Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-916/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Xasay qızına qarşı işi üzrə Açar sözlər: (“əmlakın bölünməsi”) hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdeh və cavabdehin nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** FJ *** dövlət qeydiyyat nişanlı “X2” minik avtomobilinin satışından əldə olunmuş 34000 mant pulun ½ hissəsi, yəni 17000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ##.##.1995-ci ildə rəsmi nikaha daxil olmuş, nikahları ##.##.2023-cü ildə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı cavabdeh X8 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi “ tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, X8 ilə birgə nikah dövründə əldə olunmuş, “X2” markalı, ** FJ *** dövlət nömrə nişanlı, “Hyundai İ-40” markalı, ** RH *** dövlət nömrə nişanlı avtomobillərə və Nardaran qəsəbəsi, Bağlar massivi 598 ünvanında yerləşən evə ½ payının tanınması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsi ##.##.2024 cü il tarixlı, e-*(***)-****/**** saylı qətnamə ilə iddianı qismən təmin edərək, yalnız Cavabdeh mülkiyyətində olan ** RH *** dövlət qeydiyyat nişanlı “Hyundai İ40” minik markalı avtomobilin ½ hissəsinə iddiaçı İddiaçı pay hüququ tanınmışdır. İddia qalan hissələrdə təmin edilməmişdir. Qətnamə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, 3-21-3 30/2-17792/2024 ************ nömrəli məktubundan görünür ki, Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-**/*- *****/**** nömrəli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı, “Hyundai İ40” markalı avtomobil ##.##.2018-ci il tarixidən X8 mülkiyyətinə hesabarayışına əsasən keçmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-**/*-*****/**** nömrəli məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əlavə edilmiş ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ** FJ *** dövlət qeydiyyat nişanlı “X2” markalı avtomobilini X8 5000 manata satmışdır. X8 isə mülkiyyətində olan ** FL *** dövlət qeydiyyat nişanlı “X2” markalı minik avtomobilini ##.##.2023-cü il tarixində 34000 manata X5. İddiaçı İddiaçı Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixlı, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ünvan 2 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv etmiş, iddiaçı İddiaçı Sabunçu Rayonu, Nardaran bağ massivi, 598 ünvanında yerləşən bağ evinə ½ pay hüququ tanımışdır. Bildirmək istəyir ki, ** FJ *** dövlət qeydiyyat nişanlı “X2” minik avtomobili tərəflərin birgə nigah dövründə əldə etdiyindən və məhkəmə prosesi gedən müddətdə satıldığından bu avtomobil də ½ payda bölünməlidir. Lakin birinci məhkəmə zamanı müəyyən edilmişdir ki, bu avtomobil artıq özgəninkiləşib, satılıb, ona görə də məhkəmə bu avtomobilin ½ hissəsində pay bölgüsünü müəyyən edə bilməmiş, apellyasiya məhkəməsində də qeyd edilmişdir ki, avtomobilin satışından əldə edilmiş 34000 manat ½ hissədə, yəni 17000 manat pul şəklində tələb edilməlidir.
2. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, eyni mövzu ilə işə baxılması qanuna uygun olmadığı üçün eyni müraciətlə baglı təkrar işə baxılmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən İddiaçı Mirzaağa oglu tərəfindən Hyundai Santafe **-FJ-*** markalı minik maşınının 34000 azn satılması və ½ hissənin tanınması barədə müraciət edilmiş və məhkəmə qərarı ilə rədd edilmişdir, eyni mövzu ilə apellyasiya məhkəməsinə müraciət etmiş, ##.##.2025-ci il tarixli qərar ilə müraciət qəbul edilməmişdir. Təkrar prosedur Ali Məhkəmə tərəfindən təsdiqlənmişdir. Bu müraciət bütün məhkəmə orqanlarının bütün distansiyalarından keçmişdir və rədd edilmişdir. Lakin buna baxmayaraq eyni mövzu ilə yenidən Sabunçu rayon məhkəməsinə müraciət edərək Hyundai Santafe **-FJ-*** markalı minik maşınının 34000 azn satılması və ½ pul tələbi ilə təkrar olaraq ##.##.2025-ci ildə təkrar müraciət edilmişdir.
3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş “HYUNDAI SANTAFE” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 34000 manat pulun ½ hissəsini təşkil edən 17000 manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3, 37.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ##.##.1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Eyni zamanda, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008) ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikah dövründə əldə etmiş olduğu cavabdeh Cavabdeh mülkiyyətində olan ** RH *** dövlət qeydiyyat nişanlı, Hyundai İ40 minik markalı avtomobilin ½ hissəsinə iddiaçı İddiaçı pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddia tələbinin ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobil cavabdeh X8 mülkiyyətinə birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edildiyi məlum olsa da, sonradan cavabdeh iddiaçı ilə faktiki ayrı yaşadığı dövrdə yəni ##.##.2023-cü il tarixdə sözügedən avtomobili özgəninkiləşdirmiş olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz. X8 ilə X5 arasında bağlanmış ##.##.2023-cü il alqı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobilini 34000 manata X5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamənin bu avtomobilə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsində də “HYUNDAI SANTAFE” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflərin birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edildiyi, habelə sonradan cavabdeh tərəfindən iddiaçı ilə faktiki ayrı yaşadığı dövrdə, yəni ##.##.2023-cü il tarixdə sözügedən avtomobilin 34000 manata X5 adına özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı birgə nikah dövründə əldə edilmiş “HYUNDAI SANTAFE” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 34000 manat pulun ½ hissəsini təşkil edən 17000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikah dövründə əldə edilmiş “HYUNDAI SANTAFE” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 34.000 manat pulun ½ hissəsini təşkil edən 17000 manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir: - ##.##.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, buraxılış ili 2013, rəngi qara, Ban: KMHSU81CDEU178177 olan “HYUNDAI SANTAFE” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sahibi X8 olmuş, sonuncu tərəfindən ##.##.2023-cü il tarixdə satılmışdır; - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə X8 arasında ##.##.1995-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və **** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008) ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikah dövründə əldə etmiş olduğu cavabdeh Cavabdeh mülkiyyətində olan ** RH *** dövlət qeydiyyat nişanlı, Hyundai İ40 minik markalı avtomobilin ½ hissəsinə iddiaçı İddiaçı pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi İddiaçı mülkiyyətində olan ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobilini X8 5000 manata satmışdır; - X8 ilə X5 arasında bağlanmış ##.##.2023-cü il alqı-satqı müqaviləsinə əsasən, X8 mülkiyyətində olan ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobilini 34000 manata X5. Həmin qətnamədən həmçinin görünür ki, iddia tələbinin ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobilin ½ hissəsinə iddiaçının pay hüququnun tanınması hissəsinə münasibət bildirərək qeyd edir ki, ** FJ *** dövlət qeydiyyat nişanlı, Hyundai Santafe markalı avtomobil cavabdeh X8 mülkiyyətinə birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edildiyi məlum olsa da, sonradan cavabdeh iddiaçı ilə faktiki ayrı yaşadığı dövrdə yəni ##.##.2023-cü il tarixdə sözügedən avtomobili özgəninkiləşdirmiş olduğundan iddia tələbi bu hissədə təmin edilə bilməz; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən, yəni ünvan 2 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə təmin olunması, ünvan 2 ünvanında yerləşən bağ evi üzərində iddiaçı İddiaçı ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə paylarının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 80000 manat borc pul və 299.55 manat dövlət rüsumunun tutularaq, iddiaçı X6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - ##.##.2021-ci il və ##.##.2021-ci il tarixli mədaxil orderlərindən görünür ki, 2000 manat və 4900 manat pul ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş və Sabunçu rayon Məhkməsinin e- 2(008)-5787/2025 ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbini rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 62; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 34.1, 36.1, 36.3, 37.1, 41.2; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il № */**** qərarına; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin pelnumunun ## ###### 2005-cü il tarixli * saylı qərarına; Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024 cü il № */**** saylı qərarına; Konstitusiya Məhkəməsinin 2021-ci il ## #### tarixli Qərarına; Azərbaycan Respublikasının MPM-nin 88ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdeh ilə ##.##.1995-ci ildə rəsmi nikaha daxil olmuşlar, aralarında olan mansibətlər tam korlandığına görə 2015-ci ilin mart ayından faktikin olaraq ayrılaraq ayrı yaşayırlar. Nikahları Nizami Rayon Məhkəməsinin ##.##.2023tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikah zamanı “X3” markalı 99 FJ989 nömrə nişanlı avtomobil və Hyunday İ-40 markalı, ** RH *** nömrə nişanlı avtomobil alınmışdır. Bu avtomobil Abuzərdən alınmış borca görə ona verilmişdir. Borcun bir hissəsi isə iddiaçının ölümcül xəstəliyinin müalicəsinə sərf olunmuşdur. Aralarınada bağlanmış ## ###### 2021-ci il tarixdə borc müqaviləsinə əsasən 115000 manat məbləğində pul vəsaitini mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alan”a verməyi, “Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verən”ə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə yaranmış borcun tutulmasına dair iddia tələbinə Bakı şəhəri Sabunçu rayon məhkəməsində baxılmış və iddia tələbi təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş ##.##.2020-ci il tarixli, 4Ə/*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə tərtib edilmiş notariat işindən görünür ki, İddiaçı Mirzəağa oğlu Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 41 (Yeni qaydalarla: AZ1025, ünvan 1) ünvanında yerləşən mənzili 103000 manata Ovchinnikova İnnaya satmışdır. Göründüyü kimi birgə nikah dövründə əldə olunmuş mənzil məhz birgə nikah dövründə satılmış və satışdan əldə olunmuş pulun ondan gizli olaraq, razılığı olmadan 55000 ABŞ dollarını özü və tanışları vasitəsi ilə WESTERN UNİON vasitəsi ilə xarici banklara köçürmüşdür. Həmin məbləğin cavabdehin adından müxtəlif şəslərə köçürülməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmiş, həmdə məhkəmə hazırlıq iclası zamanı təqdim edilmişdir. Lakin məhkəmə bu subutları tam,hərtərəfli və obyektiv qiymətləndirməmişdir. İddiaçı ilə ailə qurduğu vaxtdan indiyə kimi heç bir yerdə işləməmiş, bir qəpik də olsun gəlir gətirməmişdir. Birgə yaşayış dövründə əldə edilmiş X1 markalı ** FJ *** nömrə nişanlı avtomobil hələ birgə yaşadığı zaman nəvəsini Sumqayıt şəhərində yaşayan qızıgilə aparanda yolda motoru dağılıb xarab olmuşdur. Təmir etməyə pulu olmadığından yarı qiymətə satmışdır. Həmin avtomobilin satışından əldə olunmuş pulu isə iddiaçinın ürək cərahiyyəsi və uzun sürən müalicələrinə xərclənmişdir. ##.##.2021-ci il tarixdə 2000 manat Medistilye Hospital, ##.##.2021-ci ildə 4.900 manat Avrasiya Hospitala, ##.##.2021-ci ildə 5000 manat Zəfəran Hospitala və sairə xərclənmişdir. Rəsmi ödəniş qəbzlərini Sabunçu rayon Məhkəməsində işə baxılan zaman məhkəməyə təqdim etmişdir. İddaiçı noyabr 2021-ci ildə pnevmaniyadan yataq xəstəsi olmuş, müalicəsində 3500 manat, fevral 2022-ci ildə isə insult keçrmişdir.4500 manat xərclənmişdir.Dörd aydan yuxarı yataq xəstəsi olmuş və onun şəxsi müalicəsinə 10000 manatdan çox pul xərclənmişdir. Özü heç bir vaxt işləməmiş, xəstə olduğu zaman o da onun qulluğunda olmaqla işləyə bilməzdi. Aralarında yaranmış narazılığa görə 2022-ci ilin mart ayından artıq ayrı yaşayırlar. Bütün münasibətləri kəsilmişdir. Məhkəmə əsassız olaraq belə bir nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə işdə olan subutlara deyil özünün şəxsi niyyətindən, marağından irəli gələn heç bir subuta əsaslanmayan söz yığınından ibarətdir. İşə təqdim etdiyi subutlardan da açıq-aydın göründüyü kimi keçmiş əri İddiaçı stasionar müalicəsi üçün 20000 manatdan artıq pul xərclənmişdir. Bu pul isə Abuzərovdan aldığı borc vəsaiti hesabına ödənilmişdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il № */**** qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməmiş, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməmişdir. Onun tərəfindən həmin bağ sahəsinin ümumi vəsait hesabına əldə etmədiyinə dair subutlarının heç birini qəbul etməməsinin səbəblərini qətnamədə göstərməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndini göstərsə belə onun tərəfindən verilmiş subutlara, yəni mübahisəli bağ sahəsinin birgə gəlilər hesabına alınmadığına dair əsaslı dəlillərinə heç bir qiymət belə verməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edilərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmalıdır. Iddia tələbini qismən təmin edən məhkəmə Ali Məhkəmənin bu töfsiyyəsinə ümumiyyətlə riayət etməmiş, yalnız şəxsi mənafeyi baxımından işə yanaşmış və qanunsuz, əsassız və sifarişli qətnamə çıxarmışdır. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 6.19. Paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir. İfadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, şikayətin dəlillərini müdafiə etməklə avtomobilin onun qazancı ilə alındığını, satışından əldə olunan gəliri isə cavabdehin sağlamlığı üçün aldığı borc pulların qaytarılmasına sərf etdiyini bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsi tərəfindən əmlakın birgə nikah dövründə əldə edilməsi nəzərə alınsa da, çəkilən xərclərin nəzərə alınmadığını qeyd etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, cavabdehin verdiyi şikayət əsassızdır, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, birgə nikah dövründə əldə edilmiş “HYUNDAI SANTAFE” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 34000 manat pulun ½ hissəsini təşkil edən 17000 manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən əsasən: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
12. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** saylı qərarına əsasən: 3.3. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.6. Əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il ## #### tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2- ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi və faktiki əsası müəyyən olunmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisə predmetini təşkil edən “X2” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqısı birgə nikah dövründə olmuşdur. Cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaitin borca sərf edildiyini qeyd etmiş, lakin borca görə xərclərin bölünməsi tələbi hazırki icraatın predmeti olmadığından, cavabdehin özünün apellyasiya şikayətində göstərdiyi kimi 2022-ci ilin mart ayından artıq ayrı yaşadıqlarından bu halın ailə xərclərinə aid edilməsi, habelə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əmlakın birgə nikah dövründə əldə edilməsi müəyyən edilərək iddia edilən məsələyə qiymət verildiyindən birinci instansiya məhkəməsi tərəfindən fərqli qənaətin qət edilməsi mülki prosessual tələblər baxımından yolverilməz olmuşdur. Qeyd edilməlidir ki, cavabdehin dəlilinin əsasını borcun ödənilməsinə görə əmlakın satılması təşkil edir, lakin ər-arvadın ümumi borclarının müəyyən edilməsi barədə qarşılıqlı tələb irəli sürməsə də, cavabdeh bu tələbi ayrıca icraat müstəvisində irəli sürmək hüququna malikdir.
15. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.