Məhkəmə qərarları › İş №2(3-7)-461/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-461/2026

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-461/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əmlaka zərər vurulmasının qarşısının alınması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi ziyanın əvəzinin ödənilməsi, qeyri-qanuni quraşdırılmış şkafın cavabdehin öz hesabına sökülməsi və sökülmüş betonun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026cı il tarixli *(***)-***/**** nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M ü ə y y ə n е t d i: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilinə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 500 manatın, mənəvi zərərin əvəzi olaraq 300 manatın və dövlət rüsumu qismində ödədiyi 30 manatın, ümumilikdə 830 manatın cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutulub ona ödənilməsi və cavabdehlərin mənzilinə su axmasına səbəb olan sukanalizasiya xətlərinin onların, yəni cavabdehlərin hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 Şəhriyar qızı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, cavabdehin evinə quraşdırdığı qaz peçinin sökülüb götürülməsi, qaz peçinin buraxdığı tüstü ilə mənzilinə vurulmuş ziyan kimi 2000 manat pulun mənzilin təmiri kimi ondan alınması, cavabdehin qapısının qarşısına qeyri-qanuni quraşdırılmış şkafın öz hesabına sökülməsi və binada yarana biləcək təhlükənin qarşısının alınması üçün cavabdehin vəsaiti hesabına sökülmüş betonun bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 400 manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq ilkin iddia üzrə iddiaçı İddiaçı verilməsi; Qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməsi; Qarşılıqlı iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 aid edilməsi; Qarşılıqlı iddia üzrə ödənilməmiş 60 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi; İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 250 manat xidmət haqqının ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq VÖEN: 1401981051, Bank: “xxxx” ASC Nərimanov filialı, Bank VÖEN-i: 9900001881, M.h: AZ03NABZ01350100000000002944, H.h: AZ471BAZ35090019444176788205, Kod: 805711, SWIFT: IBAZAZ2X hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından və apellyasiya şikayətinə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığına görə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından geri qaytarılmışdır. Bundan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 yenidən Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2(125)- ***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə əvvəlcədən ödənilmiş dövlət rüsumuna 5 manat əlavə edərək, ərizə ilə məhkəməyə müraciət edib, apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etsə də, məhkəmə ərizəsini nəzərə almadan apellyasiya şikayətini və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyriiş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən şikayət verilmiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması və prosessual müddətin buraxılmış olması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rəna Cəfərova tərəfindən verilmiş şikayətə nəzər saldıqda müəyyən olunur ki, şikayət MPM-ə * saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətinin bəzi hissələri kiril əlifbasının hərfləri ilə tərtib edildiyindən şikayətin həmin hissələri oxunaqsızdır. Bu hal da apellyasiya şikayətinin geri qaytarılması üçün qanuni əsasdır. Apellyasiya şikayətinin geri qaytarılması üçün digər qanuni əsas da şikayətin qanunla nəzərdə tutulmuş müddət buraxılmaqla verilmiş olmasıdır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsinin surəti ##.##.2025-ci il tarixdə Rəna Cəfərova tərəfindən rəsmi qaydada qəbul edilmiş, lakin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, yəni qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq prosessual müddət bitdikdən sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q ə r а r а а l d i: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar