Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-863/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, İddiaçı məxsus ünvan 1 ünvanındakı yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(008)-6478/2025 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini, həmçinin qərardaddan şikayət müddətinin ötürülməsinin üzrlü səbəblərlə bağlı olduğundan müddət bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6478/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 6478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardad ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixində qərardaddan şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(008)-6478/2025 saylı qərardadı ləğv edilməsini xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayət icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəyə səbəb olan yaşayış sahəsi – ünvan 2 ünvanında yerləşən tikili Sabunçu Bələdiyyəsi tərəfindən müvəkkilimin adına nikahdan əvvəl verilmiş və hazırda onun müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddələrinə görə nikaha daxil olanadək əldə edilmiş əmlak ər-arvadın ümumi mülkiyyəti deyil, ayrı mülkiyyəti hesab olunur. Deməli, iş ailə münasibətlərindən yox, sırf mülkiyyət hüququnun müdafiəsi kontekstində baxılmalıdır. Bu səbəbdən, “Mediasiya haqqında” Qanunun ailə münasibətlərinə aid edilən müddəalarının tətbiqi əsassızdır. Burada söhbət ümumi əmlakın bölgüsündən deyil, mülkiyyətçinin iradəsinə zidd olaraq onun mülkiyyətində olan əmlakdan qanunsuzistifadəyə son qoyulmasından gedir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 26.1.5-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Kollegiya qeyd edir ki, tərəflər arasında münasibətlər ailə hüquq münasibətlərindən irəli gəlir. Bu kateqoriya işlər üçün mediasiya mərhələsi məcburidir. İddiaçının mübahisənin mülki hüquq münasibəti olması barədə arqumenti sübutlarla təsdiq edilmədiyindən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı ünvan 1 ünvanındakı mənzilin nikah bağlanmazdan əvvəl əldə edildiyini, buna görə də birgə mülkiyyətdə olmadığını qeyd edir. Lakin qeyd edilən hal məhkəmə araşdırması zamanı qiymət veriləsi olduğundan iddiaçının gətirdiyi dəlil əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edilmədən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6478/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-863/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-863/2026
04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver