Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-891/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ismayılova X5 (X19, X6, X20, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 Şamil oğlu, X7, X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinə qarşı mülki iş (Açar̈sözlər:̈«qərarın̈ləğv̈edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ikram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə Ilahə Novruz qızının katibliyi, Iddiaçı Ismayılova X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Ismayılova X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: ##.##.2022-ci il tarixli üzvlük müqaviləsinə və kassa mədaxil orderi əsasən Ismayılova X5 ilə “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” Ictimai Birliyi arasında 1 il müddətinə üzvlük müqaviləsi bağlanıb, İddiaçı 100 manat üzvlük haqqı ödəyib.
2. "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" X32: - 2.1, 2.2-ci bəndlər: Birliyin əsas məqsədi keyfiyyətli turizm xidmətlərinin təşkilinin həyata keçirilməsində ibarətdir. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: Turizm sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək; Turizm sahəsində göstərilən xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmin sahədə çalışan şəxslərin peşəkarlığının təmin edilməsinə yardım göstərmək, müvafiq istiqamətdə beynəlxalq təcrubəni öyrənmək. - 5.11-5.13-cü bəndlər: Birliyin üzvü birliyin adına ləkə gətirən hərəkətlərə yol vedikdə; mütəmadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda; nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə üzvlükdən xaric edilir. Üzvlükdən çıxarılma Idarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. - 6.1-6.2-ci bəndlər: Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Ümumi yığıncaq Birliyin ali icra orqanı, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. - 6.4-cü bənd: Ümumi yığıncağın səlahiyyətləri sadalanmışdır. - 6.5-cü bənd: Ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. - 6.7-6.8-ci bəndlər: Birliyin fəaliyyətinə cari rəhbərliyi Idarə Heyəti həyata keçirir. Icra orqanı Idarə Heyətinin sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan Idarə Heyətidir. - 6.9-cü bənd: Idarə Heyətinin kollegial orqan olub səlahiyyətləri sadalanmışdır ki, onlardan da biri birlik üzvlüyünə qəbul və azad etmə məsələsidir. - 6.9-cü bənd: Idarə Heyətinin üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
3. "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin “idarə heyətinin ümumi yığıncağı” adlanan 10 nəfər üzvünün iştirakı ilə qəbul edilmiş # ######## 2023-cü il tarixli Qərara əsasən İddiaçı Ağakərim qızı Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Nizamnaməsinin 5.11-ci maddəsinin 1-ci bəndini pozduğuna görə Assosiasiya üzvlüyündən çıxarılması qərara alınmışdır.
4. ##.##.2022-ci il tarixli üzvlük müqaviləsinin 5.3-cü bəndinə əsasən üzvün fəaliyyəti Assosiasiyanı ləkələdikdə, onun nüfuzuna xələl gətirdikdə, üzv müqavilənin 3.2-ci bəndində göstərilən qaydada üzvlük haqqını ödəməyi gecikdirdikdə, üzv Assosiasiyanın Nizamnaməsində müəyyən edilmiş məqsədlərinə zidd hərəkətlər etdikdə idarə heyəti üzvün Assosiasiya üzvlüyünə xitam verə bilər.
5. Azərbaycan Respublikasının Dövlət X13 Ismayılovaya ünvanldığı ##.##.2023-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının fəaliyətinə nəzarət Azərbaycan Respublikasının “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar haqqında) haqqında” Qanununa əsasən həyata keçirilir. Həmin Qanunun 10.3-cü maddəsinə görə ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət vermə hüququna təminat verməlidir. Bununla əlaqədar olaraq Assosiasiyanın qərarından məhkəməyə müraciət edə bilər. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının “Turizm Haqqında” Qanununun 10.2-ci maddəsinə əsasən sertifikatlaşdırılmış turizm bələdçilərinin dövlət və bələdiyyə mülkiyyətində olan müzey və qalereyalara, həmçinin dövlət qoruqlarına ödənişsiz giriş hüququ vardır.
Birinci instansiya məhkəməsində icraat:
6. Iddiaçı Ismayılova X5 (X19, X6, X20, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 Şamil oğlu, X7, X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin üzvlüyündən çıxarılması haqqında həmin birliyin qərarının ləğv edilməsi, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı iddia tələbinin dəqiqləşləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin üzvlüyündən çıxarılması haqqında həmin X17 ümumi yığıncağının # ######## 2023-cü il tarixli qərarının ləğv edilməsi, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiada göstərilib ki, # #### 2022-ci il tarixində “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin (bundan sonra - cavabdeh) üzvlüyünə qəbul olunmuşdur (müvafiq sənədlər, müqavilə və qəbz, üzvlük kartının surəti əlavə edilir). Sonra ona məlum olmuşdur ki, o, həmin üzvlükdən çıxarılmışdır. Buna dair cavabdehin qərarının tarixi və nömrəsi ona məlum deyildir. Cavabdeh onun çoxsaylı yazılı müraciətlərinə baxmayaraq həmin qərarın surətini və onun barəsində məlumatı ona təqdim etməmişdir. Onun cavabdehin üzvlüyündən xaric edilməsi haqqında qərar qanunsuz və əsassızdır, cavabdehin Nizamnaməsinə ziddir. Həmin qərar ləğv edilməlidir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondları) haqqında" Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ictimai birliyə üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Cavabdehin Nizamnaməsinin 5.13-cü bəndinə əsasən cavabdehin üzvünün cavabdehin üzvlüyündən çıxarılma haqqında qərardan məhkəməyə şikayət etmək hüququ vardır. Cavabdehin # ######## 2023-cü il tarixli qərarında aşağıdakı uyğunsuzluqlar və pozuntular mövcuddur: Qərarın adında yazılıb ki, “Azərbaycan Turizm Bələdçiləri Assossiasiyası” X14 Heyətinin ümumi yığıncağının qərarı. Beləliklə, aydın deyil ki, bu qərar hansı orqan tərəfindən qəbul edilmişdir. Cavabdehin Nizamnaməsinin 5.13-cü bəndində isə qeyd olunmuşdur ki, üzvlükdən çıxarılma Idarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Həmin nizamnamənin 8.4-cü maddəsinə əsasən bu məsələ Ümumi yığıncağın səlahiyyətlərinə aid deyildir. Qərarın “Dinlənildi” bölməsində qeyd edilmişdir ki, Idarə Heyətinin sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, Idarə Heyətinin sədrinin müavini X4r. Tural Musayev isə qərarı Idarə Heyətinin sədri kimi imzalamışdır. Cavabdehin Nizamnaməsində qeyd olunmamışdır ki, Idarə Heyətinin qərarı yalnız sədr tərəfindən imzalanmalıdır. Belə olan halda hesab edir ki, qərarı iclasda iştirak etmiş Idarə Heyətinin üzvləri imzalamalıdırlar (yetərsay olduğu halda). Həmçinin, məlum deyil ki, # ######## 2023-cü il tarixli iclasda yetərsay olub-olmamışdır. Belə ki, həmin iclasda iştirak üçün gələn Idarə Heyətinin üzvlərinin qeydiyyatı aparılmamış, buna dair sənəd (həmin üzvlərin imzaları ilə qeydiyat vərəqəsi və ya analoji sənəd) tərtib edilməmişdir. Həmin qeydlər və imzalar qərarda da yoxdur. X8 qərarının, istər də Ümumi Yığıncağın qərarının Cavabdehin 2 təsisçisi tərəfindən imzalanması Cavabdehin Nizamnaməsi ilə də nəzərdə tutulmamışdır. Onun tərəfindən “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” Ictimai Birliyinin adına ləkə gətirən hərəkətlərə yol verilməmişdir. Qərarın “dinlənildi” bölməsində onun barəsində yazılmış bütün ifadələr həqiqəti əks etdirmir, hər hansı sübutla təsdiq edilmir, uydurmadır və böhtan xarakter daşıyır. Habelə, qərarda onun ata adı düzgün qeyd olunmamışdır – “Aga Kərim qızı” əvəzinə “Agakərim qızı” yazılmışdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı Lalə X24 iyul 2022-ci il tarixində "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin üzvlüyünə qəbul olunmuş, həmin Birliyinin «idarə heyətinin ümumi yığıncağının» adlanan # ######## 2023-cü il tarixli qərarı ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Nizamnaməsinin 5.11-ci maddəsinin 1-ci bəndini pozduğuna görə Assosiasiya üzvlüyündən çıxarılması qərara alınmışdır. Iddiaçı hazırda bu qərarın qanunsuzluğunu mübahisələndirir və bunu üzvlükdən çıxarılmanın Ümumi yığıncağın səlahiyyətlərinə aid olmaması, Idarə Heyətinin sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 olduğu halda qərarı Idarə Heyətinin sədrinin müavini X4 imzalaması, Idarə Heyətinin qərarını yalnız sədr tərəfindən imzalanmalı olması, yetərsay olduğu halda qərarı iclasda iştirak etmiş Idarə Heyətinin üzvləri imzalamalı olmaları, həmin iclasda iştirak üçün gələn Idarə Heyətinin üzvlərinin qeydiyyatının aparılmaması, Idarə Heyətinin qərarının, istərsə də Ümumi Yığıncağın qərarının cavabdehin 2 təsisçisi tərəfindən imzalanması Cavabdehin Nizamnaməsi ilə də nəzərdə tutulmaması, tərəfindən "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin adına ləkə gətirən hərəkətlərə yol verilməməsi, qərarda barəsində yazılmış bütün ifadələrin həqiqəti əks etdirməməsi, hər hansı sübutla təsdiq edilməməsi uydurma və böhtan xarakteri daşıması və ən nəhayəẗqərardäonun̈atäadının̈düzgün̈qeyd̈olunmaması̈ilə̈əsaslandırmışdır. "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" X32 əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır və Birliyin fəaliyyətinə cari rəhbərliyi Idarə Heyəti həyata keçirir. Idarə Heyətinin kollegial orqan səlahiyyətlərindən birinə də birlik üzvlüyünə̈qəbul̈və̈azad̈etmə̈daxildir. Həmçinin "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" X32 əsasən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin təsisçiləri X25 və X15maqla onlar da Idarə Heyətinin üzvləridirlər. Daha sonra müəyyən edilmişdir ki, Birliyin qanuni təmsilçisi Tural Musayev, idarə heyətinin sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 olmaqla onlarla yanaşı Nailə Islamova, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6,̈RüfəẗƏliyev,̈AsyäŞirəliyevə,̈Zəminə̈Rəsulova,̈X9̈Heytənin̈üzvləridirlər. Bundan başqa Nizamnaməyə əsasən Idarə Heyətinin üzvlərinin yarısından çoxu iştirak etdikdə̈səlahiyyətlïsayılır̈və̈qərarları̈sadə̈səs̈çoxluğüilə̈qəbul̈edilir. Beləliklə də müəyyən edilir ki, Nizamnaməyə əsasən Birliyin fəaliyyətində həm ali idarəetmə orqanı olan Ümumi Yığıncağın, həm də Birliyin fəaliyyətinə cari rəhbərliyi Idarə Heyəti həyatäkeçirilə̈bilər. Işin materiallarından görünür ki, iddiaçının üzvlükdən azad edilməsi məsələsi ilə bağlı # ######## 2023-cü̈il̈tarixdə̈qəbul̈edilmiş̈qərarı̈əslində̈Idarə̈Heyətinin̈qərarı̈olmuşdur. Həmin qərarın məhz Idarə Heyətinin qərarı olmasını iddiaçı da qəbul etmişdir və təsadüfi deyildir ki, o, "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" X32nin tələbləri baxımından üzvlükdən çıxarılmanın Idarə Heyətinin qərarı ilə həyata keçirilə bilindiyi üçün həmin qərardan Birliyin ali idarəetmə orqanı olan Ümumi Yığıncağa deyil, 1 il yarımdan sonra məhkəməyə şikayəẗetmək̈hüququndan̈istifadə̈etmişdir. Qeyd edilən qərarın "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin «idarə heyətinin ümumi yığıncağının qərarı» kimi qeyd edilməsinin texniki səhv (Idarə heyətinin qərarı olmasını) olmasını cavabdeh tərəf bildirmiş və məhkəmə yol verilən səhvi yanlışlıq olması kimi qəbul edir və bunu onunla əsaslandırır ki, qərarın məzmunundan da görünür ki, iclasda yalnız Idarə̈Heyətinin̈sədrïvə̈üzvlərïiştirak̈etmişlər. Beləliklə də, müəyyən edilmişdir ki, # ######## 2023-cü il tarixdə qəbul edilmiş qərar "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" X16 yığıncağının qərarı deyil, Idarə Heyətinin qərarı̈olmuş,̈iclasdäyetərsaÿolmuş̈və̈adları̈qeyd̈edilən̈şəxslər̈iştirak̈etmişlər. Bu hal qərarın məzmununda adları göstərilən şəxslərin müzakirələrdə iştirak edərək müzakirə̈predmetïüzrə̈öz̈fikirlərinïbildirməklərïilə̈də̈təsdiq̈olunur. Həmçinin, məhkəmə iclasında iştirak edən 3-cü şəxs kimi cəlb olunmuş X17 üzvləri də sözügedən iclasda iştirak etmələrini, qərar qəbul etmələrini, başqa sözlə yetərsayın da olmasını təsdiq̈etmişlər. Məhkəmə iddianın dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, Idarə Heyətinin sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 olduğu halda qərarı Idarə Heyətinin sədrinin müavini MusayevTural Samir oğlunun imzalaması qanunsuz olmamışdır. Belə ki, o, X17 sədr müavini və qanuni təmsilçisi olmaqla bu qərarı imzalaması belə qanunsuz hal sayıla bilməz. Belə ki, Idarə Heyətinin qərarının yalnız sədr tərəfindən̈imzalanmalı̈olması̈Birliyin̈Nizamnaməsində̈birbaşäolaraq̈nəzərdə̈tutulmamışdır. Daha sonra qərarı iclasda iştirak etmiş Idarə Heyətinin üzvlərinin imzalamalı olmaları, həmin iclasda iştirak üçün gələn Idarə Heyətinin üzvlərinin qeydiyyatının aparılması da Nizamnamədə̈nəzərdə̈tutulmamışdır. X8 qərarının, istər də Ümumi Yığıncağın qərarının cavabdehin 2 təsisçisi tərəfindən imzalanması Birliyinin Nizamnaməsi ilə nəzərdə tutulmasa da, bu halın mövcudluğu da qərarın qanunsuz̈sayılması̈üçün̈heç̈bir̈əsas̈vermir. Məhkəmə qərarda iddiaçının ata adı Aga Kərim qızı yazılmalı olmalı olduğu halda, Agakərim qızı kimi yazılmasını formal dəlil və texniki səhv kimi qiymətləndirir və hesab edir ki, bühalın̈mövcudluğüdäqərarın̈qanunsuz̈sayılması̈üçün̈əsas̈oläbilməz. Məhkəmə, iddiaçının dəlillərindən ən əsası olan tərəfindən "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin adına ləkə gətirən hərəkətlərə yol verilməməsi, qərarda barəsində yazılmış bütün ifadələrin həqiqəti əks etdirməməsi, hər hansı sübutla təsdiq edilməməsi, uydurma olmaqla, böhtan xarakter daşıması ilə bağlı qeyd edir ki, mübahisələndərilən qərarın qəbul edilməsinə əsas kimi iddiaçının xarici qonaqların qarşısına sərxoş halda çıxış etməsi, üzv olan bələdçilərlə qeyri etik kobud davranışlar etməsi, ünvanlarına təhqiramiz̈ifadələr̈işlətməsïgöstərilmişdir. Işin qeyd edilən halı cavabdeh tərəfin, üçüncü şəxslərin izahatları ilə yanaşı məhkəmədə tədqiq edilmiş votsap yazışmalarını və səs yazıları əks edilmiş diskin məzmunu ilə təsdiq edilir. Iddiaçı tərəf tədqiq edilmiş votsap yazışmalarını və səs yazılarının ona məxsus olmasını inkar etməmiş, bunları ona qarşı olan hərəkətlərin və təhqirlərin qarşılığında etməyini vurğulamış̈və̈büişdə̈özünühaqlı̈saymışdır. Iddiaçının qərarda göstərilənlərin əsassız olmasına dair izahatı özü- özlüyündə iddiasının əsaslı̈olması̈üçün̈yetərlïsübuẗkimïqəbul̈edilə̈bilməz. Belə ki, əvvəla, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarläyanaşı̈yoxlanılmalı̈və̈qiymətləndirilməlidir. Iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarlätəsdiq̈edilib̈əsaslandırılmalıdır. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərinïmüəyyən̈edən̈faktlarlävə̈hallarläəlaqədardır. Göstərilənlərə əsasən, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı barəsində qəbul edilmiş qərarın əsassız olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə̈təqdim̈etməmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaya olan mövqeyi ilə bağlı qeyd edir ki, iddianın əsassız olmasına dair təqdim edilən sübutlar (izahatlar, SD diskin məzmunu) iddiaçının bələdçi olaraq Birliyin adına ləkə gətirən və nizamnamə məqsədlərinə zidd hərəkətlərə yol verməsini təsdiq edir. Halbuki, "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının təmsilçilərinin davranış kodeksinə əsasən Assosiasiyasının üzvləri öz xidmətlərinin keyfiyyətinə görə məsuliyyət daşıyır və bələdçilik xidmətlərinin vaxtında və müştəri məmnuniyyətinə tam uyğun şəkildə göstərilməsinə təminat verirlər. Turizm bələdçiləri ev sahibi ölkənin nümayəndələri kimi ölkəni cəlbedicïturizm̈məkanı̈kimïtanıtmaq̈üçün̈əllərindən̈gələnïetməlidirlər. Həmçinin bu kodeksdə həm bələdçilər, həm də turistlər üçün Assosiasiya üzvlərinin binalarında və ya turizm məkanlarında spirtli içki və ya reseptsiz dərman qəbul etmək qəti qadağan olması, lakin iki istisnanın yəni, turistlər kafe və restoranlar kimi ictimai iaşə yerlərində münasib miqdarda spirtli içki qəbul edə bilmələri və həm turistlər, həm də bələdçilər şərab turları zamanı̈şərabın̈dadınäbaxäbilmələrïnəzərdə̈tutulmuşdur. Məhkəmə araşdırma zamanı cavabdeh tərəfin iddiaçıya qarşı hər hansı formada qərəzli və ayrı-seçkilik elemetnlərinin olması müəyyən edilməmiş, əksinə müəyyən edilmişdir ki, qəbul edilmiş qərar iddiaçının uzun müddət öz fəaliyyətində yol verilməsi müəyyən olunan nöqsanlarla əlaqədar olmuşdur. Tədqiq edilən səs və yazışmalardan da göründüyü kimi, ona olan iradlar məhz iş fəaliyyəti zamanı yol verilməz olmuş hallarla bağlı olmuş, sonuncu isə bu iradları tənqid kimi qəbul etməyərək bunlara yol verilməz, qeyri-etik ifadələrdən istifadə etməklə qarşılıq vermişdir. Iddiaçının fəaliyyəti dövründə içkili vəziyyətdə olmasına dair birbaşa sübutlar təqdim edilməsə də, məhkəmə işin araşdırılmış halları baxımından cavabdeh tərəfin bununla bağlı mövqeyinin qeyri səmimi olması qənaətinə gəlmir və hesab edir ki, bu hal mövcud olmadığı təqdirdə cavabdeh tərəfin iddiaçını məhz bu hərəkətləri ilə bağlı əsassız olaraq günahlandırması üçün̈heç̈bir̈əsası̈olmamışdır. Cavabdeh tərəfin təqdim etdiyi sübutlar əsasında iddiaçının Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvü, bələdçi, ən əsası ev sahibi ölkənin nümayəndəsi kimi ölkəyə gələn turistlərə göstərilən bələdçilik xidmətlərinin keyfiyyətlə həyata keçirən şəxs olmamasına dair dəlilləri inandırıcı olmaqla bu dəlillər işin araşdırılmış halları ilə tam uzlaşır. Buna görə də məhkəmə̈iddianın̈əsassız̈olması̈nəticəsinə̈gəlir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının “Turizm Haqqında” Qanununun 1.1.11-ci və “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar haqqında)” Azərbaycan Respublikası Qanununun 10.3 və 28-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı Ismayılova X5 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, o, # #### 2022-ci il tarixində “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin u zvlu yu nə qəbul olunmuşdur (mu vafiq sənədlər, mu qavilə və qəbz, u zvlu k kartının surəti iş materiallarında vardır). Sonra ona məlum olmuşdur ki, o, həmin u zvlu kdən çıxarılmışdır. Buna dair iddiaçıya rəsmi məlumat verilmədiyi üçün cavabdehin qərarının tarixi və nömrəsi ona məlum olmamışdır. Cavabdeh onun çoxsaylı yazılı müraciətlərinə baxmayaraq həmin qərarın surətini və onun barəsində məlumatı ona təqdim etməmişdir. Cavabdeh mübahisələndirilən qərarı yalnız ## ###### 2025-ci il tarixində məhkəməyə təqdim etmişdir. Həmin tarixə qədər qeyd olunan qərarın bu tu n go stəriciləri (tarix, mətnin məzmunu və s.) haqqında onun məlumatı olmamışdır. Cavabdehin ##.##.2023-cu il tarixli qərarında aşag ıdakı uyg unsuzluqlar və pozuntular mövcuddur: 1. Qərarın adında yazılıb ki, “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” X14 heyətin(in) ümumi yığıncağının qərarı. Aydın deyil ki, bu qərar hansı orqan tərəfindən qəbul edilmişdir. Cavabdehin Nizamnaməsinin 5.13-cu bəndində qeyd olunmuşdur ki, u zvlu kdən çıxarılmışdır. Cavabdehin Nizamnaməsinin 5.13-cu bəndində qeyd olunmuşdur ki, u zvlu kdən çıxarılma Idarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Həmin nizamnamənin 8.4-cu maddəsinə əsasən bu məsələ Ümumi Yığıncağın səlahiyyələrinə aid deyil. 2. Qərarın “Dinlənildi” bo lməsində qeyd edilmişdir ki, Idarə Heyətinin sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Əbdu rrəhman og lu, Idarə Heyətinin sədrinin mu avini X4 og ludur. Tural Musayev isə qərarı Idarə Heyətinin sədri kimi imzalamışdır. Cavabdehin Nizamnaməsində qeyd olunmamışdır ki, Idarə Heyətinin qərarını yalnız sədr tərəfindən imzalanmalıdır. Belə olan halda hesab edir ki, qərarı iclasda iştirak etmiş Idarə Heyətinin üzvləri imzalamalıdırlar (yetərsay olduğu halda). 3. Həmçinin # ######## 2023-cu il tarixli iclasda yetərsay olub-olmadığı məlum deyil. Belə ki, həmin iclasda iştirak u çu n gələn Idarə Heyətinin u zvlərinin qeydiyyatı aparılmamış, buna dair sənəd (həmin üzvlərin imzaları ilə qeydiyyat vərəqəsi və ya analoji sənəd) tərtib edilməmişdir. Həmin qeydlər və imzalar qərarda da yoxdur. 4. Ümumiyyətlə, iddiaçı “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” Ictimai Birliyindən çıxarılmasını ##.##.2023-cu ildə o yrənmişdir, yəni cavabdehin “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” Ictimai Birliyinin sədri əslində ##.##.2023-cu ildə deyil, ##.##.2023-cu ildə onun çıxarılması barədə qərar vermişdir. Buna dair su butlar səs yazıları, Whatsup yazışmaları onda olsa da, məhkəmə onlara qiymət verməmişdir. Belə olan halda, ##.##.2023-cü ildə necə iclas keçirilə bilərdi və qərar çıxarıla bilərdi? 5. X8 qərarının, istər da Ümumi Yıg ıncag ın qərarının cavabdehin təsisçisi tərəfindən imzalanması cavabdehin Nizamnaməsi ilə də nəzərdə tutulmamışdır. 6. Həmçinin, Idarə Heyətinin qərarında imzalar faksimile (mo hu rlu ) imzalara oxşayır, X26 imzası isə şu bhəlidir, onun o zu nə aid olması araşdırılmalıdır. 7. Qərarın “Dinlənildi” bo lməsində iddiaçının barəsində yazılmış bu tu n ifadələr həqiqəti əks etdirmir, hər hansı sübutla təsdiq edilmir, uydurmadır və böhtan xarakter daşıyır. Bundan başqa, iddiaçı tərəfindən “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” Ictimai Birliyinin adına ləkə gətirən hərəkətlərə yol verilməsinə dair iş materiallarında mo təbər su butlar yoxdur. Belə ki, bu hərəkətləri iddiaçının nə vaxt, harada, hansı tədbirdə etməsi ilə bağlı hər hansı sübut, o cümlədən fotoşəkil belə yoxdur. Bundan başqa, məhkəmə qanunsuz olaraq Şirəliyeva Asya Əlimo vsu m qızı, X6, X20, Ag ayev Cavad Şamil og lu, X7, X18, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 Əbdu rrəhman og lu, Əliyev Ru fət Azər og lu 3-cu şəxs qismində işə cəlb etmişdir. Bununla bag lı məhkəmə ayrıca qərardad da qəbul etməmişdir, halbuki onların izahatlarına istinad etmişdir. “Qeyri-ho kumət təşkilatları (ictimai birliklər və fondları) haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cu maddəsinə əsasən ictimai birliyə u zvlu yu nu n əldə edilməsi və u zvlu yə xitam verilməsi nizamnamə ilə mu əyyən edilir. Nizamnamə ictimai birliyin u zvlu yu nə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında iddiaçı Ismayılova X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
14. Işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası" Ictimai Birliyinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının “Turizm Haqqında” Qanunu:
Maddə 1.1.11. Turizm fəaliyyəti dedikdə turizm xidmətləri göstərən şəxslərin fəaliyyəti başa düşülür. Maddə 12. Turizm sənayesi subyektlərinin davranışının etik normalarını, mədəni rəftar və sağlam rəqabət qaydalarını müəyyən edən etik davranış kodeksləri dövlət turizm orqanı tərəfindən təsdiq olunur və mediada və dövlət turizm orqanının rəsmi internet saytında dərc edilir.
16. “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar haqqında)” Azərbaycan Respublikası Qanunu:
Maddə 10.3. Ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Maddə 28. Qeyri-hökümət təşkilatları qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. Işin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir. 28.Əvvəla, iddia tələbində göstərilən dəlillərlə, apellyasiya şikayətində göstərilən dəlillər eyni məzmunda olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə hərtərəfli və obyektiv hüquqi dəyərləndirmələr aparılmaqla düzgün nəticəyə gəlinib. Ancaq iddiaçı bu nəticə ilə razılaşmaq istəmir, iddiasında göstərdiyi dəlilləri apellyasiya şikayətində yenidən göstərməklə mövqeyinin haqlı olduğunu düşünür.
29. Bundan əlavə, iddiaçı bir tərəfdən Ictimai Birliyin üzvlüyündən çıxarılması barədə ona rəsmi məlumat verilmədiyini, digər tərəfdən isə çıxarılmanı hələ ##.##.2023-cü ildə öyrəndiyini, yəni Birliyin sədri əslində ##.##.2023-cu ildə deyil, ##.##.2023-cu ildə onun çıxarılması barədə qərar verdiyini göstərir. Ancaq məhkəməyə bu cür qərarın qəbul edildiyini bildiyi vaxtdan 2 il tamam olmasına 1 ay qalmış müraciət etməsinə dair isə ciddi arqument göstərmir. Başqa sözlə, hüququnun pozulduğunu bildiyi yaxud Birliyin üzvlüyündən çıxarılmanın onun mənafeyinə zərər vurduğunu görürdüsə 2 ilin tamam olmasına az qalmış bu cür iddia ilə məhkəməyə müraciət etməkdə hansı ciddi hüquqi marağının olduğunu açıqlamır.
30. Bundan başqa, iddiaçı şikayətində Birliyin üzvülüyündən çıxarılması ilə əlaqədar daha çox texniki xarakterli, Nizamnamədə göstərilən prosessual qaydaların pozulmasına istinad edir. Ancaq birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi həmin hallar şikayəti əsaslı, təmin edilməsini isə labüd edə bilməz. Çünki onun Birliyin üzvlüyündən çıxarılması sırf davranışı ilə bağlı olub.
31. Belə ki, şikayətində “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” Ictimai Birliyinin adına ləkə gətirən hərəkətlərə yol verilməsinə dair iş materiallarında mötəbər sübutlar, , o cümlədən bu hərəkətləri nə vaxt, harada, hansı tədbirdə etməsi ilə bağlı hər hansı sübut, o cümlədən fotoşəkil belə olmadığını göstərsə də əksinə birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi bu hallar cavabdehin və üçüncü şəxslərin izahatları, tədqiq edilmiş “votsap” yazışmaları və səs yazıları əks edilmiş diskin məzmunu ilə təsdiq edilib, üstəlik iddiaçı bu yazışmaların və səs yazılarının ona məxsus olmasını da inkar etməmiş, bunları ona qarşı olan hərəkətlərin və təhqirlərin qarşılığında etməyini vurğulayır və bu işdə özünu haqlı sayır. Demək ki, bu hallar da iddiaçının bələdçi olaraq Birliyin adına ləkə gətirən və Nizamnamə məqsədlərinə zidd hərəkətlərə yol verməsini təsdiq edir.
32. "Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının təmsilçilərinin davranış kodeksinə əsasən Assosiasiyasının üzvləri öz xidmətlərinin keyfiyyətinə görə məsuliyyət daşıyır və bələdçilik xidmətlərinin vaxtında və müştəri məmnuniyyətinə tam uyğun şəkildə göstərilməsinə təminat verirlər. Turizm bələdçiləri ev sahibi ölkənin nümayəndələri kimi ölkəni cəlbedici turizm məkanı kimi tanıtmaq üçün əllərindən gələni etməlidirlər. Lakin iddiaçı bu tələblərə riayət etmədiyindən iddiası və apellyasiya şikayəti də əsaslı ola bilməz.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.