Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1249/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Goranboy Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı(bundan sonra-iddiaçı) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə onun, övladlarının və cavabdeh Cavabdeh ümumi mülkiyyətində olan Goranboy şəhəri, R.Əliyev küçəsi ** saylı ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 129,50 kv.metr olan fərdi yaşayış evinin paylarına mütənasib şəkildə naturada bölünməsi, bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərracda satılması və gəlirin paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) *(*-***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən, Goranboy şəhəri, R.Əliyev küçəsi ** saylı ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 129.50 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh 3/9 hissədən, X4 3/9 hissədən, İddiaçı 1/9 hissədən, X3 1/9 hissədən, X1 1/9 hissədən ibarət payları dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia ərizəsində qayınanası X4 2012-ci ildə vəfat etməsini qeyd etmiş, lakin sonuncunun ölməsini təsdiq edən müvafiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Validə Mustafayevanın vəfat etməsi halında hazırkı iddia tələbi onun vərəsələrinin mənafeyinə toxunur və iş materiallarına baxış zamanı ilkin təəssürat onu deməyə əsas verir ki, iddiaçı İddiaçı və övladlarının mərhum əri Arif Mustafayevə münasibətdə Validə Mustafayevadan qalmış miras əmlaka vərəsəlik hüququ əsasında gözlənilən mülkiyyət hüquqları yaranmış olur. Odur ki, qeyd edilən xüsusatlara aydınlıq gətirilmədən hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəməyə təqdim olunarkən iddia ərizəsinin forma və məzmununa riayət edilmiş, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmişdir. Eyni zamanda, iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair zəruri olan əsas sübutlarını iddia ərizəsinə əlavə etmişdir. Yəni ki, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmiş, 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Buna baxmayaraq, hakim tərəfindən əsassız qərardad qəbul olunaraq iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçının mərhum qayınanasının ölümünü təsdiq edən müvafiq sənədi iddia ərizəsinə əlavə etməməsi iddia ərizəsinin qaytarılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim edə bilər. Mülki Prosessual Məcəllənin 167.1.2-ci maddəsində də qeyd edilmişdir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qayınanası – X4 2012-ci ildə vəfat etdiyini göstərsə də, onun ölümünü təsdiq edən müvafiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmənin qənaətinə görə, Validə Mustafayevanın vəfat etməsi halında hazırkı tələb onun vərəsələrinin mənafeyinə toxunur və bu səbəbdən iddia tələbinin mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və iddia ərizəsinin geri qaytarılması üçün qanuni əsas yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra- MPM) 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi yalnız onun 149-cu maddə ilə müəyyən edilmiş forma və məzmun tələblərinə riayət edilmədikdə və ya həmin Məcəllənin 150.1.1ci maddəsində nəzərdə tutulan sənədlər əlavə edilmədikdə geri qaytarıla bilər. 150.1.1-ci maddə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin əlavə edilməsini nəzərdə tutur. Digər sübutların təqdim edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün ayrıca əsas kimi nəzərdə tutulmamışdır. Əksinə, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbi, tələbin əsası kimi istinad etdiyi fakt və hallar və həmin halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsində bu məlumatların göstərilməsi prosessual baxımdan kifayətdir. Sübutun mövcudluğu, mötəbərliyi və iddia tələbinin əsaslandırılması üçün kifayət edib-etməməsi isə artıq işə mahiyyəti üzrə baxılarkən həll edilməli olan məsələlərdir. Bundan başqa, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin qanunverici sübutun çatışmazlığını iddia ərizəsinin geri qaytarılması üçün ümumi əsas kimi müəyyən etməmişdir. Əksinə, MPM-in 77.3-cü maddəsi işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmənin zəruri əlavə sübutların təqdim edilməsini tərəflərə təklif edə biləcəyini nəzərdə tutur. MPM-in 78-ci maddəsinə əsasən isə zəruri sübutun müstəqil qaydada əldə edilməsi mümkün olmadıqda həmin sübutun məhkəmə tərəfindən tələb olunması da mümkündür. Odur ki, məhkəmənin istinad etdiyi ölüm haqqında sənədin iddia ərizəsinə əlavə edilməməsi iddia ərizəsinin forma və məzmun baxımından MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmaması demək deyildir. Bu hal yalnız sübut məsələsi kimi qiymətləndirilə bilər və həmin sübutun işin məhkəməyə baxışına hazırlıq və ya məhkəmə baxışı mərhələsində təqdim edilməsi mümkündür. Digər məsələ ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsi mərhələsində artıq mübahisənin mahiyyəti ilə bağlı ilkin nəticəyə gəlmişdir. Məhkəmə Validə Mustafayevanın vəfat etməsi ehtimalından çıxış edərək onun vərəsələrinin hüquq və mənafelərinin mövcud olduğunu və hazırkı iddia tələbinin həmin şəxslərin hüquqlarına toxunduğunu qeyd etmişdir. Halbuki, bu məsələlərin müəyyən edilməsi üçün ilk növbədə işin icraata qəbul edilməsi, tərəflərin prosessual vəziyyətinin müəyyənləşdirilməsi və müvafiq sübutların araşdırılması zəruridir. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması üçün qanunda nəzərdə tutulmayan əsasa istinad etmiş və bununla da mübahisənin mahiyyəti üzrə araşdırılmasına imkan verməmişdir. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qanuni və əsaslı hesab edilə bilməz, qərardad ləğv edilməli və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi məsələsi qanunun tələblərinə uyğun həll edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosesual hərəkətlərin aparılması üçün Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosesual hərəkətlərin aparılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1249/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1249/2026
31.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver