Məhkəmə qərarları › İş №2(3-6)-855/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-855/2026

15.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-855/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Işin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2025 qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadzadə küçəsi ev 25 (yeni qaydalara əsasən: AZ 1040, ünvan 1 430) ünvanda yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdır.

2. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu Rayon Sektoru tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehlər məcburi köçkün statusuna malik olmadığından onlar haqqında məlumat verilməsi imkanları xaricindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh cavabdeh4, cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər ##.##.1985-ci il təvəllüdlü cavabdeh2 (ş/v AA2477549), ##.##.1962-ci il təvəllüdlü cavabdeh4 (ş/v AA2758008), XX.XX.1959- cu il təvəllüdlü cavabdeh3 (ş/v AA5586890), ##.##.1985-ci il təvəllüdlü cavabdeh1 (ş/v AA1977110) və azyaşlı övladları ##.##.2009-cu il təvəllüdlü X1 (ş/v AA7192359), ##.##.2010-cu il təvəllüdlü X2 (ş/v AA7192358) öz əmlakları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ev 25 (yeni qaydalara əsasən: ünvan 1 430) ünvandan çıxarılmaları və mülkiyyətində olan binanın tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadzadə küçəsi ev 25 (yeni qaydalara əsasən: AZ 1040, ünvan 1 430) ünvanda yerləşən 405.10 kv.m sahədən ibarət qeyri-yaşayış binası və həmin qeyriyaşayış binasının yerləşdiyi 0,3158 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli, ##.##.2025 qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən mülkiyyətində olan qeyri-yaşayış binasına ##.##.2025-ci il tarixdə 005013051974-***** reyestr nömrəli Texniki Pasport tərtib edilərək ona təqdim edilmişdir. Göründüyü kimi həm torpaq sahəsi, həm də qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə ona məxsus olsa da hazırda cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Onlar bu günə kimi mülkiyyətində olan binada yaşayırlar və mülkiyyətdən çıxmaq fikirləri yoxdur. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan binanı boşaldıb təhvil verməsini bildirsə də, buna razılıq verilməmişdir. Nəticədə öz mülkiyyətindən məhrum olmuşdur. Çünki cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh3, cavabdeh1 və azyaşlı övladları ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2010-cu il təvəllüdlü X2 hazırda mülkiyyətindən çıxmırlar. Cavabdehlər Zəngilan rayonundan olduqları üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektoruna sorğu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon sektoru tərəfindən verilmiş *** №-li, ## ###### 2025-ci il tarixli arayışda cavabdehlərin məcburi köçkün satatusu olmadığından onlar haqqında məlumat verilməsinin imkan xaricində olduğu bildirilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbinin təmin edilməsi, cavabdehlər ##.##.1985-ci il təvəllüdlü cavabdeh2 (ş/v AA2477549), ##.##.1962-ci il təvəllüdlü cavabdeh4 (ş/v AA2758008), XX.XX.1959-cu il təvəllüdlü cavabdeh3 (ş/v AA5586890), ##.##.1985-ci il təvəllüdlü cavabdeh1 (ş/v AA1977110) və azyaşlı övladları ##.##.2009-cu il təvəllüdlü X1 (ş/v AA7192359), ##.##.2010-cu il təvəllüdlü X2 (ş/v AA7192358) öz əmlakları ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ev 25 (yeni qaydalara əsasən: ünvan 1 430) ünvandan çıxarılmaları və binanın tam boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cu maddəsinin İ hissəsinə, 29-cu maddəsinin III hissəsinə, 29-cu maddəsinin IV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 227, 233, 360cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin cavabdeh cavabdeh4 aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu onu deməyə əsas verir ki, cavabdeh4 həmin evi zəbt etməmişdir. Azərbaycan Respublikasının Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Hazırda reryesterin məzmunu qeyri-dəqiqdir. Həmin əmlakın hansı əsasla əldə olunması barədə iddiaçı tərəf məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh digər məhkəmədə bunu mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdeh qanunsuz sahiblik etməmişdir. Qanuni əsasla qeydiyyata düşərək həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 254.1.4-ci maddəsinə əsasən. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı işə baxılıb yekun qərar qəbul edilməyənədək hazırki işə baxıla bilməz. Ona görə də məhkəmə icraatı dayandırmalı idi. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Bildirir ki, Bakışəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadzadə küçəsiev 25 (yeni qaydalara əsasən: AZ 1040, ünvan 1 430) ünvanda yerləşən 405.10 kv.m sahədən ibarət qeyri-yaşayış binası və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,3158 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli, ##.##.2025 qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Göründüyü kimi, həmin sahə ##.##.2025-ci il tarixdən iddiaçının adına qeydiyyata alınmışdır. Hansı əsasla qeydiyyata alınması barədə heç bir məlumat yoxdur. Lakin cavabdeh4 və onun ailəsi 2000-ci ildən həmin evdə qeydiyyatda olmaqla yaşayır. Ümumiyyətlə cavabdehlər həmin evdə 1993-cü il tarixdən yaşayırlar. İddiaçı adlı şəxsi heç vaxt tanımamışlar. Ümumiyyətlə həmin şəxs heç vaxt həmin evə gəlməmiş və heç vaxt onları narahat etməmişdir. ##.##.2025 qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış aldıqdan sonra xəbərdar edilmədən məhkəməyə müraciət edir. Ümumiyyətlə hansı əsaslı çıxarış alması, onun çıxarış almağa hüququnun olub-olmaması barədə bildirdikləri məhkəmə tərəfindən aydınlaşdırırlmamışdır. Evin bütün komunal xidmətləri cavabdehin adına olmuş, iddiaçıın adına hər hansı bir qəbz və ya komunal xidmətlər müqaviləsi olmamışdır. Belə olan halda qeyri yaşayış sahəsini qanunsuz əldə etmişdir. Çıxarış dövlət tərəfindən qeydə alına bilər. Mülkiyətçi hüququ tanına bilər. Lakin çıxarışın hansı əsasla əldə edilməsi barədə olan sənədlərin qanuni əldə edilib edilməməsi aydınlaşdırılmamışdır. Bu əsasla Bakı Inzibati məhkəməsində çıxarışı mübahisələndirmək barədə iddia vermişdir. Iddia ərizəsinin məhkəməyə təqdim olunması ilə bağlı olan sübutu məhkəməyə təqdim etsə də, məhkəmə hazırki iş üzrə icraatı təzələməmişdir. Halbuki, bu günləri hazırki iddianın özülünü məhz həmin çıxarış təşkil edir. Həmin çıxarışı mübahisələndirdiyi üçün mülki iş üzrə icraat dayandırılmalı idi. Işə baxan birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Ümumiyyətlə iddia tələbi əsassızdır. Iddiaçı ümumiyyətlə həmin evi hansı əsasla və hansı tarixdə əldə etməsini məhkəməyə bildirməmişdir. Lakin 2025-ci il tarixli çıxarışı təqdim edir. Lakin cavabdehlər həmin evə 2000-ci ildən qeydiyyata alınaraq orada yaşamamışlar. Onların orada qanunsuz yaşamaları ilə bağlı heç bir sübut yoxdur. Cavabdehlər həmin evi zəbt etməmişlər. Məhkəmə bu baxımdan işi düzgün araşdırmamışdır. Çünki cavabdehlər qeydiyyata alınanda iddiaçının evlə bağlı hər hansı bir əsası yox idi. Ona görə də hazırda qeydiyyatda olduğu mənzildən çıarıla bilməz. Mənzil boşaldıla bilməz. Cavabdehlərin başqa yaşayış yeri yoxdur. Məhkəmə iş üzrə olan sübutları düzgün tədqiq etməmişdir. Çünki məhkəmə iddiaçı tərəfin sübutlarını qəbul etsə də, tam olmadığını bildirməmiş, natamam sübutlarla işə baxaraq əsassız qətnamə çıxarmışdır. Ümumuyyətlə hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Iddiaçınını iddası tam sübut edilmədən təmin edilmişdir. Iddiaçının təqdim etdiyi mötəbər sübut hesab etdiyi çıxarışın digər məhkəmədə mübahisələndirilməsinə Sabunçu rayon məhkəməsi əhəmiyyət verməmişdir. Ümumiyyətlə məhkəmənin qəbul etdiyi qətnamə və gəldiyi nəticəişin hallarına uyğun deyildir. Bu əsaslarla yalnız iddia rədd edlməli idi. Işdə olan sübutlar yenidən tam şəkildə apellyasiya baxışında yenidən arşadırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər tərəflər və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

12. 13-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. 29-cu maddəsinin III hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. 29-cu maddəsinin IV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh cavabdeh4 apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə cavabdeh cavabdeh4 aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Kollegiya qeyd edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

32. AR MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

33. Işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və hal-hazırda mənzildən cavabdehlər istifadə edirlər.

34. Iş materiallarında olan ********** qeydiyyat nömrəli, ##.##.2025 qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadzadə küçəsi ev 25 (yeni qaydalara əsasən: AZ 1040, ünvan 1 430) ünvanda yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdır.

35. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində dövlət reyestrinin məzmununun tamlığı və həqiqiliyi prezumpsiyası nəzərdə tutulmuşdur. Belə ki, əksi sübuta yetirilənə qədər, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, reyestrin məzmununun həqiqi olması ehtimal edilir.

36. Cavabdeh həm apellyasiya şikayətinin dəlili qismində, həm də elektron kabinet vasitəsilə təqdim etdiyi vəsatətdə həmin reyestrin həqiqi olmadığını qeyd edərək çıxarışın etibarsız hesab edilməsinə dair Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini və inzibati işin icraata qəbul edildiyini bildirməklə hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, icraatın dayandırılması ilə bağlı apellyasiya şikayətinin dəlili və eyni məzmunlu vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin

37. əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

38. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

39. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

40. Cavabdeh əqdin etibarsız hesab edilməli olmasını onunla əsasladırmışdır ki, 1993-cü ildən indiyədək həmin ünvanda yaşayır. 2022-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatındadır.

41. Kollegiya hesab edir ki, İddiaçı adına verilmiş ##.##.2025-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi üçün hazırki halda hər hansı əsas mövcud deyil. Mövcud vəziyyətdə iddiaçı mülkiyyətçi olmaqla mübahisəli mənzilə dair hüquqları mövcuddur. Cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən faktiki istifadə etməsi heç bir hüquqi əsasa söykənməməklə qanunsuzdur.

42. Bundan əlavə nəzərə alınmalıdır ki, icraatın dayandırılması məhkəmə icraatının müddətinin əhəmiyyətli dərəcədə uzadılmasına səbəb olur ki, bu da öz növbəsində şəxsin hüquqlarının məhkəmə müdafiəsi mexanizminin azalması və şəxsin “ağlabatan müddətdə” məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnə bilər. Belə ki, mənzilin mülkiyyətçisi iddiaçı İddiaçıdır. Hal-hazırda mənzil cavabdehlərin sahibliyində olmaqla, həmin mənzil üzərində onların sahibliyinin hüquqi əsası yoxdur. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal mövcud deyil. Odur ki, hazırda mübahisəli mənzildə olan cavabdehin oradan çıxmaması iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik törədir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar