Məhkəmə qərarları › İş №2(3-7)-285/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-285/2026

04.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-285/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlyas oğluna qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə> X1 qızının katibliyi ilə, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xanım Yusif qızının, cavabdeh Cavabdeh İlyas oğlu və onun nümayəndəsi (vəkili) vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlyas oğluna qarşı “pul” tələbinə mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İlyas oğlunun nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ## ##### 2025-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İlyas oğlunun özünə məxsus “Hyundai Accent” markalı avtomobili borclu olduğu 16000 manat qarşılığında İddiaçı verməsi barədə qeyd etmişdir.

2. Bank Respublika ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 320 manat məbləğində Bərdə rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul köçürmüşdür.

3. Audio-diskdəki səs yazılarından görünür ki, cavabdeh Cavabdeh İlyas oğlu iddiaçıya borcunun olduğunu, qızının Rusiyadan 6.000 ABŞ dolları gətirəcəyini və həmin məbləğin borcdan silinməsi ilə qalan məbləğ üzrə hesablaşma aparacağını etiraf etmişdir.

4. Goranboy rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, R X2 tərəfindən ## ### 2025ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, Cavabdeh İlyas oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.

5. X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 138 manat məbləğində dövlət rüsumu ödəmişdir

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İlyas oğlundan dələduzluq yolu ilə müxtəlif vaxtlarda ələ keçirdiyi 16000 manat pulun, hüququ yardıma görə vəkilə ödənilən 320 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 138 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci il tarixdən Naftalan şəhərində yerləşən “Çinar” oteldə mühafizəçi qismində işə başlamışdır. O, həmin vaxt Cavabdeh İlyas oğlu ilə tanış olmuş və həmin tarixdən Cavabdeh ilə dostluq münasibəti olmuşdur. O və Fuad daimi olaraq birlikdə yemək yeyərək vaxt keçirmişlər. Cavabdeh həmin oteldə bağmanların müdiri qismində çalışmışdır. Onun Fuad ilə yaxın münasibəti yarandıqdan sonra Fuad ondan borca pul istəməyə başlamışdır. 2023-cü ilin avqust ayında ilkin olaraq Cavabdeh övladının ayağının kəsilməsini bildirirək 5000 manat borc istəmişdir. O həmin pulları Cavabdeh Naftalan şəhərində vermişdir. Bir neçə ay sonra həyat yoldaşını əməliyyata aparmasına görə həmin vaxt 4000 manat pulu ondan borc istəmişdir. O, yenidən Naftalan şəhərində Cavabdeh 4000 manat pulu vermişdir. O, həmin pulları borca aldığını və Fuaddan pulların necə qaytarmasını soruşmuşdur. Fuad isə öz növbəsində pullarını qaytarmaq imkanının olmadığı halda şəxsi avtomobilini satmasını ona bildirmişdir. O, Fuadın sözlərinə inanmışdır. Sonuncu dəfə isə 2024-cü ilin sentyabr ayında Naftalan şəhərində çayxanada olarkən onun yanına Fuad gəlmiş və ona avtomobilinin qəza etdiyini, bunun müqabilində isə 2000 manat pul lazım olmasını bildirmişdir. O, həmin puluda Fuada vermişdir. Fuad borclarını geri qaytarmasını ona söz versə də, sonradan sözünü tutmamış və ondan aldığı borcları geri qaytarmasını bildirsə də, pulları geri qaytarmır. Beləliklə də, 2023-cü ilin avqust ayından 2024cü ilin sentyabr ayınadək olan müddət ərzində Cavabdeh ondan borc adı ilə ümumilikdə 16000 manat pulu alaraq geri qaytarmır. Bu barədə Goranboy rayon Polis Şöbəsinə müraciət etmiş və onun tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən ,iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

8. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.S.Əliyev) iddia tələbi təmin edilməsi, cavabdeh Cavabdeh İlyas oğlundan 16000 manat məbləğində pul, ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun və 320 manat məbləğində hüquqi yardım haqqının əvəzi iddiaçı Cavadzadə Emin oğlunun xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 16000 mаnаt pulun tutulmаsını tələb еtmiş, iddiasını аrаlаrındаkı bоrc müqаviləsinə əsаsən cavabdehin оnа həmin miqdаrdа bоrcunun yаrаnmаsı ilə əsаslаndırmış, tələbinin əsаsı kimi istinаd еtdiyi hаlın təsdiqi üçün müvafiq sənədləri təqdim еtmişdir. İş materiallarında olan sadə yazılı əqd ilə iddiaçının cavabdehə iddia edilən miqdarda borc verməsi halı təsdiq edilmiş, lakin iş üzrə оlаn sübutlаrlа cavabdehin həmin bоrcu iddiaçıya qаytаrmаsı hаlı təsdiq оlunmаmışdır. Odur ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 448.1, 739.1, 739.2, 742.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və cavabdehdən iddiaçının xeyrinə 3900 manat borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehə dörd müxtəlif vaxtda 5000+5000+4000+2000 cəmi 16000 manat pul verib. Bunu qətiyyən qəbul etmir. Belə ki, qanun tələbi odur ki, 3000 manatdan yuxarı bütün borcla bağlı münasibətlər müqavilə ilə rəsmiləşdirilməlidir, hansı ki bununla bağlı iddiaçı iddia ərizəsinə hərhansı sübut əlavə etməmişdir. Bunun əksi olaraq, Cavabdeh tərəfindən yazılan sadə əl yazmasını Cavabdeh Goranboy rayon xəstəxanasında müalicə alarkən iddiaçının və onun yanında gələn şəxslərin təsiri nəticəsində yazıb, nə indi, nə də əvvəllər Cavabdeh “Hyundai Accent” markalı avtomobili olmamışdır. Bir şəxs onun olmayan əşyanı kiməsə verməsi sual olaraq qalmaqdadır. İkinci hal isə iddiaçı Goranboy rayon polis şöbəsində müraciət edərək cavabdeh Cavabdeh ona qarşı dələduzluq etməsini bildirmişdir. Polisin araşdırması zamanı müəyyən olmuşdur ki, Cavabdeh özü etiraf edir ki, müxtəlif vaxtlarda müxtəlif xırda məbləğlərdə iddiaçıdan sələm almış və aldığı məbləğ cəmi 3900 manat təşkil etmişdir. İddiaçının iddia etdiyi 16000 manat pul həmin 3900 manat məbləğində borcun sələminin artması nəticəsində yaranmış məbləğdir. Lakin məhkəmə polisin qərarında olan izahatlara münasibət bildirməmişdir. Üçüncü hala gəldikdə isə bildirir ki, səs yazısı Cavabdeh iddiaçıya ünvanlandığı səslərdir. Məhkəmə iclasında həmin səs yazıları səsləndirildi. Cavabdeh bildirir ki, qızı xarici ölkədən gəlir və ona 6000 ABŞ dolları pul gətirəcək və o da həmin puldan iddiaçıya olan borcunu verəcək. Yəni səs yazısında 16000 manatdan heç bir söhbət getmir. Normalda bunun əksi olaraq iddiaçı Cavabdeh “nə 6000 ABŞ dolları sənin borcun 16000 manatdır” kimi öz etirazını bildirməli idi, lakin nə elə bir etiraz, nə də iddiaçının hər hansı səs yazısı yoxdur. Qeyd etdiklərinin xülasəsi olaraq bildirir ki, cavabdehin iddiaçıya cəmi 3900 manat məbləğində borcu var hansı ki o bunu polis şöbəsində də bildirib. Cavabdeh bir daha qeyd edir ki, onun iddiaçıya 16000 manat borcu yoxdur. İş üzrə mühüm əhəmiyyət kəsb edən Goranboy rayon polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh iddiaçıya 3900 manat məbləğində borcunun olmasını etiraf edir. 16000 manat pulun isə cavabdeh bildirir ki, iddiaçının deməsinə görə həmin 3900 manat pulun sələmidir ki, faiz olaraq 16000 manat olub. Yəni cavabdeh Cavabdeh bildirir ki, onu borcu cəmi 3900 manatdır. Bundan başqa, Cavabdeh öz kartından hesabdan çıxarış təqdim edib ki, hansı ki onun qeyd etdiyi 3900 manat məbləğində pulun göndərilməsi həmin hesabdan çıxarışda öz əksini tapır. Bunun əksi olaraq, iddiaçı 16000 manatın cavabdehə verilməsi barədə heç bir sübut təqdim etmir. Ən vacib faktlardan da biri odur ki, iddiaçının təqdim etdiyi əl yazma xəstəxanada dərmanların yazılması üçün istifadə olunan kağız üzərində yazılıb. Hansı ki həmin vaxt cavabdeh xəstəxanada ağır müalicədə olub, demək olar ki, onun vəziyyətinə tam anlaqlı qiymət vermək olmazdı. Cavabdeh tərəfindən məhkəməyə qətnamdə qeyd olunan əl yazmasını verən zaman xəstəxanda olması barədə arayış təqdim etmiş, Goranboy rayon polis şöbəsinin qərarın təqdim etmiş hansı ki, orada Cavabdeh borcunun 3900 manat olmasını qeyd edir. Digər məbləğin isə borcun sələmi olmasını qeyd edir. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim olunan heç bir sübuta qiymət verməmişdir. Əgər məhkəmə tərəflərin arasında olan münasibətlərə borc müqaviləsi kimi qiymət verirdisə, onda həmin borc münasibətinin yaranması üçün iddiaçı pulun verilməsi barədə sübutu məhkəmə təqdim etməli idi. İş materialarında və məhkəmə qətnaməsində iddia ərizəsində qeyd olunan məbləğlərin cavabdehə verilməsi barədə heç bir sübut yoxdur. Məhkəmədən xahişi iddiaçının cavabdehə iddia ərizəsində qeyd olunan məbləğləri verməsi barədə hər hansı sübutun təqdim olunmasını təmin etməkdir. Cavabdeh tərəfindən kart hesabından çıxarış, xəstəxanda yatması barədə arayış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar təqdim olunmuş lakin məhkəmə qətnaməsinə qeyd olunan sübutlara qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İlyas oğlunun nümayəndəsi (vəkili) vəkil2 izahat verərək, Goraboy rayon polis şöbəsində iddiaçı cavabdeh Cavabdeh ona qarşı dələduzluq etməsini bildirmişdir. Polisin araşdırması zamanı müəyyən olmuşdur ki, Cavabdeh özü də etiraf edir ki, müxtəlif vaxtlarda 2023-cü ilin iyul ayından etibarən kiçik məbləğlərdə iddiaçıdan sələm almış və aldığı məbləğ cəmi 3900 manat təşkil etmişdir, həmin məbləğlər cavabdehin “Kapital bank” kartına ödənilmişdir. İddiaçının iddia etdiyi 16000 manat pul həmin 3900 manat məbləğində borcun sələminin artması nəticəsində yaranmış məbləğdir. İddiaçıya görə, cavabdehə müxtəlif vaxtlarda 5000+5000+4000+2000 cəmi 16000 manat pul verib, ancaq bunu təsdiq edəcək sübut təqdim etməmişdir. Həmçinin səsyazısında cavabdeh 3900 manata münasibətdə iddiaçıya söyləmişdir ki, qızı Rusiyadan 6000 ABŞ dolları gətirəcək və həmin puldan borcun müəyyən qismini qaytaracaq. Bununla yanaşı, iddiaçının təqdim etdiyi əl yazma xəstəxanada dərmanların yazılması üçün istifadə olunan kağız üzərində yazılıb. Hansı ki həmin vaxt cavabdeh xəstəxanada ağır müalicədə olub, demək olar ki, onun vəziyyətinə tam anlaqlı qiymət vermək olmazdı. Cavabdehin avtomobili yoxdur, yeznəsinin idi. Cavabdeh 3900 manat borc aldığını polis şöbəsində də etiraf edir, iddiaçı Goranboy rayon polis şöbəsinin bu barədə qərarına etiraz etməmişdir. Kart hesabından kiçik məbləğlərin ödənilməsi ilə bağlı çıxarışlar təqdim etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh vəkilinin izahatını müdafiə edərək bildirir ki, o, səsyazısını iddiaçının istəyi ilə atmışdır. Belə ki, iddiaçının ailəsi pulun onun tərəfindən alınıb xərcləndiyini zənn edərək münaqişə yaranmışdır. Cavabdeh də qızının gələcəyini, borcun müəyyən qismini o zaman qaytaracağını bildirmişdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xanım Yusif qızı izahat verərək, polis şöbəsində üzləşmə əsnasında cavabdehin 16000 manat borc aldığını etiraf etdiyini bildirir. Lakin polis qərarında 3900 azn etiraf edildiyi qeyd edilmişdir. Mülki iş olduğuna görə məhkəmə qaydasında müraciət ediblər, polisin qərarından şikayət verməyiblər. Bu günədək borcdan ödəniş edilməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaılıdır.

22. Hazırkı iddia tələbi pul məbləğinin geri qaytarılması tələbidir. İddiaçı bildirir ki, o, müxtəlif vaxtlarda müəyyən məbləğlərlə cəmi 16000 manat məbləğində cavabdeh tərəfə borc vermiş, cavabdeh isə pulu geri qaytarmamışdır. Cavabdeh həmin pul münasibətinin mövcudluğunu ümumilikdə inkar etməmiş, yalnız məbləğin 3.900 manat olduğunu və sonradan “sələm” nəticəsində artdığını qeyd etmişdir. Beləliklə, cavabdehin öz izahatı ilə tərəflər arasında borc münasibətinin mövcudluğu təsdiq olunur.

23. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti 16000 manatdır, tərəflər arasında bu məbləğlə bağlı yazılı qəbz mövcuddur.

24. İşdə olan yazılı sübutun təhlilinə əsasən, “Hyundai Accent” markalı avtomobilin 16.000 manat borc müqabilində verilməsi barədə cavabdeh tərəfindən imzalanmış qəbz, cavabdehin iddiaçı qarşısında məhz 16.000 manat məbləğində öhdəliyinin mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilmişdir. Avtomobilin cavabdehin mülkiyyətində olmaması həmin qəbzin hüquqi qüvvəsini aradan qaldırmır. Çünki həmin sənəd borc münasibətinin və borcun məbləğinin etirafı xarakteri daşıyır.

25. Cavabdeh tərəf bu qəbzin cavabdehin xəstəxana mühitində müalicə aldığı zaman yazılmasına dair epikriz vərəqi təqdim etmişdir. Epikriz vərəqində qeyd olunur ki, cavabdeh 15.04 - ##.##.2025-ci il tarixində xəstəxananın terapiya şöbəsində xroniki xolesistit, meteorizm və xroniki pielonefrit diaqnozu ilə müalicə və müayinədə olmuşdur. Həmçinin cavabdeh tərəf izahatında bildirir ki, həmin qəbz digər şəxslərin hədə və müdaxiləsi ilə yazılmışdır. Ancaq bunu sübuta yetirəcək dəlil təqdim edilməmişdir.

26. Həmçinin məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş səs yazısından müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında borcunun olduğunu qəbul etmiş, qızının Rusiyadan 6.000 ABŞ dolları gətirəcəyini və həmin məbləğin borcdan silinməsi ilə qalan məbləğ üzrə hesablaşma aparılacağını bildirmişdir. Bu hal cavabdehin borcun mövcudluğunu və məbləğinin əhəmiyyətli olduğunu etiraf etməsi kimi qiymətləndirilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin borcun yalnız 3.900 manat olması barədə iddiası iş üzrə mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir.

28. Kollegiya həmçinin nəzərə alır ki, polis orqanının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında münasibətin mülki-hüquqi xarakter daşıdığı qeyd edilmişdir. Həmin qərarda borcun məbləğinin 3.900 manat göstərilməsi mülki məhkəmə üçün preyudisial əhəmiyyət daşımır və məhkəmə həmin hallarla bağlı sübutları müstəqil qiymətləndirmək hüququna malikdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc və öhdəlik münasibətlərini tənzimləyən müddəalarına əsasən, tərəflər arasında yaranmış borc öhdəliyi lazımi qaydada icra edilməlidir. Hərçənd cavabdeh izahatında borcun müəyyən qismini qaytardığını bildirir, lakin cavabdeh borcun qaytarıldığını və ya öhdəliyin başqa qaydada xitam olunduğunu təsdiq edən sübut təqdim etməmişdir.

30. Bununla yanaşı, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş Kapital bankın ödəniş kartı üzrə çıxarışının tədqiqinə əsasən, ödəniş kartına cavabdehin iddiaçı tərəfindən ödənildiyini iddia etdiyi 300 manat, 200 manat və digər müvafiq məbləğlərin kim tərəfindən mədaxil edildiyi müəyyən edilməmişdir.

31. Həmçinin Bank Respublika ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 320 manat məbləğində Bərdə rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul köçürmüşdür.

32. X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 138 manat məbləğində dövlət rüsumu ödəmişdir.

33. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun və 320 manat məbləğində hüquqi yardım haqqının əvəzinin iddiaçı Cavadzadə Emin oğlunun xeyrinə tutulmalıdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh İlyas oğlunun nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar