Məhkəmə qərarları › İş №e-2(3-9)-1175/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1175/2026

21.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1175/2026 21.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları: Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə ##.##.2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində *** saylı nikah qeydinin pozulmasını, ##.##.2015-ci il tarixində anadan olmuş X4 və ##.##.2018-ci il tarixində anadan olmuş X5 onun yanında qalmasını, ##.##.2015-ci il tarixdə anadan olmuş X4 və ##.##.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü ilkin iddia üzrə cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) hər ay hər uşağa 250 manat sabit pul məbləğində alimenti, 40 manat rusum pulu və Mediasiya Şurasına ödədiyi 60 manat pulu tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X2 ilə ##.##.2015-ci il tarixində Lənkəran rayon qeydiyyat şöbəsində 562 sayla nikah qeydini rəsmiləşdirmişdirlər. Birgə nikahdan ##.##.2015-ci il tarixində anadan olmuş X4 və ##.##.2018-ci il tarixində anadan olmuş X5 adlı uşaqları olmuşdur. Uşaqlarin hər ikisi onun himayəsindədir. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə 3 aya yaxındır ki, ər-arvad kimi münasibətləri yoxdur. Bir yerdə yaşamırlar. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilə xasiyyətləri uyğun gəlməmişdir. Artıq uşaqlarla bir yerdə kirayədə yaşayırlar. Nikahın pozulması, uşağın yanında qalması aliment və əmlak tələbinə dair «Mediatora» müraciət etmişdir. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X13 iştirak etsədə, aralarında razılaşma olmamışdır. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) fərdi əməklə məşğul olur. Uşaqlarına yardım etmir. Odur ki, məhkəməyə müraciət edib xahiş etmişdir ki, barışmaqları artıq mümkün deyil, onlara vaxt vermədən nikahlarının pozulması təmin edilsin. Həmçinin, uşaqları onun yanında qalsın. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X2 məhkəməyə ilkin iddia üzrə ##.##.2025-ci il tarixli etiraz ərizəsi ünvanlanmışdır. Ərizədə qeyd edilmişdir ki, İddiaçı müvəqqəti təminat tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, birgə nikahlarından doğulmuş ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-cu il təvəllüdlü X5 üçün cavabdeh X1 hər ay hər bir uşağa görə 250 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Lənkəran rayon məhkəməsinin ## #### 2025-cü il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə onun ərizəsini təmin edərək birgə nikahlarından doğulmuş ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-cu il təvəllüdlü X5 üçün ondan, yəni cavabdeh X1 hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğində 0,4 misli miqdarında alimentin tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı verilməsi barədə qərardad qəbul etmişdir. Hazırda uşaqlardan ##.##.2018-cu il təvəllüdlü X5 ## #### 2025-ci il tarixindən onunla birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Belə ki, məhkəmə ##.##.2025-ci il tarixdə qərardad qəbul etdikdən sonra iddiaçı uşağı yaşamağa onun yanına göndərmişdir və hazırda da uşaq həmin tarixdən onunla birlikdə yaşayır və hər gün onu məktəbə aparıb gətirir. Həmçinin onu da qeyd edir ki, övladı X5 müalicəyə ehtiyacı olduğu üçün ##.##.2025-ci il tarixdə Lənkəran Rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Uşaq xəstəxanada bütün müayinələrdən keçrilib, səhhətində heç bir xəstəlik aşkar olunmayıb, Lənkəran Rayon Mərkəzi xəstəxanası tərəfindən uşağın sağlamlığı barədə *** nömrəli tibbi arayış Lənkəran rayon məhkəməsinə təqdim etmək üçün verilmiş və uşağın harada yaşaması da o arayışda qeyd edilmişdir. Çünki, uşaq onun himayəsində yaşayır. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilə aralarında olan nikah qeydin pozulması və aliment tələbinə dair verdiyi iddia ərizəsi Lənkəran rayon məhkəməsinin ##.##.2025-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə uşaqların hansı valideynin yanında qalması ilə bağlı Lənkəran Şəhər Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komisiyasından müvafiq rəyin məhkəməyə təqdim edilənədək iş üzrə icraata dayandırılmışdır. İddiaçı isə heç bir rəsmi sənəd təqdim etmədən məhkəmə onun müvəqqəti təminat tədbiri barədə ərizəsini təmin etmişdir. Yuxarıda qeyd etdiyi kimi uşaqlardan biri onun himayəsində yaşaya-yaşaya məhkəmə ondan alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərardad qəbul etmişdir. Ona görə də birgə nikahımızdan doğulmuş ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-cu il təvəllüdlü X5 üçün ondan hər ay hər uşağa üçün minimum əmək haqqı məbləğində 0,4 misli miqdarında aliment tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə Lənkəran rayon məhkəməsinin ## #### 2025-cü il tarixli e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Onu da qeyd edir ki, uşaq onunla olduğundan ##.##.2025-ci il taridə uşaqla birlikdə şəkil çəkib ərizəyə əlavə etmişdir. Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, o, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə ##.##.2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində *** saylı qeydlərinin pozulmasını, ##.##.2015-ci il tarixdə anadan olmuş X4 və ##.##.2018-ci il tarixdə anadan olmuş X5 onun yanında qalmasını, ##.##.2015-ci il tarixdə anadan olmuş X4 və ##.##.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü cavabdehdən hər ay hər uşağa 250 manat sabit pul məbləğində alimenti, 40 manat rusum pulu və Mediasiya Şurasına ödədiyi 60 manat pulu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ##.##.2018-ci il tarixdə anadan olmuş X5 ünsiyyət qurmaq məqsədilə aparmışdır. Lakin Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) bildirmişdir ki, uşağa pisixi təsir etdiyi üçün uşaq atasının yanında qalmışdır. Hazırda uşağın yeddi yaşı var. Özü də qız uşağıdır. Uşaqlar ayrı-ayrı qalsalar pisxoloji trama ala bilərlər. Ona görə iddia tələbinə düzəliş etdirmək istəmişdir. ##.##.2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində *** saylı qeydlərinin pozulmasını, ##.##.2018-ci il tarixdə anadan olmuş X5 cavabdehdən alınıb iddiaçı İddiaçı verilməsini, ##.##.2015-ci il tarixdə anadan olmuş X4 və ##.##.2018-ci il tarixdə anadan olmuş X5 onun yanında qalmasını, ##.##.2015-ci il tarixdə anadan olmuş X4 və ##.##.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü cavabdehdən hər ay hər uşağa 250 manat sabit pul məbləğində alimenti, 40 manat rusum pulu və Mediasiya Şurasına ödədiyim 60 manat pulu tutulması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə etiraz ünvanlanmışdır. ##.##.2025-ci il tarixli Lənəran Şəhər Icra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyanın rəyinin ##.##.2018-ci il tarixdə anadan olmuş X5 mənafeyi nəzərə alınaraq atası X2 ilə birlikdə qalması məqsədəmüvafiq hesab edilməsi hissəsi ilə razı deyildir. Uşağın yeddi yaşı var. Öz fikrini sərbəst demək iqtidarında deyildir. Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) bildirmişdir ki, iki qız uşaqlarını bir- birindən ayrılması məqsədəmüvafiq deyildir. Xahiş etmişdir ki, ##.##.2018-ci il tarixdə anadan olmuş X5 mənafeyi nəzərə alınaraq atası X2 ilə birlikdə qalması hissəsi nəzərə alınmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ## #### 2025-ci il tarixdə başlayaraq ##.##.2018-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə cavabdehdən (ilkin iddia üzrə iddiaçı) hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğ aliment tutulub onun xeyrinə ödənilməsi barədə və mediyasiya xidməti üçün ödədiyi 60 (altmış) manat məbləğində dövlət rüsumunu qarşılıqlı iddia üzrə cavabdehdən (ilkin iddia üzrə iddiaçıdan) tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1986-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ilə 2014cü il tarixində faktiki nikaha münasibətinə daxil olaraq evlənmişdirlər. Birgə nikahlarından ##.##.2015-cı il tarixində Mələk adlı və ##.##.2018-ci il tarixində isə Məsumə adlı qızları anadan olmuşdur. O, qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) ilə ailə qurandan sonra qarşılıqlı iddia üzrə cavabdehi (ilkin iddia üzrə iddiaçını) yaşadığı evinə gəlin gətirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı ilə ailə qurandan sonra bir müddət mehriban olsalar da, lakin sonradan heç bir səbəb olmadan İddiaçı işlədiyi salondan evə qayıtmamış və uşaqları da özu ilə aparmış, naməlum istiqamətdə getmişdir. Gedişindən bir müddət keçdikdən sonra uşaqlarla birlikdə anasının evinə qayıtmışdır. İddiaçı yaşamağa evi olmadığından uşaqlarını saxlaya bilmədiyindən, uşaqlardan Məsumə adlı uşağını qardaşı onun ilə əlaqə saxlayıb ## #### 2025-ci il tarixdə gətirib ona qaytarmışdır. İddiaçı azyaşlı uşaqları saxladığı dövurdə döyüb incitmişdir. Gələckdə İddiaçı ilə barışıb bir ailə kimi yaşamaq fikri yoxdur. Ayrıldığı vaxtdan bəri İddiaçı bir ana kimi uşağı ilə maraqlanmamış və onlara heç bir maddi kömə göstərməmişdir. O özü tək uşağı saxlanmasında maddi cəhətdən olduqca çətinlik çəkmişdir. Hazırda övladı ilə birlikdə Lənkəran şəhərində 20 Yanvar küçəsində yaşayır. Lakin cavabdeh uşağın saxlanması üçün ona maddi köməklik göstərməmişdir. Məhz bu səbəbdən də uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbini müdafiə edir və ** saylı nikah qeydinin pozulmasını, birgə nikahlarından olan uşaqlarının onun yanında qalmasını və hər uşağa görə sabit pul məbləğində alimentin ilkin iddia üzrə cavabdehdən tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. Tərəflər arasında ailə münasibətləri kobud şəkildə pozulduğu üçün barışmaq mümkün deyil. Uzun müddətdir ki birlikdə yaşamırlar. Birgə nikahlarından anadan olmuş uşaqlar Bakı şəhəri, Xirdalan şəhəri * nömrəli tam orta məktəbdə oxuyurlar. Onları bir-birindən ayırmaq uşaqların mənafeylərinə ziddir. Uşaqlar da analarının yanında qalmaq arzularındadır. ## ### 2025-ci il tarixində qəyyumluq tərəfindən baxış keçirilmişdir. Bu müayinə aktında uşaqların yaşayış yeri göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsində uşaqların anadan ayrilması halları göstərilmişdir. Lakin ananın yaşayış yerinin müəyyən edilməməsi halı bu hallara daxil deyildir. Eyni zamandanda ilkin iddia üzrə iddiaçının qəyyumluq rəyində göstərilən ünvanı dəyişməsinin səbəbi, yeni yaşadıqları ünvanın uşaqların məktəbinə yaxınlığıdır. Məhkəmədən ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o öz nümayəndəsi və vəkilinin izahatı ilə razıdır. O, Bakı şəhəri ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində satıcı vəzifəsində əmək fəaliyyəti ilə məşğuldur. Aylıq əmək haqqını 900 manat təşkil edir. Satıcı kimi hər gün səhər saatlarından saat 18:00-dək işləyir. Səhər uşaqları özü məktəbə aparır, lakin axşam isə pul müqabilində tutduğu adam uşaqları evə gətirir. O, Xırdalan şəhəri ərazisində kirayə əsasında yaşayır və həmin yaşayış sahəsində azyaşlı uşaqları ilə birlikdədir. Ilkin iddia üzrə cavabdeh əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, daha sonra isə ərzaq alqı-satqısı işi ilə məşğul olmuşdur. Gəliri ilə bağlı məlumatı yoxdur. Cavabdeh ailə münasibətləri pozulan vaxtdan uşaqlarına cəmi 20 manat pul köməklik etmişdir. Eyni zamanda o uşaqlarla telefon vasitəsi ilə əlaqə quran zaman uşaqlara hədə-qorxu gəlmişdir. Bu səbəblərdən daha telefonla danışmağa icazə verməmişdir. Məhkəmə tərəfindən təyin edilən müvəqqəti alimentdən heç bir məbləğ ödənilməmişdir. Əgər qarşı tərəf uşaqlara heç bir təsir göstərməsə uşaqlarla görüşə şərait yarada bilər. Məhkəmədən ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X6 ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin iddia üzrə cavabdeh ailə münasibətlərinin pozulmasına razı deyildir. Uşaqların valideyin yanında saxlanması məsələsində valideyinlərin yaşayış yeri müəyyən olunmalıdır. Lakin ilkin iddia üzrə iddiaçının yaşayış yeri müəyyən edilməmişdir. Ilkin iddia üzrə cavabdehin evi və davamlı yaşayış yeri mövcuddur. Əgər Cavabdeh uşaqları İddiaçı verərsə, ilkin iddia üzrə iddiaçı həmin uşaqları harada saxlayacağı bilinmir. Ilkin iddia üzrə iddiaçı və onun vəkilinin izahatlarından görmək olar ki, qəyyumluq rəyində müəyyən olunmuş yaşayış ünvanı formal xarakter daşıyır. Ilkin iddia üzrə iddiaçı Sədərək Ticarət Mərkəzində işləyir. Əgər uşaqların başına hər hansısa bir hadisə baş gələrsə, qarşı tərəf vaxtında orada ola bilməyəcəkdir. Cavabdeh uşaqları görməyə gedəndə görmüşdür ki, qapı bağlıdır və uşaqlar çöldədir. Sədərək Ticarət Mərkəzində iş saatı 18:00-da bitirsə, ilkin iddia üzrə iddiaçı 19:00dan tez işdən çıxa bilməyəcəkdir. Ilkin iddia üzrə iddiaçı işdən evə saat 20:00-dan tez gələ bilməyəcəkdir və bunun nəticəsində uşaqların təlim-tərbiyə həyatı üçün vaxtı qalmayacaqdır. Məhkəmədən uşaqların yaşayış yerinin müəyyən olunmasını xahiş etmişdir. Nikah qeydinin pozulmasına razı deyillər. Əgər nikah qeydi pozularsa uşaqlardan birinin ilkin iddia üzrə cavabdehi himayəsində qalmasını və həmin uşaqa görə ilkin iddia üzrə iddiaçıdan sabit pul məbləğində alimen tutularaq ilkin iddia üzrə cavabdehə ödənilməsini xahiş etmişdir. Əgər ilkin iddia təmin ediləcəksə, uşaqların ilkin iddia üzrə iddiaçının yanlnda olduğu dövrdən alimentin tutulmasını xahiş etmişdir. Ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahatında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçının izahatı ilə razı deyildir. Ilkin iddia üzrə iddiaçı azyaşlı uşaqları yaşayış yerində nəzarətsiz vəziyyətdə tək buraxaraq işə getmişdir və uşaqların telefonunda onu bloka atmışdır. Sədərək Ticarət Mərkəzinə işə saat 08:00-da gedir və işdən 18:00-da çıxır, evə gəlib çatmayı isə 20:00-dan sonraya başa gəlir. Mələk onun yanında idi, dekabr ayında anasına göndərdikdən sonra uşaqları ona göstərməmişdir. Uşaqların təlim-tərbiyəsinə ilkin iddia üzrə iddiaçı mənfi təsir göstərmişdir. Uşaqlar onun himayəsində olan vaxtı nalayiq ifadələrdən istifadə etməmişdir. Lakin ilkin iddia üzrə iddiaçının himayəsində olandan sonra nalayiq ifadələrdən istifadə etməyə başlamışdır. 31 dekabr tarixindən sonra uşaqları görə bilməmişdir. Qarşı tərəf uşaqlarla ünsiyyətə imkan verməmişdir. Qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Anar Pənahov), ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında ## ###### 2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 562 sayla qeyd edilmiş nikah aktının pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2015ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi, ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,45 misli miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat və mediasiya xərcinə dair 60 manat olmaqla, cəmi 100 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin onun özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək və hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.375 misli miqdarında alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məndən, yəni Cavabdeh tutulan alimentə münasibətdə alimentin tutulmasının həmin uşağın İddiaçı təhvil verdiyi ##.##.2025-ci il tarixdən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək və hər ay hər uşaq üçün təyin edilmiş aliment miqdarını minimum əmək haqqının 0.375 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (##.##.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan AZ-III ****** saylı “Doğum haqqında” şəhadətnamədən görünür ki, X4 ##.##.2015-ci il tarixində Lənkəran rayonnda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında ## ###### 2015-ci il tarixində 1177 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X8r. Lənkəran rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Iş materiallarında olan AZ-IV ****** saylı “Doğum haqqında” şəhadətnamədən görünür ki, X5 ##.##.2018-ci il tarixində Lənkəran rayonnda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında ## ##### 2018-ci il tarixində 429 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Iş materiallarında olan X9 * saylı Mediasiya Təşkilatından verilmiş “X13n sonra prosesin davam etdirilə bilməməsi” barədə ##.##.2025-ci il tarixli MŞL/MT014/2025-***** №-li arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyası prosesini davam etdirməyə razılıq verməmişdir. Iş materiallarında olan AZ II ****** saylı “Nikah haqqında” səhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında ## ###### 2015-ci tarixində 562 sayla Lənkəran rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Ismailov, arvada Ismailova soyadı verilmişdir. Iş materiallarında olan ## ### 2025-cı il tarixli Yasamal Rayon Icra Hakimiyyəti Başçısının müavini, Qəyyumluq və Himayəçilik Komisyasının sədri Təravət Muradova tərəfindən təsdiq edilən “Müayinə aktı”ndan görünür ki, Ismailova Ruqəyyanın kirayə yaşadığı Məhəmməd Xiyabani küçəsi, ***a nömrəli evin 201-ci mənzilinə baxış keçirilmiş və mənzil ikiotaqlı olmaqla ümumi sahəsi 58 kv. metrdir. Mənzilin şəraitinin qənaətbəxş olması və evin kommunal xidmətlərinin movcudluğu müəyyən edilmişdir. Iş materiallarında olan ## #### 2025-ci il tarixli Qəyyumluq və himayəçilik komissiyasının sədri Ülviyyə Əliyeva tərəfindən verilmiş “X4 və X5 valideynlərinin hansının yanında qalması tələbinə dair” rəydən görünür ki, ##.##.2015-ci il tarixində anadan olmuş X4 istəyi nəzərə alınaraq anası X10 ilə və ##.##.2018-ci il tarixində anadan olmuş X5 mənafeyi nəzərə alınaraq atası Cavabdeh ilə birlikdə qalması məqsədəmüvafiq hesab edilmişdir. Iş materiallarında olan X9 * saylı Mediasiya Təşkilatından verilmiş X13 iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli MŞL/MT014/2025-00597 №- li arayışdan görünür ki, İddiaçı X13 iştirak etməmiş və ya iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. 50 manat mediasiyaya dair xərci və 10 manat məbləğində poçt xərci Cavabdeh tərəfindən ödənilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, X10 * saylı Mediasiya təşkilatına 50 manat ödəmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, X10 “Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə” 40 manat ödəmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, X10 “Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə” 10 manat ödəmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Lənkəran * saylı Mediasiya təşkilatına 60 manat ödəmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli **/*** nömrəli ekspert rəyinin nəticə hissəsində görünür ki, X5 əqli inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı müstəqil şəkildə fikir formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, hal-hazırda onun psixikasında və davranışlarında atası və ata nənəsi tərəfindən hansı valideynin himayəsində yaşamasını seçməsi, anası ilə görüşməsi ilə bağlı müəyyən kənar psixoloji təsir əlamətləri üzə çıxır. X4 psixikasında və davranışlarında kənar psixoloji təsir əlamətləri üzə çıxmır. Valideynləri və digər yaxın qohumları arasında qarşılıqlı münasibətlərdəki gərginlik X4 və X5 emosional-iradi sferasına sirayət etməklə, hal-hazırda X5 psixoloji vəziyyəti qənaətbəxş deyildir. ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X5 hal-hazırda anaları İddiaçı və ataları Cavabdeh eyni dərəcədə bağlılıqları müəyyən olunmuşdur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın fiziki, psiki inkişafına və psixoloji vəziyyətinə necə təsir göstəriləcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə nikahın pozulması təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və təyin olunmuş aliment məbləğini mübahisələndirmişdir. Odur ki, kollegiya qətnaməni cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən, yəni alimentlə bağlı hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş ##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,45 misli miqdarında alimentin qarşılıqlı iddiaçı Cavabdeh tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində təyin edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün minimum əmək haqqının 0.375 misli həddində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını minimum əmək haqqının 0,45 misli həddində müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq müəyyən etmişdir. Nəzərə almaq lazımdır ki, 2025-cı ildə uşaqlar üçün yaşayış minimumu 245 manat müəyyən edilmişdir. Hazırki halda hər uşaq üçün minimum əmək haqqının 0.45 misli həddində, yəni 180 manat aliment cavabdehin də maddi və sosial vəziyyətinə uyğundur. Hazırki vəziyyətdə aliment miqdarının azaldılaraq 0.375 misli həddində, yəni 150 manata endirilməsi hər şeydən əvvəl uşaqların yaşayış vəziyyətinin aşağı düşməsinə səbəb olar. Kollegiya cavabdehin apellyasiya şikayətinin 2-ci dəlilinə münasibətdə, yəni ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulmasının həmin uşağın İddiaçı təhvil verdiyi ##.##.2025-ci il tarixdən hesablanması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, ilkin iddiaçı İddiaçı həmin dəlilə etiraz edərək bildirmişdir ki, qızları Məsumə Ismailzadə bu günə qədər həm atasının yanında həm də onun yanında qalmışdır. Uşağın saxlanması ilə bağlı xərcləri çəkmişdir. Kollegiya qeyd edir ki, az yaşlı uşağın müəyyən vaxtlarda atasının yanında qalması və ya daimi gediş-gəlişinin olması uşağın atanın himayəsində olması kimi qəbul edilə bilməz. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ##.##.2025-ci il tarixdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “##.##.2015-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ##.##.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,45 misli miqdarında aliment tutularaq İddiaçı ödənilsin.” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Iş materiallarından göründüyü kimi qarşılıqlı iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti (60x12) 720 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az təşkil etdiyindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar