Məhkəmə qərarları › İş №2(3-7)-1280/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1280/2026

03.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1280/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli mülki iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı Kamil oğlu(bundan sonra- iddiaçı) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nin Tovuz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından tutulmanın 20% həcmində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Tovuz Filialı ilə bağladığı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüşdür. Maddi çətinliklər səbəbindən 2 ay kredit ödənişini vaxtında ödəyə bilməmişdir. Gözdən 1-ci qrup əlildir. Aldığı pensiya dolanışıq mənbəyidir. Bank pensiya hesabından 50% pul tutur. Bu səbəbdən gündəlik xərclərini qarşılamaq imkanı qalmamışdır. Tovuz Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllədə ərizənin forma və məzmunu ilə bağlı müəyyən tələblər nəzərdə tutulmuşdur ki, ərizə yanlız həmin tələblərə riayət edilməklə verildikdə mümkün hesab edilir. Lakin hazırki iş üzrə iddia ərizəsində cavabdeh qismində iddiaya cavab verməli olmayan şəxs göstərilmişdir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki prosessual fəaliyyət qabiliyyəti məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətidir və bu qabiliyyət yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Baxılan işdə görünür ki, cavabdeh qismində “xxxx” ASC-nin Tovuz filialı göstərilmişdir. Mülki qanunvericiliyə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, hüquqi şəxsin struktur bölməsi kimi filial və nümayəndəliklər mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə müvafiq məhkəmə mübahisələrində müstəqil şəkildə çıxış edə bilməzlər. Filial və nümayəndəliklər MPM-nin 49-cu maddəsi baxımından qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxs hesab olunmadığından onların öz fəaliyyəti ilə iddiaya cavab vermək qabiliyyəti yoxdur. Ona görə də, iş üzrə cavabdeh kimi cəlb edilə bilməzlər. Bundan başqa, məhkəmə iddiaçıya izah edir ki, onun mülki prosessual hüquqi qabiliyyətinə malik olan əsl cavabdehə qarşı aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. İddiaçı şikayətini iddia tələbinin dəlillərinə uyğun əsalandıraraq bildirmişdir ki, ona təyin olunmuş 650 manat pensiyadan hər ay 340+33 manat tutulur. O, ailəsini dolandıra bilmir. Şikayətə baxmış Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər(maddə 50.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar(maddə 50.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır(maddə 53.2). Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər(maddə 53.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür(maddə 151.1). Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində “xxxx” ASC-nin Tovuz filialı göstərilmişdir. Halbuki filial hüquqi şəxs statusuna malik olmadığından mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik deyil və mübahisədə müstəqil cavabdeh kimi çıxış edə bilməz. Rayon Məhkəməsi iddiaçıya müvafiq hüquqi şəxsə “xxxx” ASC-yə qarşı yönəldilməsinin mümkün olduğunu da izah etmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı Kamil oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli mülki iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar