorluğuna göndərilmişdir.
38. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ### 2026-cı il tarixli, **** nömrəli rəyində qeyd edilir ki, Cavabdeh Klinikasında İradə Musayevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2024-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon IIxxxx” diaqnozu düzgün təyin edilmişdir. İradə Musayevaya təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Tenorrafıya” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Cavabdeh Klinikasında İradə Musayevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2024-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol əlin V barmağının bükücü vətərlərinin “Zon II”xxxxnə görə aparılan tenorrafiya (##.##.2024) cərrahiyyə əməliyyatından sonrakı bükücü kontrakturası” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Yaranın təftişi, kontrakturanın ləğvi, vətər yapışıqlarının aradan qaldırılması, bükücü hərəkətlərin bərpası” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və ##.##.2024-cü il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır, İradə Musayevanın mütəxəssis müayinəsi zamanı sol əlin V barmağında bükücü və açıcı vətərlərdə tam funksiya mövcud deyil. Bu səviyyədə olan kəsiklərdə bu cür yapışmalar ola bilir. Əməliyyat taktikası düzgün olmuşdur. Hazırda V barmağın fleksion vəziyyətdən ekstansor vəziyyətə artrodez edilərək hərəkətsiz açılmağı əməliyyatı icra edilə bilər. Mövcud fleksion vəziyyət oynağa bağlıdır. İradə Musayevaya müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.
39. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir.
40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı sənəd iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilər. Rəy ilə cavabdeh müəssisə (həmçinin, əməliyyatı həyata keçirən həkimin) tərəfindən iddiaçıya hər hansı ziyan vurulması müəyyən edilmir.
41. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
42. Qanunvericiliyin tələbindən görünüyü kimi, zərərvuran olduğu iddia edilənin təqsiri üzündən zərər vurulmadığı sübuta yetirildikdə məsuliyyət aradan qalxır.
43. Ekspert rəyindən göründüyü kimi, iddiaçı ilə bağlı keçirilmiş əməliyyatda cavabdeh tibbi müəssisəsinin və əməliyyatı həyata keçirən həkimin təqsirinin olması müəyyən edilmir, bu səbəbdən iddia tələbinin təmin edilməsi üçün heç bir faktiki və hüquqi əsas yoxdur.
44. İddiaçı iddia tələbində ona dəymiş maddi ziyanla yanaşı mənəvi zərərin də ödənilməsini xahiş edir.
45. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, «Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** saylı qərarında göstərilmişdir ki, keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olubolmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir (Qərarın 4.73, 4.74-cü bəndləri).
46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından cavabdeh müəssisənin (həmçinin, əməliyyatı həyata keçirən həkimin) hər hansı təqsiri müəyyən edilmədiyi üçün iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallar qətnamənin ləğvinə əsas vermir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Musayeva İradə Musa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Azad İmanov