Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-938/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: pulun tutulması Hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan fləşkart daşıyıcıda yerəşdirilmiş whatsapp proqramında aparılmış söhbətlərdən çıxarışlara və səs yazılarına əsasən Rəsulov Müşfiq İdris oğlu pulunun olmadığını, olsa borcunu qaytaracağını, maşınlar satıldıqdan sonra borcunu qaytaracağını, həmçinin daha sonra iddiaçıya verdiyi avtomobilin qaytarılmasını, əvəzində onun atasının 10.000 manat borcunu çıxmaqla, iddiaçıya cəmi 10.000 manat verəcəyini bildirmişdir. Cavabdeh cavabdeh1 borcdan məlumatlı olmaqla, borcu ödəyəcəklərini bildirmiş, cavabdeh2 isə çox yükləndiklərini, aylıq kredit borclarını ödəyə bilmədiklərini, evlərində məsləhətləşərək İddiaçı olan avtomobili sataraq borclarını qaytarmaq qərarına gəldiklərini bildirərək, avtomobili qaytarmasını istəmişdir. Əvvəl 15-20 günə pulu verəcəklərini, daha sonra 20.000 manat məbləğində pul vəsaitini hardan tapa biləcəyini, işləmədiyini bildirərək, yığıb dayısı ilə danışmasını bildirmişdir.
2. Ödəniş qəbzinə əsasən 5522************ saylı kart hesabına 2.570 manat məbləğində köçürmə həyata keçirilmişdir.
3. ##.##.2024-cü il tarixdə Rəsulov Müşfiq İdris oğlunun adına “xxxx” ASC-də olan kreditin ödənilməsi məqsədilə müştəri kodu 00446144 olan hesaba 11.570 manat məbləğində kredit ödənişi ödəniş terminalı vasitəsilə həyata keçirilmişdir.
4. Rəsulov Müşfiq İdris oğlu ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Onun övladları Rəsulzadə İlahə Müşviq qızı və cavabdeh3 ataları Müşfiq Rəsulovdan qalmış mirasdakı paydan anaları cavabdeh1 xeyrinə notarial qaydada təsdiq edilmiş ərizələrlə imtina etmişlər.
5. Azərbaycan Respublikasınn Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən (idarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim edilməklə) ##.##.2025-ci il tarixdən sonra Rəsulov Müşfiq İdris oğlunun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Rəsulov Müşfiq İdris oğlunun adında ##.##.2024-cü il tarixdən “MAZ” yarımqoşqu, **ZB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ##.##.2005-ci il tarixdən “Kamaz 5320” yük markalı, **BC*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi, ##.##.2023-cü il tarixdən “HOWO ZZ3317 N3867W” yük markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi və ##.##.2024-cü il tarixdən “MAZ 856102” yarımqoşqu markalı, **ZB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 20.000 manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 20.150 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 2024-cü ilin əvvəllərində özünə avtomobil almaq məqsədi ilə müəyyən miqdarda pul toplamışdır. Mərhum dayısı Rəsulov Müşfiq İdris oğlu onun avtomobil almaq istəyindən məlumatlı olmuşdur. Həmin ərəfələrdə dayısının səhhətində yaranmış problemlərdən dolayı dayısına pul lazım olmuş və ondan 15.000 manat borc istəmişdir. Dayısı xəstəliyi ilə əlaqədar özünün avtomobil idarə edə bilmədiyini bildirmiş və borcunu qaytarana qədər istifadəsində olan “Hundai Avante” markalı avtomobili sürmək üçün müvəqqəti olaraq ona təklif etmişdir. O, da insanlıq borcunu yerinə yetirmiş, dayısının təklifi ilə razılaşmalı olmuşdur. Dayısı ilə aralarında olan şifahi razılaşmaya görə o, ##.##.2024-cü il tarixdə dayısına 15.000 manat məbləğində borc pul vermişdir. Dayısı həmin məbləğdən 4000 manatını geri qaytarmışdır. Daha sonra dayısı müalicəsi ilə əlaqədar Türkiyə Respublikasına getmiş və ##.##.2024-cü il tarixdə onunla əlaqə saxlayaraq, “xxxx” ASC-də olan kreditinin həmin tarixdə ödənilməli olduğunu, lakin 9000 manatın çatmadığını bildirmiş və ondan kreditinin çatışmayan hissəsinin ödənilməsini və ölkəyə qayıtdıqdan sonra digər borcu ilə birlikdə qaytaracağını bildirmişdir. Həmin ərəfələrdə ölkədə Formula 1 Qran- Prisinin keçirilməsi ərəfəsi olduğundan yollar bağlı olmuşdur. Kreditin çatışmayan 9.000 manatını öz vəsaiti hesabına düzəltməklə, ümumilikdə 11.570 manat dayısının adına olan “xxxx” ASC-də yerləşən ödəniş terminalında ödəmiş, ödəniş qəbzini dayısına göndərmişdir. Nəticədə,, dayısının ona ümumilikdə 20.000 manat borcu yaranmışdır. X4 müalicəsini bitirərək ölkəyə qayıtdıqdan sonra ona olan 20.000 manat borcunun qaytarılmasını xahiş etsə də, dayısı hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu qaytarmamışdır. Dayısı ##.##.2025ci il tarixdə vəfat etmişdir. Dayısından hazırki iddia tələbi üzrə cavabdehlərə daşınmaz əmlak və bir neçə yük maşını miras qalmışdır. Bundan sonra dəfələrlə cavabdehlərdən ona olan borcun qaytarılmasını xahiş etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək müddət istəsələr də, bu günə qədər ona olan borcu qaytarmamışlar. Daha sonra isə ümumiyyətlə ona pulu qaytarmayacaqlarını bildirmişlər. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, mərhum Rəsulov Müşfiq İdris oğlu şəxsi məqsədləri üçün ondan 24.000 manat borc pul almışdır. Bundan sonra həmin borcdan 4.000 manat hissəni ona geri qaytarmış, lakin qalan 20.000 manat borcu isə indiyə kimi ona geri qaytarmamışdır. Onun tərəfindən borc şifahi qaydada verilmiş olsa da, mərhum və onun ailə üzvləri ilə “Whatsapp” yazışmaları, səs yazıları ilə və ödəniş qəbzi ilə cavabdehlərin ona 20.000 manat borcunun olduğu tam olaraq təsdiq olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim edə bilmədiyindən və əqdin formasına tərəfindən əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. Hazırki halda iddiaçı olaraq tələb etdiyi 20.000 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Rəsulov Müşfiq İdris oğlunun əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. O, hesab edir ki, Rəsulov Müşfiq İdris oğlu ##.##.2025-ci il tarixdə vəfat ediyindən və hazırkı iddia tələbi üzrə cavabdehlər isə sonuncudan qalan mirasa vərəsə olduqlarından 20.000 manat pul vəsaiti cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməlidir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 20.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 150 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması, iddianın cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı təmin edilməməsi qət edilmişdir (hakim X5).
9. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, hazırki işdə tərəflər arasında yazılı bağlanmış müqavilə münasibəti mövcud deyildir. Bu halın özü də bir daha təsdiq edir ki, borc müqaviləsi üçün qanunda tələb olunan forma tələbinə əməl edilməmişdir. Belə olan halda, müəyyən olur ki, həmin əqd etibarsız əqddir və əşyanın (pul vəsaitinin) əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir. İddiaçı tərəfindən mərhum Rəsulov Müşfiq İdris oğluna ümumilikdə 26.570 manat məbləğində pul vəsaiti verilmiş, ondan 4.000 manat və 2.570 manat olmaqla, 6.570 manat pul vəsaiti geri qaytarılmış, lakin 20.000 manat məbləğində pul vəsaiti hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Rəsulov Müşfiq İdris oğlu ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş məktuba əsasən mərhum Rəsulov Müşfiq İdris oğlunun adına vərəsəlik işi açılmamış, eyni zamanda cavabdehlər cavabdeh3 və Rəsulzadə İlahə Müşviq qızı mərhum ataları Müşfiq Rəsulovdan qalmış mirasdakı paydan anaları cavabdeh1 xeyrinə imtina etmələri barədə ##.##.2025-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində cavabdeh3 tərəfindən, ##.##.2025-ci il tarixdə isə * saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində İlahə Rəsulzadə tərəfindən ərizələr rəsmiləşdirilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, mərhum Rəsulov Müşfiq İdris oğlunun iddiaçı İddiaçı borc götürməsi və hazırki günədək 20.000 manat məbləğində borcun qaytarılmaması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün, iddia tələbi qismən təmin edilməli, Müşfiq Rəsulovun vəfat etməsi səbəbindən miras əmlakları qəbul etmiş vərəsəsi olan cavabdeh1 onun kreditoru qarşısında öhdəliyi icra etməli olduğu üçün cavabdeh cavabdeh1 20.000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Digər cavabdehlər cavabdeh3 və Rəsulzadə İlahə Müşviq qızı ataları Müşfiq Rəsulovdan qalmış mirasdakı paydan anaları cavabdeh1 xeyrinə imtina etdiklərindən, iddia tələbi onlara qarşı hissədə təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 404.1-ci, 439.4-cü, 442-ci, 448.1-ci, 507-ci, 739-cu, 743-cü, 1091-1093-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 217.4-cü və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2018-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2020-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12 Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini və əlavəni onunla əsaslandırmışdır ki, hazırki müqavilə yazılı qaydada bağlanmalı olduğu halda iddiaçı bunu etməmişdir. Buradan müəyyən olur ki, həmin əqd etibarsız əqddir və əşyanın (pul vəsaitinin) əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığından pulun qaytarılması tələb edilə bilməz. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Onun mərhum ərinin vəfat etməmişdən qabaq maddi vəziyyətinin aşağı olması, varlı olmadığı barədə məlumatlar iş materiallarında kifayət qədər mövcuddur. Ümumiyyətlə, mərhumun vəfat etməsi, onun varlanmadığını bir daha göstərir. Ona görə də, ona və ya varisinə qarşı iddia tələbi irəli sürülə bilməz. O, mirası qəbul etdiyi barədə notariat ofisinə ərizə verməmiş, əmlak sahiblik etməmiş, əmlakı idarə etməyə faktiki başlamamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyil. X6mış mirasdakı paydan onun xeyrinə imtina etmələri barədə ##.##.2025-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində cavabdeh3 tərəfindən, ##.##.2025-ci il tarixdə isə * saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində İlahə Rəsulzadə tərəfindən ərizələr rəsmiləşdirilsə belə, onun tərəfindən hər hansı bir mirasın qəbulu barədə ərizə verilməmişdir. Ümumiyyətlə, miras əmlaklara baxdıqda görünür ki, miras əmlaklar Rəsulov Müşfiq İdris oğlunun adında ##.##.2024-cü il tarixdən “MAZ” yarımqoşqu, **ZB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ##.##.2005-ci il tarixdən “Kamaz 5320” yük markalı, **BC*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi, ##.##.2023-cü il tarixdən “HOWO ZZ3317N3867W” yük markalı, **BF*** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi və##.##.2024-cü il tarixdən “MAZ 856102” yarımqoşqumarkalı, **ZB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olsa da, onun bu əmlaklardan, yəni mirasdan məlumatı olmamışdır. Ümumiyyətlə, həmin əmlakların harada olması barədə onun məlumatı olmamışdır. Belə olan halda, həmin əmlakları faktiki qəbul edərək sahiblənməsi mümkün deyil. Onun həmin borcun məbləğindən belə məlumatı olmamışdır. Mərhum ərinə lizinq müqaviləsi əsasında məxsus “Hyundai Avante” markalı avtomobilin ilkin ödənişin və aylıq ödənişini mərhum ödəmişdir. İddiaçı bunu dolayısı yolla qəbul edir. Nəzərə almaq lazımdır ki, ilkin ödəniş 7.000 manat və 10 ay 700 manatdan 7.000 manat məbləğində pulu Müşfiq Rəsulov ödəmiş və avtomobili İddiaçı idarə etmişdir. Mərhum vəfat edəndən sonra Firuzə ödənişi həyata keçirmədiyi üçün Lizinq şirkəti avtomaşını geri alır. Göründüyü kimi, elə bu onların borcu olmuş olsa belə lizinq müqaviləsi bunu bağlamış sayılır. Çünki mərhum bu pulu ödəməsə həmin avtomaşını İddiaçı rahat idarə edə bilməzdi. Bunu məhkəmədə şahid Vüqar Rəsulovda bildirdi. X6un son vaxtlar elə də maddi imkanı olmamış, sağlamlığı yerində olmamış və uzun sürən xəstəlikdən vəfat etmişdir. Məhkəmə həmin pulu əsassız varlanma kimi qiymətlənirir. Ancaq nəzərə almaq lazımdır ki, iddiaçı borc verdiyini bildirir. Nəzərə almaq lazımdır ki, borc verdiyi halda borc müqaviləsi bağlanmalıdır. X6 isə ümumiyyətlə varlanmamışdır. Vəziyyəti olduqca pisləşmiş və səhhəti belə onun normal hərəkətinə imkan verməmişdir. İddiaçı qəbz göstərərək mərhumun borcunu ödədiyini bildirir. Nəzərə almaq lazımdır ki, həmin qəbzin İddiaçı tərəfindən ödənilməsi müəyyən olunmur. İddiaçı mərhumun ölümündən istifadə edərərək sübutlardan istədiyi kimi onların əleyhinə istifadə edir. Bütün danışıqlar onunla mərhum arasında olduğundan və mərhumun həyatda olmamağından məharətlə istifadə edir. Qeyd edir ki, whatsapp yazışmalarında o, heç vaxt iddiaçının borcunu etiraf etməmişdir. Ümumiyyətlə, məbləğ barədə məlumatı olmamışdır. Qızı isə fikir bildirəndə nəyə bildirdiyini bilməmiş və atasına deyəcəyini bildirmişdir. Görünən odur ki, hansısa borc məbləğindən söhbət getmir. Əlavə olaraq qeyd edir ki, heç bir halda əmlakı faktiki sahiblik etməyi müəyyən edilmir. Ümumiyyətlə, həmin əmlakların dəyərinin hazırki tələblə eyni olması, tələbdən çox və ya az olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bundan əlavə, həmin əmlakların dəyəri müəyyən edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Dəfələrlə məhkəmə iclasında artıq həmin daşınar əmlakların məhv olduğunu bildirmişdir. Həmin əmlaklar artıq sənəd üzərindədir. Sənəd üzərində olan əmlak bu tələblə eyni və ya ondan çox ola bilməz. Həmin əmlakların dəyəri 20.000 manat ola bilməz. Məhkəmə əsassız nəticəyə gəlmiş və işi birtərəfli qaydada araşdırmışdır. O, tək vərəsə deyil. Qeyd etdiyi hallar yenidən araşdırılmalıdır. Məhkəmə iş üzrə olan sübutarı düzgün tətqiq etməmişdir. Çünki məhkəmə iddiaçı tərəfin sübutlarını qəbul etsə də, tam olmadığını bildirməmiş, natamam sübutlarla işə baxaraq əsassız qətnamə çıxarmışdır. Ümumuyyətlə, hər hansı bir möhtəbər sübuta istinad etməmişdir. İddiaçının iddası tam sübut edilməmiş təmin edilmişdir. İddiaçının təqdim etdiyi, möhtəbər sübut hesab etdiyi çıxarışın digər məhkəmədə mübahisələndirilməsinə əhəmiyyət verməmişdir. Məhkəmə bu əsaslarla iddia tələbini təmin etməməli idi. Çünki ümumiyyətlə borcun olması sübut olunmurdu. Olmayan borca görə məhkəmənin pul tutması əsassız və yolverilməzdir. Çünki məhkəmənin göstərdikləri işin hallarına uyğun deyildir. İşdə olan sübutlar yenidən araşdırılmalı, əmlakların dəyəri qiymətləndirilməlidir. Mərhumun borcları barədə yeni məlumatlar təqdim edəcəkdir. Məhkəmə yekun məhkəmə aktı qəbul edən zaman səs yazılarına, Whatsapp yazışmalarına istinad etmiş və bunu Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli Plenum Qərarı ilə əsaslandırmışdır. Lakin qeyd olunan Plenum Qərarının tətbiqi üçün müvafiq hüquqi şərtlər mövcud olmalıdır. Belə ki, həmin qərar əsasən tərəflər arasında mövcud olan müqavilə münasibətləri çərçivində aparılmış yazışmaların sübut kimi qiymətləndirilməsi imkanlarını nəzərdə tutur. Hazırki iş üzrə isə məhkəmə tərəfindən mübahisə predmeti olan hüquqi münasibət əhəmiyyətsiz əqd kimi qiymətləndirildiyindən, tərəflər arasında hüquqi nəticə doğuran müqavilə münasibətlərinin mövcudluğu istisna edilmişdir. Bu baxımdan, Whatsapp yazışmalarına istinad olunması və onların qeyd olunan Plenum Qərarına əsasən sübut kimi qəbul edilməsi hüquqi baxımdan əsassızdır. Mərhum tərəfindən lizinq müqaviləsi əsasında əldə edilmiş avtomobil şifahi razılaşma ilə iddiaçının istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı mərhumdan müəyyən pul vəsaiti tələb etdikdə, mərhum avtomobilin geri qaytarılması şərti ilə həmin ödənişi edəcəyini bildirmişdir (bu fakt səs yazısı ilə təsbit olunub). Lakin iddiaçı əmlakı qaytarmaqdan qəsdən imtina etmişdir. Mərhumun ağır xəstəlik səbəbindən vəfat etməsi və lizinq ödənişlərinin dayanması nəticəsində, avtomobil lizinq şirkəti tərəfindən iddiaçının sahibliyindən geri alınmışdır. İddiaçının hər hansı pul tələbi və ya əsassız varlanma iddiası Mülki Məcəllənin 1093.2.2-ci maddəsinin imperativ tələbləri çərçivəsində rədd edilməlidir. Həmin maddəyə əsasən “əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa” qaytarma tələbi istisna edilir. Mərhum tərəfindən pulun ödənilməsi məqsədinə çatmaq üçün qarşı tərəfə aydın və icrası mümkün olan qanuni bir şərt (avtomobilin qaytarılması) irəli sürülmüşdür. İddiaçı avtomobili qanunsuz olaraq özündə saxlamaqla, həm mərhumun əmlak üzərində sərəncamvermə hüququnu məhdudlaşdırmış, həm də vəd edilən pul vəsaitinin ödənilməsi məqsədinə çatmağa vicdansızcasına mane olmuşdur. Əgər o, şifahi razılaşmanın şərtlərini pozmayaraq avtomobili qaytarsaydı, ödəniş həyata keçiriləcəkdi. Mülki hüquqda əsassız varlanmanın təməl şərti – bir şəxsin digərinin hesabına əmlak əldə etməsi (aktivlərinin artması) və ya əmlaka qənaət etməsidir. Təhlil edilən halda mərhumun (və ya onun vərəsələrinin) varlanması faktı tamamilə istisna olunur, çünki aktivlərdə artım yoxdur. Mərhumun əmlak kütləsi nəinki zənginləşməmiş, əksinə, həm avtomobil üzrə çəkilmiş 14.000 manat xərc, həm də lizinq obyekti olan avtomobil tamamilə itirilərək zərərə uğramışdır. Göstərilənlərə əsasən, iddiaçının öz iradəsi və qəsdən etdiyi hərəkətsizlik (avtomobili qaytarmamaq) nəticəsində əmlak itirilmişdir. Mülki Məcəllənin 1093.2.2-ci maddəsinin tələblərinə və faktiki hallara (mərhumun aktivlərində heç bir artımın olmamasına) əsaslanaraq birmənalı şəkildə belə qənaətə gəlmək olar ki, mərhum tərəfindən heç bir halda əsassız varlanma baş verməmişdir və iddiaçının hər hansı qaytarma tələbi hüquqi cəhətdən əsassızdır. Qeyd edir ki, hazırki iş üzrə miras qoyandan qalan əmlakın dəyəri mövcud borc öhdəliklərini qarşılamır. Belə ki, miras əmlak kimi təqdim olunan avtomobillərin real bazar dəyərinin müəyyən edilməsi üçün onların müstəqil mütəxəssis tərəfindən qiymətləndirilməsi zəruridir və bu barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi nəzərdə tutulur. Digər tərəfdən, iş materiallarından görünür ki, miras qoyanın üzərinə düşən vergi borcu, kredit borcu mövcuddur və kredit üzrə artıq müəyyən ödənişlər də həyata keçirilmişdir ki, bu hal ödəniş qəbzləri ilə təsdiq olunur. Mövcud borc öhdəlikləri miras əmlakın dəyərini əhəmiyyətli dərəcədə üstələyir. Bu baxımdan, vərəsələrin miras qoyanın borclarına görə daha artıq həcmdə məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir və yolverilməzdir. Borcun verildiyi tarixdən (##.##.2024-cü il və ##.##.2024-cü il tarixindən) 1 illik kəsici müddət məhkəmə tərəfindən tətbiq edilməmişdir. Məhkəmə Müşfiq Rəsulovun birgə nikah dövründə əldə etdiyi 25.000 manatlıq kredit borcunu və vergi borcunu (dövlət büdcəsi və sosial sığorta 32.000 manat vergi borcu) nəzərə almamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə yekun məhkəmə aktı qəbul edən zaman faktiki və hüquqi halları tam araşdırmamış və əsassız qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabdehin məhrum əri arasında borc münasibətləri olubdur. Borc məbləği miras məbləğindən çox yuxarıdır. Miras qoyanın banklara da borcu var. 4 ədəd avtomobil miras qalıb, 32.000 manat vergi, 25.000 manat kredit və 184.000 manat ipoteka borcu var. Maşınların qiyməti isə 60.000 manatdan yuxarı deyil. Borclar tutulmalı olsa belə iddiaçının borcu 5-ci növbədədir. Ondan öncə dövlət borcları və bank borcları var. Birinci instansiya məhkəməsi vərəsənin mirasın miqdarı həddində məsuliyyət daşımasını nəzərə almayıb. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, avtomobil almaq üçün pul yığmışdır. Atası vəfat edəndən sonra dayısına pulunun olduğunu bilmişdir. Dayısı da ondan həmin pulu borc istəyib, bir neçə avtomobilinin olduğunu, bir avtomobili sürməsi üçün ona verəcəyini, borcu qaytaranda özünə yeni avtomobil almasını bildirmişdir. O, qohum olduğu üçün etibar edib, bu şərtlərlə 15.000 manat pulu borc vermişdir. Pulu ona Tbilisi prospektində yerləşən evlərinin həyətində anasının və dayısı qızı iş üzrə cavabdeh Rəsulzadə İlahə Müşviq qızının iştirakı ilə vermişdir. Bir neçə ay sonra ona pulu qaytaracağını desə də, borcu qaytarmamış, hər dəfə yaxın müddətə qaytaracağını bildirirdi. Dayısı yayda 4.000 manat məbləği anasına qaytarmışdır. Sentyabr ayında dayısı xaricdə olduğu üçün ipoteka kreditini o ödəmiş, həmin pulun 9.000 manat hissəsi onun pulu olmuşdur. Qəbzin əsli ondadır. Dayısının ailə üzvlərinin də borclardan məlumatı var idi. O, dəfələrlə borcu tələb etsə də, ona borcu qaytarmamışdılar. Dayısı öləndən sonra ailə üzvləri ona heç nə ödəməyəklərini bildirdilər. Tbilisi prospektində 200 kv.metr sahəsi olan evləri var idi. Evi kreditlə almamışdılar, ipoteka ilə yüklü edib kredit götürüblər. Həmin evi satıb başqa ev alıblar, ünvanını bilmir. Həmin binada qaraj da mövcud idi, satılıbdır. Dayısının müqavilə ilə qeyri-yaşayış sahələri olub, bağ evi var. Yeni evində olmamışdır. Əvvəlki evində dəfələrlə olmuşdur, tam təmirli, əşyalı ev idi. Həmin ev nikah dövründə alınıbdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdehlər cavabdeh3 və Rəsulzadə İlahə Müşviq qızı məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiqsurətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur; 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159-cu və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; əvvəlki redaksiyada 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əvvəlki redaksiyada 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar; Miras açılan vaxt qüvvədə olan 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2026-cı il tarixli qərarına əsasən fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş olunsa da, qətnamə yalnız cavabdeh cavabdeh1 aid hissədə təmin edildiyindən, qətnamə yalnız iddianın təmin edilən, yəni pulun cavabdeh1 tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh cavabdeh1 20.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 150 manat dövlət rüsumunun əvəzinin iddiaçı İddiaçı xeyrinə tutmaqla düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə hər hansı əsas yoxdur. Apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Rəsulov Müşfiq İdris oğlu iddiaçının dayısıdır. O, ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər cavabdeh1 iddaçının dayısının arvadı, cavabdeh3 və Rəsulzadə İlahə Müşviq qızı isə dayısının uşaqlarıdır. Hazırda iddiaçı ##.##.2024-cü il tarixdə X4un xahişi ilə ona 15.000 manat borc pul verdiyini, həmin pulun 4.000 manat hissəsinin həmin ilin yay aylarında dayısı tərəfindən qaytarıldığını, daha sonra dayısı xaricdə olarkən onun tapşırığı ilə ##.##.2024-cü il tarixdə dayısının “xxxx” ASC-yə olan kredit borcunun ödənilməsi üçün 2.570 manat dayısının (iddiaçıya göndərmişdir), 9.000 manat isə öz vəsaiti hesabına dayısının kredit borcunu ödədiyini, nəticədə dayısının ona (11.000 + 9.000) 20.000 manat borcunun yaranmasına baxmayaraq, bu borcu ölənədək qaytarmadığını, ##.##.2025-ci il tarixdə vəfat etdikdən sonra isə cavabdehlərin borcdan məlumatı olsa da, qaytarmaqdan imtina etdiklərini bildirir və həmin borcu dayısının vərəsələrindən tələb edir.
27. Cavabdeh cavabdeh1 isə iddianı qəbul etmir, iddiaçıya əri tərəfindən idarə etməsi üçün lizinqdə olan avtomobilin verildiyini, əri tərəfindən həmin avtomobil üzrə 14.000 manat lizinq ödənişinin edildiyini, avtomobili iddiaçıdan istəmələrinə baxmayaraq, bunu təmin etməməsini, daha sonra lizinq şirkəti ödənişlərin edilməməsi səbəbindən avtomobili iddiaçıdan aldığını, iddiaçı ilə əri arasında yazılı borc müqaviləsi bağlanılmadığından həmin əqdin etibarsız olduğunu, iddiaya kəsici müddətinin tətbiq edilməli olduğunu, mərhumun iddiaçıdan aldığı pul hesabına varlanmadığını, mərhumdan heç bir miras əmlakı qəbul etmədiyini, mərhumun başqa kredit və vergi öhdəliklərinin olduğunu bildirir.
28. İş materiallarında olan ödəniş qəbzləri, tərəflər arasında aparılmış söhbətlərin səs yazılarından və mesajlarla müəyyən edilir ki, həqiqətən X6 tərəfindən iddiaçıya 20.000 manat pul verilməli idi. Həmin məbləğin mövcudluğu cavabdehlərə də məlum idi. Hazırda iddiaçı həmin vəsaitinin 11.000 manatının borc verilmiş vəsait, 9.000 manatının isə dayısının tapşırığı ilə onun kredit ödənişini etməsi nəticəsində formalaşdığını qeyd edir, mərhum və cavabdeh tərəf bunu inkar etməmişdir (səs yazılarına əsasən), məhkəmə baxışı zamanı da cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili iddiaçı ilə mərhum arasında borc münasibətlərinin olduğunu qəbul etmişdir.
29. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində şahid kimi ifadəsi alınmış mərhumun qardaşı Rəsulov Vüqar İdris oğlu iddiaçının atasının mərhuma 10.000 manat borcunun olduğunu, mərhumun kreditlə aldığı avtomobili idarə etmək üçün iddiaçıya verdiyini, həmin kredit üzrə 10 ay ödəniş etdiyini, iddiaçı mərhumdan 20.000 manat borcu istəyəndə mərhumun avtomobili qaytardıqdan sonra atasının 10.000 manat borcunu çıxmaqla, iddiaçıya 10.000 manat pulu ödəyəcəyini bildirdiyini, bir müddət sonra iddiaçının avtomobili qaytardığını, mərhumun ölümündən sonra kredit üzrə ödənişlər dayandırıldığından bank tərəfindən avtomobilin geri götürüldüyünü qeyd etmişdir. Həmin şahidin ifadəsi ilə də mərhumun iddiaçı qarşısında 20.000 manat məbləğində öhdəliyinin olduğu bir daha təsdiq olunur. İddiaçının atasının isə mərhuma 10.000 manat borcunun olması, avtomobilin iddiaçısının istifadəsində olmasına baxmayaraq kredit ödənişlərinin mərhumun etməsi hazırki mübahisənin predmetini təşkil etmir.
30. Məhkəmə kollegiyası 11.000 manat pula münasibətdə qeyd edir ki, iddiaçı və X6 arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, həmin münasibətlər çərçivəsində iddiaçı ona birdəfəlik 15.000 manat məbləğində pulu borc vermişdir. Lakin cavabdeh həmin məbləği qəbul edib, onun qaytarılması barədə üzərinə öhdəlik götürsə də, cəmi 4.000 manat hissəsini qaytarmış, bu məbləğin ödənilməsini tam təmin etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və Müşfiq Rəsulov onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mövcud olan 11.000 manat borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməli idi.
31. Həmçinin, iddiaçı öz mövqeyinə uyğun 11.570 manat məbləğində pulun ödənilməsini təsdiq edən ödəniş (kassa mədaxil) qəbzini təqdim etmişdir. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli həmin qəbzdə Rəsulov Müşfiq İdris oğlunun kredit ödənişi üzrə 11.570 manat vəsaitin ödənildiyi, başqa bir qəbzdə isə iddiaçıya məxsus bank hesabına 2.570 manat vəsaitin köçürüldüyü açıq və aydın şəkildə göstərilmişdir. İddiaçı 2.570 manat pulun ona dayısı tərəfindən göndərildiyini bildirir. Bu məbləğdən artıq hər hansı məbləğin iddiaçıya dayısı tərəfindən göndərildiyi müəyyən edilmir. Qeyd edilən 11.570 manat pulun 2.570 manat hissəsindən artıq qalan, yəni 9.000 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilməsini təkzib edən hər hansı sübut da cavabdehlər tərəfindən təqdim edilməmişdir.
32. Bununla belə, 11.570 manat pulun Rəsulov Müşfiq İdris oğlunun “xxxx” ASC-yə olan kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası qaydasında ##.##.2024-cü il tarixdə Rəsulov Müşfiq İdris oğlunun tapşırığı əsasında iddiaçı tərəfindən ödənildiyi müəyyən edilir. Bu baxımdan iddiaçı ilə Rəsulov Müşfiq İdris oğlu arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı 11.570 manat məbləğində pulu məhz Rəsulov Müşfiq İdris oğlunun tapşırığı əsasında banka ödəmişdir.
33. Həmin vəsaitin mülkiyyətçisi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh cavabdeh1 iddiaçı tərəfindən ödəniş qəbzinin əslinin təqdim edilməsinə baxmayaraq, həmin qəbzdə ödənişin kim tərəfindən həyata keçirildiyi göstərilmədiyindən həmin ödənişin məhz iddiaçı tərəfindən ödənilmədiyini bildirsə də, bu halın (pulun verilməsi) sübut olunması yükü məhz bu mövqedən çıxış edən cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı etdiyi ödənişi təsdiq etmək üçün qəbzin əslini, həmçinin dayısı tərəfindən onun hesabına köçürülən vəsait bağlı sübutlarını məhkəməyə təqdim etmişdir, lakin artıq müəyyən edildiyi kimi cavabdehlər pulun mərhum və ya onlar tərəfindən ödənilməsi ilə bağlı nəinki mötəbər, hətta hər hansı sübut təqdim edə bilmir.
34. Hüquqi nəticə etibarı ilə iddiaçı ##.##.2024-cü il tarixdə Rəsulov Müşfiq İdris oğlunun tapşırığı əsasında hərəkət etmiş və öz şəxsi vəsaiti hesabına (9.000) və Rəsulov Müşfiq İdris oğlunun vəsaiti hesabına (2.570) onun kredit müqaviləsi üzrə “xxxx” ASC qarşısında mövcud olan öhdəliyini icra edərək, 11.570 manat məbləğində kredit borcunu ödəmişdir.
35. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda göstərilən səbəblərdən və əsaslarla ##.##.2024-cü il tarixli ödəniş qəbzində göstərilən, yəni 11.570 manat məbləğində pul vəsaitinin 9.000 manat hissəsi iddiaçıya qaytarılmalıdır.
36. Nəticədə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, Rəsulov Müşfiq İdris oğlunun iddiaçı qarşısından 20.000 manat (11.000 manat borc və 9.000 manat tapşırıq əsasında) məbləğində icra edilməmiş öhdəliyi vardır. Rəsulov Müşfiq İdris oğlunun vərəsələri isə arvadı cavabdeh1, uşaqları cavabdeh3 və İladə Rəsulzadədir. cavabdeh3 və İladə Rəsulzadə mirasdan anaları cavabdeh1 xeyrinə imtina etmiş, lakin mərhumun ölümündən sonra vərəsəlik işi açılmamışdır. Lakin cavabdeh1 miras əmlakından imtina etməməklə, artıq qəbul etmiş sayılır.
37. Belə ki, cavabdeh cavabdeh1 mirası (əmlakı) qəbul etmiş vərəsə kimi onun əmlak hüquqlarını əldə etmiş və eyni zamanda, onun vəzifələrinin icraçısına çevrilmişdir. Bu baxımdan da cavabdeh cavabdeh1 hazırda onun kreditoru qismində çıxış edən iddiaçının mənafelərini (pulun ödənilməsini) təmin etməlidir.
38. Bununla belə, məhz cavabdeh cavabdeh1 vərəsə olaraq mərhum ərinin iddiaçı qarşısında yaranmış borcu üzrə məsuliyyət daşıyır və hazırki icraat çərçivəsində sərgilədiyi mövqeyə uyğun olaraq həmin borcu miras payına mütənasib surətdə ödəməyə, habelə buna zərurət yarandıqda (əmlakın notarius tərəfindən siyahıya alınması istisna olmaqla) borcun mirasdan çox olduğunu sübut etməyə borcludur.
39. Belə ki, cavabdeh mirası qəbul etməməklə yanaşı, mərhum ərindən ona hər hansı daşınar və daşınmaz əmlakın miras qalmadığını, mərhumun adına qeydiyyata alınmış 4 ədəd nəqliyyat vasitəsini nəinki qəbul etmədiyini, hətta ümumiyyətlə görmədiyini, bu əmlakların məhv olunduğunu və yalnız sənəd üzərində mövcud olduğunu, əksinə mərhumun 32.000 manat vergi, 25.000 manat kredit və 184.000 manat ipoteka borcunun qaldığını vurğulayır.
40. Lakin nəzərə alınmalıdır ki, cavabdeh bu nəqliyyat vasitələrinin məhv olunması və yalnız sənəd üzərində olmasını sübuta yetirə bilmir. Digər tərəfdən cavabdeh cavabdeh1 istinad etdiyi əmlaklar reyestrdə qeydə alınan əmlaklardır, bununla yanaşı cavabdeh mərhum ərindən ona reyestrdə qeydə alınma zəruriliyi olmayan, habelə alınmalı olan, lakin hələ ki, alınmayan əmlakların da miras olaraq qalmadığını sübut etməli idi. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən ərinin kredit (borc) öhdəlikləri barədə məlumatlı olan cavabdeh onun vərəsəsi olaraq ondan qalmış mirasın notarius tərəfindən siyahıya alınması üçün tədbirlər görə bilərdi. Lakin hazırki iş üzrə belə bir tədbirin görüldüyü və nəticə etibarı ilə mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Belə olan halda, iddiaçıya yaranmış borcun mirasdan çox olması ilə bağlı sübutetmə yükü məhz vərəsənin (hazırda cavabdehin) üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Nəticə etibarı ilə qeyd edilən 4 avtomobil mərhumdan miras qalmış əmlak kimi reyestrdə görünür. Cavabdeh hazırda kirayə əsaslarla yaşadığını, habelə evsiz qaldığını da bildirmir.
41. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu qəbildən olan dəlillərini əsassız hesab edir və yuxarıda göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, iddia edilən borc məbləği tam məbləğdə cavabdehdən tutulmalıdır.
42. Məhkəmə kollegiyası hazırki iddiaya müddətin (kəsici və ya iddia) tətbiq edilməsi üçün də hər hansı əsas görmür. İddiaçı ilə mərhum arasında 2024-cü ildə etibarlı borc və tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu baxımdan iddiaçı hazırki iddia üzrə iddia müddətini ötürməmişdir. Həmin müqavilələrin etibarsız heab edilməsi üçün də hər hansı əsas yoxdur.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.