Məhkəmə qərarları › İş №2(3-6)-977/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-977/2026

03.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-977/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e- 2(004)-1881/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında daxil olmuş işə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 63940 manat artıq ödənilmiş vəsait, 4475,8 manat faizlər və 275,25 manat dövlət rüsumunun, cəmi 68691 manat vəsaitin tutlaraq iddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(004)- 1881/2025 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 23851 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 275,25 manatın 96 manat hissəsinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubuna əsasən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduğundan mülki işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır.

7. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(004)-1881/2025 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar