Məhkəmə qərarları › İş №2(3-7)-407/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-407/2026

13.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-407/2026 13.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinə qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, mülkiyyətdən maneəsiz istifadə hüququnun təmin edilməsi, zəbt edilmiş torpaq sahəsinin azad edilməklə mülkiyyətçilərə təhvil verilməsi, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması və ya bunun əvəzində torpaq və üzərindəki çox illik əkililərə görə kompensasiyanın hesablanaraq əvəzinin ədalətli ödənilməsi, maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(023)-6/2025 nömrəli qətnaməsindən cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, mülkiyyətdən maneəsiz istifadə hüquqlarının təmin edilməsı, zəbt edilmiş onlara məxsus Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-də xx.xx.2020-ci il tarixdə qeydə alınmış, **********06 reyestr nömrəli çıxaırş əsasında mülkiyyətlərində olan torpaq sahəsinin 24 sot hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək, boşaldılması və onlara təhvil verilməsi, zəbt edilmiş həmin torpaq sahəsində inşa edilmiş bütün qanunsuz tikililərin iş üzrə cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması, bu mümkün olmadıqda, bunun əvəzində zəbt edilmiş 24 sot torpaq sahəsinə görə maddi ziyan qismində 7200 manat, 24 sot torpaq üzərindəki məhv olunmuş üzüm bağına görə maddi ziyan qismində 123.184 manat, habelə son iki il ərzində bağdan məhsul götürülə bilməməsi ilə əlaqədar əldən çıxmış fayda qismində 25.000 manat məbləğində pulun, mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən iddiaçıların hər birinə bərabər hissədə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(023)-6/2025 nömrəli qətnaməsi (hakim Hemət Musayev) ilə iddia tələbi qismən təmin edilmiş, paylı mülkiyyətin mülkiyyətçilərinə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə cəmi 41.951 (qırx bir minmanat kompensasiya məbləğinin İddiaçı1 1/5 hissə, İddiaçı3 1/5 hissə, İddiaçı4 1/5 hissə və İddiaçı2 2/5 hissədə paylara uyğun, yəni İddiaçı1 8690,2 manat, İddiaçı3 8690,2 manat, İddiaçı4 8690,2 manat və İddiaçı2 17380,4 manat məbləğində bölünməsi və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsi tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 hər birinin paylarına mütənasib şəkildə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat, məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat, məhkəmə-bioloji ekspertizasının dəyəri olan 50 manatın "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin nümayəndəsi Vəkil2 həmin qətnamədən şikayət verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(023)-6/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Qazax Rayon Məhkəməsi 10 mart 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə münasibət bildirilməsi üçün işin həmin məhkəməyə göndərilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş yuxarıda qeyd olunan əsasla apellyasiya baxışından çıxarılaraq Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubllikasının Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 384.0, 384.0.6., 402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinə qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, mülkiyyətdən maneəsiz istifadə hüququnun təmin edilməsi, zəbt edilmiş torpaq sahəsinin azad edilməklə mülkiyyətçilərə təhvil verilməsi, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması və ya bunun əvəzində torpaq və üzərindəki çox illik əkililərə görə kompensasiyanın hesablanaraq əvəzinin ədalətli ödənilməsi, maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Mülki iş materialları Qazax Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar