Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-970/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh1 və onun nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Işin halları
1. Çex Respublikası Tynişte nad Orlici şəhəri Rychnov nad Kneznou rayon bələdiyyəsinin qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilən ölüm haqqında şəhadətnamənin apostil edilmiş surətinə əsasən Ilqar Xəlilzadə ##.##.2024-cü il tarixdə Tynişte nad Orlici, 582 ünvanında vəfat etmişdir.
2. Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilən II-AZ seriyalı, ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X2 və X6 arasında ##.##.2002-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Xəlilzadə” soyadı verilmişdir.
3. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilən ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsələri: arvadı cavabdeh1 və oğlu cavabdeh2 hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə X2 verilmiş 008011000694-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.32 kv.m olan mənzildən ibarətdir.
4. * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən cavabdeh2 adına Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 4A, mənzil 90 qeydiyyata alınmışdır, lakin Bakı şəhəri ** saylı NK-nın 2V-*** reyestr nömrəli, ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzilin ½ hissəsi cavabdeh1 adına özgəninkiləşdirilmiş, yerdə qalan ½ hissə isə cavabdeh2 adında qalmışdır.
5. * saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-II seriyalı, ****** nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X4 arasında ##.##.2017-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir.
6. X4 (satıcı) ilə X1 (alıcı) arasında bağlanan ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ****a saylı sahənin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini 19.500 manata alıcının mülkiyyətinə vermişdir.
7. İddiaçı (satıcı) ilə X5 (alıcı) arasında bağlanan ##.##.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5A, mənzil 105-də yerləşən, ümumi sahəsi ***.3 kv.m, yaşayış sahəsi 63.8 kv.m, yardımçı sahəsi 63.5 kv.m-dən ibarət 3 otaqlı mənzili 124.500 manata alıcının mülkiyyətinə vermişdir.
8. Iş materiallarına həmçinin, cd-disk və “whatsapp” tətbiqi üzərindən edilən ekran görüntüləri əlavə edilmişdir.
9. Səs yazısından görünür ki, “Whatsapp” tətbiqi üzərindən iddiaçı İddiaçı və mərhum İ.Xəlilzadənin danışıqlarına əsasən İ.Xəlilzadə iyun ayında borcundan ödəniş edəcəyini bildirmişdir, bundan sonrakı danışıqlarda isə İddiaçı qarşı tərəfdən yalnız hal-əhval tutmuş, borc barədə hər hansı fikir bildirməmiş, sonrakı tarixlərdə tərəflər arasında borcla bağlı hər hansı danışıq olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 210.800 manat borcun cavabdehlər cavabdeh2 və cavabdeh1 hər birindən 1/2 hissədə tutularaq ona ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 500,80 manatın isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 210.800 manat borcun cavabdehlər cavabdeh2 və cavabdeh1 hər birindən 1/2 hissədə tutularaq ona ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 500,80 manatın isə cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 dəfə 2024-cü ilin aprel ayında hissə-hissə 210.800 manat borc pul vermişdir. Həmin pul hesabına o əsassız varlanmışdır. Iddiaçının borcluya şifahi əqd əsasında verdiyi 210.800 manat borc formaya riayət edilmədən bağlanmış əqd olduğundan etibarsız əqddir və əqdin etibarsızlığı bağlandığı andan hüquqi nəticəyə səbəb olmur, yəni hüquqi əsas aradan qalxmışdır. Pulun verilməsi aradan qalxmış əsasa söykəndiyindən həmin pulu əldə edən əsassız varlanmış sayılır. Borcun olması isə borclunun vatsap ani mesajlaşma və mübadilə sistemi üzərindən iddiaçıya göndərdiyi səsli mesajla, habelə şahidlər şahid2 və şahid1 ifadələri ilə təsdiq edilir. Belə ki, borclunun vatsap üzərindən iddiaçıya göndərdiyi səsli mesajdan görünür ki, borclu iddiaçıya 88.000 (səksən səkkiz min) ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 149.600 manat) borcu qalmasını etiraf edir. Bundan başqa, şahidlər şahid2 və şahid1 ifadələri ilə təsdiq edilə bilər ki, iddiaçı borcluya hissə-hissə 210.800 manat borc vermişdir. Çünki qeyd edilən pul vəsaiti həmin şəxslər vasitəsilə borcluya çatdırılmışdır. Borclu ##.##.2024-cü il tarixdə vəfat etdiyindən həmin vəsaiti qaytara bilməmişdir. Belə ki, Çex Respublikası Tynişte nad Orlici şəhəri Rychnov nad Kneznou rayon bələdiyyəsinin qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnaməsindən görünür ki, borclu ##.##.2024-cü il tarixdə Çex Respublikası Tynişte nad Orlici 582 ünvanında vəfat etmişdir. Borclu öldüyü məqamadək hüquqları 008011000694-05101-****** reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı ilə qeydiyyata alınan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 4A ünvanda yerləşən ** nömrəli mənzilə malik olmuşdur, yəni həmin mənzil miras aktivini təşkil edir. Həmin mənzil ##.##.2024-cü il tarixli, 2V- *** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında cavabdeh2 və cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3- **-*-**/*-*****/****-************ nömrəli məktubundan görünür ki, cavabdehlərin hər birinə mənzilin ½ hissəsi miras əmlak olaraq vərəsəlik qaydasında keçmiş və onların mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cavabdehlər miras aktivi əldə etdiyindən miras qoyanın 210.800 manat borcunun ödənilməsi ilə bağlı öz payına mütənasib surətdə birgə borclu hesab edilirlər və həmin borcu tam ödəməyə borcludurlar və cavabdehlər miras aktivi əldə etdiyini iddiaçı bildiyi andan onlara qarşı tələb hüququ yaranmışdır. Cavabdehlər borclunun hesabına bərabər ölçüdə (½ hissədə) zənginləşdiyindən onlar həmin ölçüdə iddiaçı qarşısında miras əmlak hesabına borcun ödənilməsi öhdəliyi daşıyırlar. Bu baxımdan 210.800 manat borc məbləği cavabdehlərin hər birindən 105.400 manat olaraq tutulmalı və iddiaçıya ödənilməlidir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «pul» tələbinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 80, 88, 89, 106.1, 119.1, 217.1, 217.3, 217.4 218.1, 218.3, 220.4, 227, 233, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X2 arasında şifahi razılaşma əsasında müxtəlif vaxtlarda pul vəsaiti verilib, ümumi borc məbləği iddia ərizəsində göstərildiyi kimi 210.800 manat təşkil edib. X2 ##.##.2024 tarixində vəfat edib. Cavabdehlər (cavabdeh1 və cavabdeh2) vərəsəlik hüququ əldə edərək mirası qəbul ediblər. Iddiaçı borcun mövcudluğunu və məzmununu təsdiq etmək üçün, o cümlədən səs yazılarını (X2 ilə iddiaçı arasında danışıqları) birinci instansiya məhkəməsinə təqdim edib. Həmin danışıqlarda X2 iddiaçıya qarşı 80.000 ABŞ dolları borc olduğunu bildirir. Bu səs yazıları məhkəməyə təqdim edildiyi halda, qətnamədə “guya səs yazılarında məbləğ barədə söhbət olmaması” göstərilib. Birinci instansiya məhkəməsinin ##.##.2025 tarixli qətnaməsi qanunsuz və əsassızdır; iş üzrə faktiki halların düzgün müəyyən edilməməsi,sübutların natamam və yanlış qiymətləndirilməsi, eləcə də məhkəmə aktının əsaslandırılması tələblərinin pozulması, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Borclu vəfat etdiyindən, geri qaytarma öhdəliyi miras çərçivəsində vərəsələrə keçir; məhkəmə sübutları düzgün qiymətləndirsə idi, AR MM-in 1092-ci maddəsinin ilə tətbiqi ilə tələbin təmininə əsas yaranırdı. Borclunun ölümü öhdəliyi aradan qaldırmır. Cavabdehlər mirası qəbul etdiklərinə görə kreditor (iddiaçı) qarşısında miras payları çərçivəsində məsuliyyət daşıyırlar; qətnamə isə sübutların yanlış qiymətləndirilməsi səbəbilə bu məsuliyyətin tətbiqinə imkan verməyib. Iddiaçı tərəfindən verilmiş pul vəsaiti borclu tərəfindən əldə edilib və qaytarılmayıb. Borcun mövcudluğu səs yazılarında etiraf (80.000 ABŞ dolları) və digər dəlillərlə təsdiqləndiyi halda, varlanmanın geri qaytarılması tələbi əsaslıdır. Iddiaçı sübutlar təqdim etsə də, məhkəmə səs yazılarının məzmunu üzrə qeyri-müəyyənlik hesab edirdisə, 77.3-cü maddəyə uyğun əlavə prosessual addımlar (deşifrə, ekspertiza və s.) görməli idi. Qətnamədə səs yazıları barədə nəticə, təqdim edilmiş materialların real məzmunu ilə ziddiyyət təşkil edir (məhz məbləğin olmaması yazılıb). Bu, 88-ci maddənin “hərtərəfli və tam” tələbinin pozulmasıdır. Iddiaçı səs yazılarını sübut kimi təqdim edib. Qətnamədə isə həmin səs yazılarının məzmunu (xüsusən 80.000 ABŞ dolları etirafı) lazımi qaydada araşdırılmayıb və düzgün qiymətləndirilməyib. Məhkəmə iddianı rədd edərkən dəlilləri ayrıayrılıqda təhlil edib, lakin sübutların məcmu qiymətləndirilməsi prinsipi pozulub: səs yazıları və digər materiallar bir yerdə götürüldükdə borcun mövcudluğu barədə nəticə çıxarmaq mümkündür. Məhkəmə “pulun faktiki verilməsi” barədə sübutları yalnız yazılı müqavilə və ya bank köçürməsisəviyyəsində tələb edən yanaşma tətbiq edib. Halbuki mülki dövriyyədə şifahi razılaşmalar əsasında pul verilməsi mümkündür və bu hal digər sübut növləri (səs yazısı, tərəflərin izahatları, şahid ifadələri, davranışlar) ilə də təsdiqlənə bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 və onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
21. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
22. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 89. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
28. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda, iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Işin hallarından görünür ki, iddiaçı İddiaçı X2 2024-cü ilin aprel ayında hissəhissə 210.800 manat məbləğində borc pul verdiyini iddia edərək, hazırki tələbini irəli sürmüşdür. X2 ##.##.2024-cü il tarixdə vəfat etmiş, ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırki iş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 mərhumun vərəsələri təyin edilmişdir. Bunlar işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı X2 verdiyini iddia etdiyi borc pul məbləğini onun qanun üzrə vərəsələrdən tutulmasını tələb etmişdir.
40. Kollegiya hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
41. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı mərhum Xəlilzadə Ilqara müəyyən məbləğdə borc pul verdiyini iddia etsə də, bu faktı təsdiqləyən birbaşa və qəti sübutlar təqdim etməmişdir. Iddiaçı tərəfindən mərhum Xəlilzadə Ilqara iddia edilən məbləğdə borc pul verilməsi faktı öz təsdiqini tapmamışdır. Iddiaçı həmin borc pulun mərhuma şahid2 və şahid1 adlı şəxslər tərəfindən çatdırıldığını qeyd etsə də, şahid ifadələri ilə iddiaçının qeyd etdikləri arasında ziddiyyət yaranmışdır. Şahidlərdən biri iddiaçının bacısıdır, həmin şahid ifadəsində qardaşının müraciətinə əsasən qardaşına pul verdiyini və qardaşının bildirməsinə görə həmin pulu Ilqar Xəlilzadəyə verilməsini göstərir. Digər şahid isə ümumiyyətlə tələb edilən pulun hansı vaxtda və hansı məbləğdə verilməsinə belə aydınlıq gətirə bilmir. Əsas arqument kimi göstərilən iki şahidin ifadələri arasında ziddiyyətin olması, həmin borc pulun verilməsi faktını dəqiqliklə təsdiq etməyə imkan vermir. Bir şahid pulun iddiaçıya verildiyini, digəri isə iddiaçıdan alıb mərhuma verdiyini bildirir. Bu isə hadisənin konkret mahiyyətinə aydınlıq gətirmir. Bundan başqa, iddiaçının təqdim etdiyi səs yazısında, hər nə qədər pulun verilməsi və ödəniləcəyi barədə fikirlər səslənsə də, konkret olaraq kimin kimə hansı məbləğdə borcu olduğu açıqlanmır. Hətta həmin danışıqların hazırki iş üzrə iddiaçıya və mərhum şəxsə məxsus olması inkar edilməsə belə, borc pulun qaytarılmadığını iddia edən iddiaçının sonrakı tarixlərə aid danışıqlarda pulu tələb etməməsi də sual doğurur. Səs yazısı təkbaşına, dəqiq şəkildə borc münasibətini və iddia edilən məbləği təsdiq etmədiyindən, məhkəmə haqlı olaraq mötəbər sübut kimi qəbul etməmişdir.
42. Həmçinin, məhkəmə tələbin pulun verildiyi zaman iddiaçının həqiqətən də həmin vəsaitə malik olmasına dair sübut qismində təqdim etdiyi alqı-satqı müqavilələrinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqavilələri yalnız iddiaçının müəyyən dövrdə vəsait əldə edə biləcəyini ehtimal etməyə imkan verir. Lakin bu, həmin vəsaitin konkret olaraq iddia edilən borc kimi verilməsi faktını sübut etmir. Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərinə görə, borc münasibətinin sübutu üçün təkcə vəsaitin əldə edilməsi faktı kifayət deyil - bu vəsaitin konkret şəxsə, konkret məqsədlə verilməsi də sübuta yetirilməlidir. Lakin iddiaçı öz tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd olunanlar öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə səbəb ola bilməz.
44. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
45. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
46. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
47. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282).
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə və qanuni, mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.