Məhkəmə qərarları › İş №2(3-7)-266/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-266/2026

20.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-266/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh5 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi və cavabdeh1n ** saylı Tovuz Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: şəhadətnamələrin etibarsızlığı, miras əmlakın bölgüsü) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı(eyni zamanda digər iddiaçı X16 qanuni nümayəndəsi), onun vəkili Vəkil iştirakları ilə İddiaçı İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh5 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, mərhum ataları X17 Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə kimi ona və himayəsində olan bacısı Mətanətə münasibətdə 2/5 paylarının müəyyən edilməsi.” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. A3 ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 ##.##.1964-cü ildə anadan olmuşdur. X3, anası X4r.

2. A******** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 1969-cü ildə anadan olmuşdur. X3, anası X4r.

3. Н-ИЕ ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 ##.##.1961ci ildə anadan olmuşdur. X3, anası X4r.

4. A3 ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 ##.##.1964-cü ildə anadan olmuşdur. X3, anası X4r.

5. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *** saylı arayışdan görünür ki, X18 1963-cü ildə anadan olmuşdur. X3, anası X4r.

6. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli şəhadətnamədən görünür ki, ##.##.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 78 nömrə ilə qeyd olunan vəziyyətnaməyə əsasən, ##.##.2019-cu il tarixdə vəfat etmiş X17 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X5r və o, miras əmlakdan 6/10 hissə irs almalıdır.

7. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2024-cü il tarixli şəhadətnamədən görünür ki, ##.##.2019-cu il tarixdə vəfat etmiş X17 vərəsələri X18 və X16r və onlar miras əmlakdan 1/10 hissəsindən bərabər hissədə irs almalıdırlar.

8. Məcburi paya vərəsəlik hüquq haqqında ##.##.2024-cü il tarixli şəhadətnamədən görünür ki, ##.##.2019-cu il tarixdə vəfat etmiş X17 vərəsələri X18, X16 və X5r və onlar miras əmlakdan 1/10 hissəsindən bərabər hissədə irs almalıdırlar.

9. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 ##.##.2019cu ildə vəfat etmişdir.

10. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *** saylı arayışdan görünür ki, X17 ilə X4 nikahı haqqında ##.##.1959-cu il tarixdə, ** nömrəli akt qeydi tərtib edilmişdir.

11. ##.##.2018-ci il vəsiyyətnamədən görünür ki, X17 ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını X5 vəsiyyət etmişdir.

12. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 ##.##.2022-ci il tarixdə vəfat etmişdir.

13. Tovuz Rayon İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli sərəncamından görünür ki, cavabdeh5 bacıları X18 və X16 üzərində qəyyum təyin edilmişdir.

14. Tovuz Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli, *** saylı səəncamı ilə İddiaçı ərizəsi nəzərə alınmaqla, rayon icra hakimiyyəti başçısının ## ###### 2023cü il tarixli, *** nömrəli sərəncamı ləğv edilmişdir.

15. Tovuz Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli, *** saylı səəncamı ilə İddiaçı bacısı X16 üzərində qəyyum təyin edilmişdir.

16. Tovuz rayonu Əlimərdanlı bələdiyyəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən X17 məxsus 0.2983 ha torpaq sahəsinin vergisi ##.##.2019-cu il tarixdən etibarən X5 tərəfindən ödənilmişdir.

17. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 3/16-5/8- 09- ***/** saylı məktubundan görünür ki, X17 ##.##.1959-cu ildə X4 ilə nikaha girmişdir. Q.Salmanovun övladları ##.##.1964-cü ildə X16, ##.##.1964-cü ildə X18, ##.##.1966-cı ildə X20, ##.##.1963-cü ildə X10, ##.##.1961-ci ildə X6, ##.##.1969-cu ildə X11 doğulmuşdur.

18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.3520 ha torpaq sahəsi X17, X16, X20 və X18 adına qeydə alınmışdır.

19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.1696 ha torpaq sahəsi X17, X16, X20 və X18 adına qeydə alınmışdır.

20. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.1058 ha torpaq sahəsi X17, X16, X20 və X18 adına qeydə alınmışdır.

21. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.2983 ha torpaq sahəsi X17, X16, X20 və X18 adına qeydə alınmışdır.

22. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2015-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və fərdi yaşayış evi X17 adına qeydə alınmışdır.

23. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2025-ci il tarixldə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 ##.##.1988-ci ildə vəfat etmişdir.

24. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən notariat hərəkətindən çıxarışdan görünür ki, cavabdeh5 bildirmişdir ki, o, atasından qalmış miras əmlakı qəbul etməmiş və həmin əmlakda heç bir pay tələbi yoxdur, həmin əmlakdan bacısı X5 xeyrinə imtina edir.

25. X12 əvəzinə cavabdeh5 tərəfindən notariat ofisinə verilmiş notarial ərizədə miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Ərizə Tovuz Rayon İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli sənəd əsasında cavabdeh5 X18 üzərində qəyyum təyin edilməsinə əsaslanmışdır.

26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.080031 ha torpaq sahəsi X5 14/80 hissədə, X16 33/80 hissədə və X18 33/80 hissədə adına qeydə alınmışdır.

27. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.34 ha torpaq sahəsi X5 0.0496 hissədə, X16 0.1452 hissədə və X18 0.1452 hissədə adına qeydə alınmışdır.

28. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.1058 ha torpaq sahəsi X5 14/80 hissədə, X16 33/80 hissədə və X18 33/80 hissədə adına qeydə alınmışdır.

29. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.1696 ha torpaq sahəsi X5 14/80 hissədə, X16 33/80 hissədə və X18 33/80 hissədə adına qeydə alınmışdır.

30. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.2583 ha torpaq sahəsi X5 14/80 hissədə, X16 33/80 hissədə və X18 33/80 hissədə adına qeydə alınmışdır.

31. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 84.4 kv.m olan fərdi yaşayış evinə X5 14/20 hissədə, X16 3/20 hissədə və X18 3/20 hissədə adına qeydə alınmışdır. a) rinci instansiya məhkəməsində icraat

32. İddiaçı İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh5 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, mərhum ataları X17 Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə kimi ona və himayəsində olan bacısı Mətanətə münasibətdə 2/5 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum ataları X17 Tovuz rayonu, Əlimərdanlı kəndində yaşayış evi və torpaq sahəsi miras qalmışdır. X13 1988-ci ildə, ataları Qəməndər Salmanov isə 2019-cu ildə vəfat etmişdir. Valideynləri vəfat edəndən sonra doğuşdan məhdud fəaliyyət qabiliyyətləri olmadığından bacıları Kifayət və Mətanətə birinci qrup əlil kimi pensiya təyin edilmiş, həmçinin digər X20 onlara patronaj-baxıcı təyin edilmişdir. X14 vəfatından bir neçə ay öncə xəstə olduğu üçün həmin müddətdə bacısı Firəngizlə birlikdə fəaliyyət qabiliyyəti olmayan bacıları Kifayətə və Mətanətə o, qulluq edərək onları saxlamış və hal-hazırda da Mətanət qanunamüvafiq qaydada rəsmi olaraq onun himayəsindədir. X14 ürək çatışmazlığı diaqnozu ilə ##.##.2022-ci il tarixdə vəfat etdikdən sonra bütün bacılar, həmçinin Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşlığını qəbul etmiş Rahilə də Azərbaycana gələrək Firəngizin yas mırasiminə yığışmışlar. Aralarında yaranmış narazılıq və soyuqluq səbəbindən hər biri öz evlərinə çəkilmişlər və bundan sonra fəaliyyət qabiliyyəti olmayan bacıları Kifayət və Mətanətə Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşlığını qəbul etmiş digər bacısı Rahilə 3-4 ay baxdıqdan sonra onları Qazax şəhərində yerləşən Qazax Rayonlararası Psixatriya Xəstəxanasına yerləşdirərək Rusiya Federasiyasına getmişdir. O, aidiyyəti üzrə bir çox dövlət orqanlarına müraciətlə etdikdən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı şikayət əsasında ##.##.2022-ci il tarixdə Tovuz Rayon Prokurorluğuna çağırılmış və bundan sonra ##.##.2022-ci il tarixdə ##.##.1964-cü il təvəllüdlü X16 və X18 Tovuz Rayon Prokurorluğunun əməkdaşlarının vasitəsi ilə Qazax Rayonlararası Psixatriya Xəstəxanasından götürmüşdür. Onları Qazax Rayonlararası Psixatriya Xəstəxanasından götürən zaman onların orada saxlanılan zaman döyüldüklərinin şahidi olmuş və bundan sonra bacılarının döyülməsi ilə bağlı şikayət etmişdir. Bacıları ekspertizadan keçirilmiş və hər ikisinin şiddətə məruz qalması ekspert rəyi ilə müəyyən edilmişdir. Daha sonra digər bacıları Rahilə və Aidə onun məlumatı olmadan saxta vərəsəlik şəhadətnaməsi alaraq valideynlərindən qalmış yaşayış evini və torpaq sahəsini öz adına keçirmişdir.

34. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Z.İsaqlı) İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh5 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisi və cavabdeh1n ** saylı Tovuz Ərazi İdarəsi) qarşı “vərəsəlik şəhadətnamələrinin və çıxarışların ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi” tələbinə dаir iddia tələbi təmin edilməmişdir.

35. Birinci instansiya məhkəməsi işin halları ilə bağlı belə nəticəyə gəlmişdir ki, X9 ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. X9 tərəfindən verilmiş ##.##.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X17 bütün əmlakını, o cümlədən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evini X5 vəsiyyət etmişdir. Bunun əsasında X5 miras əmlakla bağlı vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi və ##.##.2025ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 84.8 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində 14/20 hissədə X5, 3/20 hissədə X18 və 3/20 hissədə X16 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh5 verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və bunun əsasında qeydə alınmış çıxarışların ləğv edilməsini, onun və X16 paylarının müəyyən edilməsini xahiş etmişdir.

36. Məhkəmə qeyd etmişdir ki, X17 bütün əmlakını ##.##.2018-ci il tarixli vəsiyyətnamə əsasında qızı X5 vəsiyyət etmiş, bunun əsasında X5 vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak cavabdeh5 tərəfindən isə qəbul edilməmiş, o, ərizə ilə notariat orqanına müraciət edərək bildirmişdir ki, o, atasından qalmış miras əmlakı qəbul etməmiş və həmin əmlakda heç bir pay tələbi yoxdur, həmin əmlakdan bacısı X5 xeyrinə imtina etmişdir. Həmçinin X18, X16 və X5 miras əmlakda məcburi payı müəyyən edilərək bununla bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir.

37. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbinin dəlillərində miras əmlakın bacıları Rahilə və Ayidə tərəfindən saxta vərəsəlik şəhadətnaməsi əsasında əldə edildiyini, buna görə də qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsini mübahisələndirmişdir. İddia tələbinin dəlillərində iddiaçının tələbi ümumi olaraq qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, miras əmlakda paylarının müəyyən edilməsi qeyd olunmuş, X5 verilmiş vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi və ya etibarsızlığı ilə bağlı mübahisənin irəli sürülməsi müəyyən edilmir. İddia tələbinin dəqiqləşdirilməsinə dair isə iddiaçı tərəfindən ərizə təqdim edilməmişdir.

38. Məhkəmə tələblə bağlı həmçinin onu qeyd etmişdir ki, iddiaçının atasından miras qalmış əmlakla bağlı qəbul edilmiş digər vərəsəlik şəhadətnaməsi miras əmlakdan məcburi payın müəyyən edilməsi ilə bağlı qəbul edilmiş şəhadətnamədir. İddiaçı ümumi olaraq miras əmlakdan payın müəyyən edilməsini tələb etdiyindən, məhkəmə həmin şəhadətnamənin iddiaçı tərəfindən mübahisələndirilməsi, məcburi payın müəyyən edilməsi halı ilə bağlı istinad etdiyi maddi hüquq normalarına əsaslanaraq, miras aktivi və passivinin qəbul edilmə qaydası ilə bağlı izah vermiş və məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarına istinad etməklə bildirmişdir ki, , ilk öncə iddiaçının mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki miras iddiaçı tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbi üzrə subyektiv hüququ yaranmış olacaqdır.

39. İşin bu halı ilə bağlı məhkəmə qeyd etmişdir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.

40. Məhkəmə qeyd etmişdir ki, mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

41. Məhkəmə iş üzrə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mərhum atası Q.Salmanovdan miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının özünün izahatı ilə məlum olur ki, onun tərəfindən miras əmlak nə qanunla müəyyən edilmiş qaydada, nə də faktiki olaraq qəbul edilməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçıya verilmiş suallara cavab olaraq bildirmişdir ki, atasının ölümündən sonra miras qalmış fərdi yaşayış evinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin evdə hər hansı təsərrüfat aparmamışdır. Atasının vəfatından sonra həmin evdə bacıları Firəngiz, Mətanət və Kifayət yaşamışdır. Hətta məhkəmə onu da göstərir ki, iddiaçının atasının yas mərasimində iştirak etməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas mərasimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçının bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçı tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir

42. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151, 1159.1.1, 1193, 1196, 1243.1, 1243.2, 1243.3, 1245 1256-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

43. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İşə baxan birinci instansiya məhkəməsi iddiaçının atasından miras qalmış əmlakın aktivinə aid olan əmlakların təkcə fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsindən ibarət olduğuna uyğun araşdırma aparmış, miras aktivinə daxil olan digər ümumi birgə mülkiyyətdə olan torpaq sahələri, o cümlədən ümumi sahəsi 0.92 ha (0.3520+0.1696+0.1058+0.2983) torpaq sahələrinin də miras aktivinə daxil olduğuna görə həmin torpaq sahələrinin miras əmlak kimi, iddiaçı tərəfindən faktiki qəbul edilərək, sahiblik və idarə edildiyini nəzərə almamış və həmin faktiki hallar aydınlaşdırılmamışdır. Halbuki, iddiaçı atası ##.##.2019-cu ildə vəfat etməmişdən əvvəl, fərdi yaşayış evinin yaxınlığında (üzbəüz) yerləşən ayrıca metal məftildən olan şəbəkə (setka) ilə çəpərlənmiş, atası və bacılarının (Firəngiz, Mətanət və Kifayət) ümumi birgə mülkiyyətində olmuş 0.1058 ha torpaq sahəsini miras əmlak kimi faktiki qəbul edərək, həmin torpaq sahəsində 2023-cü ilədək kartof əkmiş və təsərrüfat təyinatına uyğun istifadə etmişdir. Bu hala həmin əraziyə yaxınlıqda yaşayan bütün qonşular şahiddirlər. Məhkəmənin iddiaçının miras əmlakı nə formal, nə də qeyri-formal üsulla qəbul etməməsi barədə gəldiyi qənaət əsaslı hesab edilə bilməz. Ona görə ki, məhkəmə miras əmlakın fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsindən ibarət olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsinin "Məhkəmənin mövqeyi" adlanan əsaslandırma hissəsində qeyd etmişdir ki, "İş materialları ilə müəyyən edilir ki, X9 ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. X9 tərəfindən verilmiş ##.##.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X17 bütün əmlakını, o cümlədən Tovuzrayonu, Əlimərdanlı kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evini X5 vəsiyyət etmişdir. Bunun əsasında X5 miras əmlakla bağlı vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi və ##.##.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 84.8 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində 14/20 hissədə X5, 3/20 hissədə X18 və 3/20 hissədə X16 mülkiyyət hüququ qeydə alınmışdır." Göründüyü kimi, məhkəmə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin çıxarışına istinad etsə də, səhv qənaətə gələrək, fərdi yaşayış evinin sahəsi olan 84.8 kv.m-i ümumi miras əmlaka daxil olan torpaq sahəsinin ümumi sahəsi kimi qəbul etmişdir. Halbuki, həmin çıxarışa əsasən fərdi yaşayış evinin sahəsi 84.8 kv.m, yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü isə 0,12 ha olmuşdur. Ümumi miras əmlaka daxil olan torpaq sahəsinin sahəsi isə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə 1,04 ha-dan (0.3520+0.1696+0.1058+0.2983+0.12) ibarətdir. Məhkəmənin miras əmlakın iddiaçı tərəfindən faktiki qəbuledilməməsi qənaətinin əsaslandırlmasından da aydın görünür ki, məhkəmə miras əmlak kimi yalnız fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsini qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunur ki, "məhkəmə iclasında iddiaçıya verilmiş suallara cavab olaraq bildirmişdir ki, atasının ölümündən sonra miras qalmış fərdi yaşayış evinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin evdə hər hansı təsərrüfat aparmamışdır. Atasının vəfatından sonra həmin evdə bacıları Firəngiz, Mətanət və Kifayət yaşamışdır." İddiaçı tərəfindən iddiaçının bacısı Mətanət üzərində qəyyum təyin edilməsi barədə Tovuz Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2023cü il tarixli *** nömrəli sərəncamı birinci instansiya məhkəməsinə təqdim edilməsinə və məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində Tovuz Rayon İcra Hakimiyyəti Başçısının qüvvədən düşmüş ##.##.2023-cü il tarixli sərəncamına əsasən hazırki iş üzrə cavabdehlərdən cavabdeh5 bacıları Kifayət və Mətanət üzərində qəyyum təyin edildiyi qənaətinə gəlmişdir. Halbuki, həmin sərəncam qüvvədən düşmüş, ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamla iddiaçı bacısı Mətanət üzərində qəyyum təyin edilmiş, digər fəaliyyət qabiliyyəti olmayan bacısı Kifayət üzərində isə ümumiyyətlə qəyyum təyin olunmamışdır. Birinci instansiya məhkəməsinə iddiaçının atasından qalmış miras kütləsinə daxil olan iddiaçının atasının fərdi yaşayış evinin yaxınlığında (üzbəüz) yerləşən 0.1058 ha torpaq sahəsini miras əmlak kimi faktiki qəbul edərək, həmin torpaq sahəsində 2023-cü ilədək kartof əkməsi və təsərrüfat təyinatına uyğun istifadə etməsi ilə bağlı sübut kimi, qonşuların şahid kimi məhkəmə iclasında dindirilməsinin təmin edilməməsi iddiaçının iradəsindən asılı olmayan səbəbdən mümkün olmamışdır. Odur ki, qonşular şahid kimi dindirilməsi üçün apellyasiya instansiyasıməhkəməsinə təqdim ediləcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

1. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaç İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

2. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilinin çıxışı ilə razı olduğununu bildirərək, iddianın təmin edilməsini xahiş etdi.

3. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina

1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir; Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

53. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu M a d d ə 5 5 . Açılmış miras haqqında vərəsələrə xəbər verilməsi və vərəsələrin axtarılması Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə bildiriş göndərir. Notarius qaib vərəsələrin axtarılması üçün mediada, habelə Palatanın rəsmi internet saytında elan yerləşdirir

54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarı: Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır

Apellyasiya baxışının hədləri

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. İşdən müəyyən edilir ki, tərəflər beş bacıdırlar, onlardan İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və iddiaçı onun qəyyumu təyin edilmişdir. Tərəflərin ataları 2019cu ildə 59. vəfat etmiş, ondan ********** qeydiyyat nömrəli çıxarışa əsasən payda mərhuma məxsus Tovuz rayonu, Əlimərdanlı kəndində ümumi sahəsi 84.8 kv/m olan fərdi yaşayış evi və sahəsi 0,12 kv.m olan torpaq sahəsi, JN: 428A, KOD 50305018 olan şəhadətnaməyə əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində 0.080031 ha torpaq sahəsinin mərhuma məxsus hissəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində ümumi sahəsi 0,352 ha torpaq sahəsinin mərhuma aid hissəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.1696 ha torpaq sahəsinin mərhuma aid hissəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində 0,1058 ha torpaq sahəsinin mərhuma aid hissəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 0.2983 ha torpaq sahəsinin mərhuma aid hissəsindən ibaətdir. İşdən müəyyən edilir ki, miras əmlak ümumilikdə altı daşınmaz əmlakdan ibarətdir. İddiaçı tələbinin birinci hissəsində vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini xahiş edir. Tələbin ikinci hissəsində mərhumdan miras qalan yaşayış evi və torpaq sahəsinə miras pay hüququnun tanınması xahiş edilir. İddiaçının tələbinin məzmunundan, məhkəmə iclaslarında verdiyi izahatlardan və apelyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, o, bütün miras əmlaklara vərəsə kimi payının müəyyən edilməsini xahiş edir.

60. Digər tərəfdən, tələbdə şəhadətnamələrin ləğvi xahiş olunsa da, kollegiya nəzərə alır kı, tələb mahiyyətinə görə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi məzmunundadır və iddia tələbinin hüquqi məqsədi həmin hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsidir.

61. İşə baxan birinci instansiya məhkəməs iddia tələbini məhdud şəkildə araşdıraraq, yalnız mirasqoyana tam hissədə məxsus torpaq sahəsi və yaşayış evinə münasibətdə iddiaçının miras əmlakı faktiki qəbul edib-etməməsini araşdırmış və belə nəticəyə gəlmişdir ki, o, mirası qəbul etməmişdir.

62. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və qeyd edir ki, məhkəmə miras kütləsinin həcmini düzgün müəyyən etməmiş, tələbin hüquqi məqsədinin nədən ibarət olmasını dəqiqləşdirməmiş və yalnız bir miras əmlak barəsində araşdırma aparmaqla, düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 1243-cü maddəsinin tələbləri baxımından mirasın qismən qəbul edilməsinə yol verilmir. Deməli, bir neçə miras əmlak mövcuddursa, vərəsənin miras əmlakı faktiki qəbul etməsi halı bütün miras əmlaklara münasibətdə yoxlanılmalıdır. Bir əmlakı faktiki qəbul etməyib, eyni zamanda digər əmlakı faktiki qəbul etmək halı da mövcud ola bilər.

63. İddiaçı tərəf məhkəmə kollegiyasının iclasında izahat verərkən qeyd etmişdir ki, o, atasından miras qalan və fərdi yaşayış evinin yaxınlığında olan 0.1058 ha torpaq sahəsini miras əmlak kimi faktiki qəbul edib və orada 2023-cü ilədək kartof əkib. İddiaçı bununla bağlı apelyasiya instansiyasına vəsatət verərək şahidlərin dindirilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəf iddiaçının həmin torpaq sahəsində kartof əkməsini inkar etməmiş, etirazı yalnız əkinin yararsız olması ilə bağlı olmuşdur. Kollegiya iddiaçının miras kütləsinə daxil olan torpaq sahəsində təsərrüfat aparması halını cavabdeh tərəfin bu izahatı ilə sübut edilmiş hesab edir və bu stiqamətdə şahid ifadələrinin alınmasına zərurət görməmişdir.

64. Mirasın faktiki qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Göründüyü kimi, iddiaçı miras kütləsinə daxil olan torpağı təyinatı üzrə istifadə etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməməsi ilə bağlı gəldiyi nəticə yalnışdır.

65. İş materiallarından, eyni zamanda o da görünür ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli, *** saylı sərəncamı ilə rayon icra hakimiyyəti başçısının daha əvvəlki ## ###### 2023-cü il tarixli, *** nömrəli sərəncamı ləğv edilmiş və İddiaçı bacısı X16 üzərində qəyyum təyin edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına qiymət verərərkən bu hala qiymət verməmişdir.

66. Hazırkı mübahisədə notariat orqanı ## ##### 2024-cü il tarixli üç ədəd şəhadətnamə tərtib etmişdir: Qanun üzrə, məcburi paya vərəsəlik hüququ haqqında və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqında şəhadətnamələr. Kollegiya qeyd edir ki, miras əmlakın bölgüsü üzrə tərtib edilmiş hər üç şəhadətnamə qüsurludur və vərəsəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbləri nəzərə alınmamaqla tərtib edilmişdir.

67. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı və cavabdeh tərəflər mirasqoyanın birinci dərəcəli vərəsələridirlər. Bununla belə, miras əmlak barədə vəsiyyətnamə də mövcuddur, hansı ki, mərhum bütün əmlakını qızı-cavabdeh X5 miras qoymuşdur. Deməli, bir vərəsəyə münasibətdə bütün miras əmlaka dair vəsiyyətnamə olduğuna görə digər vərəsələrin miras əmlaka məcburi pay hüquqları yaranır və onlara yalnız məcburi pay həddində miras əmlak ayrıla bilər.

68. ## ##### 2024-cü il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə notariat orqanı bütün miras kütləsinə dair X18 və X16 1/10 hissədə payını müəyyən etmişdir. Kollegiya qeyd edir ki, nə qədər ki, bütün miras kütləsi ilə bağlı vəsiyyətnamə mövcuddur, həmin miras kütləsi ilə bağlı qanun üzrə vərəsəlik hüququ yarana bilməzdi. Belə ki, vəsiyyət edənin birinci növbəli vərəsələrinin vəsiyyət edilən miras aktivinə münasibətdə yalnız məcburi pay hüququ vardır. Deməli, ## ##### 2024-cü il tarixli, *V-*** nömrəli şəhadətnamə bu baxımdan əhəmiyyətsiz əqddir.

69. ## ##### 2024-cü il tarixli, *V-*** nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə X9nun ## ###### 2018-ci il tarixli vəsiyyətnaməsi əsasında verilmişdir. Həmin vəsiyyətnamədə qeyd edilir ki, o, ölən günədək ona məxsus olan bütün əmlakını qızı X5 vəsiyyət edir. Digər vərəsələri vərəsəlik hüququndan məhrum edir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Digər vərəsələrin bu hüququ ailə bağlarına əsaslanır və yalnız müstəsna hallar mövcud olduğu təqdirdə məhkəmə qaydasında xitam edilə bilər. Ona görə də, kollegiya vəsiyyətnamədə yazılmış digər vərəsələri vərəsəlik hüququndan məhrum edirem ifadəsini nəzərə almır. *V-*** nömrəli şəhadətnamə ilə notariat orqanı vəsiyyətnamə üzrə vərəsəyə bütün miras kütləsindən 6/10 hissədə pay tanımaqla, digər vərəsələrin dairəsini düzgün müəyyən etməmiş və düzgün bölgü aparmamışdır. Halbuki, notariat sənədlərindən görünür ki, vərəsələrin dairəsi barədə notariat orqanına məlumat verilmiş və həmin siyahıda iddiaçının da adı mövcud olmuşdur.

70. ## ##### 2024-cü il tarixli, *V-*** nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlaka X18 və X16 və X5 1/10 hissədə pay hüququ tanınmışdır. Mülki Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Kollegiya qeyd edir ki, notariat orqanı *V-*** nömrəli şəhadətnaməni tərtib edərkən artıq qeyd edildiyi kimi vərəsələrin dairəsini düzgün müəyyən etməmiş, İddiaçı də vərəsələr siyahısında olmasına baxmayaraq, onun tapılmasına cəhd edilməmişdir. Eyni zamanda, vəsiyyət üzrə vərəsəyə də məcburi pay verilməklə, yuxarıda istinad edilən maddi hüquq normasının tələbi pozulmuşdur.

71. Kollegiya onu da qeyd edir ki, qeyd edilən vərəsəlik şəhadətnamələri etibarsız hesab edildiyinə görə, onların əsasında verilmiş çıxarışlar da ləğv edilməlidir.

72. Kolelgiya qeyd edir ki, miras əmlak məhkəmə tərəfindən bölünərkən cavabdeh5 miras əmlak payından X5 xeyinə imtina etməsi nəzərə alınmalıdır. Belə ki, o miras əmlakla bağlı iradə ifadəsini bəyan etmişdir.

73. Beləliklə, kollegiya hesab edir ki, mübahisəli miras əmlak kütləsi mirasqoyanın X5 xeyrinə verdiyi vəsiyyətnamə əsasında bölünməli, vəsiyyətnamə üzrə vərəsəyə vəsiyyətnamə əsasında düşən pay ayrılmalı, mirasdan imtina etməmiş qalan vərəsələrə isə mirasdan məcburi pay verilməlidir. Məcburi pay Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə uyğun olaraq qalan vərəsələrə çatası payın yarısını (məcburi pay) təşkil etməlidir

74. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, 2V-*** reyestr nömrəli, 2V-*** reyestr nömrəli, 2V-*** reyestr nömrəli, ## ##### 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında, qanun üzrə vərəsəlik hüququ haqqında və məcburi paya vərəsəlik hüququq haqqında şəhadətnamələr etibarsız hesab edilməli, onların əsasında verilmiş ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2025ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 2V-*** reyestr nömrəli, 2V-*** reyestr nömrəli, 2V-*** reyestr nömrəli, ## ##### 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında, qanun üzrə vərəsəlik hüququ haqqında və məcburi paya vərəsəlik hüququq haqqında şəhadətnamələr etibarsız hesab edilsin, onların əsasında verilmiş ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarış, ##.##.2025-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. X17 miras qalmış Tovuz rayonu, Əlimərdanlı kəndidə yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinin 7/10 hissəsinə X7, 1/10 hissədə X15, 1/8 hissədə X18, 1/10 hissədə İddiaçı payı müəyyən edilsin. Tovuz rayonu, Əlimərdanlı kəndidə yerləşən, ##.##.2024-cü il tarixdə X17 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.2983 ha torpaq sahəsinin, ##.##.2024-cü il tarixdə X17 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.3520 ha, torpaq sahəsinin, ##.##.2024-cü il tarixdə X17 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.1696 ha torpaq sahəsinin, ##.##.2024-cü il tarixdə X17 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.1058 ha torpaq sahəsinin və DTXK Tovuz rayon şöbəsi tərəfindən ##.##.2001-ci il tarixdə X17 verilmiş seriya nömrəsi JN:428A, kod 50305018 olan şəhadətnaməyə əsasən 0.080031 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X17 miras qalmış ¼ hissəsinin 7/10 hissəsinə X7, 1/10 hissədə X15, 1/10 hissədə X18, 1/10 hissədə İddiaçı payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar