Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-35/2026 12.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseyin qızı cavabdehlər Cavabdeh2na, "xxxx" ASCyə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-1625 nömrəli icra qeydinin ləğv olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Xədicə Səfərli) iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı1 şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehlərin hər birinin adı və hüquqi ünvanları göstərilmişdir. Ümumi qaydada icra qeydinin ləğvi barədə iddia tələbində fikir çatımlığı və tamlığı aşkar şəkildə göstərilsə də məhkəmə əsas olaraq icra qeydinin 10 gün müddətində verilməsi ilə bağlı olduğundan ərizəni əsassız hesab edərək sənədləri geri qaytarmışdır. Hesab edir ki, hazırda bu şikayəti verməkdə haqlıdır. Çünki icra qeydinin ləğv olunması zərurəti yaranmışdır. İcra qeydinın tərtib olunması zamanı da mülki hüquq pozuntuları olmuşdur. Həmin pozuntular nəticəsində hazırda mən 30 illik mülkiyyət hüququndan məhrum olmaq üzrədir. Belə olan halda isə bir daha Məhkəmənində onun hüquqlarını pozması ilə rastlaşır. Hazırda bu iş üzrə qərardadın ləğv olunması zərurəti yaranmışdır. Belə ki, onunla bağlanılmış müaqaviləyə uyğun götürülmüş öhdəliyin icra olunması qismən təmin edilsə də cavabdeh bank tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Həmin müqaviləni də ərizəsində göstərmiş, amma yenə də məhkəmə hüquq normasını pozaraq güyaki ərizəsinə heçnə qeyd etmədiyini və əlavə etmədiyini bildirmişdir. Müqavilədən gələn ziddiyət üzrə hüquqlarının müdafiə olunmasına şərait yaradılmır. Belə ki, məhkəmə Qərardadda MPM-nin qeyd olunan normasını qeyd etsədə bu norma üzrə tərəfindən ərizə səhv verilməmişdir ki, məhkəmə bu maddəni göstərmişdir. Hesab edir ki, məhkəmə düzgün qərardad çıxarmamışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 42-ci fəsli, birinci instansiya məhkəməsinin qərardadından şikayətin yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilməsi nəzərdə tutmuşdur (MPM-nin 267.3-cü maddəsi). Lakin, hazırki işdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfindən şikayət deyil, apellyasiya şikayəti verilmiş və şikayət işə baxan məhkəməyə deyil, Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmışdır. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla verilmişdir. Göründüyü kimi, şikayət Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan qərardaddan verilmiş şikayətə baxaraq apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-7091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-35/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-35/2026
12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver