Məhkəmə qərarları › İş №2(3-6)-942/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-942/2026

20.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-942/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“birgə nikah dövründə əldə edilmiş əmlaka miras hüququnun tanınması”) hakimlər X23 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi vəkil Həsənova İlhamə Zakir qızının, cavabdehin nümayəndəsi vəkil İsrafilov Vasif İmaməddin oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı İddiaçı mərhum anasından miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evinə (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11), Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 29, mənzil 6 (Yeni qaydalarla: AZ1007, ünvan 7) ünvanında yerləşən mənzilə köçürülməyi, həmin yaşayış və qeyri yaşayış sahələrindən istifadəsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, həmçinin, mərhum anası X14 cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi iddia ərizəsində göstərilən məişət əşyaları və digər daşınar əşyalar üzərində 1/16 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilən avtomobilin dövlət qeydiyyat nömrəsinin **-FL- *** kimi deyil, **-FJ-*** kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X14 ##.##.2022-ci ildə vəfat etmişdir. Mərhum anasından miras qalmış 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evində (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11), 2) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsində, 3) Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 29, mənzil 6 (Yeni qaydalarla: AZ1007, ünvan 7) ünvanında yerləşən mənzildə 1/16 hissədə vərəslik qaydasında mülkiyyət hüququ məhkəmə qərarı ilə tanışmış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən çıxarışlar verilmişdi. Lakin hal-hazırda yuxarıda qeyd edilən əmlakların digər mülkiyyətçisi Cavabdeh onun həmin yaşayış və qeyri-yaşayış sahələrinə daxil olmasına, onlardan istifadə etməsinə əsassız şəkildə mane olur, iddiaçının mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Halbuki, bu əmlaklarda paylı mülkiyyət əsasında hüququ tanınmışdır və iddiaçı mülkiyyətçi kimi əmlakdan istifadə etmək, yaşayış sahəsində faktiki yaşamaq və ondan təyinatı üzrə faydalanmaq hüququna malikdir. Göründüyü kimi cavabdehin yuxarıda qeyd olunan hərəkətləri hüquqi baxımdan əsassız və qanunaziddir. O, qanunla tanınmış mülkiyyət hüququnun həyata keçirilməsinə, yəni iddiaçının əmlakdan istifadə etməyinə və ona sahiblik etməyinə özbaşına şəkildə müdaxilə edir. Eyni zamanda, iddiaçının mərhum anası X14 cavabdeh Cavabdeh ilə birgə nikah dövründə bir sıra məişət əşyaları və digər daşınar əşyaları əldə etmişdir. Həmin əşyalar aşağıdakılardan ibarətdir: 1. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 29, mənzil 6 (Yeni qaydalarla: AZ1007, ünvan 7) ünvanında yerləşən mənzildən 1.1. Kondisoner– 2000 AZN dəyərində 1.2.Televizor– 1000 AZN dəyərində 1.3.Mətbəx mebeli– 10.000 AZN dəyərində 1.4.Paltaryuyan– 1000 AZN dəyərində 1.5.Hamam və sanitar qovşaqlarında istifadə olunan məişət əşyaları– 5000 AZN dəyərində. 2. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsində olan əşyalar: 2.1.Saç yuma çanağı– 7200 AZN dəyərində; 2.2.Divan– 700 AZN dəyərində; 2.3.Kosmetoloji çarpayı– 700 AZN dəyərində; 2.4.Kosmetoloq əşyaları– 10.000 AZN dəyərində; 2.5.Kondisoner– 2500 AZN dəyərində; 2.6.Mətbəx mebeli– 5000 AZN dəyərində; 2.7.Paltaryuyan– 1000 AZN dəyərində; 2.8.Quraşdırılmış məişət mebeli 10000 AZN dəyərində; 2.9.Lazer epilyasiya aparatı– 10000 dollar. 3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evində (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü Mərdəkan küçəsi, giriş 11) olan əşyalar: 3.1.Divan və kreslolar– 3000 AZN dəyərində; 3.2.Stol və stullar– 10.000 AZN dəyərində; 3.3.Yay mətbəxi mebeli– 10000 AZN dəyərində; 3.4.Divançarpayı– 1600 AZN dəyərində; 3.5.Böyük otaq mebeli – 10000 dollar dəyərində” 3.6.Çılçıraq– 2000 AZN dəyərində ; 3.7.Qonaq otağı üçün şüşəli dolablar– 12000 dollar dəyərində; 3.8.Kondisoner– 2500 AZN dəyərində; 3.9.Daxili mətbəx mebeli– 12000 AZN dəyərində; 3.10. Yataq otağı mebeli– 10000 dollar dəyərində; 3.11. Uşaq otağı– 7000 dollar dəyərində; 3.12. 3-cü yataq otağı mebeli– 8000 dollar dəyərində; 3.13. Yataq çarşaf dəsti– 6000 AZN dəyərində; 3.14. 4-cü yataq otağı mebeli– 12.000 dollar dəyərində; 3.15. Mətbəx məişət əşyaları– 10000 AZN dəyərində; 3.16. Çılçıraq– 2900 AZN dəyərində; 3.17. Pərdələr– 10000 AZN dəyərində; 3.18. Hamam mebeli– 10000 dollar dəyərində; 3.19. Soyuducu 2 ədəd– 7500 AZN dəyərində; 3.20. Qaz sobası– 1200 AZN dəyərində; 3.21. Kondisoner– 2000 AZN dəyərində; 3.22. Qabyuyan maşın– 2000 AZN dəyərində; 3.23. Kofe maşını– 500 AZN dəyərində; 3.24. Paltaryuyan maşın – 1000 AZN dəyərində; 3.25. Televizor– 2000 AZN dəyərində. Həmin əmlakların üzərində iddiaçının miras payının tanınması ilə bağlı hər hansı məhkəmə qətnaməsi mövcud deyil. Eyni zamanda iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində göstərmişdir ki, mərhum anası X14 cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha, 0.0985 ha, 0.7375 ha, 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının 1/16 hissədə mülkiyyət hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin torpaq sahələrində təsərrüfatla məşğul olmaq üçün mərhum X14 cavabdeh Cavabdeh ilə birgə nikah dövründə bir sıra məişət əşyaları əldə etmişdir. Bu əşyalar 1. Nasos 6 ədəd — 5400 AZN dəyərində, 2. İşıq transformatoru 3 ədəd dəyərində, 4. — 44000 AZN dəyərində, 3. İstixana avadanlıqları — 80000 AZN Su qızdırıcı aparat — 40000 AZN dəyərində, 5. Qaz xəttinin çəkilişi üçün alınmış avadanlıqlar— 70000 AZN dəyərində, 6. Örtülü çardaq — 10000 AZN dəyərində, 7. Dəmir darvaza — 500 AZN dəyərində. Bu səbəbdən hesab edir ki, həmin daşınar əşyalar da miras əmlakının tərkib hissəsi kimi qiymətləndirilməli və qanuni vərəsə kimi iddiaçının da həmin əmlaklar üzərində pay hüququ tanınmalıdır. Sadalanan əşyaların alınması və saxlanılması üçün iddiaçının mərhum anası ciddi maliyyə vəsaiti sərf etmişdir ki, bu da onların mərhumun mülkiyyətində olduğunu və miras kütləsinə daxil edilməsinin qanuni əsasını təşkil edir. Buna görə də, həmin əmlaklar üzərində idiaçının vərəsəlik hüququnun təsdiqlənməsi iddiaçının qanuni miras payına müvafiq sahiblik hüququnun qorunması baxımından zəruridir.

2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka miras hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.1, 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1193, 1194, 1196; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.1, 36.3, 37.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1-ci maddələrinə; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 1 qəsəbəsi 36 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi və onun yerləşdiyi 0,052 ha torpaq sahəsinin, ünvan 8nə yerləşən 0,492 ha; 0,0985 ha; 0,07375 ha və 0,882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh ilə X14 ümumi birgə mülkiyyəti olmuşdur, həmin əmlaklar üzərində iddiaçı 1/16 hissədə, cavabdeh 9/16 hissədə miras payı hüququ əldə etmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, həmin əmlaklarda hazırda mövcud olan və iddia ərizəsi üzrə miras payının müəyyən edilməsi xahiş olunan əşyalar miras bölünən zaman iddiaçıya məlum olmamış, digər vərəsələr tərəfindən notariusa bildirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarına əsasən Ali məhkəmənin Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Hazırki iş üzrə iddiaçı miras pay hüququnun tanınmasını tələb etdiyi əşyaların mərhum anası ilə cavabdehin birgə nikah dövründə əldə edildiyini sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı əksinə olaraq cavabdeh sübut etmişdir ki, mübahisəli əşyaların olduğu qeyd edilən əmlaklardan Xəzər rayonu Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evinin tikildiyi torpaq sahəsi mərhum T.Bağırova ölməmişdən 11 ay öncə torpaq sahəsi formasında alınmış, sonradan həmin torpaq sahəsində tikinti işləri aparılmışdır. Nərimanov rayonu Aşıq Alı küçəsi 3, Qızıldaş qəsəbəsi 36 ünvanında yerləşən qeyri yaşayış sahəsi mərhum T.Bağırova ölməmişdən 2 ay öncə alınmış, T.Bağırova ölənə kimi həmin əmlaka hər hansı bir əşya alınmamış, əmlak alınarkən icarədə olmuş, qeyri-yaşayış sahəsində icarədara məxsus əşyalar mövcud olmuş, hazırda mövcud olan əşyalar icarədara məxsus əşyalardır. Nəsimi rayonu Vladislav Plotnikov küçəsi, ev 29-da yerləşən mənzildə təmir işləri 2023-cü ilin aprel ayında yekunlaşmışdır, mənzilə əşyalar bundan sonra kirayə verilməsi üçün yerləşdirilmişdir. ünvan 8nə yerləşən torpaq sahələrində olduğu iddia olunan əşyalar cavabdehə məxsus deyildir, həmin ərazi Ayxan Nuriyev tərəfindən istifadəyə götürülmüş və istixana quraşdırılmış, iddia olunan əşyalar və avadanlıqlar 2023-cü ildə sonuncu tərəfindən torpaq sahələrinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə X14 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçı və şahid Elnarə Həsənova T. Bağırovanın birinci nikahdan olan, cavabdeh X7 isə onun Cavabdeh ilə nikahından olan qızıdır. X14 ##.##.2022-ci ildə ölmüşdür. Məhkəmə iclasında o da müəyyən olundu ki, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə tədqiqatının keçirilməsi “xxxx” MMC-yə həvalə edilmiş və qiymətləndirici qarşısında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 1 qəsəbəsi 36 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi və onun yerləşdiyi 0,052 ha torpaq sahəsinin, ünvan 8nə yerləşən 0,492 ha; 0,0985 ha; 0,07375 ha və 0,882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə ##.##.2025-ci il tarixdə əmlaklara baxış keçirilmiş, qiymətləndirilmiş və əmlakların şəkilləri çəkilərək hesabatlara əlavə edilmişdir. İddiaçıya tələb etdiyi əşyaların varlığı mütəxəssis ilə əmlaklara baxış keçirərkən məlum olmuşdur. Məhkəmədə müəyyən olundu ki, Xalid Bağırov İddiaçı və Elnarə Həsənovaya qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 4 qəsəbəsi 36 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, 3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsinin, 4. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 5. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsinin, 6. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 7. Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 8. “X1” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsinin, 9. “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsinin X11 (1/16 hissə) və İddiaçı (1/16 hissə) məxsus pay hissəsinin dəyəri Cavabdeh tərəfindən likvid bazar dəyəri müqabilində kompensasiya ödənilməklə cavabdehlərin ümumi əmlakdakı paya, yəni hər bir əmlakda hər bir cavabdehin 1/16 hissədə paya hüquqnun Cavabdeh mülkiyyətinə verilməklə ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə iclasında o, da müəyyən olundu ki, məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadı icra olunarkən hazırki iddia üzrə tələb olunan əşyaların bir çoxu müəyyən olunmamış, müəyyən olunmuş əşyaların da bir hissəsi Nərimanov Rayon Məhkəməsinin yuxarda qeyd edilən iş üzrə təyin etdiyi ekspertiza üzrə daşınmaz əmlakın ayrılmaz hissəsi kimi daşınmaz əmlakın ümumi dəyəri kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərə münasibətdə müəyyən olunmuşdur ki, X11 iddiaçının bacısıdır, Cavabdeh qarşı hazırki iddiaçı ilə birlikdə tərəflər arasında Binəqədi və Nərimanov rayon məhkəməsində iddia üzrə tələb olunan əşyaların olduğu əmlaklarla bağlı mübahisə üzrə mülki iş olmuşdur, şahidin cavabdehlə münasibətləri qərəzlidir. Digər şahidlərdən X8 iddiaçının bacısı Elnarə Həsənovanın əridir, şahidlər İbrahimova Səbinə Abbas qızı və X12 isə Elnarə Həsənovanın işçiləri, yəni dükanda satıcılarıdır. Məhkəmə hesab edir ki, şahidlər İbrahimova Səbinə Abbas qızı və X12 ifadəsi iddiaçının bacısı Elnarə Həsənovadan maddi asıllığı olan şəxslər olması səbəbindən, şahid Qabil Həsənovun ifadəsi isə iddiaçının bacısının əri, şahidin özünün və arvadının cavabdeh Cavabdeh ilə qərəzli münasibətlərində olması səbəbindən sübut kimi əsas götürülə bilməz. Eyni zamanda iddiaçının dəvət etdiyi şahidlərin ifadələrində yalnışlıqlar müəyyən olunmuşdur. Belə ki, bağ evi Mərdəkan qəsəbəsində deyil Şüvəlan qəsəbəsində yerləşir, E.Həsənova və hazırki iddiaçı ilə Cavabdeh mərhum T.Bağırova ölməmişdən öncədən münasibətləri pozulmuşdur. E.Həsənovanın cavabdeh ilə münasibətinin gərgin olması səbəbindən onun cavabdehə məxsus evə gəlməsi inandırıcı sayılmır, E.Həsənovanın özü gəlmədiyi evə onun işçiləri olan şahidlərin gəlməsi də inandırıcı deyil, iddiaçı tərəfindən bağ evinə Türkiyə Respublikasından anası mərhum Tamilla Bağırova tərəfindən mebellərin alınaraq gətirilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Salyan rayonundan 2016-2017-ci illərdə torpaq sahələri almış, istixana alınmamışdır, cavabdeh tərəfindən istixana alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır, aldığı torpaq sahələrinin qiyməti 2000- 5400 manat arasında olmuşdur; Cavabdeh ##.##.2021-ci il tarixdə Şüvəlan qəsəbəsindən 40000 manata torpaq almış, ##.##.2022-ci il tarixdə Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz lahiyəyə əsasən evin mülkiyyət hüquqlarının qeydiyyata alınmışdır. Mütəxəssis rəylərindən də görünür ki, hazırda Şüvəlan qəsəbəsində yerləşən Bağ evi və torpağın birlikdə qiyməti 255000 manatdır; Şahid Q.Həsənov torpaq sahəsinin 120000 manata alınmasını bildirsə də, onun iştirakı ilə alınmış torpaq sahəsinin alqı-satqı müqaviləsində qiymətinin 5400 manat olması, Şüvəlan qəsəbəsində bağ evinin alınması üçün 450000 manat pul verildiyi bildirilsə də, qeyd edilən ünvandan ancaq 40000 manata torpaq sahəsi alınmışdır, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən qeyri yaşayış sahəsini mərhum T.Bağırova ölməmişdən 2 il işlətdiyini bildirmiş, lakin qeyri yaşayış sahəsi 2 ay əvvəl alınmışdır.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh ilə X14 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçı və şahid Elnarə Həsənova T. Bağırovanın birinci nikahdan olan, cavabdeh X7 isə onun Cavabdeh ilə nikahından olan qızıdır. X14 ##.##.2022-ci ildə ölmüşdür; - Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Aşağıda qeyd edilən miras əmlaklarda iddiaçılar İddiaçı və X11 hər birinin 1/16 (on altıda bir) hissədə məcburi payı müəyyən edilmişdir: 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR- *** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X1” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi; - ##.##.2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrdən görünür ki, ümumi mülkiyyətdə olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsində Cavabdeh, ½ hissəsində mərhum X14 payı vardır; - Həmin əmlaklara dair iddiaçılara ##.##.2023-cü il tarixdə məcburi paya vərəsəlik hüququ şəhadətnamə verilmiş və onların hər biri miras əmlakların hər birindən 1/16 hissədə pay almışdır. Eyni zamanda Cavabdeh da həmin miras əmlakların hər birindən 1/16 hissədə pay verilmişdir; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evinin (yeni qaydalarla: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14-cü mərdəkan küçəsi, giriş 11), 2) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsinin, 3) ünvan 5 (Yeni qaydalarla: AZ1007, ünvan 7) ünvanında yerləşən mənzilin 9/16 hissəsinə Cavabdeh, 5/9 hissəsinə X7, 1/16 hissəsinə İddiaçı, 1/16 hissəsinə X11 mülkiyyət hüquqları qeydiyyata alınmışdır; - ##.##.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzildən və Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlakın hər birindən vəsiyyətnamə üzrə vərəsə X7 5/16 hissədə pay almışdır. Göründüyü kimi X14 miras açılan vaxt 4 qanun üzrə vərəsəsi olmuş, bunlar onun birinci nikahdan olan qızları İddiaçı, Həsənova Elnarə, əri Cavabdeh və qızı Cəfərova Günay olmuşdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, həmin torpaqda bağ evi ##.##.2022-ci il tarixdə Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmış eskiz lahiyyəyə əssən qeydiyyata alınmışdır, müvafiq olaraq ##.##.2022-ci il tarixdə və ##.##.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; - ##.##.2021-ci il tarixli Bakı şəhəri * saylı notariat ofisinin Xüsusi notariusu İmanov Ərəstun Loğman oğlu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 alıcı Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **K saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.052 ha olan torpaq sahəsini 40000 manata satmışdır; - 2016-2017-ci illərdə Salyan rayon * saylı notariat ofisinin Xüsusi notariusu X38 tərəfindən təsdiq edimiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh ünvan 8 ünvanında yerləşən, müxtəlif torpaq sahələrini 2000 və 5400 manat arası qiymətlərlə almışdır; - Salyan rayon * saylı notariat ofisinin Xüsusi notariusu X38 tərəfindən təsdiq edimiş ##.##.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2016-cı il tarixdə 4000 manata alınmışdır; - Salyan rayon * saylı notariat ofisinin Xüsusi notariusu X38 tərəfindən təsdiq edimiş ##.##.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi ##.##.2016-cı il tarixdə 4800 manata almışdır; - Salyan rayon * saylı notariat ofisinin Xüsusi notariusu X38 tərəfindən təsdiq edimiş alqı-satqı müqavilələrindən görünür ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2016-cı il və ##.##.2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh adına ##.##.2016-cı tarixdə qeydiyyata alınmış və torpaq sahələri müvafiq olaraq 2400 və 2200 manata alınmışdır; - Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Salyan rayon * saylı notariat ofisinin Xüsusi notariusu X38 tərəfindən təsdiq edimiş ##.##.2017-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən ##.##.2017- ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və torpaq sahələri müvafiq olaraq 2000 və 5400 manata alınmışdır; - Bakı şəhəri, Nəsimi rayonu, Vladiskav Plotnikov küçəsi, ev 29 komendant Mürşüdlü Habil İbrahim oğlu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında gedən təmir işləri tam şəkildə 2023-cü ilin aprel ayında başa çatmışdır; - Salyan rayonu, Qarabağlı Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı Arayışdan görünür ki, Salyan rayonu, Qarabağlı kəndində X5 və Cavabdeh məxsus torpaq sahələri X2 2022 ci ilin dekabr ayından istifadəyə verilmişdir. X2 həmin istifadə etdiyi torpaqlarda yüngül konstruksiya əsasında istixana quraşdırmışdır. İstixananın istifadəsi və isidilməsi üçün lazım olan bütün avadanlıqlar X2 tərəfindən quraşdırılmış və ona məxsusdur; - Daşınar Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “MMC” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli Hesabatlarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Məhkəmə qiymətləndirmə tədqiqatının keçirilməsi “xxxx” MMC-yə həvalə edilmiş və qiymətləndirici qarşısında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin, ünvan 1 qəsəbəsi 36 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri yaşayış sahəsinin, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi və onun yerləşdiyi 0,052 ha torpaq sahəsinin, ünvan 8nə yerləşən 0,492 ha; 0,0985 ha; 0,07375 ha və 0,882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə ##.##.2025-ci il tarixdə əmlaklara baxış keçirilmiş, qiymətləndirilmiş və əmlakların şəkilləri çəkilərək hesabatlara əlavə edilmişdir; - Hazırki iş üzrə iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir; Binəqədi Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının icrası barədə Salyan Rayon İcra və Probasiya şöbəsinin icra X6 tərəfindən Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi X4, borclu Cavabdeh və əmlakın faktiki istifadəçisi X10 iştirakı ilə tərtib olunmuş Aktdan görünür ki, qərardadda qeyd edilən əmlakların üzərinə həbs qoyulmuş, Ayxan Nuriyev siyahıya alınmış əmlakların ona məxsus olmasını bildirmişdir; - Cavabdeh Salyan Rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, Binəqədi Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadına əsasən üzərinə həbs qoyulmuş əmlaklar və avadanlıqlar ona məxsus deyil, Ayxan Nuriyevə məxsusdur, torpaq sahələrini 2023-cü ildən ayxan Nuriyevin istifadəsinə vermişdir; - Nəsimi və Nərimanov rayon İcra şöbələrinin aktlarından görünür ki, icra sənədində göstərilən əşyaların bir qismi müvafiq ünvanlarda aşkarlanmış və aşkarlanan əşyaların üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı X19 apellyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 76.1, 77.1, 88, 175.1, 217, 218.1, 220.4-cü maddələrinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli, № * Qərarı istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı Mülki Prosessual Məcəllənin 9.1, 76.1, 77.1 və 88-ci maddələrinin tələblərini kobud şəkildə pozmuş, mübahisənin mahiyyəti mübahisəli daşınar əşyaların mərhum Tamilla Bağırova ilə cavabdeh Cavabdeh birgə nikah dövründə əldə edilib-edilməməsi məsələsindən ibarət olmuş, iddiaçı tərəf mübahisəli əşyaların mövcudluğunu, onların mərhum tərəfindən istifadə edildiyini və faktiki olaraq əmlaklarda yerləşdirildiyini təsdiq edən sübutlar təqdim etmiş, cavabdeh tərəf isə iddiaçının tələblərinə etiraz edərək, həmin daşınar əşyaların nikah dövründə deyil, mərhumun ölümündən sonra alındığını iddia etmişdir. Bu halda sübutetmə yükü birbaşa olaraq cavabdehin üzərinə düşürdü. Lakin iş materiallarından aydın olur ki, cavabdeh bu iddiasını təsdiq edən heç bir mötəbər və yazılı sübut (alqı-satqı sənədləri, qaimələr, müqavilələr və s.) məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsində formal şəkildə “cavabdehin bu halı sübut etdiyi” nəticəsinə gəlmiş, lakin hansı sübuta, hansı faktiki hallara istinad etdiyini ümumiyyətlə göstərməmişdir. Bu isə həm sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi prinsipinin, həm də qətnamənin əsaslandırılması tələbinin pozulmasıdır. Məhkəmənin sübut olunmuş hesab etdiyi halın hansı sübutla təsdiqləndiyini göstərməməsi, qətnamənin əsaslandırıcı hissəsinin faktiki olaraq mülahizələrdən ibarət olması deməkdir və bu, qətnamənin qanuni və əsaslı hesab edilməsini mümkünsüz edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88 və 175.1-ci maddələrinin tələblərinə zidd olaraq formal və subyektiv əsaslarla sübut kimi qəbul etməmişdir. Məhkəmə qətnaməsində şahidlərin iddiaçının bacısı olması, bacısının həyat yoldaşı olması, bacısının işçisi olması faktları əsas götürülərək onların ifadələrinin sübut kimi qəbul edilə bilməyəcəyi nəticəsinə gəlinmişdir. Lakin qanunvericilikdə şahidin qohum, işçi və ya tərəflə münasibətdə olması onun ifadəsinin avtomatik olaraq yalan və ya etibarsız hesab edilməsi üçün əsas hesab edilmir. Məhkəmə şahid ifadələrini digər sübutlarla müqayisə etməmiş, ziddiyyətlərin nədən ibarət olduğunu göstərməmiş, ifadələrin hansı konkret hissələrinin etibarsız sayıldığını əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə şahidlərin yalan danışdığı qənaətinə gəlmişdisə, bu halda prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalan ifadə verilməsi ilə bağlı hüquqi qiymət verməli və müvafiq tədbirlər görməli idi. Lakin məhkəmə bunu etməmiş, sadəcə olaraq formal əsaslarla iddiaçının sübutlarını qəbul etməmişdir. Belə yanaşma sübutların obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirilməsi prinsipinə zidd olmaqla yanaşı, tərəflərin çəkişmə və bərabərlik prinsipini də pozmuşdur. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3-də yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı iş üzrə əhəmiyyətli olan sübutları MPM-nin 76.1, 75.1, 217.3 və 217.4-cü maddələrinin tələblərinə zidd olaraq ümumiyyətlə qiymətləndirməmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsinin mərhum Tamilla Bağırova tərəfindən qadın gözəllik salonu kimi faktiki istifadə edildiyini təsdiq edən video-görüntülər və sosial şəbəkələrdə yerləşdirilmiş foto-materiallar məhkəməyə təqdim edilmişdir. Bu sübutlar salon fəaliyyətinin həyata keçirildiyini, əşyaların mərhum tərəfindən istifadə edildiyini açıq şəkildə təsdiq edir. Qeyd olunan görüntülər cavabdeh tərəf tərəfindən mübahisələndirilməmiş və faktiki olaraq qəbul edilmişdir. Lakin məhkəmə qətnaməsində bu sübutlara heç bir hüquqi qiymət verilməmiş, onların mövcudluğu və iş üzrə əhəmiyyəti ümumiyyətlə nəzərə alınmamışdır. Əksinə, məhkəmə qətnaməsində cavabdehin iddialarını sübut olunmuş hesab edərək göstərmişdir ki, qeyri-yaşayış sahəsi icarədə olmuş, əşyalar icarədara məxsus olmuşdur. Halbuki, cavabdeh bu halı təsdiq edən icarə müqaviləsi, və ya hər hansı digər sənəd təqdim etməmişdir. Məhkəmənin cavabdehin sübut etmədiyi halları sübut olunmuş hesab etməsi, iddiaçı tərəfindən təqdim edilmiş video və foto sübutları isə tamamilə nəzərə almaması, məhkəmənin mübahisəyə bir tərəfli və qərəzli yanaşdığını açıq şəkildə göstərir. Bu isə qətnamənin nə faktiki hallara, nə də iş materiallarına uyğun olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi ünvan 8ndə yerləşən torpaq sahələrinə münasibətdə sübutları MPMnin maddələrinin tələblərinə zidd olaraq təhrif edilmiş və birtərəfli şəkildə qiymətləndirmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya həmin torpaq sahələrində mövcud olan istixana avadanlıqları iddiaçının anası tərəfindən deyil, torpaq sahələrini istifadə edən Ayxan Nuriyev tərəfindən 2023-cü ildə quraşdırılmışdır. Lakin bu nəticə nə iş materiallarına, nə də məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlmir. Məhkəmə iclasında cavabdeh tərəfin şahidi qismində dindirilmiş Ayxan Nuriyev açıq şəkildə bildirmişdir ki, torpaq sahələrini istifadəyə götürdüyü zaman istixana avadanlıqları artıq mövcud olmuşdur. Bu ifadə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi halda, məhkəmə tərəfindən nə qətnamədə, nə də iclas protokolunda düzgün və tam əks etdirilməmişdir. Bu hal özü-özlüyündə məhkəmənin sübutları bilavasitə və obyektiv tədqiq etmək öhdəliyini pozduğunu göstərir. Bundan əlavə, həmin şahid torpaq sahələrini yazılı icarə müqaviləsi olmadan, sadəcə şifahi razılaşma əsasında istifadə etdiyini bildirmişdir. Halbuki, mübahisəli torpaq sahələri paylı mülkiyyət obyektidir və iddiaçı İddiaçı həmin torpaqlarda mülkiyyət payı mövcuddur. Belə olan halda, torpaq sahələrinin iddiaçının razılığı olmadan istifadəyə və ya icarəyə verilməsi hüquqi baxımdan mümkün deyildir və bu hal məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Cavabdeh tərəf və onun şahidi tərəfindən istixana qurğularının məhz icarədar tərəfindən quraşdırıldığını təsdiq edən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə qətnaməsində formal şəkildə “cavabdeh sübut etmişdir” ifadəsindən istifadə olunmuşdur. Lakin hansı sübutun təqdim edildiyi, onun nədən ibarət olduğu qətnamədə göstərilməmişdir ki, bu da sübutetmə yükünün kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin şahidlərini “işçi işəgötürən münasibətləri” mövcudluğu səbəbilə etibarsız hesab etdiyi halda, cavabdehin şahidi olan Ayxan Nuriyevin ifadəsini heç bir tənqidi qiymətləndirmə aparmadan sübut kimi qəbul etmişdir. Halbuki məhkəmə iclası zamanı cavabdeh və şahid arasında yaxın münasibətlərin mövcudluğu açıq şəkildə müşahidə olunmuşdur. Bu isə sübutlara münasibətdə bərabərlik və qərəzsizlik prinsipinin pozulduğunu göstərir. Birinci instansiya məhkəməsi Xəzər rayonu Şüvəlan qəsəbəsi, **K nömrəli bağ evi ilə bağlı iş üçün əhəmiyyətli olan sübutları MPM-nin 76.1, 175.1, 217.3, 217.4 və 220.4 cü maddələrinin tələblərinə zidd olaraq ümumiyyətlə qiymətləndirməmişdir. İş materiallarından aydın olur ki, mübahisəli bağ evi hazır vəziyyətdə alınmış, lakin özbaşına tikili olduğu üçün dövlət qeydiyyatına alınmamışdır. X27 həmin evdə yaşaması faktı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu halın özü artıq bağ evində mövcud olan mebel və məişət əşyalarının mərhum tərəfindən istifadə edildiyini təsdiq edən mühüm faktiki haldır. Bundan əlavə, iddiaçı tərəfindən həmin ev üçün mebellərin Türkiyə Respublikasından mərhum Tamilla Bağırova tərəfindən alındığını və ödənişlərin edildiyini təsdiq edən “WhatsApp” yazışmaları məhkəməyə təqdim edilmişdir. Bu sübutlar daşınar əşyaların mənşəyini və nikah dövründə əldə edildiyini təsdiqləyən birbaşa dəlillər olduğu halda, məhkəmə qətnaməsində bu sübutlara heç bir hüquqi qiymət verilməmiş, ümumiyyətlə qeyd olunmamışdır. Məhkəmənin iş üzrə təqdim edilmiş mühüm sübutlara toxunmaması, onları nə qəbul etməsi, nə də rədd etməsinin səbəblərini izah etməməsi qətnamənin qanuniliyini şübhə altına alır. Qətnamədə göstərilmişdir ki, guya “iddiaçıya tələb etdiyi əşyaların varlığı mütəxəssis ilə əmlaklara baxış keçirilərkən məlum olmuşdur”. Bu ifadə hər hansı sübutla təsdiqlənmir. İddiaçı mübahisəli əşyaların mövcudluğu və istifadə edilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmiş, həmin əşyalar üzrə tələblərini əsaslandırmışdır. Qiymətləndirici mütəxəssisinin baxışı əmlakların bazar dəyərinin müəyyən edilməsi məqsədi daşıdığı halda, məhkəmənin bu prosesi iddiaçının guya sonradan məlumat əldə etməsi kimi təqdim etməsi sübutların təhrif edilməsi və məhkəmənin şəxsi mülahizələrinə əsaslanması deməkdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları obyektiv, hərtərəfli və tam şəkildə qiymətləndirməmiş, əksinə sübutlara seçmə üsulla və birtərəfli yanaşmış, şahid ifadələrinin qiymətləndirilməsində eyni hüquqi meyarlardan istifadə etməyərək ikili standart tətbiq etmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları qətnamənin əsaslandırıcı hissəsində ümumiyyətlə əks etdirməmişdir. Bununla yanaşı, məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara deyil, subyektiv mülahizələrə və sübut olunmamış ehtimallara əsaslandırmışdır. Bu cür prosessual hüquq pozuntuları qətnamənin qanuniliyi və əsaslılığını aradan qaldırır. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi vəkil Həsənova İlhamə Zakir qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə şikayətin dəlillərini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil İsrafilov Vasif İmaməddin oğlu apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29. VII Dövlət vərəsəlik hüququna təminat verir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (## #### 2025-ci il tarixədək qüvvəd olmuş redaksiyada) .1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixədək qüvvəd olmuş redaksiyada). 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (## #### 2025-ci il tarixədək qüvvəd olmuş redaksiyada). 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilərlər. Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən: 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1.ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, “ ... Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir”.

12. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarına əsasən: “... 3.2 Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

13. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi və faktiki əsası müəyyən olunmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki iş üzrə iddiaçı ilk növbədə miras pay hüququnun tanınmasını tələb etdiyi əşyaların mərhum anası ilə cavabdehin birgə nikah dövründə əldə edildiyini sübut edən dəlillər təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinin sübutetmə ilə bağlı dəlillərinə rəğmən qeyd edir ki, bunları (iddianı) ilk növbədə iddiaçı sübut etməlidir. Daşınar əşyalara aid mirasın vərəsələrlə bağlılığı və faktiki qəbul etmə halları vərəsəliklə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi müstəvisində iddianın hüquqdan sui-istifadə təzahürünü müəyyən edir. İddiaçı sadalanan əşyaların alınması və saxlanılması üçün mərhum anasının ciddi maliyyə vəsaiti sərf etməsini və ondan irəli gələrək də, tələb etdiyi əşyaların mərhum anası ilə cavabdehin birgə nikah dövründə əldə edildiyini sübut edə bilməmişdir.

15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar