Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1047/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 30.500 (otuz min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181 manat 50 qəpik pulun tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair xxxxnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli xxxxnaməsi ilə cavabdeh cavabdeh1 30.500 (otuz min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 181 manat 50 qəpik pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi elan edilmişdir. xxxxnamənin tərtibi zamanı xxxxnamənin əsaslandırıcı hissəsində pulun cavabdeh1 tutulması göstərilsə də, xxxxnamənin “xxxx”etdi hissəsində səhvən pulun cavabdeh2 tutulması göstərilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə qeyd edilmiş yanlışlıq cavabdeh2 iştirakı ilə aradan qaldırılmışdır. cavabdeh2 hüquqi marağına uyğun məhkəmə aktı qəbul edilməsinə baxmayaraq o, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(062)- ****/**** saylı qərardadından narazı qalaraq şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xxxxnamənin qəbul edilməsindən xeyli müddət keçdikdən sonra hakim xxxxnamədəki yanlışlığı aradan qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfdən verilmiş şikayətin təmin edilməməsi və şikayətin material ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə xxxxnaməsindəki yanlışlıq aradan qaldırılmadığı halda bu vəziyyət şikayət vermiş şəxsin hüquqlarının pozulmasına gətirib çıxaracaqdı. Məhkəmənin təşəbbüsü ilə bu səhv aradan qaldırılaraq şikayət vermiş şəxsin pozulmuş hüquqları da bərpa edilmişdir. Şikayətin xxxxnamənin qəbulundan xeyli müddət keçdikdən sonra yanlışlığın aradan qaladırılması məsələsinə gəldikdə isə məhkəmə onu qeyd edir ki, MPM-in 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, xxxxnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Göründüyü kimi məhkəmə aktında buraxılmış yanlışlıqların düzəldilməsi ilə bağlı məhdudlaşdırıcı müəddət nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli xxxxnaməsinin tərtibi zamanı xxxxnamənin əsaslandırıcı hissəsində pulun cavabdeh1 tutulması aydın şəkildə göstərilsə də, xxxxnamənin “xxxx”etdi hissəsində səhvən pulun cavabdeh2 tutulması göstərilmiş və bu yanlışlıq Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qərardadı ilə qeyd edilmiş yanlışlıq cavabdeh2 iştirakı ilə aradan qaldırılmışdır. MPM-nin 228.1-ci maddəsinə əsasən, çıxarılmış xxxxnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi xxxxnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, xxxxnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. xxxxnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Birinci instansiya məhkəməsi tərəfindən yanlışlığın aradan qaldırılması zamanı hər hansı pozuntuya yol verilməsi iş materialları müəyyən olunmur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1047/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1047/2026
03.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver