Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-223/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: borcun qaytarılması; sübutetmə yükü Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi tanıyır. Cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixdə ondan 10000 manat borc almış və bu barədə qəbz verərək imza etmişdir. Cavabdeh borcunu ##.##.2023-cü il tarixə kimi borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, buna baxmayaraq borcunu ödəmir.
4. Bərdə Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi; Iş üzrə ödənilmiş 120,00 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 385.2, 386.1, 425.1, 442, 390.1, 739.1 və 740.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.3, 78.2, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Iddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasının iş üzrə tərəflərin iştirakının təmin edilməsi məqsədilə təxirə salındığını, eləcə də işin məhkəmədə baxılma müddətini nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
13. Maddə 739.1. (əvvəlki redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 740.1. (əvvəlki redaksiya) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
15. Maddə 740.2. (əvvəlki redaksiya) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
23. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Cavabdeh 10000 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat, cəmi 10120 manat tutularaq iddiaçı İddiaçı verilməlidir.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixədək qaytarmaq şərtilə 10000 manat borc verdiyini, lakin sonuncunun borcunu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı İddiaçı tələbinin əsası kimi cavabdeh Cavabdeh adından tərtib edilmiş ##.##.2023-cü il tarixli əlyazma qəbz məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin qəbzdə «##.##.2023-cü il tarixdə Bərdə rayonu Kətəlparaq kənd sakini İddiaçı 10000 (on min) manat iş yoldaşım dostum X1 yanında aldım. Qaytaracam ##.##.2023-cü ildə. Öz imzamla təsdiq edirəm» deyə qeyd edilərək qəbz Cavabdeh adından imzalanmışdır.
30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, qəbzin cavabdeh tərəfindən yazılmasını sübut etməyə çalışmamış, qəbzdə şahid kimi adı qeyd olunan şəxsin şahid qismində məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbinin etiraf olunmasına dair məhkəməyə ərizə verməmişdir. Beləliklə, iş materiallarına əlavə olunmuş əl yazma qəbzin cavabdeh tərəfindən yazılması sübut olunmur.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakları qeyd edir.
32. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
33. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
34. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının vermiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.
36. Qanunvericiliyin tələbinə görə, məhkəmə baxılan iş üzrə əvvəlcə hansı halların sübuta yetirilməli olduğunu təsbit etməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir.
37. Ümumi prinsip ondan ibarətdir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla belə, ümumi qaydanın bəzi istisnaları da vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.
38. Müqavilədən irəli gələn pul öhdəliyini icra etdiyini, yəni pul məbləğini ödədiyini (pozitiv halı) iddia edən tərəf bunu sübut etməyə borcludur. Çünki, müqavilə üzrə alacağı olan kreditor, borclunun pulu ödəmədiyini (neqativ halı) sübuta yetirməyə məcbur edilə bilməz. Tələb edilən pul vəsaitinin ödənildiyini sübuta yetirmək yükü isə borclunun üzərinə düşür.
39. Bu mənada qeyd edilməlidir ki, iddiaçı İddiaçı tələbinin əsası kimi cavabdehin adından tərtib edilmiş ##.##.2023-cü il tarixli əlyazma qəbz məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin qəbzdə «##.##.2023-cü il tarixdə Bərdə rayonu Kətəlparaq kənd sakini İddiaçı 10000 (on min) manat iş yoldaşım dostum X1 yanında aldım. Qaytaracam ##.##.2023-cü ildə. Öz imzamla təsdiq edirəm» deyə qeyd edilərək qəbz cavabdehin adından imzalanmışdır.
40. Bu isə o deməkdir ki, iddiaçı iddia tələbi üzrə sübutetmə öhdəliyinin öhdəsindən gəlmişdir.
41. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıdan 10000 manat borc pul alması iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli əlyazma qəbzlə öz təstiqini tapır. Lakin cavabdeh həmin məbləğin qaytarılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə həmin məbləğdə vəsaitin iddiaçıya qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür.
42. Digər tərəfdən, kollegiya vurğulayır ki, cavabdeh Cavabdeh apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, lakin məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbərdarlıq göndərilərək hazırkı iddiaya məhkəmədə baxılması barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Hətta, o, işə baxılmasının təxirə salınması barədə məhkəməyə müraciət də ünvanlamışdır. Bununla belə, cavabdeh iddia tələbinə etiraz bildirməmiş, iddiaçıdan 10000 manat borc pul alması barədə onun adından tərtib edilmiş əlyazma qəbzlə bağlı hər hansı etiraz və ya tələb irəli sürməmişdir. Başqa sözlə, cavabdehin ona qarşı irəli sürülmüş iddianı təkzib edən hər hansı arqumenti olmamışdır.
43. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməməklə mübahisənin halları, tərəflərin münasibəti və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.
44. Bundan əlavə, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia təmin edilsin. Cavabdeh Cavabdeh 10000 (on min) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 (bir yüz iyirmi) manat, cəmi 10120 (on min bir yüz iyirmi) manat tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.