Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1157/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Goranboy rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Goranboy rayonunun Qarasüleymanlı kəndində *8.*0.2023- cü il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakların qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026- cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılmasını və *8.*0.2023- cü ildə vəfat etmiş əri X2 miras qalmış “Goranboy rayonu, *6- cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Goranboy Rayon Мəhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin nəticə hissələrindəki yanlışlıqlar aradan qaldırılması və “Goranboy rayonu, *6- cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” sözləri əlavə edilməsi qərara alınmışdır. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2026-cı il tarixində şikayət ərizəsi ilə müraciət edərək Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hal-hazırda, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apelyasiya şikayəti vermişlər. Birinci instansiya məhkəməsi “Goranboy rayonu, *6- cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” X1 mülkiyyəti kimi qəbul etməkdə səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi miras qoyan X1 əmlak hüquqlarına “Goranboy rayonu, *6-cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” aid etmişdir. Maraqlı şəxs olaraq bildirir ki, X1 “Goranboy rayonu, *6-cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları”na mülkiyyət hüququ yoxdur. Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Goranboy rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Hazırkı işin hallarından da aydın olur ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Goranboy rayonunun Qarasüleymanlı kəndində *8.*0.2023- cü il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakların qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026- cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlığın aradan qaldırılmasını və *8.*0.2023-cü ildə vəfat etmiş əri X2 miras qalmış “Goranboy rayonu, *6-cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Goranboy Rayon Мəhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin nəticə hissələrindəki yanlışlıqlar aradan qaldırılması və “Goranboy rayonu, *6-cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” sözləri əlavə edilməsi qərara alınmışdır. MPM-nin 229.*.*-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. İş materiallarından görünür ki, iddiaçı tələbində miras qalmış “Goranboy rayonu, *6-cı kvartalda yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaqları” qeyd edilməsini xahiş etsə də, məhkəmə həmin tələb üzrə qətnamə çıxarmamışdır. MPM-nin 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan *0 gün müddətində baxılır və həll edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsində olan tələb üzrə qətnamə çıxarmadığı üçün əlavə qətnamə çıxarmalı olduğu halda, həmin halı yanlışlıqla aradan qaldırmışdır ki, bununla da, MPM-nin tələblərini pozmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlilləri qismən əsaslı olması qənaətinə gəlir. Odur ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.* və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Goranboy rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Goranboy rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1157/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1157/2026
10.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver