Məhkəmə qərarları › İş №2(3-7)-211/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-211/2026

03.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-211/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3, cavabdeh6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) qarşı iş üzrə Işin halları

1. Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə, ## ##.1956-cı il təvəllüdlü X5, cavabdeh Bayramov Rza Idris oğlu ilə birgə nikah dövründə əldə etdikləri Tərtər rayonu, Sarov kəndində yerləşən fərdi yaşayış evinə kökürülməklə həmin evdə yaşayış hüququnun tanınması və təmin edilməsi qət edilmişdir.

2. Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evi üzərində cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3 və cavabdeh6 ümumi birgə mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə, 1823032766 qeydiyyat nömrəsi (611013036490-10301 daşınmaz əmlakın reystr nömrəsi) ilə qeydiyyata alınmışdır.

3. cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3 və cavabdeh6 mülkiyyət hüququ əsasında onlara məxsus Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evini ##.##.2024-cü il tarixli ******* nömrəli, ##.##.2024-cü il tarixli ******* nömrəli və ##.##.2024-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələri əsasında cavabdeh4 satmışlar.

4. Qeyd olunan alğı-satqı müqavilələrinin bağlanması zamanı satıcıları onların nümayəndəsi qismindən iddiaçının oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təmsil etmişdir. Alıcı isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arvadının anasıdır.

5. Alıcı cavabdeh4 Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi dövlət qeydiyyatına alınmışdır.

6. cavabdeh4 iddiaçıya qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək “iddiaçının mülkiyyətində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə çıxarılması”nı xahiş etmiş və Tərtər Rayon Məhkəməsi ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə təmin edilmişdir.

7. Qətnamədən narazı qalan iddiaçının apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Tərtər Rayon Məhkəməsi ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X5 istifadə hüququ Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə tanınmış və mülkiyyətçinin dəyişməsi sonuncunun istifadə hüququna xitam verməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh4 qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.

10. Iddiaçının vəkilinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən ##.##.2024-cü il tarixdə cavabdeh4 ilə cavabdeh2 və cavabdeh5 arasında *Ə-*** nömrəli, cavabdeh4 ilə cavabdeh1 və cavabdeh3 arasında *Ə- *** nömrəli və cavabdeh4 ilə cavabdeh6 arasında *Ə-*** nömrəli alqı-satqı müqavilələri rəsmiləşdirilmişdir.

11. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı cavabdehlərə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh4 ilə cavabdeh2 və cavabdeh5 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli, cavabdeh4 ilə cavabdeh1 və cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli və cavabdeh4 ilə X3 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqavilələrinin etibarsız edilməsini, həmin müqavilələr əsasında ##.##.2024-cü il tarixli ********** nömrəli cavabdeh4 adına çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair cavabdeh4 ilə cavabdeh2 və cavabdeh5 (mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirak etmişdir) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli, cavabdeh4 ilə cavabdeh1və cavabdeh3 (mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirak etmişdir) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli və cavabdeh4 ilə X3 (mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirak etmişdir) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqavilələri, həmçinin həmin müqavilələr əsasında ##.##.2024-cü il tarixli ********** nömrəli cavabdeh4 adına çıxarış mövcuddur. Lakin sözügedən müqavilələrin etibarsızlığına və çıxarışın ləğvinə dair ciddi əsaslar vardır. Iddia ərizəsinə əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2019-cu il tarixli qətnaməsindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi iddiaçı Bayramova (Qasımova) Rahilə Behbud qızı ilə onun mərhum yoldaşı Bayramov Rza Idris oğlunun birgə nikah dövründə birgə vəsait hesabına 2002-ci ildə əldə edilmiş, lakin tərəflərdən hər hansı birinini adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, ##.##.2024-cü il tarixli, 4Ə-323, 324 və *** reyestr nömrəli alğı-satqı müqavilələri ilə cavabdeh4 adına qeydiyyata alınmış mübahisəli daşınmaz əmlakın 2002-ci ildən iddiaçının birgə nikah dövrüdə əldə etdiyi və həmin tarixdən fərdi yaşayış evində yaşaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Eyni zamanda qeyd edilir ki, cavabdehlə bağlanmış alğı-satqı müqavilələrinin etibarsız olması və çıxarışın sonuncunun adına verilmiş qanunsuz olduğu hazırkı tələb üzrə cavabdeh olan cavabdeh4 tərəfindən qaldırılmış digər iş üzrə iddia ərizəsi və həmin işdə iddiaçını təmsil edən nümayəndəsinin birinci instansiya məhkəməsində vermiş olduğu ziddiyyətli izahatı ilə tam təsdiq edilmişdir. Belə ki, cavabdeh4 iddia ərizəsində torpaq sahəsini və fərdi yaşayış evini 2018-ci il tarixdə cavabdeh1 adlı şəxsdən aldığını və yalnız müəyyən səbəblərdən sənədləşmə işllərinin 2024-cü il tarixdə apardığını qeyd etmiş olsa da, cavabdeh4 nümayəndəsi (qızı) X4 məhkəməyə aşağıdakı formada izahat vermiş və iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddaçı cavabdeh4 onun anasıdır. Cavabdeh İddiaçı qaynanasıdır. Həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la 2010-cu ildə ailə qurmuş, nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. cavabdeh1 adlı şəxsdən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr olan hazırki mübahisəli fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına olmuşdur. O, həmin evə gəlin köçmüşdür. Həmin vaxt qaynanası və qaynatası mübahisəli evdə yaşamamışlar. Mübahisəli evdə iki övladları olmuşdur. Onlar həyat yoldaşı ilə 2018-ci ildən qeydiyyatdan çıxmışlar. Qaynanası İddiaçı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamış və hazırda da orada evi vardır. Qaynanası İddiaçı ilə qaynatası Rza Bayramovun nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar qaynatası müvəqqəti olaraq mübahisəli evdə yaşamışdır. Həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la onlar hazırda Bakıda yaşayırlar. Belə ki, həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 açıq ürək əməliyyatı keçirmiş, bu səbəbdən onun xeyli borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 evi anası cavabdeh4 satmış və həmin pulla borcunu qaytarmışdır. Bundan qaynatası Rza Bayramov həmin evdə yaşadığı üçün məlumatı olmuşdur. Rza Bayramov bir müddət həmin evdə yaşamış və sonra vəfat etmişdir. Evi anası cavabdeh4 sənədləşdirmiş və bununla bağlı Çıxarış sənədi almışdır. Rza Bayramov vəfat etdikdən sonra İddiaçı gəlib Bakı şəhərində onlarla yaşamasını təklif etmişlər, lakin o, bu təklifi qəbul etməmişdir. İddiaçı heç kimə bildirmədən Rza Bayramov vəfat etdikdən sonra gəlib həmin evdə yaşamağa başlamışdır. Hazırda evin sahibi anası cavabdeh4dır. Tərtər Rayon Məhkəməsi icraatında olmuş *(***)-****/**** nömrəli mülki işdəiddia ərizəsi ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş olan izahat arasında olan ziddiyyət və cavabdeh tərəfindən təqdim edilən Tərtər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2019-cu il tarixli qətnamə bir daha təsdiq edir ki, torpaq sahəsi və fərdi yaşayış evi formal alqı-satqı edilmiş və cavabdeh4 adına formal qeydiyyat aparılmış və məqsəd İddiaçıona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması olmuşdur. cavabdeh4 formal mülkiyyətçi kimi göstərilməsi məqsədi məhz sonuncunun nümayəndəsi olan qızı (X4) və onun kürəkəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1(İddiaçıoğlu) qanunsuz hərəkətlərinin pərdələnməsi olmuşdur. Belə ki, Tərtər Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ### 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir: · Mübahisəli tikilini və tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçıvə yoldaşı Bayramov Rza Idris oğlu ilə birgə nikah dövründə 2002-ci ildə məhz Tərtər rayon sakini cavabdeh1 alınmışdır. · Həmin iş üzrə digər cavabdeh məhz X4 Binnətovanın qızı və nümayəndəsidir. · Həmin qətnamə ilə həmçinin müəyyən edilir ki, cavabdehin adına hər hansı əmlak mövud olmamış və hazırda da mövcud deyil, İddiaçı yeganə yaşayış yeri məhz hazırkı mübahisəli yaşayış evidir. Cavabdeh Bayramov Rza Idris oğlu və hazırki iddia üzrə iddiaçının qızı olan digər cavabdeh X4 cavabdehi ona məxsus evdən məcburi olaraq çıxarmışlar. Göründüyü kimi, cavabdeh4 nümayəndəsi olan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cavabdeh olan X4 həmin mübahisə zamanı torpaq sahəsinin və fərdi yaşayış evinin onlara və ya hazırkı iddia üzrə anasına məxsus olmasını ümumiyyətlə bəhs etməmişdir. Əlavə olaraq qeyd edirəm ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli tikilini və tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçıvə mərhum yoldaşı Bayramov Rza Idris oğlu ilə birgə nikah dövründə 2002-ci ildə məhz Tərtər rayon sakini cavabdeh1 aldığı təsdiq olunsa da, cavabdeh1 tərəfindən iddiaçının qeyd etdiyim kimi,2024-cü ildə ikinci dəfə cavabdeh4 satması faktının araşdırılmalması üşün xüsusi qərardad qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh4 ilə cavabdeh2 və cavabdeh5 (mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirak etmişdir) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli, cavabdeh4 ilə cavabdeh1 və cavabdeh3 (mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirak etmişdir) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli və cavabdeh4 ilə X3 (mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirak etmişdir) arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqavilələri formal olaraq bağlanmasını təsdiq edir. Bu isə alğı-satqı müqavilələrinin etibarsızlığına dəlalət edir. Həmçinin qeyd edilir ki, tərəfimizdən Tərtər Rayon Notariat Ofisinə sorğu ünvanlayaraq ##.##.2024-cü il tarixli 4Ə-323, 324 və *** reyestr nömrəli alğı-satqı müqavilələrinin və həmin müqavilələrin bağlanması ilə bağlı aparılmış notariat işinin surətlərini tərəfimizə təqdim edilməsi xahiş edilsə də, notariat ofisi ##.##.2025-ci il tarixli məktub ilə sorğumuzun cavablandırılmasından imtina edildiyindən müqavilələrin iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Ona görə də iddia tələbi üzrə obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə məhkəmədən notariat işinin təsdiq edilmiş surətinin tələb edilməsini xahiş edirlər.

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərtər Rayon Xüsusi Notariat Ofisi iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırılmışdır ki, alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən qanunvericilikdə nəzərdə tutulan bütün sənədlər müqavilə tərəflərindən tələb edildikdən sonra rəsmiləşdirilmişdir. Belə ki, Tərtər rayon IH-in Bəyimsarov kənd Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin verdiyi ##.##.2024-cü il tarixli arayışından aydın olmuşdur ki, iddiaçı İddiaçı həmin evdə qeydiyyatda olmamaqla hər hansı hüquqa malik deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş ##.##.2024-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışdan tam aydın olmuşdur ki, İddiaçı mülkiyyətçi olmamaqla hər hansı bir hüquqa malik deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş ##.##.2024-cü il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışa əsasən İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi, yaşayış hüququ ilə təmin edilməsi və sair formada hər hansı bir hüquqları rəsmi qeydiyyata alınmamış və yoxdur. Yuxarıda qeyd edilənlər nəzərə almaqla iddiaçı İddiaçı iddia tələblərini qəbul etmədiklərini və rədd edilməsini xahiş etmişdir.

15. Cavabdeh cavabdeh1 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir, digər cavabdehlər həyat yoldaşı və uşaqları da iş üzrə iddiaçını görməmişlər və tanımamışlar. Onlar Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evini Bayramov Rza Idris oğlu və İddiaçı satmamışlar. Iddiaçını bir dəfə təsadüfən görmüşdür. Onlarla bu evin alqı-satqısı barəsində heç bir müqavilələri olmamışdır. Ona və ailə üzvlərinə məxsus evi 25 il bundan əvvəl 1300 ABŞ dollarına etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satmışdır. Onun evi satması, hədiyyə etməsi və yaxud kiminsə adına keçirməsi onların maraqlarına uyğun deyildir. Ev 1 zal və 3 otaqdan ibarət olmuşdur. Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(061)- ***/**** saylı qətnaməsindən məlumatları olmamışdır. Ev onun adına olduğu halda həmin qətnamədən məlumatı olmamışdır. Nəzərə alınmasını xahiş etmişdir.

16. Cavabdeh cavabdeh2 iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evini Bayramov Rza Idris oğlu və İddiaçı satmamışlar. Həmin şəxsləri ümumiyyətlə tanımamışdır. Onlarla bu evin alqı-satqısı barəsində heç bir müqavilələri olmamışdır. Ona və ailə üzvlərinə məxsus evi etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satmışdır. Onun evi satması, hədiyyə etməsi və yaxud kiminsə adına keçirməsi onların maraqlarına uyğun deyildir. Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsindən xəbəri olmamışdır. Ev atasına məxsus olduğu halda həmin qətnamədən məlumatı olmamışdır. Nəzərə alınmasını xahiş etmişdir.

17. Cavabdeh cavabdeh4 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı Nigar Bayramovanın qaynanasıdır. Mübahisəli ev özünə məxsusdur. Bu barədə müvafiq olaraq çıxarış sənədi almışdır. Cavabdeh hazırda onun evində yaşayır. O, özü isə kirayədə qalmışdır. Mübahisəli evi kürəkənindən alqısatqı yolu ilə almış və adına sənədləşdirmişdir. Evi kürəkəni Intiqamın ona olan borcunun yerinə almışdır. Intiqam xəstələnərkən valideynləri onunla maraqlanmadığından, onun müalicəsinə qohumlarından 19000-20000 manat borc pul almış və Intiqamın əməliyyatına vermişdir. Intiqam həmin pulu qaytara bilmədiyindən evi onun adına sənədləşdirmişlər. Xəstə və pensiyaçıdır, kürəkəninin borcunu başqa qaydada ödəyə bilməmişdir. İddiaçı özünə məxsus olan digər evini oğluna vermiş və gəlib hazırda Bəyimsarov kəndində yerləşən ona məxsus evdə yaşayır. Iddiaçı evini boşaltsın. Onun həmin evlə bağlı hüququ yoxdur. Göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

18. Cavabdeh cavabdeh4 nümayəndəsi X4 göstərmişdir ki, iddiaçının həmin evdə heç bir əsası yoxdur. Gəncə Apellyasiya Məhkəməsində sorğu göndərilmiş, iddiaçının və ərinin adına ev olmadığı müəyyən edilmişdir. Bununla yanaşı ev sahibi məhkəməyə ərizə təqdim edərək onları tanımadığını bildirmişdir. Etibarnaməni də ailəlikcə bir yerdə onun həyat yoldaşı Intiqama vermişlər. Indi də həmin adam bu məhkəmənin nəticələrini gözləyir, iddiaçıdan şikayət vercəyini bildirmişdir. Çıxarışın etibarsız olması ilə bağlı deyilənlər doğru deyildir. Lazımi sənədləri almışlar. Bununla bağlı notarius ərizəsini göndərmişdir. Çıxarış sənədi anasının əlindədir. Bütün sənədləşmə qanunla aparılmışdır. Iddiaçı evin ona satılması ilə bağlı hər hansı bir sənədi təqdim etməmişdir. Mülkiyyətçi iddiaçı olmamış, cavabdeh1 olmuşdur. cavabdeh1 evi etibarnamə ilə həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Intiqam da anası cavabdeh4 olan borcunun əvəzinə evi alqı satqı etmiş və anasının adına çıxarış sənədi alınmışdır. Anası cavabdeh4 yaşamağa yeri yoxdur. Iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3, cavabdeh6, üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n * saylı Bərdə Ərazi Idarəsinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Iş materiallarına əlavə edilmiş məhkəmə bildirişlərindən və SMS bildirişlərdən görünür ki, İddiaçı, cavabdeh1 və cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmuşdur. Odur ki, məhkəmə işə iddiaçının, cavabdehlərin və üçüncü şəxslərin iştirakları olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir.

20. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi (hakim – Kamil Rzayev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə edilməsini əsaslandıran, yuxarıda qeyd edilən heç bir hal olmamış və bununla bağlı hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bunlarla yanaşı iddiaçı İddiaçı iddia ərizəsində giriş hissədə qeyd etdiyi kimi qeydiyyat ünvanını Kəlbəcər rayonu, Ağdaban Ərazi Dairəsi, Ağdaban kəndidir. Göründüyü kimi, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evi iddiaçı İddiaçı qeydiyyat ünvanı olmamışdır. Bu da bir daha onu sübut edir ki, iddiaçı İddiaçı həmin evə hər hansı bir mülkiyyət hüququ ilə bağlı əlaqəsi mövcud deyildir.

22. Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evi cavabdeh1 və ailə üzvləri tərəfindən etibarnamələr əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satılmış, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə evi cavabdeh4 satmışdır. Cavabdeh cavabdeh4 qanunamüvafiq qaydada evin alqı-satqısından sonra ##.##.2024-cü il tarixdə adına Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 611013036490-10301 daşınmaz əmlakın reystr nömrəsi ilə tam mükiyyət hüququ əsasında çıxarış sənədi alınmışdır. Cavabdehlər cavabdeh1 və onun ailə üzvləri həmin vaxt və ya sonralar etibarnaməyə xitam verilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. Bu da onların öz razılıqları ilə həmin torpaq sahəsini və fərdi yaşayış evini cavabdeh cavabdeh4 satdıqlarına dəlalət edir. Həmçinin alqı-satqı müqaviləsi notarial qaydada aparılmaqla bütün prosedur qaydalara riayət edilmişdir. Alqı-satqı aparılmış və etibar edilən şəxs satıcı, digər tərəf isə alıcı qismində onlara alqı-satqı müqaviləsinin şərtləri izah edildikdən sonra imzalanmışdır. Bundan sonra cavabdeh4 sözügedən torpaq sahəsini və fərdi yaşayış evini adına sənədləşdirmiş və onun adına müvafiq sənəd verilmiş və o həmin torpaq sahəsinin və evin qanuni mülkiyyətçisidir. Iddiaçı tərəf mübahisəli torpaq sahəsini və evin ona məxsus olmasını göstərsə də bu barədə hər hansı bir qeydiyyat aparılmamış, tərəflər arasında belə razılaşmanın və ya hər hansı bir sənədin olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir.

23. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 88,8 kv.metr yaşayış evində qeydiyyatda olmamaqla, həmin üvə görə hər hansı bir mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən, bununla da onun hazırki iddianı qaldərmağa subyektiv hüququ olmadığından iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir.

24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 152.1, 152.2, 152.3, 157.1, 157.2, 337.1, 339.1, 339.2, 339.3, 339.4, 339.5 və 339.6-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## ### 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008–ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 78.1, 88, 106.1, 119.1 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

25. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehin onun mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv. metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) cavabdeh İddiaçı iddiaçı cavabdeh4 mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, onun pozulmuş hüquqlarının bərpa edilməsi qət edilmişdir. Cavabdeh Qasımov RahiləBehbud qızı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər: X2 (sədrlik edən-məruzəçi), X6 və X1) apellyasiya şikayəti təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndindəyerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı cavabdeh4 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ##### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinə diqqət yetirdikdə görünür ki, məhkəmənin müəyyən etdiyi hallar iş materiallarında olan sübutlarla deyil, yalnız cavabdeh tərəfin etirazı və Tərtər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı qətnaməninin mövqeyi üzərində qurulmuşdur. Halbuki, qeyd edilən qətnamə yuxarı instansiya məhkəməsinin qərarı ilə ləğv edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh cavabdeh4 apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdeh4 ilə cavabdeh2 və cavabdeh5 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli, cavabdeh4 ilə cavabdeh1 və cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü il tarixli *Ə-*** nömrəli və cavabdeh4 ilə cavabdeh6 arasında bağlanmış ##.##.2024-cü il tarixli *Ə-*** nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında ##.##.2024-cü il tarixli ********** nömrəli cavabdeh4 adına çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirəm ki, apellyasiya şikayəti əsassızdır. Məhz bu səbəbdən aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinə etirazın əsasları aşağıdakılardır: 1. Işin faktiki halları; 2. Iddiaçıın hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmaması; 3. Alqı-satqı müqavilələrinin etibarsız sayılması ilə bağlı iddiaçının əsassız tələbi və etirazın hüquqi əsaslandırılması; 4. Çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının əsassız tələbi və etirazın hüquqi əsaslandırılması. Işin faktiki halları: Məhkəmənin nəzərinə çatdırırıq ki, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evi və 0,1157 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə cavabdeh4 məxsusdur. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin cavabdeh4 xüsusi mülkiyyətində olması Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2n Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli Çıxarışla təsdiq olunmuşdur. Fərdi yaşayış evi 2018-ci il tarixdə cavabdeh1 (hazırki iş üzrə cavabdehdən) alınmışdır. Yalnız müəyyən səbəblərdən dolayı sənədləşmə 2024-cü il tarixdə aparılmışdır. Beləliklə də fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış, işıq və qaz saldoları cavabdeh4 adınadır. Lakin iddiaçı İddiaçı qeyd edilən daşınmaz əmlakın mərhum keçmiş həyat yoldaşı Rza Bayramov tərəfindən alındığını bildirir. Eyni zamanda qeyd edir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019-cu il tarixli qətnaməsinə əsasən, o Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülməklə evdə yaşayış hüququ tanınmışdır. Iddiaçı hesab edir ki, bu hal onun mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması üçün əsasdır. Iddiaçıın qeyd edilən mövqeyi əsassızdır. Belə ki, Tərtər Rayon Məhkəməsinin 2(061)- 582/2019-cu il tarixli qətnaməsi iddiaçı İddiaçı mübahisəli daşınmaz əmlaka köçürülməsi və evə yaşayış hüququnun tanınması ilə bağlıdır, əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlı deyil. Iddiaçı İddiaçı mübahisəli daşınmaz əmlaka köçürülməsi və evə yaşayış hüququnun tanınması iddiaçının qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması anlamına gəlmir. Tərtər Rayon Məhkəməsi öz qətnaməsində bu məsələni düzgün qiymətləndirmiş və iddia tələbini rədd etmişdir, çünki iddiaçıın mülkiyyət hüququnu sübut edən heç bir sənəd yoxdur. Iddiaçıın hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmaması: Iddiaçının hazırki iddia tələbinin qaldırmaqda subyektiv hüququnun olmaması ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının cavabdeh cavabdeh4 və digər cavabdehlər arasında bağlanmış alqı satqımüqavilələrinin etibarsız sayılmasını və çıxarışın ləğv edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Daşınmaz əmlaka dair hüquqların cavabdeh1 cavabdeh4 keçməsi onun istifadə hüququnu, daha doğrusu evdə yaşayış hüququnu hər hansı formada məhdudlaşdırmır, onun evdən istifadə hüququndan məhrum etmir. Eyni zamanda iddiaçı İddiaçı cavabdeh4 münasibətdə mübahisəli daşınmaz əmlak üzərində hər hansı üstün hüquqlara da malik deyil. O, mübahisəli daşınmaz əmlakın mülkiyyətçi deyil. Belə olduğu halda, yəni mülkiyyətçinin dəyişməsi ona alqı-satqı müqavilələrini mübahisələndirmək, çıxarışın ləğv edilməsi hüququnu vermir. Alqı-satqı müqavilələrinin etibarsız sayılması ilə bağlı iddiaçıın əsassız tələbi və etirazın hüquqi əsaslandırılması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Müqavilənin etibarlı olması üçün tərəflərin könüllü razılaşdırılmış iradə ifadəsi, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Bildiyi kimi, əqdin etibarlığının əsas meyarı tərəflərin könüllü razılaşdırılmış iradə ifadəsidir. Mübahisə predmeti olan əmlaka dair tərəflər arasında könüllü olaraq müqavilə bağlanmışdır. Qeyd edirik ki, bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmamışdır, buna görə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Bağlanmış alqı-satqı müqaviləsini nə mübahisə edilən əqdlərə, nə də ki, əhəmiyyətsiz əqdlərə aid etmək olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Tərtər Rayon Məhkəməsi öz qətnaməsində bu prinsipi düzgün tətbiq etmiş və müqavilələrin etibarlı olduğunu müəyyən etmişdir. Mübahisələndirilən müqavilələrdə əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyinə və formasına dair şərtlərə əməl edilmişdir. Beləliklə, müqavilələr qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunmaqla bağlanmışdır və iddiaçının şikayəti bu baxımdan əsassızdır. Çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçıın əsassız tələbi və etirazın hüquqi əsaslandırılması: Məhkəmənin nəzərinə çatdırırıq ki, alqı-satqı müqavilələrinin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş olduğundan, onlarda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmədiyindən ##.##.2024-cü il tarixli ********** nömrəli cavabdeh4 adına çıxarışın ləğv edilməsi tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, hazırki çıxarışa dair daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Iddiaçı bu prezumpsiyanı təkzib edəcək sübut təqdim etməmişdir. Tərtər Rayon Məhkəməsi qətnaməsində bu məsələni düzgün qiymətləndirmiş və çıxarışın qanuni olduğunu təsdiq etmişdir. Yekun olaraq bildiririk ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair” apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qanuni və əsaslıdır.

28. Həmçinin, cavabdehlər cavabdeh1, cavabdeh5 və cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətin dəlillərinin əsassız olmasını bildirmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Iddiaçı məhkəmə iclaslarında izahatında bildirmişdi ki, onlar məcburi köçkün düşdükdən sonra Şəki rayonunda məskunlaşmışlar. Daha sonra əri alver etdiyi tikinti materiallarını satmış və onlar Tərtər rayonuna gələrək evi və torpağı Zülaldan almışlar. Həmin zaman icra nümayəndəliyində sənədləşmə aparılmış və evi oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına sənədləşdirmişlər. Ona görə ki, digər uşaqlarına ev almışlar bu evidə Intiqama almışlar. Lakin nümayəndəlikdə olan sənədləri evdən oğlu və gəlini götürdüyündən təqdim edə bilmir. Evin işıq və qazını kəsiblər yaşaya bilmir. Şikayətin təmin olunmasını xahiş etdi.

30. Cavabdeh cavabdeh4 nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçının gəlinidir. O, evin sənədlərini görməmiş və götürməmişdir. Ev anasına məxsusdur. Şikayətin rədd olunmasını xahiş etdi.

31. Cavabdehlər cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3, cavabdeh6, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

38. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

39. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

42. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

44. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Daşınmaz əmlıakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

46. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli Qərarı

47. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı

48. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

49. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

50. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

51. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

52. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

53. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

59. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

62. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

64. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

65. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

66. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

70. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş edir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

72. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.

73. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmin konstitusion tələb məhkəmənin yalnız tərəflərin mövqelərini dinləməklə kifayətlənməməsini, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmasını, sübutları müqayisəli və qarşılıqlı əlaqədə qiymətləndirməsini zəruri edir.

74. Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bu norma məhkəmənin gəldiyi nəticə ilə müəyyən etdiyi hallar arasında məntiqi və hüquqi əlaqənin mövcud olmasını tələb edir. Qətnamədə yalnız hüquq normalarının sadalanması həmin konstitusion tələbin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz.

75. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onları daxili inamına əsasən qiymətləndirməli, hər bir sübutu digər sübutlarla qarşılıqlı əlaqədə yoxlamalı və qəbul və ya rədd etdiyi sübutların səbəblərini qərarında göstərməlidir. Həmçinin MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutların məzmununu təhlil etməmiş, həmin sübutlar arasındakı əlaqəni araşdırmamış, tərəflərin birbirinə76. zidd izahatlarına və istinad etdikləri hallara münasibət bildirməmiş, xüsusilə iddiaçının hüquqi marağının və subyektiv hüququnun mövcud olub-olmaması məsələsini mübahisənin həlli üçün əsas hüquqi məsələ kimi ayrıca araşdırmamışdır. Məhkəmə tətbiq etdiyi maddi və prosessual hüquq normalarını sadalamış, lakin həmin normaların iş üzrə müəyyən edilmiş faktiki hallara hansı səbəbdən və hansı hüquqi nəticələr baxımından tətbiq edilməsini əsaslandırmamışdır.

77. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 2.2-ci bəndinə görə qətnamə maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edilməli, 2.4-cü bəndinə görə isə iş üçün əhəmiyyətli olan bütün hallar mötəbər sübutlarla təsdiq olunmalı və məhkəmənin nəticəsi həmin hallardan irəli gəlməlidir.

78. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

79. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

80. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

81. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

82. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

83. Iddiaçı hazırkı iddia ilə mübahisələndirdiyi alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və həmin müqavilələr əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.

84. Iddiaçı hazırki iddianı mülkiyyətçi olduğunu iddia edərək irəli sürmüş və iddiasını onunla əsaslandırır ki, torpaq sahəsini və evi əri ilə nikah dövründə əldə etmişlər. Bununla bağlı yeganə sübutu Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsidir.

85. Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsinin məzmununda evin iddiaçı ilə əri tərəfindən birgə nikah dövründə əldə etdikləri göstərilsə də bununla bağlı hər hansı hüquqi sənədlərə istinad edilməmi və bu halın mövcudluğu əsaslandırılmamışdır.

86. Eyni zamanda həmin qətnamə ilə iddiaçının mülkiyyət hüququ deyil, onun istifadə hüququ və fərdi yaşayış evinə köçürülməsi məhkəmə araşdırmasının predmetini təşkil etmişdir ki, həmin qətnaməyə əsasən o, hazırda həmin fərdi yaşayış evində yaşayır.

87. Məhkəmə Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş halların preyudisiallığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarına əsasən, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). 89.Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

90. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.

91. Göründüyü kimi, bir məhkəmə aktı ilə müəyyən edilmiş hallar yalnız həmin iş üzrə tərflər üçün məcburi xarakter daşıyır və müəyyən edilmiş hallar dedikdə yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.

92. Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsinin tərəfi iddiaçı və onun əri olmuşdur ki, hazırki iş üzrə tərəflər həmin məhkəmə aktının qəbul edilməsində iştirak etmədiyindən “birgə nikah dövründə əldə edilmiş” ifadəsi onlar üçün məcburi xarakter daşımır və onlar tərəfindən mübahisələndirilə bilən haldır.

93. Eyni zamanda qeyd edildiyi kimi, Tərtər Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı müəyyən etmiş kimi göstərdiyi halı, yəni evin iddiaçının əri ilə birgə nikah dövründə əldə etdiklərinə dair halı qanunla nəzərdə tutulmuş qaydada müəyyən etməmiş, yoxlamamış və qiymətləndirməmişdir ki, həmin halı hazırki işə baxıılması zamanı preyudisiallaığı yoxdur.

94. Halbu ki, hazırki məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evi üzərində cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3 və cavabdeh6 ümumi birgə mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə qeydiyyata alınmış və mülkiyyətçilər Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evini ##.##.2024-cü il tarixli ******* nömrəli, ##.##.2024-cü il tarixli ******* nömrəli və ##.##.2024-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələri əsasında cavabdeh4 satmış və alıcının mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

95. Beləliklə, iş materialları ilə mübahisəli daşınmaz əmlakın hüquqi dövriyyəsinin ardıcıllığı aydın şəkildə müəyyən olunur: daşınmaz əmlak əvvəlcə cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3 və cavabdeh6 ümumi birgə mülkiyyətində olmuş, daha sonra ## #### 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında cavabdeh4 özgəninkiləşdirilmiş və nəhayət, ## ##### 2024-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla onun mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və təsdiq edilmişdir.

96. Qeyd olunan hüquqmüəyyənedici sənədlərdən məlum olduğu kimi hazırki iddianın predmeti olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 88,8 kv.metr olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması müəyyən edilməmişdir. Halbuki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Hazırki halda iddiaçının mübahisə predmeti olan mənzil üzərində hər hansı hüququ qeydə alınmamışdır.

97. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdarılmasının (yüklülüyünün) başqasına keçməsininvə bu hüquqları xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlka üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1 və 2.2-ci maddələri).

98. Bununla bağlı kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

99. Göründüyü kimi, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və ya hər hansı mülkiyyət hüququna dair Dövlət aktı və əmlakın mülkiyyətinə keçməsinə təsdiq edən hər hansı etibarlı müqavilə təqdim edilməmişdir.

100. Iddiaçı məhkəmə iclasında alğı-satqının icra nümayəndəliyində bağlandığını bildirdsə də bu halı təsdiq edəcək sübutları məhkəmə təqdim edə bilməmiş, sənədləri gəlini tərəfindən icazəsiz götürüldüyünü iddia etsədə daşınmaz əmlak üzərində onun və ya ərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı mövcud deyildir.

101. Məhkəmə qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

102. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

103. Digər tərəfdən, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

104. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququ mövcud olmadığından o, həmin əmlakın özgəninkiləşdirilməsini və onun nəticəslərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Iddiaçının həmin daşınmaz əmlaka istifadə hüququ məhkəmə aktı ilə tanınmışdır ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi onun istifadə hüququna təsir etmir.

105. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb deyildir. Iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.

106. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

108. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

109. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

110. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

111. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

113. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

114. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğundan o, dövlət rüsumunu ödəməkdən azaddır. Bu səbəbdən də iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar dövlət rüsumu tutulmamalıdır.

115. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh5, cavabdeh2, cavabdeh3, cavabdeh6 (bundan sonra – cavabdeh(lər)) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərtər Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı cavabdeh4 ilə cavabdeh2 və cavabdeh5 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli, cavabdeh4 ilə cavabdeh1 və cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli və cavabdeh4 ilə X3 arasında bağlanmış ##.##.2024-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqavilələrinin etibarsız edilməsini, həmin müqavilələr əsasında ##.##.2024-cü il tarixli ********** nömrəli cavabdeh4 adına çıxarışın ləğv edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar