Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-167/2026 22.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) X6 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Elektron notariat” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh1 etibarlılıq müddəti ##.##.2024-cü il tarixədək ** EX *** dövlət qeydiyyat nişanlı DAIMLER CHRYSLER C180 markalı avtomobil üzrə nəqliyyat vasitəsinə dair sərəncam hüququnu İddiaçı etibar etmişdir.
2. Audio-video materialda ** EX *** dövlət qeydiyyat nişanlı DAIMLER CHRYSLER C180 markalı avtomobili 7000 manat ödəməklə İddiaçı satılmasına dair razılığın tərəflər arasında əldə edilməsi, sonuncu tərəfindən avtomobilin geri qaytarılması, özü və atası tərəfindən dəfələrlə cavabdehlərdən ödənilmiş məbləğin geri istənilməsi müəyyən edilir.
3. Samux rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh X1 7000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 91 manat pul alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən Samux Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Samux rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Apellyasiya instansiyası mövqeyini bununla əsaslandırmışdır ki, tərəflər aralarında şifahi qaydada avtomobilin alqı-satqısına razılığa gəlsələr də, avtomobilin mülkiyyətçisi cavabdeh1 olmuş, pulu cavabdehin atası cavabdeh2 yanında anası cavabdeh1 almış, iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 7000 (yeddi min) manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat pul və vəkili ilə müqavilə bağlamaq üçün ödənilmiş 325 manat pul tutularaq iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı özünə avtomobil almaq istəmiş, ##.##.2023-cü il tarixdə X1 ilə razılaşma əldə etmiş, Nuranın anası Elnarəyə məxsus ** EX *** dövlət qeydiyyat nişanlı DAIMLER CHRYSLER C180 markalı avtomobili almışdır. Əvəzində Nuranın anası və atasına yəni cavabdehlərə 7000 (yeddi) min manat pul ödəmişdir. Nuranın anası Elnarə Mustafayeva iddiaçı İddiaçı adına etibarnamə vermişdir. İddiaçı aldığı avtomobili sürüb yaşadığı Göygöl rayonuna getmiş, səhəri Nurana zəng edib razılaşmalarına uyğun avtomobili sənədləşdirmək etmək istədiyini deyəndə Nuran razılaşmamışdır. Belə olan halda Ramin avtomobilin oğurluq olduğundan şübhə edərək onu geri qaytarmışdır. Həmin vaxtdan bəri Ramin avtomobil üçün ödədiyi 7000 min manat pulu geri ala bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı İddiaçı Nurana qarşı Samux Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Raminin iddiası təmin edilmişdir. Həmin qətnamədən Nuran apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Samux Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, avtomobil Elnarə Mustafayevanın adına olduğu üçün iddia tələbi ona qarşı qaldırılmalıdır. Odur ki, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
7. Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi (hakim Leyla Hüseynzadə) ilə, cavabdehlər cavabdeh2 və cavabdeh1 7000 (yeddi min) manat pul, 90 (doxsan) manat ödənilmiş dövlət rüsumu və 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım üçün ödənilmiş pul məbləğinin müştərək qaydada alınaraq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 439.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onlar qeyd edilən pulu iddiaçıya qaytarmışlar. Lakin, məhkəmə həmin halları araşdırmadan iddianı əsassız yerə təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, onlar avtomaşının pulunu qaytarmışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, özünə avtomobil almaq üçün ##.##.2023-cü il tarixdə X1 ilə razılaşma əldə etmiş, Nuranın anası Elnarəyə məxsus ** EX *** dövlət qeydiyyat nişanlı DAIMLER CHRYSLER C180 markalı avtomobili Nuranın anası və atasına - cavabdehlərə 7000 manat pul vermişdir. Nuranın anası Elnarə Mustafayeva onun adına etibarnamə vermişdir. O, aldığı avtomobili sürüb yaşadığı Göygöl rayonuna getmiş, səhəri Nurana zəng edib razılaşmalarına uyğun avtomobili sənədləşdirmək istədiyini deyəndə Nuran razılaşmamışdır. O, avtomobilin oğurluq olduğundan şübhələnərək avtomobili geri qaytarmışdır. O, avtomobil üçün ödədiyi 7000 min manat pulu geri ala bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı o, Nuran Verdiyevə qarşı Samux Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, onun iddiası təmin edilmişdir. Həmin qətnamədən Nuran apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Samux Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, avtomobil Elnarə Mustafayevanın adına olduğu üçün iddia tələbi ona qarşı qaldırılmalıdır. O, yenidən iddia qaldırmış və iddiası təmin edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
14. İş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmə iclasının (##.##.2026-cı il saat 10-20, ##.##.2026-cı il saat 12-40 və ##.##.2026-cı il tarixdə saat 15-20) vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlməmiş, vəkili ilə təmsil olunmuşdir. Göründüyü kimi, cavabdehlərin məhkəmə iclasında iştirak etməməsi üzürlü sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehlərin bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
20. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
21. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı X2 anası cavabdeh1 mülkiyyətində olan ** EX *** dövlət qeydiyyat nişanlı DAIMLER CHRYSLER C180 markalı avtomobili almış, qarşılığında 7000 manat pulu Verdiyev Nurana vermişdir. Daha sonra Ramin avtomobili sənədləşdirmək istədiyini bildirsə də, Nuran Verdiyev buna etiraz etmişdir. Ramin avtomobilin oğurluq olduğunu düşünərək avtomobili geri qaytarmış, lakin ödədiyi 7000 manat pulu cavabdehlərdən ala bilməmişdir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
40. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
41. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
43. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
44. İş materiallarından görünür ki, iddiaçı tərəfindən avtomaşının cavabdehlərə qaytarılması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə, habelə işə əlavə edilmiş audio video yazılarla öz təsdiqini tapır.
45. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.
46. Lakin, cavabdeh tərəf apellyasiya şikayətinin dəlilində bildirir ki, onlar tələb edilən 7000 manat məbləğində pulu iddiaçıya qaytarmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dəlili yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehlərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
50. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı özünə avtomobil almaq istəmiş, ##.##.2023-cü il tarixdə X1 ilə razılaşma əldə etmiş, Nuranın anası Elnarəyə məxsus ** EX *** dövlət qeydiyyat nişanlı DAIMLER CHRYSLER C180 markalı avtomobili almışdır. Əvəzində Nuranın anası və atasına yəni cavabdehlərə 7000 manat pul ödəmişdir. Nuranın anası Elnarə Mustafayeva iddiaçı İddiaçı adına etibarnamə vermişdir. İddiaçı aldığı avtomobili sürüb yaşadığı Göygöl rayonuna getmiş, səhəri Nurana zəng edib razılaşmalarına uyğun avtomobili sənədləşdirmək etmək istədiyini deyəndə Nuran razılaşmamışdır. Belə olan halda Ramin avtomobilin oğurluq olduğundan şübhə edərək avtomobili geri qaytarmışdır. Həmin vaxtdan bəri Ramin avtomobil üçün ödədiyi 7000 min manat pulu geri ala bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı İddiaçı Nurana qarşı Samux Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Raminin iddiası təmin edilmişdir. Həmin qətnamədən Nuran apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Samux Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, avtomobil Elnarə Mustafayevanın adına olduğu üçün iddia tələbi əsl cavbdehə qarşı qaldırılmalıdır. Daha sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İşə qiyabi icraatda baxılmış və cavabdehlər cavabdeh2 və cavabdeh1 7000 manat pul, 90 manat ödənilmiş dövlət rüsumu və 325 manat hüquqi yardım üçün ödənilmiş pul məbləğinin müştərək qaydada alınaraq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili iddia edilən pulun iddiaçıya qaytarılmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, həmin dəlillər əsassızdır və cavabdehlər tərəfindən iddiaçıya 7000 manat pulun qaytarılması öz təsdiqini tapmır. Göründüyü kimi, cavabdehlər pulun qaytarılması ilə bağlı məhkəmələrə hər hansı subut təqdim etməmişlər.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.