Məhkəmə qərarları › İş №2(3-7)-369/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-369/2026

13.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-369/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun cavabdehlər İsmayılova Günay Zabil qızı və “Goranboy * saylı Mediasiya təşkilatına qarşı mülki iş üzrə Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, iddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun, cavabdeh İsmayılova Günay Zabil qızının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun cavabdehlər İsmayılova Günay Zabil qızı və Goranboy * saylı Mediasiya təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi ” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2025-cı il tаrixli 2(045)- ****/**** saylı qətnaməsindən iddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İsmayılov X4 1 X3 mediator cavabdeh1 tərəfindən təsdiq edilməklə cavabdeh İsmayılova Günay Zabil qızı ilə onun aralarında bağlanmış ##.##.2025-ci tarixli, MŞG/MT/032-2025- ***** nömrəli Barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-cı il tаrixli 2(045)- ****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçı İsmayılov Rövşən Möhübbət oğlu məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə edildiyi üçün apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və bu barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2 Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4 Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Göründüyü kimi, iddiaçının apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, iddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun cavabdehlər İsmayılova Günay Zabil qızı və Goranboy * saylı Mediasiya təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi ” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun cavabdehlər İsmayılova Günay Zabil qızı və Goranboy * saylı Mediasiya təşkilatına qarşı “ barışıq sazişinin etibarsız hesab edilməsi ” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2025-cı il tаrixli 2(045)- ****/**** saylı qətnaməsindən iddiaçı İsmayılov Rövşən Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı İsmayılov Rövşən Möhübbət oğlunun cavabdehlər İsmayılova Günay Zabil qızı və Goranboy * saylı Mediasiya təşkilatına qarşı “ barışıq sazişinin etibarsız hesab edilməsi ” tələbinə dair mülki iş üzrə apellyasiya icraatına iddiaçıya münasibətdə xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar