Məhkəmə qərarları › İş №2(3-7)-392/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-392/2026

22.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-392/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X10 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin nümayəndəsi X1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov İsmayıl Qara oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə qarşı İmanova Zenfira İmamverdi qızı, maraqlı şəxs2 İsmayıl oğlu, Hüseynov İsmayıl Qara oğlu, İsmayılov Mübariz Ziyat oğlu üçüncü şəxs iştirak etməklə «alğı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi » tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı və İsmayılov Mübariz Ziyat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 20.09.021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüseynov İsmayıl Qara oğluna qarşı Tovuz Rayon məhkəməsində 23.398,64 (iyirmi üç min üç yüz doxsan səkkiz manat, 64 qəpik) kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə iddia tələbi iddia müddəti tədbiq edildiyi üçün rədd edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 20.09.021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Tovuz rayon ** saylı Ərazi İdarəsi bankın *********** saylı sorğusuna cavab olaraq ünvanladığı *-**-*-**/*-****/**** saylı, ##.##.2024- cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubu ilə Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə təqdim edilən ************* saylı, ##.##.2022-ci tarixli məktubda qeyd edimişdir ki, İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2012-ci il tarixli, **** saylı və ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqavilələri üzrə ödhdəliklərin tam icra edilməsi səbəbindən Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edimişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin Hüseynov İsmayıl Qara oğluna ünvanlanmış ##.##.2021-ci il tarixli, *********** saylı məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi Hüseynov İsmayıl Qara oğlunun atası mərhum X2 mülkiyyətində olmuşdur. ##.##.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində Hüseynov İsmayıl Qara oğlunun mülkiyyət hüququ qeydiyyata alınaraq *** nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir.

6. Ali Məhkəmənin icraatında olmuş *(***)-***/**** nömrəli keçmiş mülkiyyətçilərlə əlaqədar ##.##.2023-cü il tarixdə qəbul edilmiş qərarda qeyd olunmuşdur ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ saylı məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ayrı-ayrı evlərdir. Arxiv materialları ilə müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi əvvəllər Hüseynov İsmayıl Qara oğlunun mülkiyyətində olmuşdur. Hüseynov İsmayıl Qara oğlu ##.##.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evini oğlu X4 bağışlamışdır və əmlak adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə həmin əmlak Quliyev Kənan İlqar oğluna təklif olunmuşdur və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilmiş, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, **A nömrəli evin hüquqmüəyyənedici sənədlərin Quliyev Kənan İlqar oğlunun adına qeyd hissəsində icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsinin 211 və 21/A.H nömrəli məktubla ** saylı müraciət etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin sənədini əsas götürərək ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi Quliyev Kənan İlqar oğlunun mülkiyyət hüquqları ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin ünvan ünvan 9

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş *-**-*-**/*-****/**** nömrəli ## ##### 2025-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2022-ci il tarixdə verilmiş ************-***** nömrəli çıxarışla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsində toplanmış bütün sənədlərin təsdiqlənmiş surətləri, o cümlədən həmin əmlakın İddiaçı ASC qarşısında yüklülüyünün ləğv edilməsinə əsas verən müvafiq sənədlərin əslinin məhkəməyə təqdim edilməsi barədə sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. İddiaçı ASC qarşısında yüklülüyünün ləğv edilməsinə əsas verən sənədlərin əsli ** saylı Tovuz Ərazi İdarəsində mövcud olmasına baxmayaraq həmin sənədlər axtarılmış və əsli tapılmamışdır. Lakin Milli Qeydiyyat Sistemində həmin sənədlərin rəngli skanı var, həmin sənədlərin rəngli skanı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2022-ci il tarixdə verilmiş ************-***** nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər məktuba əlavə edilir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş ## #### 2025-ci il tarixli məlumata əsasən *(***)-***/**** nömrəli mülki iş üzrə ## ### 2025-ci il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə verilən ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubun və ##.##.2022-ci il tarixli, *** saylı etibarnamənin əsli ekspertizaya təqdim olunmadığına görə görə mümkün olmamışdır.

9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov İsmayıl Qara oğlunun məhkəmə kollegiyasına şikayət ərizəsi ilə birlikdə ünvanladığı, fəxri adları, Tovuz Rayon Məhkəməsinin qərarı, Zenfira İmanovanın polisdən rədd qərarı və s. sənədlərin surətləri tədqiq edildikdən sonra iş materiallarına əlavə edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin icraatında olmuş çıxarışın və texniki pasportun verilməsinə dair qeydin ləğv edilməsi barədə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov İsmayıl Qara oğlu tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sənədlər tədqiq edildikdən sonra iş materiallarına əlavə edilmişdir.

11. Məhkəmə kollegiyasının sorğusu əsasında, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Hüseynov İsmayıl Qara oğluna münasibətdə ipoteka qeydiyyatının ləğvi ilə bağlı aparılmış qeydiyyatın reyestr kitabından çıxarışının və həmin işlə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətləri ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən əldə edilmiş, araşdırılmış və iş materiallarına əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maliyyə bazarlarına nəzarət orqanının (AMB) ##.##.2016-cı il tarixli, ** nömrəli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarına əsasən İddiaçı ASC məcburi qaydada ləğv edilmiş və ƏSF ##.##.2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bankın fəaliyyət dövrü ərzində İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinə əsasən Hüseynov İsmayıl Qara oğluna bank tərəfindən 15.000 (on beş min) manat dövlət vəsaiti hesabına (SİF vəsaiti) şəxsi ticarətin genişləndirilməsi üçün kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.molan ** nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı tərəflər arasında ** saylı, ##.##.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Hüseynov İsmayıl Qara oğlu ##.##.2014-cü il tarixli, **** saylı kredit müqaviləsi üzrə borcunu tam və vaxtında ödəmədiyi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı Tovuz Rayon məhkəməsində 23.398,64 (iyirmi üç min üç yüz doxsan səkkiz manat, altmış dörd qəpik) kredit borcunun qaytarılması və tutmanın ipoteka predmeti olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 20.09.021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi iddia müddəti tədbiq edildiyi üçün rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 20.09.021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Uzun müddət keçəndən sonra, 2024-cü ilin sonunda məlum olmuşdur ki, Hüseynov İsmayıl Qara oğlunun ##.##.2014-cü il tarixli, **** saylı kredit müqaviləsi üzrə mövcud olan kredit borcu ödənilməmiş, lakin Əmanətlərin Sığortalanması Fondun adından hazırlanan saxta məktub və etibarnamə əsasında Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** saylı fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsi bankın *********** saylı sorğusuna cavab olaraq ünvanladığı *-**-*-**/*-****/**** saylı, ##.##.2024- cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubu ilə Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi məqsədi ilə Hüseynov İsmayıl Qara oğlunun adına əlavə olaraqsaxta *** saylı, ##.##.2022-ci il tarixli etibarnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylıƏrazi İdarəsində təmsil olunmaq məqsədi ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə təqdim edilən ************* saylı, ##.##.2022-ci tarixli məktubda qeyd edimişdir ki, İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2012ci il tarixli, **** saylı və ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqavilələri üzrə ödhdəliklərin tam icra edilməsi səbəbindən Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edimişdir. Qeyd etmək istəyirik ki, apardığımız arasdırma zamanı müəyyən edilmişdir ki, ************* saylı, ##.##.2022-ci tarixli məktub və *** saylı, ##.##.2022-ci il tarixli etibarnamə saxtadır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məktub və etibarnamə verilməmişdir, həmin tarixli və nömrəli sənədlər heç vaxt tərtib edilməmişdir. Ümumiyyətlə, kredit müqavilə üzrə iddia müddəti tədbiq olunmuş işlərdə yalnız qanuni qüvvəsi alan məhkəmə qərarları mövcud olduğu halda Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmlaklar yüklülüyüydən azad edilir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin Hüseynov İsmayıl Qara oğluna ünvanlanmış ##.##.2021ci il tarixli, *********** saylı məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi Hüseynov İsmayıl Qara oğlunun atası mərhum X2 mülkiyyətində olmuşdur. ##.##.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində Hüseynov İsmayıl Qara oğlunun mülkiyyət hüququ qeydiyyata alınaraq *** nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. ##.##.2006-cı il tarixində Hüseynov İsmayıl Qara oğlunun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində əvvəl yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi 503012000004-***** olan, MH–******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən 0,28 ha torpaq sahəsi vətəndaşın istifadəsində göstərilərək mülkiyyətə verilməmişdir. ##.##.2014-cü il tarixdə reyestr nömrəsi 503012000004-*****, MH–******* nömrəli çıxarışla Hüseynov İsmayıl Qara oğlunun mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı ASC-nin “Tovuz” filialının xeyrinə yüklü edilməsi qeyd olunmuşdur. Bununla bağlı tərəfimizdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə ##.##.2025-ci il tarixdə **-*/*-***/**** saylı ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evi üzərində bankın yüklülüyünün bərpa edilməsi xahiş olunmuşdur. Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin üzərindən bankın yüklülüyünün götürülməsi barədə mülkiyyətçilərin də xəbəri olmamışdır. Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,14 ha torpaq sahəsi üzərində əlavə ev tikilmişdir (mülkiyyətçi Quliyev Kənan), könhə ev üzərində isə yenidənqurma işləri aparılaraq sahəsi artırılmışdır. Belə ki, Ali Məhkəmənin icraatında olmuş *(***)-***/**** nömrəli keçmiş mülkiyyətçilərlə əlaqədar ##.##.2023-cü il tarixdə qəbul edilmiş qərarda qeyd olunmuşdur ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ saylı məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ayrı-ayrı evlərdir. Arxiv materialları ilə müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi əvvəllər Hüseynov İsmayıl Qara oğlunun mülkiyyətində olmuşdur. Hüseynov İsmayıl Qara oğlu ##.##.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evini oğlu X4 bağışlamışdır və əmlak adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə həmin əmlak Quliyev Kənan İlqar oğluna təklif olunmuşdur və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilmiş, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, **A nömrəli evin hüquqmüəyyənedici sənədlərin Quliyev Kənan İlqar oğlunun adına qeyd hissəsində icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsinin 211 və 21/A.H nömrəli məktubla ** saylı müraciət etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin sənədini əsas götürərək ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi Quliyev Kənan İlqar oğlunun mülkiyyət hüquqları ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin ünvan ünvan 9 Halhazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İmanova Zenfira İmanverdi qızına məxsus olması barədə DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi ünvan 2 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi Hüseynov Emil İsmayıl oğlunun, Hüseynov İsmayıl Qara oğlunun, maraqlı şəxs1, maraqlı şəxs2 İsmayıl oğlunun birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi İmanova Zenfira İmanverdi qızına Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun ##.##.2022-ci il tarixli *Ə*** nömrəli reyestrli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Hazırda həmin ünvan ünvan 3 Qeyd etmək istəyirik ki, Tovuz regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu tərəfindən ##.##.2022ci il tarixdə təsdiq edilən AN – l № ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıçılar: maraqlı şəxs3 İsmayıl oğlu, maraqlı şəxs2 İsmayıl oğlu, Hüseynov İsmayıl Qara oğlu və maraqlı şəxs1 verilmiş - JN:3375A, KOD:50300016 olan şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan 0,09795 ha torpaq sahəsini 5.000 (beş min) manat məbləğində alıcı – İmanova Zemfira İmanverdi qızına satmışlar. Göründüyü kimi, həmin alqı-satqısı müqaviləsinin predmeti yalnız 0,09795 ha torpaq sahəsi olmuşdur. Həmin alqı-satqı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsinə ************ nömrəli çıxarış verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxs Tovuz rayon ** saylı Ərazi İdarəsinə saxta ##.##.2022-ci il tarixli, ************* nömrəli məktub və saxta *** saylı, ##.##.2022-ci il tarixli etibarnamə təqdim edilərək İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2012-ci il tarixli, **** saylı və ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqavilələri üzrə öhdəliklər guya tam icra edilməsi səbəbindən (borc bu günə qədər ödənilməmişdir) Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evinin bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun *********** saylı sorğusuna cavab olaraq Fonda ünvanladığı *-**-*-**/*-****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubu ilə Hüseynov İsmayıl Qara oğlu məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində istifadədə olan 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq ##.##.2022ci il tarixdə İmanova Zenfira İmanverdi qızına yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olması barədə ************-***** nömrəli çıxarış və əmlaka dair texniki pasport verilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, ünvan 2 ünvanında 0,28 ha torpaq sahəsində yerləşən ərazidə hal-hazırda iki əmlak var: 1 - ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi, mülkiyyətçi - Quliyev Kənan İlqar oğlu. Hazırki ünvan - ünvan 12.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış ev, mülkiyyətçi - İmanova Zenfira İmanverdi qızı. Hazırki ünvan - ünvan 7 Göründüyü kimi, halhazırda Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi 85 ünvanında olan əmlak qanunsuz olaraq bankın yüklülüyündən azad olunmuş və digər şəxsin adına rəsmiləşdirilmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, Tovuz regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu tərəfindən ##.##.2022-ci il tarixdə təsdiq edilən AN – l № ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsində və əmlakı bankın yüklülüyündən azad edilməsində İsmayılov Mübariz Ziyat oğlu ona verilmiş etibarnamə əsasında iştirak etmişdir.

14. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2022-ci il tarixdə imzalanan AN – l № ******* daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,0979 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu təsdiq edən ************-***** nömrəli çıxarış və əmlaka dair texniki pasport ləğv edilməsi, İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində ** nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) üzərində ipoteka saxlayan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka yüklülüyünün bərpa edilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ************* saylı, ##.##.2022-ci tarixli məktub və *** saylı, ##.##.2022- ci il tarixli etibarnamənin saxta olduğunu, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məktub və etibarnamənin verilmədiyini, həmin tarixli və nömrəli sənədlərin heç vaxt tərtib edilmədiyini əsas gətirərək, iddia tələbini əsaslı hesab etsə də, məhkəmə tərəfindən həmin sənədlərin əslinin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə sorğu verilmiş, lakin cavabdeh təşkilat tərəfindən bildirilmişdir ki, İddiaçı ASC qarşısında yüklülüyünün ləğv edilməsinə əsas verən sənədlərin əsli ** saylı Tovuz Ərazi İdarəsində mövcud olmasına baxmayaraq həmin sənədlər axtarılmış və əsli tapılmamışdır. Həmin sənədlərin rəngli skanı məhkəməyə göndərilmişdir. Nəticədə məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi Tovuz rayon ** saylı Ərazi İdarəsinə verilən ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubun və ##.##.2022-ci il tarixli, *** saylı etibarnamənin əsli ekspertizaya təqdim olunmadığına görə görə mümkün olmamışdır. Sənədlərin saxta olması ehtimalını həmin sənədlərin əsli olmadan və müvafiq ekspert rəyi olmadan sübut etmək mümkün deyil. Bu maneə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin zəruri tədqiqat predmetlərini təqdim etməməsi səbəbindən meydana çıxmışdır və həmin sənədləri başqa yolla əldə etmək mümkün deyildir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsaslanmaqla iddiaçının irəli sürdüyü arqumentləri də nəzərə alaraq ekspertiza təyin edilən faktı, yəni Tovuz rayon ** saylı Ərazi İdarəsinə verilən ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubun və ##.##.2022-ci il tarixli, *** saylı etibarnamənin həqiqi olmadığını təsdiq olunmuş hesab etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 269 və 294 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 97.5, 119, 217 və 265.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

17. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, (işin faktiki halları sıralandıqdan sonra) məhkəmə tərəfindən istinad edilən maddi hüquq normaları o zaman tətbiq oluna bilərdi ki, məhkəmə araşdırması zamanı hazırda onun mülkiyyətində olan daşınmaz əmlakın məhz bankın xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak olması sübuta yetirilmiş olardı. Bu hal işə baxılan zaman sübut olunmayıb. Ona görə də qeyd olunan maddi hüquq normalarına məhkəmə tərəfindən düzgün istinad olunmayıb. Məhkəmə işə baxan zaman prosessual normaların tələblərini də kobud surətdə pozmuşdur. Belə ki, onun tərəfindən təqdim olunan heç bir sübut düzgün tədqiq olunmamışdır. Onun etirazda qeyd etdiyi halların heç biri araşdırılmamış və həmin hallara hüquqi qiymət verilməmişdir. Bundan əlavə ekspertiza tədqiqatı üçün tələb olunan sənədləri təqdim etməyən orqanın barəsində hər hansı tədbir görülməmişdir. Bütün bunlar məhkəmə qanunsuz və əsasız qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. Onu qeyd etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halı aşkar etmək üçün müvafiq ekspertiza təyin edib, lakin həmin ekspertiza rəyi alınmamışdır. Bu iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını sübut edir. Məhkəmə tərəfindən hazırda onun mükiyyətində olan daşınmaz əmlakın məhz İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü olunan daşınmaz əmlakla eyni olmasını sübut etmədən qətnamə qəbul edib.

19. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, (işin faktiki halları sıralandıqdan sonra) Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, 2(062)-208/2021-ci il tarixli qətnaməsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Hüseynov İsmayıl Qara oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli 2(062)-208/2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 376cımaddəsində qeyd edilən maddi hüquq normasının tələbinə görə Ləğv prosesində olan İddiaçı ASC-nin hazırkı iddia tələbini irəli sürmək üçün iddia müddətini ötürmüşdür. Məhkəməyə bu barədə ərizə təqdim etsələr də məhkəmə ərizəni nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi hüquq normasını tələbini kobud surətdə pozmuşdur. Məhkəmə tərəfindən hazırkı iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aydınlaşdırılmamışdır. Belə ki, ilk növbədə mübahisənin məhkəmə aidiyyəti məsələsi pozulub. Daha sonra iş üzrə qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğuna hüquqi qiymət verilməmişdir. Yəni Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli 2(062)- 208/2021-ci il tarixli qətnaməsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Hüseynov İsmayıl Qara oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməsi məsələsi araşdırılmamışdır ki, hazırkı iddia tələbinə baxılması nə qədər qanunidir. Bundan əlavə iş üzrə təyin edilmiş ekspertiza müvafiq sənədlər təqdim edilmədiyindən keçirilməmişdir və bu da iddianın əsaslığını şübhə altına alır. Belə olan halda qəbul edilmiş məhkəmə qətnaməsinin qanuniliyindən heç bir söhbət gedə bilməz. Məhkəmə heç bir əsas olamadan iddianı təmin etmişdir. İş üçün əhəmiyyət kəsb edən heç bir hal araşrılmamışdır. Yalnız uzun və nəticəsiz yazışmalardan sonra qanunsuz bir qətnamə qəbul edilib ki, həmin qətnamə də özü-özlüyündə əsassız oldğunu sübur edir. Məhkəmə qətnaməsində gəlinmiş nəticə işin heç bir halı ilə uyğun deyil. Məhkəmə iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququnun qalmasını, iş üzrə qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğunu bilərək, əsassız bir qətnamə qəbul edib. Məhkəmə tərəfindən təqdim edilmiş heç sübut tədqiq edilmədiyindən, təqdim olunmuş sübutlara apellyasiya şikayətinə baxılan zaman yenidən hüquqi qiymət verilməsini xahiş etmişdir.

21. İddiaçı tərəfindən apellyasiya şikayətinə dair etiraz daxil olmuşdur.

22. Etirazda işin təsviri hissəsi və iş üzrə baş vermiş hadisələrin ardıcıllığı göstərilmişdir. Apellyasiya şikayətinin dəlilləri qeyd olunmuşdur. Həmin dəlillərə münasibət belə əsaslandırılmışdır ki, 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsasızdır və təmin edilə bilməz. Belə ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində ** nömrəli fərdi yaşayış evinin (köhnə nömrə - 49) bankın xeyrinə yüklü edilən əmlakla eyni olmaması məsələsi ilə bağlı bildirmək istəyirik ki, Ali Məhkəmənin icraatında olmuş *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarda qeyd olunmuşdur ki, məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ saylı məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ayrıayrı evlərdir. Arxiv materialları ilə müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi əvvəllər Hüseynov İsmayıl Qara oğlunun mülkiyyətində olmuşdur. Hüseynov İsmayıl Qara oğlu ##.##.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evini oğlu X4 bağışlamışdır və əmlak onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə həmin əmlak Quliyev Kənan İlqar oğluna təklif olunmuşdur və tələbkar tərəfindən borcun əvəzinə qəbul edilmiş, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, **A nömrəli evin hüquqmüəyyənedici sənədlərin Quliyev Kənan İlqar oğlunun adına qeyd hissəsində icra olunması üçün Tovuz rayon İcra və Probasiya şöbəsinin 211 və 21/A.H nömrəli məktubla ** saylı müraciət etmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin sənədini əsas götürərək ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi Quliyev Kənan İlqar oğlunun mülkiyyət hüquqları ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin ünvan ünvan 9 Hal-hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İmanova Zenfira İmanverdi qızına məxsus olması barədə DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi ünvan 2 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi Hüseynov Emil İsmayıl oğlunun, Hüseynov İsmayıl Qara oğlunun, maraqlı şəxs1, maraqlı şəxs2 İsmayıl oğlunun birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi İmanova Zenfira İmanverdi qızına Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun ##.##.2022ci il tarixli *Ə*** nömrəli reyestrli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Hazırda həmin ünvan ünvan 3 Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,14 ha torpaq sahəsi üzərində əlavə ev tikilmişdir (mülkiyyətçi Quliyev Kənan), könhə ev üzərində isə yenidənqurma işləri aparılaraq yaşayış sahəsi artırılmışdır. Qətnamədə qeyd olunduğu kimi, ünvan 2 ünvanında 0,28 ha torpaq sahəsində yerləşən ərazidə halhazırda iki əmlak var: 1 - ünvan 6 ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 254,4 kv.m. olan fərdi yaşayış evi, mülkiyyətçi - Quliyev Kənan İlqar oğlu. Hazırki ünvan - ünvan 12.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış ev, mülkiyyətçi - İmanova Zenfira İmanverdi qızı. Hazırki ünvan - ünvan 7 Məhkəmə tərəfindən hazırkı iş üzrə əhəmiyyət kəsb edən heç bir halın aydınlaşdırılmaması məsələsi ilə bağlı bildirmişlər ki, Tovuz RM-də müəyyən edilmişdir ki, ************* saylı, ##.##.2022-ci tarixli məktub və *** saylı, ##.##.2022-ci il tarixli etibarnamə saxtadır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məktub və etibarnamə verilməmişdir, həmin tarixli və nömrəli sənədlər heç vaxt tərtib edilməmişdir. Diqqətinizdə çatdırmaq istəyirik ki, AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsininHüseynov İsmayıl Qara oğluna ünvanlanmış ##.##.2021-ci il tarixli, *********** saylı məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi Hüseynov İsmayıl Qara oğlunun atası mərhum X2 mülkiyyətində olmuşdur. ##.##.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində Hüseynov İsmayıl Qara oğlunun mülkiyyət hüququ qeydiyyata alınaraq *** nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. ##.##.2006-cı il tarixində Hüseynov İsmayıl Qara oğlunun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində əvvəl yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi 503012000004-***** olan, MH– ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən 0,28 ha torpaq sahəsi vətəndaşın istifadəsində göstərilərək mülkiyyətə verilməmişdir. ##.##.2014-cü il tarixdə reyestr nömrəsi 503012000004-*****, MH–******* nömrəli çıxarışla Hüseynov İsmayıl Qara oğlunun mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı ASC-nin “Tovuz” filialının xeyrinə yüklü edilməsi qeyd olunmuşdur. Sonradan Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun *********** saylı sorğusuna cavab olaraq Fonda ünvanladığı *-**-*-**/*-****/**** saylı, ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, LPO İddiaçı ASC-nin ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubu ilə Hüseynov İsmayıl Qara oğlu məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində istifadədə olan 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür. Tovuz regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu tərəfindən ##.##.2022-ci il tarixdə təsdiq edilən AN – l № ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıçılar: maraqlı şəxs3 İsmayıl oğlu, maraqlı şəxs2 İsmayıl oğlu, Hüseynov İsmayıl Qara oğlu və maraqlı şəxs1 verilmiş - JN:3375A, KOD:50300016 olan şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan 0,09795 ha torpaq sahəsini 5.000 (beş min) manat məbləğində alıcı – İmanova Zemfira İmanverdi qızına satmışlar. Göründüyü kimi, həmin alqı-satqısı müqaviləsinin predmeti yalnız 0,09795 ha torpaq sahəsi olmuşdur. İş materiallarında Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən verilmiş əmlaka dair Daşınmaz əmlakın yüklülüyünə dair arayışda (forma 1) qeyd olunub ki, İmanova Zenfira İmanverdi qızı ##.##.2022-ci il tarixdə təsdiq edilən AN – l № ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən əldə etdiyi 0,097950 ha torpaq sahəsində tikili yoxdur. Həmin alqı-satqı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsinə ************ nömrəli çıxarış verilmişdir. Bundan sonra İsmayılov Mübariz Ziyat oğlu tərəfindən Tovuz rayon ** saylı Ərazi İdarəsinə saxta ##.##.2022-ci il tarixli, ************* nömrəli məktub və saxta *** saylı, ##.##.2022-ci il tarixli etibarnamə təqdim edilərək İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2012-ci il tarixli, **** saylı və ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqavilələri üzrə öhdəliklər guya tam icra edilməsi səbəbindən (borc bu günə qədər ödənilməmişdir) Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evinin bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi xahiş edilmişdir. Nəticə olaraq Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına fərdi yaşayış evinin onun mülkiyyətində olması barədə ************- ***** nömrəli çıxarış və əmlaka dair texniki pasport verilmişdir. Qeyd etdiyi kimi, bütün bu hallar və sübutlar Tovuz Rayon Məhkəməsi tərəfindən tam araşdırılmış və iş üzrə çıxarılmış e-*(***)-***/**** saylı qətnamadə öz əksini tapmışdır. Aidiyyət qaydaların pozulması ilə bağlı bildirmək istəyirik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1ci maddələrinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014cü il tarixli Qərarına qeyd olunmuşdur ki: - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRXin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxsi DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MMin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRXdə qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlmişdir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, məhkəmə bu hissədə düzgün qiymət vermişdir və işə baxmağa səlahiyyəti olmuşdur. Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin qanuni qüvvəsini alması və bu səbəbdən hazırki iş üzrə iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçı hazırki iş üzrə iddia qaldıran zaman hər hansı bir tələb üzrə iddia müddəti ötürməmiş və hansı müddətin ötürüldüyü ümumiyyətlə bəlli deyil. Bildirmək istəyirik ki, baş vermiş qanun pozuntuları barədə iddiaçıya 2024-cü ilin qış aylarında məlum olmuşdur və dərhal Tovuz RM-nə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edirik ki, iddia müddəti ötürülməsi tələbi əsassızdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, İmanova Zenfira İmanverdi qızı Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli 2(062)-208/2021-ci il tarixli qətnaməsini əsas götürərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin *-*(*-*)-***/**** saylı inzibati iş üzrə iddiaçı İmanova Zenfira İmanverdi qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ##.##.2022-ci il tarixdə **** nömrəli forma 1 arayışı verməklə nümayiş etdirdiyi zidd əməlləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsindən maddi ziyana görə 241.200 (iki yüz qırx bir min iki yüz) manat məbləğində pulun, həmçinin vurulmuş mənəvi zərər, psixoloji iztiraba görə isə 20.000 (iyirmi min) manat pulun, cəmi 261.200 (iyirmi altı min iki yüz) məbləğində manatın alınıb iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatı və mövqeyi

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin nümayəndəsi X1 bildirmişdir ki, ev 2006cı ildə İsmayıl Hüseynovun adına qeydiyyata alınmışdır. Həmin ev 2014-cü ildə İddiaçı ASCdə ipotekaya yüklü edilmişdir. ## ##### 2022-ci tarixində məktub əsasında borc ödənildiyindən evin üzərində olan ipoteka yüklülüyü götürülmüşdür. Sonra İsmayıl Hüseynov onlara müraciət edərək, evin söküldüyünü və məhv olduğunu bildirərək, evin reyestrdən çıxarılmasını xahiş etmişdir. Həmin vaxt əmlaka baxış keçirilmişdir və ev reyestrdən silinmişdir. 0.09 ha ümumi mülkiyyətdə olan torpaq sahəsi Zenfira İmanova satılmışdır. Əvvəl yalnız İsmayıl Hüseynovun adına idi. Torpaq sahəsi alqı-satqı müqaviləsi ilə Zenfira İmanova satılmışdır. Zenfira İmanova torpağı alandan sonra lahiyəni təqdim etmişdir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Ümumi birgə mülkiyyətdə olmuşdur. Hal-hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İmanova Zenfira İmanverdi qızına məxsus olması barədə DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi ünvan 2 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi Hüseynov Emil İsmayıl oğlunun, Hüseynov İsmayıl Qara oğlunun, maraqlı şəxs1, maraqlı şəxs2 İsmayıl oğlunun birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi İmanova Zenfira İmanverdi qızına Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun ##.##.2022ci il tarixli *Ə*** nömrəli reyestrli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Hazırda həmin ünvan ünvan 3 Həmin alqı-satqı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsinə ************ nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İsmayıl Hüseynov ərizə vermişdir. 0.10 ha torpaq sahəsinin şəhadətnaməsi var və bütövlükdə satılmışdır. Çıxarış alqı-satqıdan sonra alınmışdır. Alqı-satqıdan sonra dövlət qeydiyyatına alınmışdır. Həmin vaxt mülkiyyətdə olmamışdır. Hüquqları tanınmışdır. Xüsusi mülkiyyətdə idi. 0.10 ha torpaq sahəsinin yeri müəyyəndir. 0.28 ha torpaq sahəsi göstərilmişdir. 2006-cı ildə İsmayıl Hüseynovun evi qeydiyyata alınmış, 2022-ci ildə reyestrdən silinmişdir. Əmlak yerində yox idi. Mülkiyyətin məhvinə dair ərizə verilmişdir. Torpaq ayırma sənədi yoxdur. Torpaq qeydiyyata alınmamışdır. Evin sənədi olmuşdur. Ev ləğv olunandan sonra qeydiyyatını aparmışlar. İki mərtəbəli evin lahiyəsini Zenfira İmanova təqdim etmişdir. Üzərinə ipoteka yüklüyü qoyulmuş ev bir mərtəbəli evdir. Həmin ev məhv olmuşdur. Kənanın adına olan ev fərdi yaşayış evidir və iki mərtəbəlidir. Evin məhvi 2022-ci ildə aparılmışdır. Sənədlər Tovuz Rayon Məhkəməsinə təqdim olunmuşdur. Şəhadətnaməni torpağa vermişdik. Torpağın üzərində tikili var idi. Torpağın üzərində tikili olmasının onlara fərqi yoxdur çıxarış verirlər. Məktub tapılmamışdır. Qeydiyyat kitabında qeyd edilmişdir. İpotekanın ləğvi ilə bağlı müraciət ayrı, əmlakın ləğvi ilə bağlı müraciət ayrı olmuşdur. Zenfiraya verilmiş çıxarış başqa evin çıxarışıdır. 0.10 ha torpaq sahəsində cəmi bir ev vardır. Ərizə ilə müraciət olunmuşdur.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə dair etirazın dəlillərinə istinad etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev hal-hazırda Zenfira İmanovanın adınadır. İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinə əsasən Hüseynov İsmayıl Qara oğluna bank tərəfindən 15.000 (on beş min) manat dövlət vəsaiti hesabına (SİF vəsaiti) şəxsi ticarətin genişləndirilməsi üçün kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K. Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.molan ** nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı tərəflər arasında ** saylı, ##.##.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Kreditin müddəti 36 aylıq idi. Uzun müddət keçəndən sonra, 2024-cü ilin sonunda məlum olmuşdur ki, Hüseynov İsmayıl Qara oğlunun ##.##.2014-cü il tarixli, **** saylı kredit müqaviləsi üzrə mövcud olan kredit borcu ödənilməmiş, lakin Əmanətlərin Sığortalanması Fondun adından hazırlanan saxta məktub və etibarnamə əsasında Tovuz rayonu, Qovlar şəhəri, K. Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** saylı fərdi yaşayış evi bank qarşısında ipoteka yüklülüyündən azad edilmişdir. Sonra Zenfira İmanova ilə maraqlı şəxs1 arşında pul söhbəti olub və maraqlı şəxs1 0.14 ha torpağı Zenfira İmanovaya satmışdır. Evə sonradan Zenfira İmanovanın adına çıxarış verilmişdir. Mübahisəli evin üzərində olan ipoteka yüklüyünün götürülməsi barədə məktub Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsində yoxdur. Etibarnamə verilə bilməzdi. Onların torpaqla bağlı çıxarışla problemi yoxdur. Evin üzərində olan ipoteka yüklülüyü götürülməmişdir amma ev ilə bağlı çıxarış verilmişdir. Qanunsuz olaraq çıxarış verilmişdir. Onlar həmin çıxarışın ləğv edilməsini istəyir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddia müddəti tədbiq edildiyi üçün rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. ## ##### 2022-ci ildə əmlak ipotekadan azad olmuşdur. Əmlak saxta məktuba əsasən ipotekadan azad olmuşdur. Həmin məktub guya Tural Piriyevin adına verilmişdir. ## ##### 2022-ci ildə arayış və etibarnamə verilmişdir. Etibarnamə İsmayıl Hüseynova verilmişdir. Tərəfin özüdə etiraf edirdi elə məktub verməmişdir və borcu vardır. İsmayıl Hüseynovun başqa krediti yoxdur. Mübahisəli ev 0.14 ha torpaq sahəsinin üzərindədir. Zenfira İmanova 0.09 ha torpaq sahəsini ## ##### 2022-ci ildə almışdır. ## #### 2022-ci ildə mübahisəli evə çıxarış almışdır. Cinayət işi başlanmamışdır. Torpaq sahəsində iki ədəd daşınmaz əmlak vardır. Hər birinin ayrı-ayrı çıxarışı var idi. Ayrı-ayrı evlərdir. Sənədləri Mübariz İsmayılov təqdim etmiş və müraciət etmişdir. Mübahisəli evin girovdan azad olunması ilə bağlı məktubu və müraciəti Mübariz İsmayılov vermişdir. Onların bankda elə məktubu olmamışdır. Bankda araşdırılmış ki, elə məktub yoxdur. Məktubun blankı onların bankının məktubunun blankına uyğun deyildir. **** nömrəli məktub yazılmışdır, amma o il onlarda 2000-dən çox məktub olmamışdır. Bank həmin sənədi imzalamamış və hazırlamamışdır. Mübariz təqdim etmişdir. Qeydin ləğv olunmasını sonradan bilmişlər. Zenfiraya verilmiş çıxarışın ləğvini və ipoteka yüklülüyünün bərpasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Hüseynov İsmayıl Qara oğlu verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı ASC-də kredit götürmüşdür. Fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı ASC-dən 15000 manat kredit götürmüşdü. 8000 manat ödəniş etmiş, təxmini 7000 manatdan çox krediti qalmışdır. Mübahisəli evin qeydiyyatının ləğvi barədə ərizə verməmişdir. Onun imzası deyildir. Onun işlərini Mübariz görmüşdür. Ərizəni də Mübariz vermişdir. Mübarizlə onun qohumluq əlaqəsi yoxdur.

26. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli ev ipotekaya qoyulmamışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu onu məhkəməyə vermişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, mübahisəli torpaq sahəsini alanda digər ev var idi. Onun aldığı torpaq sahəsində ev sonradan tikilmişdir. O, torpaq sahəsini İsmayıl Hüseynovun ailəsinin hamsının razılığı ilə almışdır. Həyətdə iki dənə ev var idi.

27. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlu verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 0.28 ha torpaq sahəsinin bir hissəsi İsmayıl Hüseynovun atasına verilmişdir. 0.10 ha torpaq sahəsi isə İsmayıl Hüseynova və ailəsinə verilmişdir. Ekspertiza təyin olunarsa mübahisə predmeti olan evin nə vaxt tikildiyi məlum olacaqdır. Qeydi ləğv etmişlər.

28. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs maraqlı şəxs1 izahatında göstərmişdir ki, müəllim olmuşdur. Səs yazılar vardır. Mübariz İsmayılov onların hüquqi işlərini görürdü. Onun ilə qonşu idilər. Zenfira İmanovaya 0.09 ha torpaq sahəsi vermişdi.

29. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq, göstərmişdir ki, “apellyator olaraq Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə mülki işin məhkəmə baxış iclası ##.##.2026cı il tarixdə saat 15:30-a təyin edilmişdir. Səhhətində yaranan problemlərlə, narahatçılıqla ilə əlaqədar, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirib, apellyasiya şikayətini təmin edib, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini tamamilə ləğv edib, yeni qətnamə qəbul etməklə, iddia tələbinin tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlu məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq, göstərmişdir ki, “Bildirirəm ki, bir mərtəbədən ibarət tikiliyə dair Hüseynov İsmayıl Qara oğlunun adına ## ###### 2006-cı il tarixli, reyestr nömrəsi 503012000004-***** olan, qeydiyyat nömrəsi 260600457 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən serya MN № ******* olan Çıxarışda qeyd olunan və Hüseynov İsmayıl Qara oğlu tərəfindən İddiaçı ASC-yə 15000 manat pulun təminat üsulu olaraq girov qoyulmuş, ## ######## 2014-cü il tarixli, reyestr nömrəsi 503012000004-***** olan, qeydiyyat nömrəsi 2614005902 olan Serya RX № ******* olan Çıxarışla yüklü edilmiş əmlakı İddiaçı ASC-nin girovluğunda ola-ola Hüseynov İsmayıl Qara oğlu tərəfindən sökülüb məhv edildikdən sonra Hüseynov İsmayıl Qara oğlunun ## ######## 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan, çap tarixi ##.##.2016, saat 12:58 olan, Tovuz Rayon Notariat Kontorunun xüsusi notariusi X3 tərəfindən təsdiq edilmiş ərizəsi əsasında sözügedən bir mərtəbəli fərdi yaşayış evinin dövlət qeydiyyatı ləğv edilmiş, yenidən həmin əmlaka dair Hüseynov İsmayıl Qara oğlunun adına ## ######## 2016-cı il tarixli reyestr nömrəsi 503013088139-***** olan, qeydiyyat nömrəsi 2616007689 olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tkili kimi Çıxarış almışdır. Həmin iki mərtəbəli tikili hal-hazırda da yarımçıq tikili olaraq qalmaqdadır. Mübahisəli evə (tikiliyə) müvafiq ekspert tərəfindən və ya Sizin özünüz tərəfindən baxış keçirilərsə qeyd etdiklərimin həqiqət olduğunun tam öz gözünüzlə şahidi olarsınız. Göründüyü kimi İddiaçı ASC-nin girovluğunda olan daşınmaz əmlak hazırkı mülki iş üzrə iddiaçı tərəfindən formal olaraq üçüncü şəxs qismində qeyd edilmiş Hüseynov İsmayıl Qara oğlu tərəfindən 2016-cı il tarixdə qismən sökülüb məhv edildikdən sonra İddiaçı ASC-də girovda olan bir mərtəbəli, ümumi sahəsi 196,3 kv.mert olan tikilinin dövlət qeydiyyatı Hüseynov İsmayıl Qara oğlunun ## ######## 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan ərizəsi əsasında ləğv edilmiş, İddiaçı ASC-də girovda olan sökülmüş bir mərtəbəli ümumi sahəsi 196,3 kv.metr olan tikilinin yerdə qalan qalıqları və birinci mərtəbəsinin təməli, bünövrəsi üzərində yeni yenidənqurma işləri aparılmaqla iki mərtəbədən ibarət yarımçıq tikili inşa edilmiş, bu günədək də yarımçıq tikili olaraq qalmaqda olan tikiliyə də tam tikili kimi yenidən Hüseynov İsmayıl Qara oğlunun adına ## ######## 2016-cı il tarixli reyestr nömrəsi 503013088139-***** olan, qeydiyyat nömrəsi 2616007689 olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi bu dəfə 196,3 kv.metr olmaqla bir mərtəbəli kimi deyil, ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tikili kimi Çıxarış verilmişdir. Bir sözlə İddiaçı ASCnin başına İsmayıl Qara oğlu torba keçirib, mələdib, balaca uşağı aldadıb əlindən konfetini alan kimi girovunu əlindən alıb məhv etmişdir. Hüseynov İsmayıl Qara oğlunun 2016-cı ildə ## ######## 2014-cü il tarixli, reyestr nömrəsi 503012000004-***** olan, qeydiyyat nömrəsi 2614005902 olan Serya RX № ******* olan Çıxarışla İddiaçı ASC-nin yüklülüyündə, girovluğunda olan bir mərtəbəli, ümumi sahəsi 196,3 kv.mert olan tikilini söküb, məhv edib, ## ######## 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş reyestr nömrəsi 7E-9260 olan ərizəsi əsasında dövlət qeydiyyatını daşınmaz əmlakın dövlət reyestrində ləğv etdirib, ## ######## 2016-cı il tarixli reyestr nömrəsi 503013088139-***** olan, qeydiyyat nömrəsi 2616007689 olan, serya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən yarımçıq tikiliyə tam tkili kimi Çıxarış aldıqdan sonra qeyd olunan tikilini iz itirib, Bankı aldadıb, Bankın ipotekasında, yüklülüyündə olan əmlakı dələduzluq yolu ilə ələ keçirib, mənimsəmə cinayəti törədib, mənimsəmə məqsədi üçün Hüseynov İsmayıl Qara oğlu ##.##.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında öz doğma oğlu maraqlı şəxs2 İsmayıl oğluna bağışlanmış, sonradan həmin bağışlama müqaviləsi əsasında maraqlı şəxs2 qeyd olunan əmlaka dair öz adına ## #### 2017-ci il tarixli, qeydiyyat nömrəsi 2617004588 olan, reyestr nömrəsi 503013088139-***** olan hüquqların dövlət qeydiyyatı daqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və ## #### 2017-ci il tarixli, qeydiyyat nömrəsi 2617004588 olan, reyestr nömrəsi 503013088139-***** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında da Bankda girovda olan əmlakı iz itirib, Bankı aldadıb, Bankın ipotekasında, yüklülüyündə olan əmlakı dələduzluq yolu ilə ələ keçirib, mənimsəmə cinayəti törədib, mənimsəmə məqsədi üçün ## #### 2017-ci il tarixli, reyestr nömrəsi 4Ə-1387 olan daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında maraqlı şəxs2 İsmayıl oğlu öz arvadı -Hüseynov İsmayıl Qara oğlunun gəlini X16 bağışlamış, X16 da Bankın girovunda olan əmlaka dair öz adına ## #### 2017-ci il tarixli, qeydiyyat nömrəsi 2617005199 olan, reyestr nömrəsi 503013088139-***** olan serya RX № ******* olan hüquqların dövlət qeydiyyatı daqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, Sevil Hacıyeva isə öz növbəsində də yenidən Bankın girovluğunda olan əmlakı öz əri- Hüseynov İsmayıl Qara oğlunun doğma oğlu maraqlı şəxs2 İsmayıl oğluna bağışlamış və maraqlı şəxs2 Qara oğlu da həmin əmlaka dair öz adına ## ###### 2020-ci il tarixli qeydiyyat nömrəsi 2620004292 olan, reyestr nömrəsi 503013088139-***** öz adına olan hüquqların dövlət qeydiyyatı daqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bununla da Hüseynovlar ailəsi iz itirib, Bankı aldadıb, Bankın ipotekasında, yüklülüyündə olan əmlakı dələduzluq yolu ilə ələ keçirib, mənimsəmə cinayəti törədib, mənimsəmə məqsədlərinə çataraq, İddiaçı ASC-nin başına torba keçirib, mələdib, balaca uşağı aldadıb əlindən konfetini alan kimi girovunu əlindən alıb məhv etmişlər. Onların bu sevincləri çox çəkmədən maraqlı şəxs2 Quliyev Kənan İlqar oğluna 1 milyon 500 min manatdan çox borcu olduğundan Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli qərardadı və ##.##.2018-ci il tarixli icra sənədinə əsasən həmin əmlak Quliyev Kənan İlqar oğluna təklif olunmuş və sözügedən əmlak tələbkar Quliyev Kənan İlqar oğlu tərəfindən borcun əvəzinə qəbul edilərək, həmin ümumi sahəsi 254,4 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evinə dair Quliyev Kənan İlqar oğlunun mülkiyyət hüquqları ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla tanınmışdır. Qeydiyyata alındıqdan sonra dələduz Hüseynovlar ailəsi indiki kimi bankı müəyyən mənfəət, korrupsiya, rüşvət-alma, rüşvət vermə, məkrli niyyət, çirkin əməl, qeyri-prosessual münasibət və ünsiyyət qarşılığında qanunsuz və əsassız iddia qaldırmağa vadar etdikləri kimi əvvəllər də öz yaxın qohumları X8 və X11 da məkrli niyyət və çirkin əməl qarşılığında formal, qanunsuz və əsassız iddia qaldırmağa vadar etmişlər. Həmin iddaya da Gəncə Apelyasiya Məhkəməsinin ## ###### 2022-ci il, *(***)-****/**** nömrəli və Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli 2(102)- ***/**** nömrəli qərarları ilə hüquqi qiymətlər verilmişdir. Belə olan halda İddiaçı ASC-nin girovluğunda ola-ola 2016-cı il tarixdən məhv edilib dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş əmlakı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İmanova Zenfira İmanverdi qızınını xüsusi mülkiyyətinə heç bir aidiyyəti olmadığı halda İmanova Zenfira İmanverdi qızının xüsusi mülkiyyətində olan əmlakın üzərində bankın ipoteka yüklülüyünün bərpa edilməsini tələb etməsi hansı Qanunvericiliyə sığır????? Digər tərəfdən ləğv prosesində olan İddiaçı ASC iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-i il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (Sədrlik edən hakim X9) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Hüseynov İsmayıl Qara oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi (rədd edilməsi) qət edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (Sədrlik edən hakim Muradov Rəhman Şaban oğlu) təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir və Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsini almaqla yanaşı bu günədək də qanuni qüvvəsindədir. Apellyator olaraq apellyasiya şikayəti üzrə mülki işə onun iştirakı olmadan baxıb, apellyasiya şikayətlərinin tam təmin edilməsinə, Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə (təmin edilməməsinə) dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

32. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

33. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

34. Maddə 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir.

35. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

36. Maddə 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir.

37. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

38. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

39. Maddə 312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz.

40. Maddə 311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər.

41. Maddə 316. Əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, ipotekaya xitam verilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, ipotekaya xitam vermə daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın

42. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

43. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

44. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

45. Maddə 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

46. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

47. Maddə 15.2. İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

48. Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.

49. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

50. Əsas və ayrılmaz insan hüquqlarından biri kimi mülkiyyət hüququnun məhdudlaşdırılması qanuni olmaqla yanaşı, qanuni məqsədə - başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədinə xidmət etməli, mütənasib olmalı və bu hüququn mahiyyətinə zidd xarakter daşımamalıdır. Konstitusiyada mülkiyyət toxunulmaz elan edilməklə, azad sahibkarlıq fəaliyyətinə təminat verilməklə məntiqi zərurət olaraq mülki dövriyyədə müqavilə azadlığı da tanınır. Belə ki, fiziki və hüquqi şəxslərin mülkiyyətlə bağlı mənafeləri məhz mülkiyyət hüququndan sərbəst istifadə etməklə, azad surətdə müqavilələr bağlamaqla reallaşdırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## #### tarixli Qərar). Əsas Qanunun müvafiq maddələrdən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 312.4-cü maddəsi ilə ipoteka predmeti üzərində ipoteka saxlayanın hakimiyyəti məhdudlaşdırılaraq, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşmanın etibarsız olduğu təsbit edilmiş və bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığının ipoteka saxlayanların razılığından asılı olmadığı müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

51. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

56. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

57. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

58. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

59. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

61. Hazırkı apellyasiya şikayətində qətnamə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı və İsmayılov Mübariz Ziyat oğlu tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləbib, hesab edir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

63. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evi Hüseynov İsmayıl Qara oğlunun atası mərhum X2 mülkiyyətində olmuşdur. ##.##.2005-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Tovuz rayon Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı idarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində Hüseynov İsmayıl Qara oğlunun mülkiyyət hüququ qeydiyyata alınaraq *** nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. ##.##.2006-cı il tarixində Hüseynov İsmayıl Qara oğlunun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 196,3 kv.m. olan fərdi yaşayış evi üzərində əvvəl yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestr nömrəsi 503012000004-***** olan, MH–******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən 0,28 ha torpaq sahəsi vətəndaşın istifadəsində göstərilərək mülkiyyətə verilməmişdir. İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinə əsasən Hüseynov İsmayıl Qara oğluna bank tərəfindən 15.000 (on beş min) manat dövlət vəsaiti hesabına (SİF vəsaiti) şəxsi ticarətin genişləndirilməsi üçün kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.molan ** nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı tərəflər arasında ** saylı, ##.##.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. LPO İddiaçı ASC-nin ##.##.2022-ci il tarixli, ************* nömrəli məktubu ilə Hüseynov İsmayıl Qara oğluna məxsus olan Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində 0,28 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 196,3 kv.m olan ** nömrəli fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir və həmin məktuba əsasən əmlak üzərindən yüklülük götürülmüşdür.

64. Hazırda iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin üzərində bankın yüklülüyünün bərpa edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ************* saylı, ##.##.2022-ci tarixli məktub və *** saylı, ##.##.2022- ci il tarixli etibarnamənin saxta olduğunu, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məktub və etibarnamənin verilmədiyini, həmin tarixli və nömrəli sənədlərin heç vaxt tərtib edilmədiyini əsas gətirərək ##.##.2022-ci il tarixdə imzalanan AN – l № ******* daşınmaz əmlakın alqısatqısı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu təsdiq edən ************-***** nömrəli çıxarış və əmlaka dair texniki pasport ləğv edilməsini, İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində ** nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) üzərində ipoteka saxlayan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ipoteka yüklülüyünün bərpa edilməsini tələb etmişdir.

65. Lakin məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Hüseynov İsmayıl Qara oğlu arasında ##.##.2014-cü il tarixdə bağlanmış **** saylı kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində ** nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) hazırda mövcud deyildir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestr Publik Hüquqi Şəxsi Tovuz rayon ** saylı Ərazi İdarəsinin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, ## ##### 2022-ci tarixində məktub əsasında borc ödənildiyindən evin üzərində olan ipoteka yüklülüyü götürülmüşdür. Sonra İsmayıl Hüseynov onlara müraciət edərək, evin söküldüyünü və məhv olduğunu bildirərək, evin reyestrdən çıxarılmasını xahiş etmişdir. Həmin vaxt əmlaka baxış keçirilmiş və ev reyestrdən silinmişdir. 0.09 ha ümumi mülkiyyətdə olan torpaq sahəsi Zenfira İmanova satılmışdır. Hal-hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İmanova Zenfira İmanverdi qızına məxsus olması barədə DƏDRX tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi ünvan 2 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi Hüseynov Emil İsmayıl oğlunun, Hüseynov İsmayıl Qara oğlunun, maraqlı şəxs1, maraqlı şəxs2 İsmayıl oğlunun birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi İmanova Zenfira İmanverdi qızına Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun ##.##.2022-ci il tarixli *Ə*** nömrəli reyestrli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən ona satılmışdır. Hazırda həmin ünvan ünvan 3 Həmin alqı-satqı nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,097950 ha torpaq sahəsinə ************ nömrəli çıxarış verilmişdir. Üzərinə ipoteka yüklüyü qoyulmuş ev bir mərtəbəli ev idi, həmin ev məhv olmuşdur. Evin məhvi 2022-ci ildə aparılmışdır.

66. ##.##.2014-cü il tarixdə reyestr nömrəsi 503012000004-*****, MH–******* nömrəli çıxarışla Hüseynov İsmayıl Qara oğlunun mülkiyyətində olan fərdi yaşayış evinin İddiaçı ASCnin “Tovuz” filialının xeyrinə yüklü edilməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyasına təqdim edilmiş elektron çıxarışdan görünür ki, Hüseynov İsmayıl Qara oğlu ##.##.2022-ci il tarixdə “daşınmaz əmlakın məhv edilməsi haqqında” ərizə ilə 503012000004-***** reyestr nömrəli, fərdi yaşayış evinin məhv edilməsini xahiş etmiş, (daxil olma nömrəsi 2622009264) ##.##.2022-ci il tarixdə əməliyyat icra edilmişdir. Həmin əməliyyat kitaba öz əksini tapmasa da, sistemdə yerləşdirilmiş və müvafiq çıxarış verilmişdir. Hazırda kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Qovlar şəhəri, K.Məmmədov küçəsində ** nömrəli fərdi yaşayış evi (köhnə nömrə - 49) reyestrdən silinmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Hüseynov İsmayıl Qara oğluna münasibətdə ipoteka qeydiyyatının ləğvi ilə bağlı aparılmış qeydiyyatın reyestr kitabından çıxarışının və həmin işlə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətləri ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən əldə edilmiş, araşdırılmış və iş materiallarına əlavə edilmişdir.

67. Göründüyü kimi, yüklü edilmiş əmlak məhv edilmişdir. Odur ki, ipoteka yüklülüyünün bərpa edilməsi istisna edilir.

68. ##.##.2022-ci il tarixdə imzalanan AN – l № ******* daşınmaz əmlakın alğı-satqısı müqaviləsi əsasında Tovuz rayon ** saylı Ərazi İdarəsi tərəfindən ##.##.2022-ci il tarixdə İmanova Zenfira İmanverdi qızına məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,0979 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu təsdiq edən ************-***** nömrəli çıxarış və əmlaka dair texniki pasport ləğv edilməsi barədə apellyator Zenfira İmanovanın dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda Zenfira İmanovanın mülkiyyətində olan daşınmaz əmlakın məhz bankın xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak olması sübuta yetirilməmişdir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi ünvan 2 ünvanında olan 0,097595 ha həyətyanı torpaq sahəsi Hüseynov Emil İsmayıl oğlunun, Hüseynov İsmayıl Qara oğlunun, maraqlı şəxs1, maraqlı şəxs2 İsmayıl oğlunun birgə mülkiyyətində olmuşdur və həyətyanı torpaq sahəsi İmanova Zenfira İmanverdi qızına Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun ##.##.2022ci il tarixli *Ə*** nömrəli reyestrli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. İki mərtəbəli evin lahiyəsini Zenfira İmanova təqdim etmişdir. Üzərinə ipoteka yüklüyü qoyulmuş ev bir mərtəbəli evdir. Həmin ev məhv olmuşdur. Ev məhv olunandan sonra qeydiyyatı aparılmış, şəhadətnamə torpağa verilmiş, torpağın üzərində tikili olmuşdur. Torpağın üzərində tikili olmasının Tovuz rayon ** saylı Ərazi İdarəsinə fərqi olmamış, onlar Zenfira İmanovaya çıxarış vermişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 196,3 kv.metr olmaqla bir mərtəbəli kimi deyil, ümumi sahəsi 254,4 kv.metr olmaqla iki mərtəbəli yarımçıq tikiliyə tam tikili kimi Çıxarış verilmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı verdiyi izahatında göstərmişdir ki, mübahisəli ev ipotekaya qoyulmamışdır. o, mübahisəli torpaq sahəsini alanda digər ev var idi. Onun aldığı torpaq sahəsində ev sonradan tikilmişdir. O, torpaq sahəsini İsmayıl Hüseynovun ailəsinin hamsının razılığı ilə almışdır. Həyətdə iki dənə ev var idi.

69. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə K.N.Qəribovanın şikayəti üzrə qəbul etdiyi ## ### 2008-ci il tarixli Qərarında “vicdanlı alıcı”nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə “vicdanlı alıcı” ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma “vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Məhkəmə iş üzrə gəldiyi nəticəni daha da işıqlandırmaq üçün İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi ## ###### 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etmişdir ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır.

70. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlunun apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri digər apellyator mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızının apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etsə də, üçüncü şəxs qismində işə cəlb edilmiş Mübariz İsmayılovun qəbul edilmiş qətnamənin hansı maraqlarına toxunması, iş üzrə hansı hüquqlarının pozulması kollegiya tərəfindən müəyyən edilməmişdir. Belə ki, o nümayəndə qismində iştirak etmiş və təmsil edən şəxs kimi bağladığı müqavilələri və sazişləri yalnız təmsil etdiyi şəxsin adından imza etmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlu verdiyi izahatında, apellyasiya şikayətində və məhkəmə kollegiyasına ünvanladığı ərizəsində məhz üçüncü şəxslərin mənafeyindən çıxış etmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs maraqlı şəxs1 izahatında göstərmişdir ki, Mübariz İsmayılov onların hüquqi işlərini görürdü. Onun ilə qonşu olmuşlar.

71. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ləğv prosesində olan İddiaçı ASC iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-i il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Hüseynov İsmayıl Qara oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi (rədd edilməsi) qət edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir və Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəsini almaqla yanaşı bu günədək də qanuni qüvvəsindədir.

72. Aidiyyət qaydaların pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, məhkəmə bu hissədə düzgün qiymət vermişdir və işə baxmağa səlahiyyəti olmuşdur.

73. İddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayan kollegiya qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinin qanuni qüvvəsini alması və bu səbəbdən hazırki iş üzrə iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün iddia müddətinin ötürülməsi müəyyən edilməmiş, hər hansı bir tələb üzrə iddia müddəti ötürülməmişdir. Baş vermiş hadisələr barədə iddiaçıya 2024-cü ilin qış aylarında məlum olması iş materillarında olan sənədlərin tarixləri ilə ağlabatan hesab olunur. İddiaçı hazırki iddia tələbi ilə ##.##.2025-ci ildə Tovuz RM müraciət etmişdir. Habelə, iddia müddətinin tətbiq edilməsi məhkəmə iclasında iştirak edən mübahisə tərəflərinin yazılı ərizəsi əsasında tətbiq edilir.

74. Qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

75. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İsmayılov Mübariz Ziyat oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İmanova Zenfira İmamverdi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar