Məhkəmə qərarları › İş №2(3-7)-477/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-477/2026

11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-477/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı İsrafil oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İsrafil oğlunun cavabdehlər Bayramov İsmayıl Polad oğlu və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Bayramov İsmayıl Polad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı İsrafil oğlu cavabdehlər Bayramov İsmayıl Polad oğlundan 2830 manat məbləğində pulun və 48.3 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bayramov İsmayıl Polad oğlu ondan bir yeşiyinin qiyməti 10 manat olmaqla, 283 yeşik xurma məhsulunun nağd pulunu verəcəyi adı ilə xurma yığdırmış və sonradan məhsulu apardıqdan sonra isə məhsulunu pulunu verməmişdir.

3. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Bayramov İsmayıl Polad oğlundan və cavabdeh1 2380 (iki min üç yüz səksən) manat məbləğində pul və 48.30 manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı İsrafil oğluna verilməsi qət edilmişdir.

4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər və iddiaçı arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, cavabdehlər öz izahatlarında dolayı yolla iddaçıdan məhsul aldıqlarını etiraf edirlər. Həmçinin onların hər ikisi iddiaçı ilə malın alqısatqısı barədə razılığa gəldiklərindən məhkəmə hesab edir ki, malın dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-387, 442, 567 və 600-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

6. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Bayramov İsmayıl Polad oğlu apellyasiya şikayəti verərək, qətnamənin cavabdeh Bayramov İsmayıl Polad oğluna aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılan zaman cavabdeh1 da əlavə cavabdeh kimi işə cəlb edildi. Bu onunla əlaqədar idi ki, iddiaçı İddiaçı İsrafil oğlu şəxsən onu tanımayıb və ona heç bir məhsul satmayıb. Belə ki, o, xurma məhsulunun yığımını aparırdı. Bu məqsədlə işəcəlb edilən əlavə cavabdeh cavabdeh1 yaxınlaşaraq ona xurma məhsulu yığılmasını tapşırmışdır. Rafiq ona yığdığı məhsulun pulunu nağd olaraq ödəmişdir. O, Rafiqin həmin xurma məhsulunu iddiaçı İddiaçı və ya başqa şəxslərdən almasınıdan xəbəri olmayıb. Məhkəmədə işə baxmağa başlayan zaman ona qarşı iddia irəli sürülmüşdü. O, iddiaçıdan ona məhsul verib-verməməsini soruşandan sonra cavabdeh1 əlavə cavabdeh kimi işə cəlb olundu. O, məhsulu cavabdeh1 alıb ona həmin məhsulun pulunu nağd olaraq vermişdir. cavabdeh1 iddiaçıdan məhsul alıb-almamasından və aldığı məhsulun pulunu verib-verməməsindən onun xəbəri olmayıb. Bu barədə məhkəmədə dedikləri nəzərə alınmayıb. Məhkəmə yalnız Rafiqin ona məhsulu iddiaçıdan aldığı barədə dediklərinə görə həmin məhsulun pulunun ondan da müştərək qaydada tutulması barədə əsassız qətnamə qəbul etmişdir.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsrafil oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun həyətyanı sahəsində xurma bağı vardır. İsmayıl Bayramov ilə xurmanın satılması barədə danışmışdır. İsmayıl Bayramov ilə xurmaların qiymətində razılaşaraq xurmaları ona satmışdır. cavabdeh1 yeşik daşıyan idi və bu danışıqlar olan zaman o da orda idi. cavabdeh1 yük maşını ilə yeşikləri gətirmişdir. Bu hadisə 2024-cü ildə baş vermişdir. Tam olaraq 283 yeşik hazır idi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, İsmayıl Bayramov ona demişdir ki, pulu yoxdur, ona 2 gün vaxt versin. O, gözlədi amma cavabdeh pulu vermədi. İsmayıl Bayramov xurmaları soyuducuya yığırdı. İsmayıl Bayramov cavabdeh1 zəng edərək, onda olan xurmaları götürməsini bildirmişdir. cavabdeh1 gəldi və xurmaları apardı. Pulu vermədilər, ondan 2 gün vaxt isdəmişdirlər. cavabdeh1 İsmayıl Bayramovun adamı idi. Ona cəmi 50 manat verilmişlər. İsmayıl Bayramov həyətinə gəlməmişdir. O, onun ilə kənddə, məscidin qabağına danımışdır. Xurmaların qiymətini İsmayıl Bayramov ilə danışmışdır. cavabdeh1 yeşikləri gətirmiş və aparmışdır. İsmayıl Bayramov demişdir ki, pulu cavabdeh1 vermişdir. cavabdeh1 isə ona demişdir ki, İsmayıl Bayramov ona pul verməmişdir.

10. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Cavabdeh Bayramov İsmayıl Polad oğlu kollegiyaya elektron ərizə ünvanlayaraq, bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 kollegiyaya teleqram ünvanlayaraq, bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh İsmayıl Bayramov tərəfindən qismən, ona aid hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İsrafil oğlu cavabdehlərə bir yeşiyinin qiyməti 10 manat olmaqla, 283 yeşik xurma məhsulunun verəcəyi adı ilə xurma yığdırmış və cavabdehlər həmin məhsulu apardıqdan sonra məhsulunu pulunu iddiaçıya verməmişlər. Bu iş cavabdehlərin birinci instansiya məhkəməsində verdikləri izahatlar ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh Bayramov İsmayıl Polad oğlu izahatında bildirmişdir ki, o, xurma almaq üçün Rafiq adlı şəxsə yaxınlaşmış və məhsulları ondan almışdır. Pulunu da elə Rafiqin özünə vermişdir. O, Rafiqin məhsulları Zirəddin adlı şəxsdən aldığını bilməmişdir. Cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, özü “broker” kimi fəaliyyət göstərir və hər yeşiyə görə 50 qəpik qazanc götürür. Göstərilən məhsulları İsmayılın tapşırığı əsasında iddiaçıdan götürüb İsmayıla vermişdir və İsmayıl ona pul verməmişdir.

32. Göründüyü kimi, işin mübahisəsiz halıdır ki, iddia tələbində göstərilən miqdarda və məbləğdə məhsul iddiaçı tərəfindən cavabdehlərə verilmişdir. Cavabdeh İsmayıl Bayramov məhsulun pulunu Rafiqə verdiyini, cavabdeh cavabdeh1 isə İsmayıl Bayramovun ona pul vermədiyini göstərmişdir.

33. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılır və qiymətləndirilir. Apellyasiya şikayətində İsmayıl Bayramov qeyd etmişdir ki, cavabdeh cavabdeh1 yaxınlaşaraq ona xurma məhsulu yığılmasını tapşırmışdır. Rafiq ona yığdığı məhsulun pulunu nağd olaraq ödəmişdir. O, Rafiqin həmin xurma məhsulunu iddiaçı İddiaçı və ya başqa şəxslərdən almasından xəbəri olmamışdır. İddiaçı İddiaçı isə bildirmişdir ki, o, İsmayıl Bayramov ilə xurmanın satılması barədə danışmışdır. İsmayıl Bayramov ilə xurmaların qiymətində razılaşaraq xurmaları ona satmışdır. cavabdeh1 yeşik daşıyan idi və bu danışıqlar olan zaman o da orda idi. Kollegiya iddiaçının izahatını səmimi qəbul etməklə, hesab edir ki, cavabdeh İsmayıl Bayramovun ifadələri inandırıcı olmamaqla, öhdəlikdən yayınma xarakteri daşıyır. İş materialları, həmçinin digər cavabdeh cavabdeh1 izahatı ilə təkzib olunur.

34. Apellyasiya şikayətində cavabdeh İsmayıl Bayramov məhsulun pulunu cavabdeh1 verdiyini bildirmişdir. Lakin həmin pulların qaytarılması ilə bağlı heç bir dəlilini kollegiyaya təqdim etməmişdir. Cavabdehin İsmayıl Bayramovun nisyə aldığı məhsulun pulunu ödəməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).

36. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Bayramov İsmayıl Polad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar