Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-417/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X9 və Muradov Rəhman Şaban oğludan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı Kərimova İntizar Qara qızının və cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 iştirakı ilə, İddiaçı Kərimova İntizar Qara qızının cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- **/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.1989-cu ildə verilmiş II -FP № ****** olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Mikayılova İntizar Qara qızı arasında nikah ##.##.1989-cu ildə X11-Mantisk şəhər Qeydiyyat Şöbəsində 257 nömrə ilə rəsmişləşdirilmişdir. Ərə və arvada Kərimov soyadı verilmişdir.
2. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, X4 ilə Kərimova İntizar Qara qızının birgə nikahdan ##.##.1992-ci ildə X5 və ##.##.1993-cü ildə X6 adlı uşaqları olmuşdur.
3. Tərtər rayon Aqrar İslahat Komissiyasının ** saylı qərarı ilə verilmiş JN 314 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə qeyd edilən 0,06 ha həyətyanı torpaq sahəsinə görə X4, Kərimova İntizar Qara qızı, X5 və X6 paylı mülkiyyətçi kimi göstərilmişlər.
4. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli 2(061)- ***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Tərtər rayon Aqrar İslahat Komissiyasının ** saylı qərarı ilə Tərtər şəhərində 0,06 ha torpaq sahəsinin X4, Kərimova İntizar Qara qızı, X5 və X6 mülkiyyətinə verilməsinə dair olan JN 314 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsinin üzərində mərhum mülkiyyətçi X3 miras qalmış Tərtər şəhəri, Ü.Hacıbəyov küçəsi ** nömrəli ünvanda yerləşən evin onun vərəsəsi olan övladı X7 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Kərimova İntizar Qara qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddiaçı X7 cavabdehlər Kərimova İntizar Qara qızı, X5 və X6 qarşı “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamənin ləğv edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
5. Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən vəkil sorğusuna verilmiş ##.##.2023-cü il tarixli cavab məktubundan bildirilmişdir ki, ünvan 4 ünvanında əlavə olaraq tikilmiş yaşayış evi barəsində X7 tərəfindən rayon İcra Hakimiyyətinə müraciət olunmamış və ona heç bir icazə sənədi verilməmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Kərimova İntizar Qara qızına ünvanladığı ##.##.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçı X7 cavabdehlər X5 və qeyrilərinə qarşı “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamənin ləğv edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ##.##.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Nəzərə çatdırılmışdır ki, qətnamə ilə bağlı icra hərəkətləri olmadığından mülki iş ##.##.2019-cu il arixdə Gəncə Apellyasiya Məhkəməsinin arxivinə təhvil verilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22.12. 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli 70 kv.metr tikilinin 50 kv.metr hissəsi Tərtər rayon Aqrar İslahat Komissiyasının ##.##.2025-ci il tarixli ** saylı qərarı ilə ##.##.2006-cı il tarixli JN 314F KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamə əsasında X4, Kərimova İntizar Qara qızı, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Tərtər rayon Üzeyir Hacıbəyov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində olmaqla qərb hissəsində tikilmişdir. Tikilinin 20 kv.metr hissəsi JN 314F KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamə əsasında digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür və naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli tarixli məktubundan görünür ki, Ali Məhkəmənin torpaq mübahisələri üzrə işlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəylərinə istinad edilməklə qərarların qəbuluna dair icmal tövsiyələrin hazırmasını nəzərə alaraq, məsələnin həllinin təmin edilməsi məqsəduyğun hesab edilir.
9. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş * saylı Bərdə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, Tərtər şəhəri, Ü.Hacıbəyov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi ##.##.2018-ci il tarixli, 1818010710 qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiqli surətləri iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmə kollegiyasının sorğusu əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Tərtər rayon şöbəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair *-*(**)-***/**** saylı mülki iş əldə edilmiş, baxış keçirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)-***/**** saylı qərarı ilə JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Tərtər rayon şöbəsinin üzərinə istifadəsində olan 0.06 ha torpaq sahəsinə iddiaçı X7 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2015ci il tarixli, *-*(***)-***/** saylı yekun qərarı ilə iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Tərtər rayon şöbəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Kərimova İntizar Qara qızı cavabdeh Cavabdeh qarşı JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında ona və ailə üzvləri X5 və X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən qanunsuz tikilmiş yaşayış evinin, hasarın cavabdeh Cavabdeh Səlom qızı tərəfindən sökülməsi, söküntünün və söküntü materiallarının daşınıb aparılmasının cavabdeh Cavabdeh öz şəxsi hesabına həyata keçirilməsi, hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1989- cu ildə Tərtər şəhər sakini X4 ilə faktiki nikah münasibətinə girməklə ailə qurmuşdur. Nikahları rəsmi qeyd edilmişdir. Birgə nikahlarından iki övladları olmuş və onlar artıq böyümüş və həddi büluğa çatmışlar. Tərtər rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə onların ailəsinə Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində 0,06 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Bu barədə onlara ##.##.2006-cı il tarixli JN-314F KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında həmin 0,06 ha həyətyanı torpaq sahəsi X4, Kərimova İntizar Qara qızının, X5 və X6 ümumi birgə mülkiyyətidir. Evlərinə rəsmi ünvan olaraq ünvan 1 ünvanı verilmişdir. Onlar həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. X1 ##.##.2010-cu ildə vəfat etmişdir. Ərinin vəfatından sonra digər qaynı X7 onlara məxsus olan torpaq sahəsində qanunsuz fərdi yaşayış evi tikməyə cəhd etmişdir. Onların narazılığından sonra tikili yarımçıq qalmışdır. X7 həmin evi tikməsi üçün onun Tərtər Rayon İcra Hakimiyyətindən razılıq verilməsinə dair sərəncam, tikdiyi evə dair qanunvericiliyə uyğun təsdiqlənmiş layihəsi, Tərtər şəhəri üzrə memarın razılığı və s.yoxdur, yəni evi özbaşına və qanunsuz olaraq tikmişdir. X7 2022-ci ilin oktyabr ayında vəfat etdikdən sonra onun bacısı, yəni hazırki cavabdeh Cavabdeh qanunsuz tikilmiş evə sahiblənmiş və həmin evdən istifadə etmişdir. Cavabdeh tikilinin qanunsuz olduğunu, tikilini söküb torpaq sahəsini onlara təhvil verməsini bildirmiş, lakin cavabdeh ona məhəl qoymamış və evin sökülməsinə imkan verməmişdir. Odur ki, məhkəmədə cavabdeh Cavabdeh qarşı JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında ona və ailə üzvləri X5 və X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən qanunsuz tikilmiş yaşayış evinin, hasarın cavabdeh Cavabdeh Səlom qızı tərəfindən sökülməsi, söküntünün və söküntü materiallarının daşınıb aparılmasının cavabdeh Cavabdeh öz şəxsi hesabına həyata keçirilməsi, hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə iddia qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında ona və ailə üzvləri X5 və X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən qanunsuz tikilmiş yaşayış evinin, hasarın cavabdeh Cavabdeh tərəfindən sökülməsi, söküntünün və söküntü materiallarının daşınıb aparılmasının cavabdeh Cavabdeh öz şəxsi hesabına həyata keçirilməsi, hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın qismən təmin edilməsi, Tərtər Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə ##.##.2006-cı il tarixli JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında iddiaçı Kərimova İntizar Qara qızının, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qərb hissəsində qanunsuz tikilmiş fərdi yaşayış evi və hasar - 50 kv.metr hissədə cavabdeh Cavabdeh tərəfindən sökülsün, söküntünün və süküntü materiallarının daşınıb aparılması cavabdeh Cavabdeh şəxsi hesabına həyata keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarını, iddiaçıların izahatını, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyini və digər sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005ci il tarixli ** saylı qərarı ilə ##.##.2006-cı il tarixli JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında iddiaçı Kərimova İntizar Qara qızının, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qərb hissəsində qanunsuz tikilmiş fərdi yaşayış evi və hasar - 50 kv.metr hissədə cavabdeh Cavabdeh tərəfindən sökülməli, söküntünün və süküntü materiallarının daşınıb aparılması cavabdeh Cavabdeh şəxsi hesabına həyata keçirilməlidir.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 180-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 78.1 və 217-218-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
16. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Kərimova İntizar Qara qızı onun mərhum qardaşı X4 arvadıdır. İddiaçı qardaşı ilə ailə hayatı qurmuş və onların birgə nikahlarından iki övladları olmuşdur. İddiaçının iddia etdiyi fərdi yaşayış evi onların ata yurdudur. Digər qardaşı Ələkbər Kərimov dədə-baba evlərinin yerində ev tikmişdir, daha doğrusu köhnə ata-baba yurdu bərpa etdirmişdir. İddiaçının ailəsinə, yəni qardaşı Eynullanın ailəsinə Tərtər Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin vaxt qardaşı Enulla və onun ailəsi Rusiya Federasiyasında olmuşdur. Buna baxmayaraq, onlarının adına Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə işləmişdir. Həmin vaxt onların ata yurdu bitişik torpaq sahəsi qardaşı Eynullanın və ailəsinin adına işləmişdir. İddiaçının qanunsuz tikili dediyi ev birdaha qeyd edir ki, onların ata-baba yurdudur. Həmin evin bərpası zamanı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü fərdi yaşayış evinin tikilməsi məqsədilə X8 kitabına qardaşım Ələkbər kərimovun adına Tərtər rayon məhkəməsinin ## ##### 2012-ci il tarixli *(**)-***/**** saylı qətnaməsi əsasında işlənilmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi hazırki qətnaməni qəbul edərkən, Tərtər rayon məhkəməsinin ## ##### 2012-ci il tarixli *(**)-***/**** saylı qətnaməsini və onun əsasında nəzərə almamışdır. Bunun əsasında da Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyesterindən RX seriyalı ******** nömrəli Çıxarışın qardaşı X7 adına verilmişdir. Mübahisəli evin heç bir hissəsi iddiaçıya aid olan torpaq sahəsini düşmür. Bir daha qeyd edir ki, mübahisəli ev ata-baba yurdu olmaqla, 1900-cu illərin əvvəllərində tikilmiş, onlar həmin evdə doğulub böyüyüb boyabaşa çatmışdır. Sadəcə olaraq qeyd etdiyi kimi, qardaşı Ələkbər 2012-ci ildə evi yenidən bərpa etdirmiş və köhnə sənədlərin əsasında sənədlərini təzələmiş, eyni zamanda öz adına sənədləri çıxartdırmışdır. Sözügedən ev iddiaçının torpaq sahəsinə düşsə idi, həmin evin bərpası zamanı iddiaçı buna imkan verməzdi. İddiaçı yaxşı bilir ki, həmin ev onların ata-baba yurdudur və köhnədən tikilmişdir. Sadəcə onların ailəsinə torpaq sahəsi ayrıldıqda hesab edir müəyyən sürüşmə ilə torpaq sahələri verilmiş, o, onların ata-baba yurdu ilə müəyyən hissə üst-üstə düşmüşdür. Göründüyü kimi, mütəxəsis rəyində də qeyd edilmişdir ki, 70 kv m olan evin 20 kv.m-ri iddiaçının torpaq sahəsinə düşmüşdür. Təəssüflər olsun ki, İ instansiya məhkəməsi işi tam, düzgün və hərtərəfli araşdırmamışdır. Göstərdiyi bu hallara araşdırmamışdır. Bu azmış kimi mütəxəsis rəyi ilə cəmi 20 kv.m hissənin üst-üstə düşməsi müəyyən olunmasına baxmayaraq, 50 kv.m hissənin sökülməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə onu da qeyd etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin adına verilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-314 F KOD ******** nömrəli şəhadətnaməTərtər Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(**)-***/**** saylı qətnaməsi ilə ləğv edilmişdir və həmin qətnamə qanunu qüvvəsini almışdır. (qüvvədədir). Hesab etmişdir ki, İ instansiya məhkəməsinin sözügedən qətnaməsi tam qanunsuz və əsasızdır. Ona görə də, həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətindədir. O, Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci İ tarixli qətnaməsi zor-bəla ilə ##.##.2026-cı il tarixdə məhkəmə qəbzini imza etməklə birtəhər almışdır.
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının iddia etdiyi və sökülməsini tələb etdiyi tikili cavabdeh Cavabdeh ata-baba evi olmuşdur. İddiaçı İntizar Kərimova cavabdeh Cavabdeh gəlinləridir. Həyətdə iki ev vardır. Torpağın verilməsi ilə bağlı şəhadətnamə var. Onlar apellyasiya şikayətinə *(**)-***/**** saylı Tərtər Rayon Məhkəməsinin qətnaməsini əlavə etmiş və o qətnamə ilə şəhadətnamə ləğv edilmişdir. Tərtər Rayon Məhkəməsi həmin qətnaməyə əhəmiyyət verməmişdir. Torpaq iddiaçı İntizar Kərimovaya, ərinə və övladlarına verilmişdir. İddiaçı İntizar Kərimova o evə gəlin köçmüşdür. Mübahisəli ev ata-baba mülkü olmuşdur. Ev yenidən bərpa olunmuşdur. 2012- 2015-ci illərdə aralarında razılıq olmuş və hasar çəkilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Kərimova İntizar Qara qızı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2006-cı ildə mübahisəli torpaq verilmişdir. Onların şəhadətnaməsi qüvvədədir. Eynulla Kərimov həyat yoldaşı olmuşdur. İki ev vardır. Mübahisəli ev sonradan tikilmişdir. Təxmini 2015-ci ildə tikilmişdir. Qarşı tərəf Eynulla Kərimov vəfat etdikdən sonra evin sənədlərini ondan almışdır. Mübahisəli evin sökülməsini istəyir. Sonradan ev və hasar tikilmişdir. 2006-cı ildə torpaq yalnız onlara verilmişdir. Eynulla Kərimov vəfat etdikdən sonra qarşı tərəflə münasibətlər pisləşdi və onlarla tək bacara bilmədi. 2010-cu ildə əri rəhmətə gedən zaman evin sənədlərini onlardan almışlar. O, elə bilmişdir ki, ona köməklik edəcəklər. Lakin qarşı tərəf şəhadətnaməni ləğv etdirmişdir. O, aldadıb, torpağı zəbt etmişdilər. 2012-ci ildən məhkəmə mübahisələri vardır. Əvvəllər qaynı ilə mübahisələri olmuş, sonra isə baldızı ilə mübahisələri olmuşdur. Qarşı tərəf oranı satmaq istəmişdir.
21. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. O, məhkəmə iclasında nümayəndəsi olan vəkil vasitəsi ilə təmsil edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
22. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
29. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
33. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
34. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
35. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
36. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
41. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
42. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
48. Belə ki, işin mübahisəsiz halıdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının ** saylı qərarı ilə verilmiş JN 314 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamə ilə həmin sənəddə qeyd edilən 0,06 ha həyətyanı torpaq sahəsinə görə X4, Kərimova İntizar Qara qızı, X5 və X6 paylı mülkiyyətçi kimi göstərilmişlər.
49. İddia tələbinin təmin edilmiş və hazırda mübahisələndirilən hissəsi ondan ibarətdir ki, Tərtər Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə ##.##.2006-cı il tarixli JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında iddiaçı Kərimova İntizar Qara qızının, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qərb hissəsində qanunsuz tikilmiş fərdi yaşayış evi və hasar - 50 kv.metr hissədə cavabdeh Cavabdeh tərəfindən sökülsün, söküntünün və süküntü materiallarının daşınıb aparılması cavabdeh Cavabdeh şəxsi hesabına həyata keçirilsin.
50. İşə baxan məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22.12. 2025-ci il tarixli mütəxəssis rəyinə istinad etmiş və həmin rəydə qeyd olunmuşdur ki, mübahisəli 70 kv.metr tikilinin 50 kv.metr hissəsi Tərtər rayon Aqrar İslahat Komissiyasının ##.##.2025-ci il tarixli ** saylı qərarı ilə ##.##.2006-cı il tarixli JN 314F KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamə əsasında X4, Kərimova İntizar Qara qızı, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Tərtər rayon Üzeyir Hacıbəyov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində olmaqla qərb hissəsində tikildiyi, tikilinin 20 kv.metr hissəsinin JN 314F KOD ******** nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamə əsasında digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə düşməsi müəyyən edilmişdir.
51. Apellyasiya şikayətinin dəlillərinin əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin torpaq sahəsi qonşuluqda yerləşməklə, digər mülkiyyətçi X7 da adına Tərtər şəhəri, Ü.Hacıbəyov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi ##.##.2018-ci il tarixli, 1818010710 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiqli surətləri iş materiallarına əlavə edilmişdir.
52. Məhkəmə kollegiyası əldə olunmuş ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəy məhkəmələr üçün məcburi xarakter daşımamaqla, digər sübutlarla birlikdə qiymətləndirilir. İşin halları və tədqiq edilmiş iş materialları ilə birlikdə yoxlanılır və hüquqi qiymət verilir.
53. Məhkəmə araşdırması və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Ələkbər Kərimov tərəfindən qeyd olunan ev onun xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində 2012-ci il tarixdə tikilmişdir. Tərəflər qonşuluqda yerləşdiyindən və qohumluq münasibətləri olduğundan iddiaçı Kərimova İntizar Qara qızının həmin tarixdən qeyd olunan evin tikintisindən xəbəri olmuş və irad bildirməmişdir. Susmaqla və ya irad bildirməməklə passiv razılığını bildirmişdir. Cavabdeh tərəfdə izahatında göstərmişdir ki, iddiaçı ilə 2012-2015-ci illərdə aralarında razılıq olmuş və hasar çəkilmişdir.
54. Kollegiya hesab edir ki, X7 2022-ci ildə vəfat etməsindən sonra iddiaçı tikilinin sökülməsini mübahisələndirmişdir. Bu isə onlar arasında əvvəllər razılıq olmasına dəlalət etmişdir. İş materiallarının 7-ci vərəqində olan Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçı Kərimova İntizar Qara qızı hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ancaq ##.##.2024-cü ildə * saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, hazırda həmin mülkdə Ələkbər Kərimovun bacısı hazırki iş üzrə cavabdeh Cavabdeh yaşamaqdadır. Cavabdeh tərəfindən qeyd olunan evin ata-baba yurdu olması və tikilinin yeni yox, köhnə tikilinin bərpa edilmiş olması ilə bağlı şikayətin dəlillərini təsdiq edən mötəbər sübutlar təqdim edilməsə də, kollegiya həmin dəlilləri daxili inamına əsasən inandırıcı hesab etmişdir. Fərdi yaşayış evi 2018-ci ildə X7 adına qeydə alınmışdır.
55. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».
57. Məhkəmə kollegiyası tərəflərin əvvəllərdə məhkəmə çəkişmələri olması ilə bağlı araşdırma aparmış və qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında Gəncə İnzibati- İqtisadi Məhkəməsinin icraatında olmuş, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Tərtər rayon şöbəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair *-*(**)-***/**** saylı mülki iş əldə edilmiş, baxış keçirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan iş üzrə Gəncə İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)-***/**** saylı qərarı ilə JN-134 F, KOD ******** nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Tərtər rayon şöbəsinin üzərinə istifadəsində olan 0.06 ha torpaq sahəsinə iddiaçı X7 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2015-ci il tarixli, *-*(***)-***/** saylı yekun qərarı ilə iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Tərtər rayon şöbəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır.
58. Eyni zamanda qeyd edilməlidir ki, bununla da iddiaçının hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüququ mövcuddur.
59. Həmçinin, iddiaçı X7 cavabdehlər X5 və qeyrilərinə qarşı “Torpağın Mülkiyyətə verilməsinə Dair” şəhadətnamənin ləğv edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ##.##.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
60. Göründüyü kimi, tərəflər arasında 0.06 ha torpaq sahəsinin mülkiyyəti ilə bağlı mübahisələr olmuşdur, hər iki tərəf həmin torpaq sahəsinin onun mülkiyyəti olmasını iddia etmişdir. Lakin evin tikilməməsi və ya hasarın çəkilməməsi ilə bağlı mübahisə olmamışdır. X7 evi qanunsuz tikili olmamış, adına Tərtər şəhəri, Ü.Hacıbəyov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi ##.##.2018-ci il tarixli, 1818010710 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, rəsmi çıxarış verilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 181.2 kv.m müəyyən edilmiş, digər göstəriciləri çıxarışda qeyd edilmişdir.
61. Qeyd edilməlidir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
62. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci və 16.6-cı maddələrində təsbit olunmuş dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından, reyestrin məzmununda qeyri-dəqiqlik sübuta yetirilməyincə və ya reyestr qeydi etibarsız sayılmayınca, həmin qeyd hüquqi baxımdan həqiqi hesab edilməlidir. Məhz buna görə də cavabdehin mülkiyyət hüququna dair reyestr çıxarışının ləğvi həyata keçirilmədiyindən, torpaq sahəsinin mühafizə zonası daxilində yerləşən hissələri üzrə mülkiyyət hüququ qüvvədə qalmaqda davam edir və bu hissələr üzrə mülkiyyət hüququnun mövcudluğu faktı məhkəmə tərəfindən də nəzərə alınmalıdır.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.