Məhkəmə qərarları › İş №2(3-7)-1310/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1310/2026

07.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qərardad Gəncəǝşəhəri İşǝ№ǝ2(3-7)-1310/2026 07.09.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI İddiaçı İsgəndərov Bəhruz Əmiraslan oğlunun cavabdeh İsgəndərova Gülanə Namət qızına qarşı iş üzrə Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayılǝqızındanǝvəǝMehtiyevǝFikrətǝƏdilşahǝoğlundanǝibarətǝtərkibdə,ǝ İddiaçı İsgəndərov Bəhruz Əmiraslan oğlunun cavabdeh İsgəndərova Gülanə Namət qızına qarşı “uşaqların himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İsgəndərov Bəhruz Əmiraslan oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasındaǝyazılıǝicraatǝqaydasındaǝbaxaraq,ǝaşağıdakılarıǝmüəyyənǝetdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e*(***)-**/**** saylı qətnaməsindən müəyyən olunur ki, İsgəndərov Bəhruz Əmiraslan oğlu ilə İsgəndərova Gülanə Namət qızı arasında ##.##.2015-ci il tarixdə, Bərdə rayonu Çələbilər kənd İƏD icra nümayəndəliyində bağlanmış ** saylı rəsmi nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızı cavabdeh İsgəndərov Bəhruz Əmiraslan oğlundan alınaraq anaları İsgəndərova Gülanǝ Namət qızının himayəsinə verilməsi, ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə minumum əmək haqqının 0,5 misli həcmində aliment, sonraki artımlar nəzərə alınmaqla, uşaqların anaya verildiyi vaxtdan etibarən İsgəndərov Bəhruz Əmiraslan oğlundan tutularaq İsgəndərovaǝGülanəǝNamətǝqızınınǝxeyrinəǝödənilməsiǝmüəyyənǝolunmuşdur.ǝ

2. Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı l tarixli məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/****ǝsaylıǝqətnaməsiǝüzrəǝverilmişǝicraǝsənədiǝicraǝolunmamışdır.

3. İddiaçı İsgəndərov Bəhruz Əmiraslan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızı adlı övladlarının onun himayəsində saxlanmasına dair qətnamə qəbulǝolunmasınıǝxahişǝetmişdir.

4. İddiaçı İsgəndərov Bəhruz Əmiraslan oğlu iddia tələbini belə əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh İsgəndərova Gülanə Namət qızı ilə ##.##.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahlarından ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızı adlı övladları olmuşdur. Əvvəllər normal yaşasalar da, sonradan aralarında olan problemlər səbəbindən nikahları rəsmi olaraq pozulmuşdur. Birgə nikahlarından olan ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızı adlı övladları onun himayəsinə verilmişdir. Hazırda birgə nikahlarından olan övladlar onun himayəsində olmasına baxmayaraq onunla birlikdə yaşayırlar və getmək istəmədiklərini bildirirlər. Bunu xeyli sayda şahidlər də təsdiqǝedəǝbilərlər.ǝQeydǝolunanlaraǝəsasənǝiddiaǝtələbininǝtəminǝolunmasınıǝxahişǝetmişdir.

5. Bərdə Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin bundan əvvəl qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iddia tələbinə yenidən mahiyyəti üzrə baxılması yolverilməzǝolduğunaǝgörəǝmülkiǝişǝüzrəǝicraataǝxitamǝverilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.ǝ

7. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında uşağın yaşayış barədə razılıq əldə olunmamışdır və ona görə də mübahisənin məhkəmədə həll edilməsi üçün azyaşlı qız uşaqlarının onun himayəsində saxlanılması tələbi ilə məhkəməyə iddia ərizəsi verib. O, uşaqların himayəsində saxlanılması tələbi ilə tamamilə yeni əsaslarla iddia qaldırmışdır. O da qızları Leyla və Ləmanın yaşlarının 10-dan çox olması, mentalitetə uyğun olaraq qızlarının onun tərəfindən tərbiyə olunmasının vacib olduğuna, qızlarının ona daha çox bağlı olduqlarına vəǝsairǝhallaraǝgörəǝyeniǝəsaslarlaǝməhkəmədəǝiddiaǝqaldırmışdır.ǝ

8. Bərdə Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinəǝgöndərilmişdir.ǝ

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraqǝyazılıǝicraatǝqaydasındaǝbaxılır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəməninǝqərardadıǝolarsa,ǝhakimǝişǝüzrəǝicraataǝxitamǝverir. Maddəǝ262.1.ǝİşǝüzrəǝicraataǝxitamǝverilməsiǝbarədəǝməhkəməǝqərardadǝçıxarır Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədənǝsaxlanılmalıdır.

12. İşdən görünür ki, hazırda iddiaçı İsgəndərov Bəhruz Əmiraslan oğlu ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızı adlı övladlarının onun himayəsində saxlanmasına dair qətnamə qəbul olunmasını xahiş edir.

13. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(021)- **/**** saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş ##.##.2015-ci il təvəllüdlü İsgəndərli Leyla Bəhruz qızı və ##.##.2016-cı il təvəllüdlü İsgəndərli Ləman Bəhruz qızı cavabdeh İsgəndərov Bəhruz Əmiraslan oğlundan alınaraq anaları İsgəndərova Gülanə Namət qızının himayəsinə verilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin məhkəmə icraatı zamanı Bəhruz İsgəndərov izahatında bildirmişdir ki, uşaqlarının anaları ilə qalmasını istəmir, uşaqları hazırda təhsil alırlar. Eyni zamanda, həmin icraat vaxtı da uşaqların Bəhruz İsgəndərovun yanında qaldıqlarıǝmüəyyənǝedilmişdir.ǝ

14. Qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü iddia tələbi mahiyyəti üzrə davam edən hüquq münasibətidir. Yəni, həmin iddia tələbi ilə bağlı eyni tərəflər arasında məhkəmə aktı qəbul olunsa da, sonradan faktiki halların dəyişməsi eyni tələbin yenidən qaldırılmasını mümkün edir. Lakin, bu zaman məhz faktiki halların əhəmiyyətli şəkildə dəyişilməsi halı baş verməlidir ki, eyni tərəflər arasında əvvəl baxılmış iddia tələbinə uyğun yeni tələblə məhkəməyə müraciət edilməsi mümkünǝolsun.ǝ

15. Hazırkı işdə isə tərəflər arasında olan mübahisə üzrə əvvəlki məhkəmə aktı qəbul ediləndən sonra uşaqların mənafelərinə təsir edə biləcək faktiki halların dəyişməsi və ya yeni hüquqiǝəsaslarınǝyaranmasıǝmüəyyənǝedilmir.ǝ

16. Belə ki, hazırkı iddia ərizəsinin məzmununa nəzər saldıqda məlum olur ki, iddiaçının istinad etdiyi faktiki əsas uşaqların onunla yaşaması faktıdır, hansı kı əvvəlki məhkəmə icratında da bu fakt mövcud idi, həmin vaxtı da iddiaçı həmin əsasa istinad edirdi və məhkəmə də bu əsasaǝhüquqiǝqiymətǝvermişdir.ǝDeməliǝmüəyyənǝedilirǝki,ǝəvvəlkiǝəsaslaǝhazırkıǝəsasǝeynidir.

17. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında, eyni predmet barəsində və eyni (dəyişilməyən) əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Buǝdaǝözǝnövbəsindəǝonunǝhazırkiǝiddiasıǝüzrəǝmülkiǝişinǝicraatınaǝxitamǝverilməsiniǝşərtləndirir.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Şikayətin dəlilləri birinci instansiya məhkəməsininǝqərardadınınǝləğvǝedilməsiǝüçünǝəsasǝdeyil.ǝ

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininǝ398-402-ciǝmaddələriniǝrəhbərǝtutaraqǝməhkəməǝkollegiyası

Qərara aldı:

ǝǝŞikayətǝtəminǝedilməsin. Bərdə Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədənǝsaxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali MəhkəməsininǝMülkiǝKollegiyasınaǝkassasiyaǝşikayətiǝveriləǝbilər.ǝ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar