Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-304/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: əmlak, qızıl-zinət əşyaları tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi (anası) X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Şəmkir şəhəri “xxxx” MMC verilmiş arayışa əsasən 1 dəst şkaf, çarpayı, termo, televizoraltı 3 gözlü tumboçka, sandıqdan ibarət yataq mebel dəsti - 3000 manat, 2 ədəd Gecə lampası(noçnik) - 100 manat, 1 ədəd şirəli ləyən - 25 manat, 2 ədəd şirəli vedrə - 50 manat, 1 ədəd elektrik samovarı – 100 manat, 1 ədəd elektrik termosu – 80 manat, 1 ədəd mikser – 150 manat, 3 ədəd şirəli qazan – 100 manat, 1 ədəd 3x4 ölçülü gəvə - 300 manat, 1 ədəd 2x3 ölçülü gəvə - 380 manat, 1 ədəd qranit qazan – 200 manat, 1 ədəd tozsoran – 200 manat, 1 ədəd duxovka – 150 manat, 1 ədəd ütü – 80 manat, 1 ədəd ütü stolu – 70 manat, 1 əddəd bxovı(tüklü)adyal – 80 manat, 1 ədəd pakrıval (çarpayı örtüyü) – 100 manat, 1 ədəd yay yorğanısintfondan – 70 manat, 4 ədəd yundan yorğanlar – 200 manat, 3 ədəd yundan döşəklər – 450 manat, 6 ədəd qaz tükündən balınclar – 240 manat, 1 ədəd 4 gözlü, xrustal çilçıraq – 150 manat, 1 ədəd divar saatı – 120 manat, 7 dəst rumkalar – 300 manat, 1 dəst yemək(obedni) servizi – 650 manat, 2 dəst kampot qabları – 200 manat, 2 ədəd xrustal meyvə qabı – 200 manat, 1 ədəd gül qabı – 150 manat, 1 ədəd xrustal ləpə qabı – 50 manat, 1 dəst stəkan nəlbəki(12 ədəddən) – 100 manat, 1 ədəd xrustal fincan - 50 manat, 1 dəst qaşıq, çəngəl, bıçaq (hərəsi 12 ədəd) – 180 manat, 1 ədəd ədviyyat qabı – 100 manat, 3 ədəd kauçukdan ləyən – 30 manat, 1 ədəd aşsüzən - 10 manat, 2 ədəd xrutal qənd qabı – 40 manat, 2 dəd xrustal mürəbbə qabı – 30 manat, 1 ədəd 82 diaqonal , rəngli televizor – 400 manat, 1 ədəd Arçelik paltaryuyan maşın – 1000 manat, 20 qram qızıl boyunbağı - 1500 manat, 18 qram qızıl qolbağı - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı qızıl üzük - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı sırğa - 1000 manat, 17 qram 5 ədəd brilyant qaşlı nişan üzüyü - 1700 manat, 15 qram atası evindən verilmiş 4 ədəd brilyant qaşlı kalso formalı qızıl üzük - 1500 manat müəyyən edilmişdir.
2. Iddiaçı tərəfindən təqdim edilmiş iddiaçının gəlin paltarında təsvir edildiyi fotoşəkillərdən (2 ədəd) görünür ki, iddiaçının üzərində boyunbağı, qolbaq, sırğa və üzük vardır. Iddiaçı həmin əşyaların iddia ərizəsində göstərilən əşyalar olduğunu bildirmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toyları ərəfəsində valideynləri tərəfindən ona hədiyyə edilmiş cavabdehin atası evində olan, cəmi 10385(on min üç yüz səksən beş) manat dəyəri olan 40 adda cehiz əşyalarının, toyları ərəfəsində ona hədiyə edilmiş, cəmi dəyərləri 7700 (yeddi min yeddi yüz) manat olan 6 adda qızıl əşyalarının ozlərinin, özləri olmadıqda dəyərlərinin, mediasiya xərcinin və dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh keçmiş əri olmuşdur. Cavabdehlə nikahlarını ##.##.2017-ci il tarixdə Tovuz rayon Əyyublu kənd IƏD-də ** saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə ailə həyatından ##.##.2017-ci ildə Şəhrizat adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulduğuna, heç bir halda birgə ailə şəraitində yaşamaqlarının mümkün olmamasına görə onunla faktiki olaraq 9 aydır ki, ayrılmışlar. Cavabdehlə ailə qurarkan o, gəlin kimi cavabdehin valideynlərinə məxsus olan Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüş, ona valideynləri tərəfindən verilmiş cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdeh onu ər evindən çıxararkən ona məxsus cehiz əşyaları cavabdehin valideyinlərinin evində saxlamış, toyları ərəfəsində cavabdeh və qohumları tərəfindən ona hədiyyə olaraq alınmış, həmçinin ata evindən hədiyyə verilmiş qızıl-zinət əşyalarını cavabdeh ona qaytarmaqdan imtina etmişdir. Belə ki, ona cavabdeh tərəfindən hədiyyə edilmiş və atası evindən apardığı qızıl əşyalarını yaşadığı otaqdakı servantda saxlamışdır. Cavabehlə ailə qurandan təxminən 2 il sonra həmin qızıl əşyalarının bir hissəsini cavabdeh özü etiraf etdiyinə görə lombarda qoyaraq borcunu ödəmək üçün pul götürmüşdür. Ancaq, ondan həmin qızıllarını qaytarmasını tələb etmişdir. Qalan qızıllarını da qaynatası Nəsrəddin kişi oğlu, yəni cavabdehin növbəti dəfə götürməməsinə görə saxlaması üçün ona verməyini bildirmiş və o da etiraz etməmişdir. Bir müddətdən sonra cavabdeh qalan qızılların da saxlandığı sandığın qıfılını sındırıb aparmasını özü etiraf etmişdir. Cavabdeh, güya tezliklə bütün qızıllarını alıb yerinə qoyacağını vəd etmişdir. Cavabdehlə qızıllarını qaytarmamasına və ona xəyanət etməsinə görə aralarında narazılıqlar yaranmış və ailə münasibətləri pozulmuşdur, nəticədə o, azyaşlı uşaqları ilə birlikdə cavabdeh tərəfindən ər evindən qovulmuş, hazırda azyaşlı uşağı ilə qeyd olunan ünvanda yerləşən ata evinə sığınmışdır. Cavabdehdən könüllü olaraq qızıllarını və cehiz əşyalarını ona qaytarmamasına görə Şəmkir * saylı Mediasiya Təşkilatına müraciət etmiş, ancaq ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyin mümkün olmamasına görə ona ##.##.2025-ci il tarixli arayış təqdim edilmişdir. Ona görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona valideynləri tərəfindən toy ərəfəsində cehiz olaraq verilmiş və cavabdehin valdeynlərinə məxsus evində olan əşyalar bunlardır: 1 dəst şkaf, çarpayı, termo, televizoraltı 3 gözlü tumboçka, sandıqdan ibarət yataq mebel dəsti - 3000 manat, 2 ədəd Gecə lampası(noçnik) - 100 manat, 1 ədəd şirəli ləyən - 25 manat, 2 ədəd şirəli vedrə - 50 manat, 1 ədəd elektrik samovarı – 100 manat, 1 ədəd elektrik termosu – 80 manat, 1 ədəd mikser – 150 manat, 3 ədəd şirəli qazan – 100 manat, 1 ədəd 3x4 ölçülü gəvə - 300 manat, 1 ədəd 2x3 ölçülü gəvə - 380 manat, 1 ədəd qranit qazan – 200 manat, 1 ədəd tozsoran – 200 manat, 1 ədəd duxovka – 150 manat, 1 ədəd ütü – 80 manat, 1 ədəd ütü stolu – 70 manat, 1 əddəd bxovı(tüklü)adyal – 80 manat, 1 ədəd pakrıval (çarpayı örtüyü) – 100 manat, 1 ədəd yay yorğanı-sintfondan – 70 manat, 4 ədəd yundan yorğanlar – 200 manat, 3 ədəd yundan döşəklər – 450 manat, 6 ədəd qaz tükündən balınclar – 240 manat, 1 ədəd 4 gözlü, xrustal çilçıraq – 150 manat, 1 ədəd divar saatı – 120 manat, 7 dəst rumkalar – 300 manat, 1 dəst yemək(obedni) servizi – 650 manat, 2 dəst kampot qabları – 200 manat, 2 ədəd xrustal meyvə qabı – 200 manat, 1 ədəd gül qabı – 150 manat, 1 ədəd xrustal ləpə qabı – 50 manat, 1 dəst stəkan nəlbəki(12 ədəddən) – 100 manat, 1 ədəd xrustal fincan - 50 manat, 1 dəst qaşıq, çəngəl, bıçaq (hərəsi 12 ədəd) – 180 manat, 1 ədəd ədviyyat qabı – 100 manat, 3 ədəd kauçukdan ləyən – 30 manat, 1 ədəd aşsüzən - 10 manat, 2 ədəd xrutal qənd qabı – 40 manat, 2 dəd xrustal mürəbbə qabı – 30 manat, 1 ədəd 82 diaqonal, rəngli televizor – 400 manat, 1 ədəd Arçelik paltaryuyan maşın – 1000 manat. Cehiz əşyalarının cəmi dəyəri 10385 manatdır. Cavabdehin və qohumlarının toyları ərəfəsində hədiyyəsi olan qızıl əşyalarının siyahısı: 20 qram qızıl boyunbağı - 1500 manat, 18 qram qızıl qolbağı - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı qızıl üzük - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı sırğa - 1000 manat, 17 qram 5 ədəd brilyant qaşlı nişan üzüyü - 1700 manat, 15 qram atası evindən verilmiş 4 ədəd brilyant qaşlı kalso formalı qızıl üzük - 1500 manat. Qızıl əşyalarının cəmi dəyəri 7700 manatdır.
5. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Süleyman Hacıyev), iddianın təmin edilməsi, cavabdeh Cavabdeh - dəyəri 1500 manat olan 20 qram qızıl boyunbağı - dəyəri 1000 manat olan 18 qram qızıl qolbağı - dəyəri 1000 manat olan 10 qram damla formalı, brilyant qaşlı qızıl üzük - dəyəri 1000 manat olan 10 qram damla formalı, brilyant qaşlı sırğa - dəyəri 1700 manat olan 17 qram 5 ədəd brilyant qaşlı nişan üzüyü - dəyəri 1500 manat olan 15 qram atası evindən verilmiş 4 ədəd brilyant qaşlı kalso formalı qızıl üzük - dəyəri 3000 manat olan 1 dəst şkaf, çarpayı, termo, televizoraltı 3 gözlü tumboçka, sandıqdan ibarət yataq mebel dəsti - dəyəri 100 manat olan 2 ədəd Gecə lampası (noçnik) - dəyəri 25 manat olan 1 şirəli ləyən - dəyəri 50 manat olan 2 şirəli vedrə - dəyəri 100 manat olan 1 ədəd elektrik samovarı - dəyəri 80 manat olan 1 ədəd elektrik termosu - dəyəri 150 manat olan 1 ədəd mikser - dəyəri 100 manat olan 3 ədəd şirəli qazan - dəyəri 300 manat olan 1 ədəd 3x4 ölçülü gəvə - dəyəri 380 manat olan 1 ədəd 2x3 ölçülü gəvə - dəyəri 200 manat olan 1 ədəd qranit qazan - dəyəri 200 manat olan 1 ədəd tozsoran - dəyəri 150 manat olan 1 ədəd duxovka (elektrik sobası) - dəyəri 80 manat olan 1 ədəd ütü - dəyəri 70 manat olan 1 ədəd ütü stolu - dəyəri 80 manat olan 1 ədəd bxovı (tüklü) odeyal - dəyəri 100 manat olan 1 ədəd pakrıval (çarpayı örtüyü) - dəyəri 70 manat olan 1 ədəd yay yorğanı-sintfondan - dəyəri 200 manat olan 4 ədəd yundan yorğanlar - dəyəri 450 manat olan 3 ədəd yundan döşəklər - dəyəri 240 manat olan 6 ədəd qaz tükündən balınclar - dəyəri 150 manat olan 1 ədəd 4 gözlü, xrustal çilçıraq - dəyəri 120 manat olan 1 ədəd divar saatı - dəyəri 300 manat olan 7 dəst rumka (qədəh) - dəyəri 650 manat olan 1 dəst yemək (obedni) servizi - dəyəri 200 manat olan 2 dəst kampot qabları - dəyəri 200 manat olan 2 ədəd xrustal meyvə qabı - dəyəri 150 manat olan 1 ədəd gül qabı - dəyəri 50 manat olan 1 ədəd xrustal ləpə qabı - dəyəri 100 manat olan 1 dəst stəkannəlbəki (12 ədəd) - dəyəri 50 manat olan 1 ədəd xrustal (büllur) fincan - dəyəri 180 manat olan 1 dəst qaşıq, çəngəl, bıçaq (hərəsi 12 ədəd) - dəyəri 100 manat olan 1 ədəd ədviyyat qabı dəyəri 30 manat olan 3 ədəd kauçukdan ləyən - dəyəri 10 manat olan 1 ədəd aşsüzən - dəyəri 40 manat olan 2 ədəd xrutal (büllur) qənd qabı - dəyəri 30 manat olan 2 dəd xrustal (büllur) mürəbbə qabı - dəyəri 600 manat 1 ədəd 82 diaqonal, rəngli televizor - dəyəri 400 manat olan 1 ədəd gəlinncik örtük - dəyəri 1000 manat olan 1 ədəd Arçelik paltaryuyan maşınından ibarət əşyalar özlərinin, naturada mövcud olmadıqda isə dəyərlərinin alınaraq, iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.12, 157.2 və 225.2-ci maddələrinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmiş, prosessua hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227 ,233 və 357ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qızıl-zinət əşyaları hissəsində ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarınin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən qızılların onda olmasına dair heç bir tutarlı sənəd təqdim edilməmişdir. Həmin qızılların onda olmasını yalnız foto şəkillər sübut etmir. Qızılın qiymətləndirlməsi belə mövcud deyildir ki, hansı qızıllardan söhbət gedir. Yalnız iddiaçının mülahizəsi əsasında dəyərləndirmə aparılmışdır. Məhkəmənin iclas zamanı mətndə qeyd etdiyi şəkildə proesssual pozuntu edərək onu görməzdən gəlməsi və dindirməməsi, heç bir araşdırma aparmaması buna sübutdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, cavabdeh keçmiş əri olmuşdur. Cavabdehlə nikahlarını ##.##.2017-ci il tarixdə Tovuz rayon Əyyublu kənd IƏD-də ** saylı akt qeydi rəsmiləşdirməklə evlənib ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından ##.##.2017-ci ildə Şəhrizat adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulmuşdur. Onlar ailə qurarkən o, gəlin kimi cavabdehin valideynlərinə məxsus olan Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə köçən zaman, ona valideynləri tərəfindən verilmiş cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdeh onu ər evindən çıxararkən həmin cehiz əşyaları cavabdehin evində qalmışdır. Toy ərəfəsində cavabdeh və qohumları tərəfindən ona hədiyyə olaraq alınmış, həmçinin ata evindən hədiyyə verilmiş qızıl-zinət əşyalarını cavabdeh ona qaytarmaqdan imtina edir. Ona görədə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixə saat 10-20-a təyin olunmuş məhkəmə iclasına gəlməyərək “Elektron Məhkəmə” sistemi vasitəsilə müraciət edərək səhhəti ilə əlaqədar işin ##.##.2026-cı ildən sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi üzürlü sayıla bilməz. Çünki, hazırkı mülki iş ##.##.2026-cı ildən icraatdadır, işin icraatı qiymətləndirmə əsası ilə dayandırılmış, sonra isə təzələnib baxılmağa təyin olunmuşdur. Iddiaçı tərəf işin təxirə salınmasına razı deyildir. Məhkəmə kollegiyası cavabdehin bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
18. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın 19.hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
32. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh Cavabdeh qətnamənin qızıl-zinət əşyaları ilə bağlı hissəsindən narazıdır. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən qızıl-zinət əşyalarının təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
36. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər nikahlarını ##.##.2017-ci il tarixdə Tovuz rayon Əyyublu kənd IƏD-də ** saylı akt qeydi rasmiləşdirməklə evlənib ailə qurmuşlar. Iddiaçının cavabdehlə birgə ailə həyatından ##.##.2017-ci il təvəllüdlü Şəhrizat adlı uşaqları olmuşdur. Tərəflərin ailə münasibətləri əvvəl normal olmuş, sonradan onun özünün təqsirinden pozulduğuna, heç bir halda birgə ailə şəraitində yaşamaqlarının mümkün olmamasına görə faktiki olaraq 9 aydır ki, ayrılmışlar. Iddiaçı cavabdehlə ailə qurarkan o, gəlin kimi cavabdehin valideynlərinə məxsus olan Tovuz rayonu Əyyublu kendində yerleşən fərdi yaşayış evinə köçürülmüş, ona valideynləri tərəfindən verilmiş cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdeh iddiaçını ər evindən çıxararkən ona məxsus cehiz əşyaları cavabdehin valideynlərin evində saxlamış, toyları ərəfəsində cavabdeh və qohumları tərəfindən ona hədiyyə olaraq alınmış, həmçinin ata evindən hədiyyə verilmiş qızıl-zinət əşyalarını cavabdeh ona qaytarmaqdan imtina etmişdir. Cavabehlə ailə qurandan təxminən 2 il sonra həmin qızıl əşyalarının bir hissəsini cavabdeh özü etiraf etdiyinə görə lombarda qoyaraq borcunu ödəmək üçün pul götürmüşdür. Ancaq, ondan həmin qızıllarını qaytarmasını tələb etmişdir. Qalan qızıllarını da qaynatası Nəsrəddin kişi oğlu, yəni cavabdehin növbəti dəfə götürməməsinə görə saxlaması üçün ona verməyini bildirmiş və o da etiraz etməmişdir. Bir müddətdən sonra cavabdeh qalan qızılların da saxlandığı sandığın qıfılını sındırıb aparmasını özü etiraf etmişdir. Cavabdeh, güya tezliklə bütün qızıllarını alıb yerinə qoyacağını vəd etmişdir. Cavabdehlə qızıllarını qaytarmamasına və ona xəyanət etməsinə görə aralarında narazılıqlar yaranmış və ailə münasibətləri pozulmuşdur, nəticədə o, azyaşlı uşaqları ilə birlikdə cavabdeh tərəfindən ər evindən qovulmuş, hazırda azyaşlı uşağı ilə qeyd olunan ünvanda yerləşən ata evinə sığınmışdır. Ona görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Iddiaçıya cavabdeh və qohumları tərəfindən toyları ərəfəsində hədiyyə olunan qızıl əşyalarının siyahısı: 20 qram qızıl boyunbağı - 1500 manat, 18 qram qızıl qolbağı - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı qızıl üzük - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı sırğa - 1000 manat, 17 qram 5 ədəd brilyant qaşlı nişan üzüyü - 1700 manat, 15 qram atası evindən verilmiş 4 ədəd brilyant qaşlı kalso formalı qızıl üzük - 1500 manat olmaqla, cəmi dəyəri 7700 manatdır.
37. Işin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
40. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
41. «Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
42. Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.
43. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
44. Insan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
45. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. Iddia ərizəsində göstərilən qızılzinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:
1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;
2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;
3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.
47. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
48. Işin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, qeyd edilən qızıl-zinət əşyalarının mövcudluğu, həmçinin, qiymətləri ilə bağlı cavabdeh tərəf iddianı qəbul etmir.
49. Apellyatorun qızılların qiymətləri ilə bağlı şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi məqsədilə kollegiya tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) təyin edilmiş və xxxx MMC-nin ##.##.2026-cı il tarixli G-**/**/*** nömrəli rəyinə əsasən iddia ərizəsində göstərilən 6 adda qızıl-zinət əşyalarının orta bazar qiymətinin ümumilikdə 11310 manat olması müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır.
51. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
52. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qızılların qiyməti ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.
53. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər qızılların mövcudluğu öz təsdiqini tapmışdır.
54. Həmçinin kollegiya göstərir ki, cavabdeh tərəfin qızıl-zinət əşyalarının mövcud olmaması barədə göstərdikləri dəlillər əsassızdır. Belə ki, cavabdeh tərəfindən qeyd edilənlər yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh əvvəlki məhkəmə iclasında - iddiaçı gəlin gəldiyi zaman ona qızıl dəst alındığını və həmin qızılları lombarda qoyduğunu - bildirmişdir. Göründüyü kimi, cavabdeh müxtəlif izahatlar verərək həqiqəti gizlətməyə çalışmışdır.
55. Halbuki, sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
58. Kollegiya xatırladır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
63. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə tərəflər nikahlarını ##.##.2017-ci ildə Tovuz rayon Əyyublu kənd IƏD-də ** saylı akt qeydi ilə rəsmiləşdirməklə evlənmişlər. Bu münasibətdən ##.##.2017-ci ildə Şəhrizat adlı uşaqları olmuşdur. Tərəflərin ailə münasibətləri əvvəl normal olmuş, sonradan cavabdehin təqsirindən pozulmuş və faktiki olaraq bir ildir ki, ayrılmışlar. Iddiaçı cavabdehlə ailə qurarkan o, gəlin kimi cavabdehin valideynlərinə məxsus olan Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinə gəlin gəlmiş, ona valideynləri tərəfindən verilmiş cehiz əşyaları da həmin evə yığılmışdır. Cavabdeh iddiaçını ər evindən çıxararkən ona məxsus və hədiyyə verilmiş qızılzinət əşyalarını ona qaytarmaqdan imtina etmişdir. Cavabehlə ailə qurandan təxminən 2 il sonra həmin qızıl əşyalarının bir hissəsini cavabdeh özü etiraf etdiyinə görə lombarda qoyaraq borcunu ödəmək üçün pul götürmüşdür. Cavabdeh qalan qızılların saxlandığı sandığın qıfılını sındırıb qızılları götürmüşdür. Cavabdeh, iddiaçıya bildirmişdir ki, tezliklə bütün qızıllarını alıb yerinə qoyacağdır. Cavabdeh qızılları qaytarmamış, aralarında narazılıqlar yaranmış və ailə münasibətləri pozulmuşdur, nəticədə iddiaçı, azyaşlı uşaqı ilə birlikdə cavabdeh tərəfindən ər evindən qovulmuşdur. Iddiaçı hazırda azyaşlı uşağı ilə atası evində yaşayır. Cavabdehin və qohumlarının toy ərəfəsində iddiaçıya hədiyyəsi olan qızıl əşyalarının siyahısı: 20 qram qızıl boyunbağı - 1500 manat, 18 qram qızıl qolbağı - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı qızıl üzük - 1000 manat, 10 qram damla formalı, brilyant qaşlı sırğa - 1000 manat, 17 qram 5 ədəd brilyant qaşlı nişan üzüyü - 1700 manat, 15 qram atası evindən verilmiş 4 ədəd brilyant qaşlı kalso formalı qızıl üzük - 1500 manat. Qızıl əşyalarının cəmi dəyəri 7700 manatdır. Iddiaçı həmin əşyaların qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəf həmin qətnamədən qızıl-zinət əşyasının təmin edilməsi hissəsindən apellyasiya şikayəti vermişdir. Kollegiyada işə baxılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində qızılların qiymətini mübahisələndirmiş, həmin dəlilə hüquqi qiymət verilməsi məqsədilə kollegiya tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli G-**/**/*** nömrəli rəyinə əsasən iddia ərizəsində göstərilən 6 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ümumilikdə 11310 manat olması müəyyən edilmişdir. Iddia tələbində iddiaçı toyları ərəfəsində ona hədiyə edilmiş, tələb etdiyi qızıl-zinət əşyalarının cəmi dəyərini 7700 manat olduğunu qeyd etmiş və həmin hissədə iddia tələbi tam təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi tələblər üzrə qətnamə çıxarılmışdır. Baxılan işdə qızıl-zinət əşyaları apellyatorun şikayəti əsasında yenidən qiymətləndirilmiş və həmin qızıl zinət əşyalarının cəmi dəyəri 11310 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu hissədə hesab edir ki, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə şübhə olmasada, hazırkı işdə iddia tələbindən kənara çıxmasına zərurət yoxdur. Beləliklə, işin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması (mövcudluğu) sübut olunur. Göründüyü kimi, tərəflər arasında olan münasibətlər təhlil edilərkən müəyyən olunur ki, cavabdeh izahat verərkən səmimi olmamış qızılların iddiaçı tərəfindən aparılmasını təsdiqləyən subutlarını məhkəmələrə təqdim etməmişdir. Belə ki, bu hal işdə olan fotoşəkillər, toy çəkilişi olan video görüntülərlə və digər sənədlərlə öz təsdiqini tapır. Beləliklə, qızılların iddiaçıda qalması barədə cavabdeh tərəfin arqumentləri, apellyasiya şikayətinin dəlilləri inandırıcı deyil və həqiqəti əks etdirmir.
64. Baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti mübahisələndirilən qızıl-zinət əşyalarının təmin olunması hissəsində təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş 500 manat xidmət haqqı cavabdehə aid edilməlidir.
68. Belə ki, qiymətləndirici rəyindən müəyyən olunur ki, göstərilmiş xidmətlə bağlı 500 manat xidmət haqqı iddiaçı İddiaçı tərəfindən ödənilmişdir. Ona görə də həmin məbləğ cavabdehdən alınaraq, iddiaçıya verilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən - qızıl-zinət əşyalarının təmin olunması - hissəsində dəyişdirilmədən saxlanılsın. Iş üzrə keçirilmiş qiymətləndirmənin xidmət haqqı 500 (beş yüz) manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq, iddiaçı İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.