Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-281/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Gəncə şəhər BPI-nin 2-ci Polis şöbəsində aparılmış araşdırma materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh barəsində polisə şikayət etmiş və ona 10800 manat borc verdiyini və pulunu geri ala bilmədiyini qeyd etmişdir. Gəncə şəhər BPI-nin 2-ci Polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh adından Əmiralıyev Hicran Telman oğlu izahat vermiş və izahatında Əmiralıyev Hicran Telman oğlu Cavabdeh İddiaçı 7500 manat pul götürdüyünü göstərmişdir. Məhkəmədə işə baxılarkən cavabdeh Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh Cavabdeh bildirmişdir ki, polisdə onun adından izahat vermiş Əmiralıyev Hicran Telman oğlunun vermiş olduğu izahat doğrudur. O, İddiaçı 7500 manat borca pul almışdır. Ancaq, Tünzalədən aldığı borcun əsas hissəsini geri qaytarmışdır. Hazırda İddiaçı cəmi 2200 manat borcu qalmışdır. Həmin araşdırma materiallarında İddiaçı da polisdə vermiş olduğu izahat da vardır. Iddiaçı İddiaçı həmin vaxt polisdə verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh 10800 manat borc vermiş, Cavabdeh aldığı həmin borcdan ona 2200 manat pul qaytarmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona verdiyi 9600 (doqquz min altı yüz) manat pulun alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncə şəhəri, Gülüstan qəsəbəsində Qocalar evinin yataqxanasında müvəqqəti yaşayır. Cavabdeh Cavabdeh onunla qonşuluqda yaşayır və uzun müddət qonşu kimi normal münasibətləri olmuşdur. 2023-cü ilin avqust ayında Cavabdeh onun yaşadığı ünvana gələrək övladının xəstə olduğunu və bunun üçün müalicəyə pul lazım olduğunu bildirmiş, imkan daxilində borc verməyini xahiş etmişdir. O, cavabdehin vəziyyətini nəzərə alaraq müraciət etdiyi tarixdən başlayaraq Cavabdeh kömək məqsədi ilə 10800 (on min səkkiz yüz) manat pulu hissəhissə vermişdir. Cavabdeh həmin puldan cəmi 1200 (bir min iki yüz) manat pulu qaytardıqdan sonra qalan 9600 (doqquz min altı yüz) manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir. Pulu verdiyi tarixdən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, Cavabdeh bu günədək ona olan borcundan 9600 (doqquz min altı yüz) manat məbləğində qalan borcunu qaytarmamışdır. Bu səbəbdən o, Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmişdir. Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin ## #### 2025-ci il tarixli məktub ilə cinayət işi başlanmasından imtina edilmişdir. Cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh onun haqlı tələbinə məhəl qoymur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov), iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində pulun alınıb, iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442 və 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ona qeyd etdiyi məbləğdə borc verməmişdir. O, iddiaçıdan həmin məbləğdə borc götürməmişdir. Iddiaçı qəsdən məbləği şişirdir. O, İddiaçı götürdüyü pulu məhkəməyə telefon vasitəsilə etiraf etmişdir. Onun iddiaçıda heç bir qəbzi yoxdur, onların arasında hər hansısa bir müqavilə bağlanmamışdır. Iddiaçı peşəkar sələmə pul verəndir. Əgər onun borcu bu qədər çox olsaydı, iddiaçı ona hər hansısa bir sənədə imza da atdırardı. Hazırda onun iddiaçıya cəmi 2200 manat borcu qalmışdır. Hətta bu barədə onun özü ilə danışanda özü hesablayıb ona demişdir. Bundan başqa, əgər o, pulu 2023-cü ildə almışdısa və cəmi 1200 manat pul qaytarmışdısa, iddiaçının bu müddət ərzində heç bir şey etməməsi də anlaşılmır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı İddiaçı Nəsibə adlı qadının vasitəsilə onun evində tanış olmuşdur. Tünzalə sələmə pul verməklə məşğul idi. Ona pul lazım olduğu üçün Tünzalə ilə əlaqə saxlamış və ondan hissə-hissə 7500 manat sələmə pul götürmüşdür. Özündə olan qızılları həmin vaxt Tünzaləyə girov qoymuşdur. Tünzalə ilə qeyd edilən qızılları 1000 manata dəyərləndirmişlər. Həmçinin, o, şəhid ailəsi kimi pensiya aldığı kartını da Tünzaləyə vermişdir. Kartı 2023-cü ilin sentyabr ayından dekabr ayı da daxil olmaqla Tünzalədə qalmışdır. Tünzalə kartdan hər ay 800-870 manat civarında pul çəkmişdir. Bundan başqa, Tünzalənin kartına 1200 manat pul vurmuşdur. Onun Tünzaləyə 2200 manat borcu qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edib, iddianın 2200 manat həcmində təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh hissə-hissə borca pul vermişdir. Lakin, cavabdeh aldığı pulun müəyyən hissəsini qaytarsa da, qalan məbləği qaytarmaqdan imtina etmişdir. Bununla bağlı İddiaçı Cavabdeh barəsində polisə şikayət etmiş, ona 10800 manat borc verdiyini və pulunu geri ala bilmədiyini qeyd etmişdir. Gəncə şəhər BPInin 2-ci Polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh adından Əmiralıyev Hicran Telman oğlu izahat vermiş və izahatında Əmiralıyev Hicran Telman oğlu Cavabdeh İddiaçı 7500 manat pul götürdüyünü göstərmişdir. Məhkəmədə işə baxılarkən cavabdeh Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh Cavabdeh bildirmişdir ki, polisdə onun adından izahat vermiş Əmiralıyev Hicran Telman oğlunun vermiş olduğu izahat doğrudur. O, İddiaçı 7500 manat borca pul almışdır. Ancaq, Tünzalədən aldığı borcun əsas hissəsini geri qaytarmışdır. Hazırda İddiaçı cəmi 2200 manat borcu qalmışdır. Həmin araşdırma materiallarında İddiaçı da polisdə vermiş olduğu izahat da vardır. Iddiaçı İddiaçı həmin vaxt polisdə verdiyi izahatında göstərmişdir ki, o, Cavabdeh 10800 manat borc vermiş, Cavabdeh aldığı həmin borcdan ona 2200 manat pul qaytarmışdır. Gəncə şəhər BPI-nin 2-ci Polis şöbəsində araşdırma aparılmış,cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Idddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmış və məhkəmə iddia tələbini qismən təmin etmişdir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə Gəncə şəhər BPI-nin 2-ci Polis şöbəsində aparılmış araşdırma materiallarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı 7500 manat borc aldığını, həmin puldan 2200 manat hissəsini qaytardığını etiraf etdiyindən iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
37. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
38. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
39. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə polis orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
40. Göründüyü kimi, polis orqanında aparılmış araşdırma zamanı cavabdeh iddianı qismən etiraf etmişdir. Hansı ki, həmin hallar hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
41. Həmçinin, işə apellyasiya instansiyasında baxılarkən iş materiallarında olan diskə baxış keçirilmiş, səs yazılardındakı şəxsin borcunun olması ilə bağlı danışıqları dinlənilmişdir. Cavabdeh Cavabdeh həmin səsin ona məxsus olduğunu etiraf etmişdir.
42. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.
43. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
47. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, 2023-cü ilin avqust ayında Cavabdeh onun yaşadığı ünvana gələrək övladının xəstə olduğunu və bunun üçün müalicəyə pul lazım olduğunu bildirmiş, imkan daxilində borc verməyini xahiş etmişdir. O, cavabdehin vəziyyətini nəzərə alaraq müraciət etdiyi tarixdən başlayaraq Cavabdeh kömək məqsədi ilə cəmi 10800 manat pulu hissə-hissə vermişdir. Cavabdeh həmin puldan cəmi 1200 manat pulu qaytardıqdan sonra qalan 9600 manat pulu qaytarmaqdan imtina etmişdir. Iddiaçıya Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 5300 manat məbləğində pulun alınıb, iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə Gəncə şəhər BPI-nin 2-ci Polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh adından Əmiralıyev Hicran Telman oğlu izahat yazmışdır. Izahatında Əmiralıyev Hicran Telman oğlu Cavabdeh İddiaçı hissə-hissə 7500 manat pul götürdüyünü göstərmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında işə baxılarkən cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, polisdə onun adından izahat vermiş Əmiralıyev Hicran Telman oğlunun vermiş olduğu izahat doğrudur. O, İddiaçı cəmi 7500 manat borca pul almışdır. Ancaq, Tünzalədən aldığı borcun əsas hissəsini geri qaytarmışdır. Hazırda İddiaçı cəmi 2200 manat borcu qalmışdır. Eyni zamanda həmin araşdırma materiallarında iddiaçı İddiaçı izahatında göstərmişdir ki, o, Cavabdeh 10800 manat borc vermiş, Cavabdeh isə aldığı həmin borcdan ona 2200 manat qaytarmışdır. Gəncə şəhər BPI-nin 2-ci Polis şöbəsində araşdırma aparılmış,cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Idddiaçı hazırki tələblə məhkəmədə iddia qaldırmış və məhkəmə iddia tələbini qismən 5300 manat hissəsində təmin etmişdir. Göründüyü kimi, polis orqanında aparılmış araşdırma zamanı cavabdeh iddianı qismən etiraf etmişdir. Hansı ki, həmin hallar hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, işə apellyasiya instansiyasında baxılarkən iş materiallarında olan diskə baxış keçirilmiş, səs yazılardındakı şəxsin borcunun olması ilə bağlı danışıqları dinlənilmişdir. Cavabdeh Cavabdeh həmin səsin ona məxsus olduğunu etiraf etmişdir. Göründüyü kimi, məhkəmənin araşdırması və tərəflərin izahatları ilə bir daha müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan hissə-hissə 7500 manat borc almış, həmin borcdan 2200 manatını qaytarmış və cavabdehin iddiaçıya 5300 manat borcu qalmışdır. Bu işin mübahisəsiz halıdır. Hazırkı mübahisə üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbə dair məhkəməyə təqdim olunmuş sübutlar bir daha təhlil edilərkən müəyyən edilmişdir ki, iddia tələbi düzgün olaraq qismən təmin olunmuşdur. Bununlada kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Beləliklə, baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.