Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1086/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 13500 (on üç min beş yüz) manat pulun və tərəfindən ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, “Mitsubishi” markalı avtomobillərin ehtiyyat hisələrinin satışı ilə məşğul olur. Cavabdeh Cavabdeh ilə də tanışlığı da "Mitsubishi" markalı ehtiyyat hissələrinin satışı ilə əlaqədar olmuşdur. Artıq 4-5 ildir ki, Cavabdehla birlikdə işləmişlər. Münasibətləri həmişə yaxşı olmuşdur. Lakin bir gün işə gəldikdə şərikli olaraq aldıqları 7 ədəd "Mitsubishi Pajero" markalı avtomobillərinin yerində olmadığını görmüşdür. Raminə avtomobillərin harda olduğunu soruşduqda bildirdi ki avtomobilləri başqa ustaya verib satıb pulu verəcəyini bildirmişdir. O Cavabdeh etirazını bildirərək avtomobilllərin geri qaytarılmasını tələb etmişdir. Ancaq bu günədək cavabdeh nə avtombilləri nə də ki, avtomobillər üçün tərəfindən ödənilmiş 13500 (on üç min beş yüz) manat məbləğində pulunu ona qəytarılmamışdır. Cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsə o, onun haqlı tələbinə məhəl qoymamışdır. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Onun tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məqsədə uyğun olduğu bildirilmişdir. Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əliyev Hafiz) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 132 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan – 125 (bir yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X5: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ 01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) tutulması qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, İş № *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, cavabdeh Cavabdeh 13 500 (on üç min beş yüz) manat pul borcunun, ödənilmiş 132 manat dövlət rüsumunun, apellyasiya məhkəməsi üçün ödədiyi 66 manat dövlət rüsumunun və məhkəmə ekspertizası xərclərinin tutularaq xeyrinə ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "Mitsubishi" markalı avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Cavabdeh Cavabdeh ilə 4-5 il ərzində birlikdə şərikli işləmişdilər. Şərikli olaraq aldıqları 7 ədəd "Mitsubishi Pajero" markalı avtomobillərin ehtiyat hissələrinin yerində olmadığını gördükdə, cavabdeh onları başqa ustaya satmaq üçün verdiyini bildirmişdir. Lakin bu günədək nə avtomobilləri ehtiyat hissələri, nə də onun payına düşən 13500 manat məbləğində pulu ona qaytarmamışdır. Məhkəmə baxışı zamanı AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli *-**/**-*/*- ****/**** nömrəli ekspert rəyi tədqiq edilmişdir. Ekspert rəyi ilə birmənalı olaraq sübut olunmuşdur ki, üzərində "Oyal" yazılan ümumi dəftərin 5-ci vərəqində yerləşən "Машын 7.000. Мəним 3500" qeydinin aşağı sağ hissəsindəki imza məhz cavabdeh Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə, bu təkzib olunmaz ekspert rəyini və cavabdehin məhkəmədə "dəftərdəki yazılar və imzalar mənə məxsus deyil" deyərək yalan izahat verməsi faktını, həmçinin borcun qismən tanınmasını tamamilə hüquqi nəticəsiz qoymuş və iddianı əsassız olaraq rədd etmişdir. Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2026cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, hesab etmişdir ki, aşağıda göstərdiyi əsaslara görə həmin qətnamə ləğv edilərək və iddia tam həcmdə təmin ediləcəkdir. Cavabdeh şərikli əmlakı sataraq pulu ona qaytarmamaqla öhdəliyi tamamilə pozmuşdur. Məhkəmə borclunun kreditor qarşısında pulu ödəmək vəzifəsini tənzimləyən bu maddələri səthi tətbiq etmiş, borcun ödənilməsini təsdiq edən heç bir rəsmi sənəd (qəbz, bank çıxarışı) olmadığı halda cavabdehi məsuliyyətdən azad etmişdir. Müqavilə və ya yazılı qeydlər şərh edilərkən məhkəmə sözlərin hərfi mənasını və tərəflərin həqiqi iradəsini araşdırmalıdır. Ekspert rəyi ilə cavabdehə aid olduğu sübut edilən "Машын 7.000. Мəним 3500" yazısı tərəflər arasında konkret pul öhdəliyinin və ortaqlığın olduğunu sübut etdiyi halda, məhkəmə bu yazını ümumiyyətlə şərh etməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam araşdırmamışdır. Ekspert rəyini "mötəbər sübut" kimi qəbul etdiyini bildirsə də, rəyin məhz iddiaçının xeyrinə olan hissəsini imzanın cavabdehə aid olması faktını nəzərə almamışdır. Sübutun bir hissəsinin digər şəxs tərəfindən yazılması, cavabdehin öz imzası ilə təsdiqlədiyi hissənin hüquqi qüvvəsini sıfırlaya bilməz. Qətnamə ziddiyyətlidir və əsassızdır. Məhkəmə cavabdehin "ehtiyat hissələri iddiaçıya qaytarılıb, oğlu ilə gəlib aparıb" formalı şifahi izahatını əsas götürmüşdür. Lakin iş materiallarında bu faktı təsdiq edən heç bir yazılı sübut (məsələn, təhvil-təslim aktı) yoxdur. Məhkəmə qətnaməsini yalnız iclasda tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmalı idi. Məhkəmə tərəflər arasında illərdir mövcud olan şərikli kommersiya fəaliyyətinin və dövriyyədə olan vəsaitlərin real həcmini aydınlaşdırmamışdır. Əgər ekspert rəyi ilə ümumi dəftərdəki imzanın cavabdehə məxsus olduğu sübut olunubsa, deməli, tərəflər arasında real pul hesabatı aparılmışdır. Məhkəmə bu hesabatın mahiyyətini və tərəflərin qarşılıqlı borc qalıqlarını sonadək araşdırmayaraq iş üçün mühüm əhəmiyyət kəsb edən halları qaranlıq qoymuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər Məhkəmə qətnamədə onun Gəncə şəhər Baş Polis İdarəsində verdiyi köhnə izahata istinad edərək, guya "bütün əmlakın və ehtiyat hissələrinin geri qaytarıldığı" qənaətinə gəlmişdir. Lakin həmin izahat cinayət xarakterli mübahisə (təhdid) ilə bağlı verilmişdir və araındakı 13500 manatlıq konkret mülki borc öhdəliyinin tam icra olunduğunu, pulun ona nağd və ya bank vasitəsilə ödənildiyini təsdiq edən heç bir maliyyə sənədi yoxdur. Borcun ödənildiyini borclu (cavabdeh) sübut etməli olduğu halda, məhkəmə heç bir sənəd olmadan bu halı sübut olunmuş hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə aidiyyatı üzrə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işdə iştirak etməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində 2304390182 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, cavabdeh Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində 6101590202 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-7)-1086/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1086/2026
04.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver