Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-395/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə və cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «evdən çıxarılma və evin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, 2**********-***** reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 görünür ki, ümumi sahəsi 80,8 kvadratmetr olan Gəncə şəhəri, X1 küçəsi, 35 A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2024-cü il tarixli ləğv edilməsi, iş yenidən baxmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və iddiaçı İddiaçı kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.
3. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, X4 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsində yerləşən **A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamədə sübutların tədqiqi hissəsində göstərilir; - Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli 2(044)- ****/**** nömrəli qətnaməsinin və həmin qətnamə üzrə icra sənədinin surətindən görünür ki, Cavabdeh 30.000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli qərardadına əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin ## ###### 2019-cu il tarixli qərarına əsasən borclu Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev **A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin ## #### 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev **A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin ## #### 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev **A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev **A nömrəli fərdi yaşayış evinə dair cavabdeh İddiaçı adına verilmiş ## #### 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «evdən çıxarılma və evin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35 A ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, eləcə də Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35 A ünvanının tamamilə boşaldılmaqla ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə EMİS vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, cavabdeh Cavabdeh iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35 A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi ev 35 A fərdi yaşayış evi mülkiyyət hüquqi ilə ona məxsusdur. Cavabdeh Cavabdeh ona məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35 A fərdi yaşayış evindən çıxmır. Onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. O, özünə məxsus Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 35 A fərdi yaşayış evindən cavabdehin çıxarılması ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh evdən əşyaları ilə birlikdə çıxmır. O, isə məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
8. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, X1 küçəsində yerləşən **A nömrəli fərdi yaşayış evindən çıxarılması, Gəncə şəhəri, X1 küçəsində yerləşən **A nömrəli fərdi yaşayış evinin iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə Cavabdeh mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsində yerləşən **A nömrəli fərdi yaşayış evinin ## #### 2020-ci il tarixdə əvəzli qaydada İddiaçı adına özgəninkiləşdirildiyi, qeyd olunan evdən istifadəyə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan qaydada İddiaçı və cavabdeh arasında hər hansı müqavilə bağlanmadığı, bununla da Cavabdeh Gəncə şəhəri, X1 küçəsində yerləşən **A nömrəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda İddiaçı Gəncə şəhəri, X1 küçəsində yerləşən **A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdeh Cavabdeh hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində İddiaçı iradəsinə zidd olaraq Cavabdeh ona məxsus yaşayış sahəsində yaşaması onun mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 29.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 157.4, 158.1, 158.3, 228.1, 228.2 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (## ####### 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Buna baxmayaraq, məhkəmə sözügedən qətnaməni çıxaran zaman mübahisəni Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll etmək əvəzinə, ## ####### 2009-cu il tarixindən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cü maddəsinə istinad etmişdir ki, bu da tamamilə qanunsuz olmaqla bərabər, həm də olduqca absurd bir yanaşmadır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ## #### 2016-cı il tarixli qərarının 2-ci bəndinə görə, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Lakin məhkəmə sözügedən qətnaməni çıxaran zaman bu qərarda qeyd edilənlərin tamamilə əksinə olaraq mənə hər hansı bir kompensasiya verilmədən yeganə yaşayış yerim olan və 40 il ərzində fasiləsiz yaşadığım evdən çıxarılmağımı qət etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
17. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. 43-cü maddəsinin İ hissəsi: Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 646.1. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
24. Maddə 648.1. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında vaxtı ilə borc münasibəti olmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ##### 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla İddiaçı verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin ## #### 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi ev **A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuş, iddiaçı isə Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini qəbul etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin ## #### 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu Cavabdeh adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi ev **A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq, mübahisəli fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh İddiaçı, DƏDRX * saylı Gəncə ərazi idarəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami rayonu X1 küçəsi ev **A nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş ## #### 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmadığın üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə mübahisəli mənzil «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuş, İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmiş və ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, 2**********-***** reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 ilə ümumi sahəsi 80,8 kvadratmetr olan Gəncə şəhəri, X1 küçəsi, 35 A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Hazırki iş üzrə cavabdeh həmin çıxarışı məhkəmə qaydasında mübahisələndirsə də, onun tələbi təmin edilməmişdir.
39. Həmçinin cavabdeh Cavabdeh mübahisə predmeti olan mənzilə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Belə ki, cavabdeh mənzilin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən çıxmamış və hazırkı mülkiyyətçi ilə onun arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. Başqa sözlə, iddiaçının hazırda mübahisəli mənzilin mülkiyyətçisi olması mübahisəsizdir və cavabdehin isə həmin mənzillə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdeh Cavabdeh həmin evə dair mülkiyyət hüquqları itirilmişdir.
40. Kollegiya qeyd edir ki, cavabdehin adına mülkiyyət hüququ ilə məxsus olan mübahisəli mənzil cavabdehin borcunun müqabilində iddiaçıya təqdim edilmiş və iddiaçı borcun əvəzində həmin mənzilin mülkiyyət hüququnu qəbul etmişdir. Mülkiyyət hüququnun keməsi özü-özlüyündə istifadə, sahiblik və sərəncam hüququnun keçməsini ehtiva edir ki, bu halda cavabdeh Cavabdeh mübahisəli mənzilə istgifadə hüququnu da itirmiş olur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması barədə dəlilini əsassız hesab edir.
41. Belə olan halda cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus mənzildə yaşayır ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Mülki qanunvericiliyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il ## ####### tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır .
43. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməməkdə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.