Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-932/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bayramov İsrafil Abbas oğlu cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə pul vəsaitinin ödənilməsi və əşyaların təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı “borc vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə pul vəsaitinin ödənilməsi və əşyaların təhvil verilməsi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2, onun nümayəndəsi və vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakı ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bayramov İsrafil Abbas oğlu cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə pul vəsaitinin ödənilməsi və əşyaların təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı “borc vəsaitinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış ******* nömrəli, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər cavabdeh2 50.000 manat pul vəsaitinin və cavabdeh1 62.000 manat, cavabdehlərdən müştərək qaydada vəkilə ödənilən 520 manat vəsaitin və 402 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, 1 ədəd Samovar qədimi 18 əsrin hədiyyəsi 3 litr, 1 ədəd Samovar qədimi 18 əsrin sonunun hədiyyəsi, 3 ədəd Su mis Kuvşin 1.5 litr qədim 18-19 əsr, 6 ədəd Su mis kuvşin 1 litr 18-19 əsr, 6 ədəd qədim fincan gümüş 18-19 əsr, 6 ədəd Mis qazanlar böyük 18-19 əsr, 2 ədəd qızıl çay qaşığı 18-19 əsr, 24 ədəd Gümüş qaşıqlar dəsti qədim 18- 19 əsr, 24 ədəd Gümüş qədim bıçaqlar 18-19 əsr, 24 ədəd Gümüş nəlbəki qədimi 18-19 əsr, 4 ədəd Nerjoveyka qazanlar komplekti, 6 ədəd Aliminium qazanlar, 1 ədəd Termos nerjoveyka 3 litr, 1 ədəd Termos nerjaveyka 1 litr, 3 ədəd qədim 18 əsrə aid xalça 2x2, 2 ədəd qədim 19 əsrə aid xalça 1.5x2, 4 ədəd xalça Türkiyə 3x5 1990-cı il, 3 ədəd xalça İran 3x5 1990-cı il, 60 ədəd armudu stəkan, 60 ədəd nəlbəki, 60 ədəd xrustal stəkan, 8 ədəd fincan mis 1 litr 18-19 əsr, 4 ədəd servis 24-lük Almaniya 1990, 2 ədəd cehiz obedn 12-lik Almaniya 1990, 2 ədəd servis cehizçaynı 6-lıq Almaniya 1990, 2 ədəd madonna servis komplekti 12 dəst 1985, 4 ədəd Karacanın qazan dəsti, 4 ədəd xörək qaşıqları komplekt 6lıq, 4 ədəd çay qaşıqları komplekt 6-lıq, 4 ədəd bıçaqlar komplekt 6-lıq, 1 ədəd köhnə qədimi rus qəpikləri 5/10/20 1 litrlik banka, 1 ədəd antik əşyalar, 6 ədəd dəsmal dəsti, 6 ədəd çexol dəsti, 6 ədəd pakrıvallar, 6 ədəd adyallar, 1 ədəd plaş, 2 ədəd jaket, 1 ədəd anasının böyük çanta içində paltarları, 12 ədəd yadigar stolüstü hədiyyələr, 3 ədəd qızıl saat, 1 ədəd suvenir, 6 ədəd qələm komplekti, 6 ədəd atasının bahalı hədiyyələri, 1 ədəd mətbəx mebeli aspiratorlu, 1 ədəd mətbəx şkafı, 1 ədəd qab-qazan yığılan mebel otağı, 1 ədəd qaz plitəsi əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilini satmaq üçün cavabdeh2 etibarnamə vermiş və mənzili 120.000 manata satılması üçün onun qarşısında şərt qoymuşdur. cavabdeh2 bu təkliflə razılaşmış və nəticədə İddiaçı evin satışını həyata keçirmək məqsədilə 6 ay müddətinə cavabdeh2 ## #### 2024-cü il tarixli etibarnamə vermişdir. Şərur rayon * saylı Notariat Ofisindən vəkil sorğusu ilə əldə etdikləri məlumatlardan aydın olur ki, etibar edilən cavabdeh cavabdeh2 iddiaçını məlumatlandırmadan ## #### 2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzili qardaşı cavabdeh1 50.000 manata satmışdır. Cavabdeh cavabdeh2un nə üçün 120.000 (yüz iyirmi) manata satılması tapşırılmış mənzili 50.000 manata qardaşının adına alqı-satqı yolu ilə keçirməsi onlara məlum deyil. Şərur rayon * saylı Notariat Ofisinin təqdim etdiyi sənədlərdən aydın olur ki, cavabdeh1 da sözügedən mənzili ## ##### 2025-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə üçüncü şəxs X1 112.000 manata satmışdır. Etibar edilən cavabdeh cavabdeh2 evin içindəki əşyaları götürmüşdür. Cavabdeh cavabdeh2 və digər cavabdeh cavabdeh1 qardaşdırlar. Onlar bilərəkdən ilkin olaraq mənzili 50.000 manata özgəninkiləşdirmişlər ki, gələcəkdə mənzilin dəyəri tələb edildikdə mənzilin dəyərinin cüzi hissəsini təşkil edən bu məbləği veməklə əsassız gəlir əldə etsinlər. İddiaçı mənzilinin ondan xəbərsiz 112.000 manata satılmasına razı olmasa da, cavabdehlər həmin mənzilin satışından əldə edilmiş 112.000 manat vəsaiti belə bu günə qədər ona təqdim etməmişlər. ünvan 2 ünvanında yerləşən mənzilin satışından əldə edilmiş 112.000 manat vəsait cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli və mənzildəki əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır.
3. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı uzun müddətdir ki, tikinti işi ilə məşğul olan bir sahibkar kimi keçirilən tenderdə iştirakı ilə əlaqədar 50.000 manat vəsaitə ehtiyacı olur və həmyerlisi və vaxtı ilə işçisi olan cavabdeh cavabdeh2 müraciət edərək 6 ay müddətində 50.000 manat borc istəyir. Bəxtiyar onda vəsait olmadığını, qardaşından alıb verə biləcəyini və qardaşının həmin vəsaiti aylıq 5 faizlə verdiyini bildirmişdir. İddiaçı vəsaitin cavabdeh Bəxtiyara məxsus olduğunu, lakin, faizi almaq bəhanəsi ilə qardaşını qabağa verdiyini bilsə də, onun üçün fərq etmədiyindən razılaşır. Lakin, cavabdeh Bəxtiyar bildirmişdir ki, qardaşı tələb edir ki, girov qoyulsun. Təcili vəsaitə ehtiyacı olan iddiaçı Şərur rayonunda atadan qalma Şərur şəhəri, H.Əliyev prospekti, ev 36, mənzil 35-i girov qoya biləcəyini bildirmişdir. Mənzil 3 otaqdan ibarətdir. Cavabdeh cavabdeh2 iddiaçıya hissə-hissə 4500 dollar*1,7=7650 AZN, 2300 dollar*1,7=3910 AZN, 15000 AZN İsrafil Bayramovun, 8000 AZN İddiaçı kartına və təxmini 13000 manat pul vəsaiti nağd olaraq, ümumilikdə təxmini 47.560 AZN pul vəsaiti vermişdir. İddiaçı ## #### 2024-cü il tarixdə 2500 AZN, ## #### 2024-cü il tarixdə 2500 AZN, # ### 2024-cü il tarixdə 2500 AZN, ümumilikdə 7500 AZN pul vəsaitini cavabdeh Bəxtiyara qaytarmışdır. İddiaçı tenderdə qalib gələ bilmədiyindən işi götürə bilməmiş və digər tenderlərə sənədlər verdiyindən borcu vaxtında qaytara bilməmişdir. Cavabdeh Bəxtiyar tez-tez qardaşının pul tələb etdiyini bildirdikdə iddiaçı hirslənib evi satmaq qərarına gəlmişdir. Bu barədə cavabdehə bildirmiş və təklif etmişdir ki, evi 120.000 manata satır. İddiaçı cavabdehlə əlaqə saxlayıb evi satıb-satmadığını soruşanda cavabdeh bildirmişdir ki, borcu verə bilmədiyinə görə evi qardaşına satıb. Ev qardaşınındır, kimə istəsə satar. Vəkil sorğusuna notariat ofisinin cavabından məlum olur ki, etibarnamədən sui-istifadə edərək özgə əmlakını ələ keçirməyə çalışan cavabdeh Bəxtiyar ## #### 2024-cü il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzili qardaşı Zaura 50.000 manata satmışdır. cavabdeh1 mənzili ## ##### 2025-ci il tarixli müqavilə ilə üçüncü şəxs X1 112.000 manata satmışdır. İlkin alıcının vicdansız olduğu, qardaşı ilə əlbir olaraq, etibardan sui-istifadə edərək mənzili ələ keçirərək əsassız varlanmaq niyyəti güdərək formal rəsmiləşdirmə həyata keçirdikləri, ikinci alıcının isə vicdanlı alıcı olduğu qəbul edilməlidir. İddiaçı mənzilin ondan xəbərsiz heç bir zaman satılmasına razı olmasa da, cavabdehlər həmin mənzilin satışından 112.000 manat vəsait əldə etmiş və əsassız gəlir əldə etmişlər.
4. cavabdeh2 cavabdeh İddiaçı qarşı borcun qaytarılması qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.950 manat pulun və 160 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun uzaq qohumudur, onunla dostluq münasibətləri olmuşdur. 2024-cü ilin mart ayında iddiaçı ona bildirmişdir ki, mülkiyyətində olan Şərur rayonu, Heydər Əliyev prospekti, ** saylı evin ** saylı mənzilini ona təcili pul lazım olduğu üçün satmaq istəyir. Onunla birlikdə gedib həmin mənzilə baxmış və görmüşdür ki, satmaq istədiyi mənzil tam təmirsiz vəziyyətdədir. Həmin mənzilin satış dəyərini 50.000 manata razılaşmışlar. Sonra iddiaçı, iki oğlu, arvadı, anası və qardaşı ilə birlikdə ##.##.2024-cü il tarixdə Bakı şəhəri * saylı notariat ofisinə gedərək həmin mənzilin satılması ilə bağlı onun adına etibarnamə vermiş, onunla birlikdə gedən şəxslər isə mənzilin satılmasına dair razılıq ərizələri vermişlər. Sonra iddiaçı mənzilin çıxarışını, etibarnaməni və razılıq ərizələrini gətirib ona vermişdir. O, mənzilə görə iddiaçıya ##.##.2024-cü ildə 4500 ABŞ dolları (7650 manat) və ##.##.2024-cü ildə isə 23000 ABŞ dolları (39.100 manat) pul vermişdir. O, pulları götürərkən qəbzə imza etmişdir. Qardaşı Şərur rayonunda yaşadığından həmin mənzili ona satmağı xahiş etmiş, o da mənzili ##.##.2024-cü il tarixdə Şərur rayon * saylı notariat ofisində qardaşına satmışdır. Sonra yenə də 3000 və 5000 manat pulu ##.##.2024-cü ildə iddiaçıya Milliön aparatı vasitəsi ilə ödəmişdir. Sonra iddiaçı ondan borc kimi əlavə pul istəmiş və 5500, 3900, 5600 manat pulu ilə ##.##.2024-cü ildə iddiaçının xahişinə əsasən onun qohumu baldızının oğlu Bayramov İsrafilə milliön aparatı vasitəsi ilə göndərmişdir. Bundan başqa, o, ##.##.2024-cü il tarixdə iddiaçının qohumu İsrafil Bayramova iddiaçının xahişinə əsasən 6000 ABŞ dolları pul vermişdir ki, iddiaçıya çatdırsın, o da həmin pulları iddiaçıya vermişdir. Beləliklə də, o mübahisəli mənzilin satışına görə iddiaçıya 50.000 manat, habelə ona 29.950 manat məbləğində borc vermişdir. Cəmi 79.950 manat pulu iddiaçıya vermişdir. O, mübahisəli mənzili qardaşına satdıqdan sonra qardaşı mənzili əsaslı təmir edərək 1 ildən sonra A.Rzayevə satmışdır. İddiaçı qardaşının həmin mənzilin başqa şəxsə - X1 112.000 manat pulu 62.000 manatını qardaşı Zaurdan tələb edir. Bu tam qanunsuzdur, nə onun, nə də qardaşının iddiaçıya heç bir borcu yoxdur. İddiaçının ona 18.000 manat məbləğində başqa borcu vardır. İddiaçının ona qarşı qaldırılan mənzildə olan əmlakların geri qaytarılması tələbini qəbul etmir. Çünki mənzildə qeyd olunan əmlaklar olmamışdır. Bu şər və böhtandır. İddiaçı ona bundan əvvəl də şər atmışdır ki, guya həmin mənzili o, 50.000 manata girov qoymuş və ondan pul götürmüşdür. O, bundan əvvəl Şərur Rayon Məhkəməsinə müraciət etmişdir. O, müraciətində mənzilin həqiqətən də 50.000 manata satıldığını etiraf edir.
Birinci instansiya məhkəməsində icraat:
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir.
7. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd (əslində girov müqaviləsi olduğu üçün) kimi etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Həm də ona görə ki, yalan əqd bir qayda olaraq əqdin tərəfi olmayan üçüncü şəxsləri yanıltmaq üçün başqa əqdi pərdələmək məqsədi ilə bağlanılır və həmin şəxslərin hüquqlarını müdafiə etmək üçün onların iddiası əsasında məhkəmə qaydasında etibarsızlığı təsdiq edilir. Hazırki halda isə, satıcı tərəfin özünün mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verdikdən sonra, həmin müqavilənin yalan əqd olmasına əsaslanaraq etibarsız hesab edilməsini tələb etməsi əsassızdır. Hətta ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız (yalan) əqd olsaydı belə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən idda bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilənlərlə təsdiq olunur ki, İddiaçı ##.##.2024-cü il tarixli müqavilənin alqı-satqı müqaviləsi olduğunu müqavilə bağlandığı vaxtdan bilmişdir, odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş əqdin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddia müddətini ötürmüşdür. İlkin iddia tələbinin digər hissəsi olan iddia ərizəsində sadalanan əşyaların cavabdehlər tərəfindən qaytarılmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında həmin əşyaların cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən götürülməsi, ümumiyyətlə əşyaların mövcudluğu, ilkin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut aşkar olunmamışdır. Odur ki, ilkin iddia həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı 29950 manat məbləğində borcun qaytarılması qarşılıqlı iddia tələbinə dair hissədə məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. cavabdeh2 29950 manat pulun onun tərəfindən İddiaçı borc kimi verildiyini bildirsə də, MM-nin 739.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında 29950 manat məbləğinə və ya həmin məbləğin ayrı-ayrı vaxtlarda verildiyi qeyd edilmiş hissələrinə dair həmin məbləğlərin 3000 manatdan artıq olmasına baxmayaraq, yazılı borc müqaviləsi bağlanmamışdır. Tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmadığını da nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddianın əsassız varlanmaya dair MM-nin normalarına əsasən təmin edilə bilməsi üçün cavabdeh2 tərəfindən 50000 manatdan artıq məbləğdə pulun İddiaçı verilməsi sübut olunmalıdır və bununla bağlı sübut etmə yükü qarşılıqlı iddiaçının üzərinə düşür, qarşılıqlı iddiaçı həmin halı sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı ödənilmiş pul məbləğləri ilə bağlı cavabdeh2 və cavabdeh1 özlərinin izahatları ziddiyyətli olmuşdur. Qarşılıqlı iddia ərizəsində cavabdeh2 milliön aparatı vasitəsi ilə ödənilmiş 3000 və 5000 manat pulun, İsrafil Bayramova milliön aparatı vasitəsi ilə göndərilmiş 5500, 3900, 5600 manat pulun, eləcə də İsrafil Bayramova nağd verilmiş 6000 ABŞ dolları pulun mənzilin dəyərindən əlavə borc kimi verildiyini qeyd etmişdir. cavabdeh1 isə izahatında mənzilin dəyəri üçün ödənilən pulu İddiaçı qardaşı Bəxtiyar vasitəsi ilə ödədiyini, 27000 manatı qardaşının nağd şəkildə Əbülfəzə verdiyini, 23000 manat məbləğində pulu ilə köçürmə yolu ilə ödədiyini, milliön aparatı vasitəsi ilə ödənilən pulların, eləcə də 5600 manat, 5000 manat, 5500 manat kimi məbləğlərin məhz onun tərəfindən mənzil üçün ödənildiyini, nikah haqqında şəhadətnamənin surəti üzərində əl yazısı ilə edilmiş qeydlərin qardaşı Bəxtiyar və İddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsi məqsədi ilə tərtib edildiyini bildirmişdir. İddiaçı isə izahatında bildirmişdir ki, nikah haqqında şəhadətnamənin surəti üzərində əl yazısı ilə tərtib edilmiş sənəddə 23000 ABŞ dolları qeydinin qarşısındakı imza ona məxsusdur, lakin, ona həmin məbləğdə pul birdəfəlik verilməmişdir, birdəfəlik verilən məbləğ 23000 ABŞ dolları yox, 2300 ABŞ dolları olmuşdur. Sadəcə olaraq cavabdeh2 ona və ya qohumu İsrafilə verilmiş pul məbləğlərini həm ayrıca, həm toplayaraq bir neçə dəfə qeyd etməklə onun tərəfindən qəbul edilən pul məbləğini süni surətdə şişirtməyə çalışmışdır. cavabdeh2 və cavabdeh1 izahatlarındakı (pulun məbləği, kimə məxsus olması, valyutası, verilmə vaxtı ilə bağlı) ziddiyyət, də təsdiq edir ki, İddiaçı qarşılıqlı iddiaya etirazı əsaslıdır. Flaşkartda təqdim olunmuş videoyazıdan (16:10-cu dəqiqə) da görünür ki, İddiaçı mesajda 23000 deyil, 2300 ABŞ dollarının ona ödənildiyini qeyd etmiş, cavabdeh2 isə qeyd edilən məbləğə heç bir irad bildirməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
8. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsinin ilkin iddiaya münasibətdə ləğv edilməsini ilkin iddianın təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddiaçı tərəfindən təqdim olunan sübutlara yanlış qiymət vermiş, dəlilləri cavabdehin lehinə dəyərləndirmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, “cavabdeh2 İddiaçı verilən pulun müqabilində mənzilin qardaşı Zaurun adına keçəcəyini, 6 aydan sonra pulu qaytardıqda mənzilin ona qaytarılcağını bildirmiş, İddiaçı isə buna razılıq vermişdir”. Məhkəmə qeyd edilən səs yazısına münasibət bildirərək hesab edir ki, “İddiaçı sonradan mənzilin alqı-satqı müqaviləsi bağlanılaraq cavabdeh1 satılacağını bilmiş və buna razı olmuşdur. .... Bundan başqa mənzilin üçüncü şəxs X1 razı olmuş, mənzilin satıldığını bilmiş, lakin, mənzilin satşından əldə olunan 112000 manat pul cavabdehlər tərəfindən ona ödənilməmişdir”. Göründüyü kimi məhkəmə ilkin iddiaçının evini girov olaraq qoyduğunu, 6 ay ərzində pulu qaytardığı təqdirdə evinin ona qaytarılacağı ilə razılaşsa da sonrakı hərəkətləri mənzilin özgəninkiləşdirilməsi kimi qəbul etmişdir. Cavabdeh cavabdeh2 Zaur oğlu onun kəndçisi və işçisi olduğundan ona etibar etmiş, tenderdə iştirakla bağlı təcili 50000 manat ondan borc istəmiş, cavabdeh isə özgə əmlakını ələ keçirmək istiqamətində uzun vadəli plan quraraq qardaşı vasitəsilə mənzili girov adı altında etibarnamə almış, mülkiyyətçilərin və qeydiyyatda olan şəxslərin etiraz edilməməsi barədə notarial ərizələrini almış və bu vəziyyətdən istifadə edərək mənzili alqı-satqı ilə qardaşı cavabdeh1 adına keçirmişdir. Whatsapp səslərində iddiaçı evini satmadığını, girov qoyduğunu, nə üçün ərizə vermək tələb edildiyini dəfələrlə bildirsə də, cavabdeh onu inandırmışdır ki, bu notariusun tələbidir. Pula ehtiyacı olan iddiaçı bu tələblə də razılaşır. İddiaçı bu halda əsaslı yanılma nəticəsində evin sənəddə satış olaraq deyil də girov olaraq qoyulduğunu zənn edir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan video materialda dəfələrlə təkrar-təkrar EVİ SATMIRAM!! GİROV QOYURAM. SƏNƏDDƏ DƏ GİROV KİMİ GEDƏCƏK!! bildirməsindən aydın olur ki, həmin işdə əsaslı yanılma vardır və əqd yalan əqddir. İddiaçı evin satılmasına razılıq verməyib. Məhkəmənin diqqətini 50000 manatın borc alınmasına və bu borcdan ## #### 2024-cü il tarixdə 2500 AZN, ## #### 2024-cü il tarixdə 2500 AZN, # ### 2024-cü il tarixdə 2500 AZN, ümumilikdə 7500 AZN pul vəsaitinin cavabdeh cavabdeh2 qaytarmasına yönəltmək istəyir. İddiaçı əgər evini satmışdırsa nə üçün borcu qaytarır və cavabdeh həm Whatsap vasitəsilə, həm də kağız üzərində qeydlər aparmaqla iddiaçıya qol çəkdirir? Cavabdehin tez-tez borc məsələsini mübahisə halına gətirməsindən narahat olan iddiaçı məcburi olaraq ata yurdunu satmaq qərarına gəlir. Bu barədə cavabdehə bildirmiş və təklif etmişdir ki, evi 120000 (yüz iyirmi min) manata satır. Müştəri tapmağa kömək etsin. Cavabdeh cavabdeh2 da razılaşmışdır. Bir müddət sonra iddiaçı cavabdehə bildirmişdir ki, bir müştəri tapıb Şərur rayonunun Düdəngə kəndindən bir həkim evə 115000 (yüz on beş min) manat vermək istəyir. Cavabdeh dərhal evi qardaşının adına rəsmiləşdirildiyini və onun da başqa şəxsə satdığının bilinməməsi, evin satış dəyərinin özü tərəfindən mənimsənilməsi üçün “sən tələsmə mən də bir İranlı ilə danışmışam 120000 manata” gözlə deyəcəm. Daha sonra cavabdeh iddiaçıya zəng edərək iranlının bir az tərəddüd etdiyini bildirmiş və təklif etmişdir ki, Düdəngəlinin nömrəsini versin ona o, 120000 manata razılaşdıracaqdır. Əgər razılaşmasa 120000 manata İran vətəndaşına satacaqdır. İddiaçı 120000 satış üçün razılaşır və telefon nömrəsini cavabdehə verir. Bu razılıq girovda olan evin satılaraq girovun təminatı olan borcdan ödənilməyən hissənin ödənilməsini təmin etmək məqsədi daşımışdır. Məhkəmə eyni zamanda hesab edir ki, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız (yalan) əqd olsaydı belə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia bu hissədə təmin edilməməlidir. İddiaçının təqdim etdiyi iddiaçı ilə cavabdeh Bəxtiyarın səs yazılarından aydın olur ki, iddiaçı mənzilini girov qoyur. Borcu qaytardıqdan sonra mənzil özünə qaytarılacaqdır. Lakin Bəxtiyar borcun qaytarılmasını tələb etdiyindən razılaşır ki, mənzili satsın. Hətta Bəxtiyardan mənzili 120000 manata satmağa kömək istəyir. Bəxtiyarla razılaşırlar ki, evi satsın qalan borcu çıxsın və qalanını ona versin. Hətta özü 115000 manata Bəxtiyardan daha tez müştəri tapır. Bəxtiyar yenə iddiaçını aldadaraq iranlı birinin 120000 verdiyini deməklə onu həmin mənzili birbaşa satışdan yayındırır. Daha sonra iranlının tərəddüd etdiyini bildirməklə, həmin alıcının nömrəsini istəyir və mənzili 120000 manata onunla razılaşdıracağını bildirir. Göründüyü kimi, iddiaçı bu vaxta qədər mənzili girovda bilmiş, lakin qonşular evin tanımadıqları şəxslər tərəfindən boşaldıldığını bildirəndə Bəxtiyarla əlaqə saxladıqda qardaşının mənzili satdığını bildirmişdir. Pulunu tələb etdikdə isə mənzilin qardaşına məxsus olduğunu bildirmişdir. Alqısatqı ##.##.2025-ci il tarixdə olmuş, mənzil həmin gün boşaldılmış və qonşuların məlumatı əsasında iddiaçı cavabdehlə danışmış və cavabdeh ona olumsuz cavab verdiyindən dərhal vəkillə müqavilə bağlanmış və vəkil tərəfindən ##.##.2025-ci il tarixli müvəqqəti təminat tədbiri ərizəsi ilə Şərur rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Daha sonra müvafiq araşdırma aparılmaqla iddiaçı vəkil tövsiyəsi ilə (vicdanlı alıcı barədə vahid məhkəmə təcrübəsi) razılaşmışdır ki, vicdanlı alıcıya qarşı deyil, onu aldadaraq mənzili girov adı altında ələ keçirən şəxslərə qarşı iddia qaldırıb dəymiş zərəri tələb etsinlər. Bu məqsədlə ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı ona məxsus əmlakın özgəninkiləşdirilməsini bildiyi gün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, “##.##.2024-cü il tarixli müqaviləni girov müqaviləsi zənn etmiş olsa idi, sonradan mənzilin satılması üçün cavabdehlərə yenidən etibarnamə verməli idi. Lakin, ilkin iddiaçı onun tərəfindən yeni etibarnamə verilmədən, cavabdehlərin mənzili satmağa səlahiyyətli olduğunu bilmişdir”. İddiaçı ilə cavabdehin səs yazılarından da aydın olur ki, mənzilin hansı formada notariusda rəsmiləşməsindən asılı olmayaraq mənzilin borc müqabilində girov qoyulduğunu, cavabdehin isə borc ödənildikdən sonra mənzili geri qaytaracağı tərəflər arasında şərtləşdirilmişdir. Səs yazılarından açıqaydın məlum olur ki, iddiaçının niyyəti mənzili satmaq deyil, girov qoymaq olmuşdur. Cavabdeh də etiraf edir ki, iddiaçıya borc vermişdir. Borc məbləği alqı-satqının dəyəri hesab edilə bilməz. Bu fakt cavabdehlərin yalan ifadələri ilə də təsdiqlənir. Belə ki, cavabdeh cavabdeh1 məhkəmə iclasında bildirdi ki, mart ayında alqı-satqıdan əvvəl iddiaçı Əbülfəzlə Şərur rayonunda görüşmüş, restoranda oturub yeyib-içmiş və evin alqı-satqısını orada razılaşdırmışdır. Hətta evə gedib baxmışlar. Cavabdehin öyrədilmiş şahidləri, əmisi oğlu Orxan və qardaşı Mehman da eyni ifadəni təsdiq etmişlər. Lakin qarşılıqlı iddia ərizəsində isə cavabdeh2 bildirir ki, Şərur rayonunda iddiaçı ilə özünün görüşdüyünü, gedib evə baxdıqlarını, evin qiymətini razılaşdırdıqlarını bildirmişdir. Cavabdehlərin və öyrədilmiş şahidlərin yalanları bir-biri ilə ziddiyyət təşkil etsə də, hər ikisi də məhkəməni aldatmışlar. Belə ki, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş yalnız 2 yolla həyata keçirilir. Hava yolu ilə və İran İslam Respublikasının ərazisindən keçməklə quru yolla. Cavabdehin və şahidlərin yalan danışmalarını müəyyən etmək üçün məhkəmədən Dövlət Sərhəd Xidmətinə və “xxxx” QSC-yə sorğu göndərilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə vəsatəti təmin etməmişdir. Tərəflərindən verilən vəkil sorğusuna Dövlət Sərhəd Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-**/*-**/** nömrəli və “X2” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli cavab məktublarından aydın olur ki, 2023-cü ilin fevral, mart və aprel aylarında Naxçıvan Muxtar Respublikasına gedişgəlişi olmamışdır. Göründüyü kimi səs yazılarında mənzili satmaq deyil, girov qoyulduğunu dəfələrlə deyilməsi, borcun qaytarıldıqdan sonra mənzilin qaytaracağının şərtləşdirilməsi, alıcı qismində çıxış edən cavabdeh cavabdeh1 və gətirdiyi şahidlərin məhkəmədə yalan ifadə verərək iddiaçı ilə Şərur rayonunda görüşdükləri, razılaşmaları və mənzilə baxış keçirmələrinin əksinə iddiaçının həmin il Şərur rayonuna getmədiyi rəsmi dövlət qurumları tərəfindən təsdiq edilmişdir. İddiaçı Qarabağ zonasında işlədiyindən həmin ərazıyə girişçıxış xüsusi icazə ilə olduğundan iddiaçının həmin aylarda Qarabağ ərazisində olduğunu təsdiq edən portaldan çıxarışda öz təsdini tapmışdır. Apellyasiya Məhkəməsi cavabdeh cavabdeh1 və şahidlərin iştirak etdiyi iclasın audio-video yazılarına baxılsa işin real tərəfi aydın olar. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında həmin əşyaların cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən götürülməsi, ümumiyyətlə əşyaların mövcudluğu, ilkin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut aşkar olunmamışdır. Cavabdeh cavabdeh2 məhkəmə iclasında əşyaları aparıb iddiaçının uzaq qohumunun həyətinə boşaltdığını etiraf etmişdir (bax audio video çəkiliş). Kollegiyanın diqqətinə çatdırır ki, cavabdehlər tərəfindən evdən götürülən əşyaların ailə tərəfindən çəkilmiş fotoşəkillər nəticəsində evi girov qoyulan zaman evdə olduğuna dair sübutlar məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Qarşılıqlı iddiaçı cavabdeh2 Nərimanov Rayon Məhkəməsində həyat yoldaşı X4 adından iddia qaldıraraq cavabdeh “xxxx” MMC-dən 18000 manat pulun və ödədiyi 144 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə proseslərində cavabdeh2 özü iştirak etmişdir. Əgər İddiaçı ona borcu var idi isə, o həmin iddiada bunu qaldırmaq imkanına malik idi. Lakin, göründüyü kimi tərəflərindən iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən süni şəkildə, formal olaraq iddia qaldırıldığı açıqaşkar görsənməkdədir. Göstərilənləri nəzərə alaraq hesab edir ki, Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilkin iddiaya münasibətdə ləğv edilməli ilkin iddia təmin edilməlidir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, tərəflərindən təqdim edilmiş, əşyaların foto görüntülərinə ümumiyyətlə münasibət bildirməmiş, yalnız bir halda ilkin iddia üzrə cavabdehlərin ziddiyyətli ifadələrinin olduğu barədə qeyd istisna olmaqla cavabdehlərin və şahidlərin yalan ifadələrinə münasibət bildirməmiş, etirafedici ifadələrini qətnamədə əks etdirməmişdir. Tərəflərindən iş üçün əhəmiyyətli olan sübutların toplanması üçün verilən vəsatətlər təmin edilməmişdir. Tərəflərindən verilən sorğulara Dövlət Sərhəd Xidmətinin ##.##.2026-cı il tarixli, 3-31- **/*-**/** nömrəli və “X2” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli cavab məktublarından aydın olur ki, 2024-cü ilin fevral, mart və aprel aylarında Naxçıvan Muxtar Respublikasına gediş-gəlişi olmadığı müəyyən edilmişdir. Məhkəmə vəsatətini təmin etdiyi təqdirdə qeyd edilən sübutlar əldə edilə bilərdi ki, bu da yekun məhkəmə aktının qəbul edilməsinə təsir edə bilərdi. Hesab edir ki, Xətai Rayon Məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlara yanlış qiymət vermiş, işə cavabdehin mövqeyindən yanaşmış və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması ilə nəticələnən yekun məhkəmə aktı qəbul etmişdir.
10. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin qismən “qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində” ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında yaranmış mübahisənin mahiyyətini düzgün qiymətləndirməməklə səhvə yol vermiş, irəli sürdüyü qarşılıqlı iddia tələbinin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, qarşılıqlı idda tələbinin qanuni olmasına əhəmiyyət verməmiş, bu səbəblə də qətnaməni düzgün əsaslandıra bilməmiş və o hissədə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, məhkəmənin əsaslandırmadan, tələm-tələsik çıxardığı qətnamə qanunvericiliyin tələblərinə cavab vermir, həmin qətnamə qismən ləğv olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 tərəfindən İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz qarşılıqlı iddia tələbinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 məhkəmə kollegiyasının iclasında izahat verərək, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh2 nümayəndəsi və vəkili Qədirov İlqar Hümmət oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək, cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh), ilkin iddia üzrə digər cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və onun nümayəndəsi və vəkili məhkəməyə EMİS vasitəsilə ərizələr ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər, digər tərəflər isə məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə digər cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir; Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1 və 390.5-ci. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən, qətnamə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütovlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı İddiaçı tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) ünvan 1 ünvanda yerləşən mənzilə dair bağlanmış ******* nömrəli, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 2) Cavabdehlər cavabdeh2 50000 manat vəsaitin və cavabdeh1 62000 manat, vəkilə ödənilən 520 manat vəsaitin və 402 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması; 3) Mübahisə predmeti olan mənzildə olan əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi;
22. İlkin iddiaçı İddiaçı mövqeyinə görə 50000 manat pul vəsaitinə ehtiyacı olduğu üçün ünvan 1 ünvanda yerləşən mənzilini girov qoyaraq, cavabdeh cavabdeh2 qardaşı cavabdeh1 pul vəsaitini almışdır. Daha sonra pul vəsaitini verə bilmədiyinə görə mübahisə predmeti olan mənzilin satılmasına razılıq vermişdir. İddiaçının mövqeyinə görə cavabdeh cavabdeh2 ## #### 2024-cü il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzili əvvəlcə qardaşı Zaura 50000 manata satmış, daha sonra cavabdeh1 mənzili ## ##### 2025-ci il tarixli müqavilə ilə üçüncü şəxs X1 112000 manata satmışdır. Lakin əldə edilən pul vəsaitindən ona heç bir pul verilməmişdir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında qeyd edilir ki, “....Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı) .... Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında yalan əqdin xüsusiyyətləri və onun hüquqi nəticələri qeyd edilmişdir. Qərarın təhlilindən belə qənaətə gəlmək olur ki, əqdin etibarlılığını şərtləndirən hallardan biri iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətidir, yalan əqdlərdə bu vəhdət pozulur və yalan əqddə tərəflər həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən uyğunsuzluq yaradırlar.
25. Hazırkı işin faktiki hallarından görünür ki, İddiaçı Şərur şəhəri, H.Əliyev prospekti, ** saylı evin, 35 mənzili ilə bağlı idarə etmə və sərəncam vermə hüquqlarını, o cümlədən mənzili satmaq hüququ ilə bağlı ##.##.2024-cü il tarixdə 6 ay müddətinə cavabdeh2 etibarnamə vermişdir. Etibarnamə verildikdən bir neçə gün sonra ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmış və mənzil 50000 manata İddiaçı tərəfindən cavabdeh1 satılmışdır. Müqavilə İddiaçı tərəfindən etibanamə üzrə nümayəndəsi cavabdeh2 tərəfindən bağlanmışdır.
26. Daha sonra ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanaraq Şərur şəhəri, H.Əliyev prospekti, ** saylı evin, 35 mənzili 112000 manata cavabdeh1 tərəfindən X1.
27. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında qeyd edilir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.”
28. Hazırkı halda ilkin iddia üzrə iddiaçı mübahisəli mənzilin cavabdeh1 50000 manat pul vəsaitinin əvəzində girov olaraq verildiyini bildirsə də, ilkin iddiaçı İddiaçı tərəfindən cavabdeh2 verilmiş ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, mənzili idarə etmə və onunla bağlı sərəncam vermə hüquqlarını, o cümlədən mənzili satmaq hüququnu 6 ay müddətinə cavabdeh2 etibar etmişdir.
29. İddiaçı mübahisəli mənzili cavabdeh1 olan 50000 manat məbləğində borcunun əvəzi olaraq girov qoymaq və formal alqı-satqı müqaviləsi imzalamaq niyyətində olmuş olsa idi, bununla bağlı cavabdeh2 iştirakı (təmsilçiliyi) olmadan da müqavilə imzalaya bilərdi. Lakin cavabdeh2 verilmiş etibarnamənin mövcudluğu ilkin iddiaçı İddiaçı həqiqi niyyətinin mənzili satmaq olması qənaətinə gəlməyə əsas verir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həyata keçirdiyi hüquqi hərəkətlərin hansı nəticələrə səbəb olduğunu bildiyi və bilməli olduğu halda bunlara əhəmiyyət verməməsi onu bu məsuliyyətdən azad etmir.
31. Belə qənaətə gəlmək olar ki, sonradan mənzilin iddiaçı ilə razılaşdırılmış məbləğdən daha baha – 2 qat baha qiymətə satılması iddiaçıda aldadıldığı fikrinin formalaşmasına və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə səbəb olmuşdur. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə cavabdeh1 arasında ünvan 1 ünvanda yerləşən mənzilə dair bağlanmış ******* nömrəli, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olması – girov münasibətlərini pərdələmək üçün bağlanması işin halları ilə müəyyən edilmir. Belə ki, hazırkı halda İddiaçı iradəsinin zədələnməsi və ya əsl iradəsinin mənzili satmaq olmaması müəyyən edilmir, bununla bağlı mötəbər sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
32. İlkin iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, o, mənzili daha baha qiymətə sataraq əldə edilən pulla cavabdeh1 olan 50000 manat məbləğində borcunu ödəmək, qalan pulu da özünə saxlamaq istəsə də, cavabdehlər onu aldadaraq mənzili özləri satmış, əldə edilən pul vəsaitini mənimsəmişlər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilin satılması ilə bağlı İddiaçı qeyd etdiyi formada razılıq əldə edilməsi hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmır, bu səbəbdən cavabdehlər cavabdeh2 50000 manat vəsaitin və cavabdeh1 62000 manatın alınaraq İddiaçı verilməsi barədə tələbin təmin edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir.
34. Mübahisə predmeti olan mənzildə olan əşyaların cavabdehlərdən alınaraq İddiaçı verilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənzildə əşyaların olması ilə bağlı foto şəkillər təqdim edilsə də, həmin fotoşəkillərdən əşyaların mübahisə predmeti olan mənzildə qalması və s. müəyyən etmək mümkün deyil. Belə ki, fotoşəkillərdən göründüyü kimi, əşyalar qutulara yığılaraq bağlanmış vəziyyətdə yerləşdirilmişdir. Bu hal həmin əşyaların evdən götürülməsi üçün hazırlanması fikrinin yaranmasına da səbəb ola bilər. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdeh cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılması zamanı iclasda əşyaları aparıb iddiaçının uzaq qohumunun həyətinə boşaltdığını etiraf etmişdir. Belə olan halda demək olar ki, iddiaçı əşyaların cavabdehdə olmadığını qəbul edir.
35. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavabdehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
36. Göründüyü kimi, iddiaçı iddia tələbində qeyd etdiyi əşyaların ona məxsus olması, mübahisə predmeti olan evdə qalması və cavabdehlərin sahibliyinə keçməsi barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.
37. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
38. Belə olan halda birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.
39. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh2 qarşılıqlı iddia tələbində 29950 manat pulun İddiaçı tutulmasını xahiş edir.
40. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh2 tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.
41. Mülki Məcəllənin 739.2-cü maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
42. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2026-cı il tarixli qərarında qeyd edilir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bir çox ölkələrin qanunvericiliyində borc müqaviləsi üçün yazılı forma tələbi məhz sübutetmə şərti olaraq qəbul edilmiş, tərəflərin məhkəmə mübahisəsi halında sübutetmə imkanları yazılı sübutlarla məhdudlaşdırılmışdır. X8 Qanunu da borc müqaviləsi üçün hər hansı forma şərti nəzərdə tutmamış, məhkəmə təcrübəsində sübutetmənin asanlaşdırılması baxımından yazılı sənədlərin olması uyğun görülmüşdür. Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 716-cı maddəsinin birinci hissəsində borc müqaviləsinin forma tələbinə istinad edilsə də, ikinci hissəsində müvafiq yazılı sübutların mövcudluğu tələb olunan yazılı əqdə bərabərləşdirilir. Bu yanaşmaların ortaq məntiqi ondan ibarətdir ki, borc müqaviləsi üzrə əqdin forması sübutetmənin asanlığını, mötəbərliyini və hüquqi müəyyənliyi təmin edən vasitədir, lakin bu onu heç bir halda real iqtisadi münasibətləri inkar edən hüquqi mexanizmə çevirmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bu maddənin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarı). Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli Qanunu ilə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmiş Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi, artıq qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə (sadə yazılı forma) yanaşı, onun elektron və ya digər müasir texniki vasitələrlə bağlanması imkanları müəyyən edilmişdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır”.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2026cı il tarixli qərarında qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh2 İddiaçı 29950 manat pulun verilməsi ilə bağlı nə qanunvericiliyin tələb etdiyi kimi yazılı müqavilə, nə də ki, borcun verilməsini təsdiq edən hər hansı digər yazılı sübut təqdim edə bilməmiş, bununla da qarşılıqlı iddia tələbinin əsasını təşkil edən halları sübut edə bilməmişdir.
44. cavabdeh2 apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzlərdə İddiaçı müxtəlif məbləğlərdə pul vəsaitlərinin verilməsi qeyd edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş qəbzlərdə verilmiş pul vəsaitinin hansı borc münasibətləri üzrə verilməsi və s. halları müəyyən etmək mümkün deyil. İddiaçı tərəfindən cavabdehin cavabdeh2 qardaşına mənzil verildiyi işin mübahisəsiz halıdır. Qəbzlərdə qeyd edilən pul vəsati mənzil ilə əvəzləşdirildiyi təqdirdə həmin pul vəsaitlərinin İddiaçı tutulması ağlabatan və ədalətli olmaz, İddiaçı hüquqlarının pozulmasına səbəb olardı.
46. Lakin işin faktiki hallarından göründüyü kimi, cavabdeh2 50000 manat pul vəsaitindən əlavə 29950 manat pulun İddiaçı verilməsini sübuta yetirə bilməmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov