Məhkəmə qərarları › İş №2(3-6)-96/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-96/2026

18.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-96/2026 18.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Fərzani Aygün Səlamət qızına qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi, mümkün olmadıqda kompensasiya ödənilməklə payın ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 1482/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi, mümkün olmadıqda kompensasiya ödənilməklə payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan 1 otağın 11/12 hissəsindən ibarət payla cavabdehlərin miras olaraq faktiki qəbul etdikləri həmin otağın 1/12 hissəsindən ibarət payın naturada ayrılması, payların naturada ayrılması mümkünsüz olduğu təqdirdə, cavabdehlərin payının cüzi olması və həmin paydan istifadə edilməsində onların mühüm mənafeyinin olmaması nəzərə alınmaqla iddiaçı tərəfindən cavabdehlərə kompensasiyanın ödənilməsi ilə payın ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 1482/2025 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən, paylarına mütənasib qaydada cavabdehlər Cavabdeh1 1171 manat və Cavabdeh2 1171 manat kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus 2/6 hissədən 1 otağın 1/24 hissəsindəki və Cavabdeh2 məxsus 2/6 hissədən 1 otağın 1/24 hissəsindəki payları ayrılmaqla, İddiaçı mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə qiymətləndirmə rəyinin alınması üçün 200 manat xidmət haqqı olmaqla, cəmi 300 manat məhkəmə xərcinin cavabdehlərə aid edilərək, onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

3. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubu ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-1482/2025 nömrəli qətnaməsindən digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduğundan, mülki işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2026-cı il tarixli, 2(3-6)- 96/2026 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-1482/2025 nömrəli qətnaməsindən digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.

8. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2026-cı il tarixli, 2(3-6)-96/2026 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-1482/2025 nömrəli qətnaməsindən digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar