Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1267/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər “xxxx” Publik Hüquqi Şəxsinə, cavabdeh1 MMC-ə qarşı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Publik Hüquqi Şəxsinə, cavabdeh1 MMC-ə qarşı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ##.##.2019-cu il tarixdə verilmiş 611012000310-06301 reystr nömrəli, 1819004523 qeydoyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 0,0127 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsində ümumi sahəsi 98,5 kv.metr, 1 dəhliz və 8 müxtəlif ölçülü otaqlardan ibarət olan EATS binasında quraşdırılmış cavabdeh xxxx MMCə məxsus rabitə avadanlıqlarının və qurğularının illik saxlama xərci olaraq hər il 1000 manat pul vəsaitinin ona ödənilməsi, bu mümkün olmadığı təqdirdə isə həmin avadanlıqların və qurğuların onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə 8000 manat təzminat ödənilməklə cavabdehin hesabına sökülərək çıxarılması və dövlət rüsumu olaraq ödənilmiş 100.00 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılması qərara alınmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi cavabdeh təşkilatların yerləşdiyi ünvanı Bakı şəhəri olduğunu göstərmişdir. İddiaçı iddia ərizəsində pul tələbi ilə yanaşı, müvafiq avadanlıqların və qurğuların onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə 8000 manat təzminat ödənilməklə cavabdehin hesabına sökülərək çıxarılmasını da tələb etmişdir ki, həmin tələb bir növü iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi və ya daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi anlamına gəlir, bu da iddianın iddiaçının özünün də iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası MPM-in 39.1ci maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin məhkəməsinə verilməsini zəruri edir. Göründüyü kimi iddiaçı iddia tələbini aidiyyəti üzrə cavabdehlərin yerləşdiyi yer üzrə məhkəməyə verməmiş, Tərtər Rayon Məhkəməsinə vermişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı İddiaçı şikayətində Tərtər Rayon Məhkəməsinin ## #### 2026- ci il tarixli *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir .
5. Şikayət onunla əsaslandırılmışdır ki, AR MPM-nin 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Ona görə də hesab edir ki, məhkəmənin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri belə formal mülahizə ilə geri qaytarması tamamilə əsassız və qanunsuzdur. Qərardaddan verilmiş şikayətin icraata qəbul edilməsinin mümkünlüyü ilə əlaqədar bildirir ki, qərardadın surətini ##.##.2026-cı il tarixdə poçt vasitəsilə aldığından şikayətin verilməsinin qanunla müəyyən edilmiş 10 günlük müddəti buraxılmamışdır və bu müddət ##.##.2026-cı ildə bitir (bu faktı təsdiq edən üzərində poçt ştempeli ilə ##.##.2026 yazılmış zərfi bu şikayətə əlavə edib). Bu hal onunla bilinir ki, qərardad EMİS-də ##.##.2026-cı il tarixdə yerləşdirilməsinə baxmayaraq ##.##.2026-cı ildə SİMA proqramını telefonunda yerləşdirmiş və qərardadın EMİS_də yerləşdirilməsi barədə məlumatı da həmin tarixdə bilmişdir. Ona görə də bu şikayət icraata qəbul edilərək baxılmalıdır.
6. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki iddiaçı maddi zərərin ödənilməsini xahiş edir.
13. Belə olan halda kollegiya qeyd edir ki, iş materiallarında iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməməsi üçün qanunla başqa halın nəzərdə tutulmasına əsas ola biləcək, o cümlədən müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir.
14. İş materiallarından müəyyən olunur ki, cavabdeh təşkilatların yerləşdiyi ünvan Bakı şəhəridir.
15. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmadığı halda iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Hazırkı iş üzrə cavabdehlərin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri olduğundan, iddia ərizəsinə Tərtər Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarına uyğun deyildir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.