Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-481/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh3, eləcədə cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı iddiaçı2, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, eləcədə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 iştirakları ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Şəhadətnamədən (VÖEN **********) görünür ki, cavabdeh2 ##.##.2006-cı il tarixdə sahibkar kimi qeydiyyatdan keçmişdir.
3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli Xüsusi Lisenziyadan görünür ki, cavabdeh2 Baytarlıq preparatlarının satışını həyata keçirməyə icazə verilmişdir.
4. Iri buynuzlu heyvanların 2025-ci ilin may və iyun aylarında olan orta bazar qiyməti aşağıda göstərilmişdir: - Camış 1 ədəd balalı 2-ci qarın doğmuş,təxmini orta bazar qiyməti 2500-3000 manat - 1 ədəd camış kəli 2 yaş diri çəkisi təxmini 350-400 kq olan təxmini orta bazar qiyməti 1800-2000 manat - 2 ədəd erkək kələ 2 yaş diri çəkisi təxmini 400 kq olan təxmini orta bazar qiyməti 2200- 2400 manat - 8 baş doğmuş inək yanı balalı 3-cü qarın (5 yaşında doğmuş inək) təxmini orta bazar qiyməti 2300-2500 manat - 8 baş erkək dana hər biri 120 kq olan təxmini orta bazar qiyməti 1500-1600 manat - 17 baş boğaz inək 2-ci qarın diri çəkisi təxmini 300-350 kq olan təxmini orta bazar qiyməti 2000-2300 manat - 10 baş dişi dana diri çəkisi təxmini 240-260 kq olan təxmini orta bazar qiyməti 1600-1700 manat - 8 ədəd boğaz düyə 1-ci qarın diri çəkisi təxmini 280-300 kq olan təxmini orta bazar qiyməti 1700-1800 manat təşkil edir.
5. Goranboy rayon prokurorluğunun böyük müstəntiqi, R, X2 tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cavabdeh3 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
6. Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçı1 və iddiaçı2 Goranboy RPŞ-nə etmiş olduğu müraciətin əsasında toplanmış material üzrə cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
7. Azərbaycan Respublikası Qida X9-X5 tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, *-**- */*-****/**** nömrəli müraciətə baxılması haqqında məktubdan görünür ki, Agentliyin X10nin, Goranboy rayon Icra Hakimiyyətinin və Goranboy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinin əməkdaşlarının iştirakı ilə iddiaçı1 məxsus təsərrüfata baxış keçirilmiş və 3 (üç) baş cəsədin daxili orqanlarından patoloji nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi Institutunun müvafiq laboratoriyasına göndərilmişdir. *******/LAB04-25001-T-001 nömrəli sınaq protokoluna əsasən, heyvan cəsədlərindən götürülmüş nümunələrin toksikoloji və parazitoloji müayinələri zamanı nümunələrdə uyğunsuzluq aşkar edilməmiş, bakterioloji müayinələri zamanı isə nümunələrdə heyvanların kütləvi tələf olmasına səbəb ola biləcək infeksion xəstəlik törədicisi olan Cl. Perfringens aşkar edilmişdir. Eyni zamanda Goranboy rayon X7 Idarəsi və Agentliyin X10nin əməkdaşlarının iştirakı ilə heyvanlarda patolojianotomik yarma aparılmışdır. Patoloji yarma protokollarına əsasən ölüm səbəbi heyvanların sahibkar tərəfindən qapalı şəraitdə çimizdirilməsi və fosforlu üzvi birləşmələrlə zəhərlənməsi olmuşdur.
8. ## ### 2025-ci il tarixli Aktdan görünür ki, Agentliyin X10nin, Goranboy RIH-nin və Goranboy rayon HSBX idarəsinin əməkdaşlarının iştirakı ilə sözügedən təsərrüfata baxış keçirilmiş, müəyyən edilmişdir ki, Goranboy rayon Tatarlı kəndi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxlanılan 64 baş iribuynuzlu heyvandan 52 baş iddiaçı2 və və 12 baş iddiaçı1 məxsusdur. Sözügedən təsərrüfatda saxlanılan heyvanların yaylağa getməsi ilə elaqədar sahibkar iddiaçı2 Goranboy rayon, Səfikurd kəndində fəaliyyət göstərən baytarlıq aptekindən "Bew Zinon 60%" (Diazinon tərkibli) baytarlıq preparatını alaraq heyvanları zərərvericilərə qarşı çimizdirmiş və bundan sonra qısa zaman müddətdə heyvanların hamısı tələf olmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Goranboy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.Əliyev) iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh3, eləcədə cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə ödənilmiş 470 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 21, 386, 1096, 1097-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. ## ### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdeh cavabdeh3 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı2 və iddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin məzmununa və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxslər heyvanları dərmanlamaq üçün ilkin olaraq Goranboy rayon Baytarlıq idarəsinin rəisi Elsevərlə əlaqə saxlamışlar. Daha sonra isə ## ### 2025-ci il tarixdə Bəxtiyar Ədaləti yığaraq nə vaxt gələcəyini soruşmuş, cavabında isə Ədalət ona dərmanları özünüz alın bizdə gəlib dərmanlayarıq demişdir. Bəxtiyar Zaurun aptekindən 60 % (0,5 lit) “Bevzinon” almış, Ədalət dərmanı 500 litrlik suya qatmış və heyvanlar qapalı yerdə dərmanlamışdır. Sonradan isə müəyyən olunmuşdur ki, həmin dərmanın sertifikatı yoxdur. Heyvanların çimizduirilməsi qeyri-iş günü həyata keçirilmişdir. Heyvanlar həmişə eyni dərmanla çimizdirilsədə, bu dəfə fərqli dərmanla həkim olmayan şəxs tərəfindən çimizdirilmişdir. Heyvanların çimizdirilməsi sürücüyə təklif olunsada sonuncu ondan imtina etməliydi. Cavabdehlərin təqsiri nəticəsində iddiaçılara ziyan dəymişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 izahatında bildirmişdir ki, Arzu heyvanların dərmanlanması məqsədilə ilkin olaraq Elsevərə müraciət etmişdir. Sonradan özüdə Elsevərə zəng etmiş, lakin ona zəng çatmamışdır. Heyvanları dərmanlamaq üçün ## ### 2025-ci il tarixdə sürücü Ədalətə zəng etmiş, sonuncuda idarə etdiyi maşınla gəlmişdir. Aptekdən aldığı 60 % (0,5 lit) “Bevzinon” dərmanı Ədalət 500 lit. suya qatmış oda şlankı tutaraq heyvanları qapalı şəraitdə çimizdirmişdir. Bir müddət keçdikdən sonra isə heyvanlar ölmüşdür. iddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, ## ##### 2025-ci ildə Arzu ona zəng edərək, heyvanların dərmanlanmasına (çimizdirilməsinə) köməklik göstərilməsini xahiş etmişdir. O da cavabında bildirmişdir ki, bu xidmət müqavilə əsasında göstərirlər, eləcədə lazım olan dərmanlar hal-hazırda yoxdur. Sürücü Ədalətin sonradan fermaya getməsindən xəbəri olmamış, nə də bu barədə ona göstəriş verməmişdir. 60 % (0,5 lit) “Diazinon” dərmanı ilə 60 % (0,5 lit) “Bevzinon” dərmanı eyni tərkibli olmaqla 100 iltr suya 100 qram dərman qatılmalı və baytar həkimin nəzarəti altında heyvanlar açıq şəraitdə dərmanlanmalı, yəni çimizdirilməlidir. Buna baxmayaraq iddiaçılar heyvanları özləri qapalı şəraitdə çimizdirmişdir. cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
19. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, ## ### 2025-ci il tarixdə Arzu ona zəng edərək bildirmişdir ki, heyvanları dağa aparmamışdan əvvəl dərmanlamaq istəyirlər. O da fermaya getmişdir. Maşının çəninə 500 litr su doldurmuş, Bəxtiyarın aldığı 60 % (0,5 lit) “Bevzinon” dərmanı 500 litrdən artıq suya qatılmasını ona təklif etsədə, o razılaşmamışdır. Dərmanı 500 litr suya qatdıqdan sonra Bəxtiyar özü şlankı tutaraq heyvanları damda çimizdirmişdir. cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, ## ### 2025-ci il tarixdə Bəxtiyar əmisi oğlu ilə birlikdə işlədiyi baytar aptekinə gəlmiş və ondan 60%-lik “Diazinon” istəmişdir. Diazinon olmadığından eyni tərkibli 60 % (0,5 lit.) “Bevzinon” təklif etmiş və 1 ton suya qatmağı ona məsləhət görmüş, o isə cavabında bildirmişdir ki, 1 ton suya qatanda xeyir eləmir. Bəxtiyarın ondan aldığı 60 % (0,5 lit.) “Bevzinon” dərmanı sonradan neçə litr suya qatıb istifadə etməsindən məlumatı olmamışdır. cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı iddiaçı1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Işin faktiki hallarından müəyyən olunur ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 işlərinə səhlənkar yanaşmaları nəticəsində təsərrüfatlarında olan 108000 manat dəyərində 64 baş iribuynuzlu heyvanlar öldüyünü əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
41. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb maddi ziyanın əvəzinin ödənilməsi barədədir və iddiaçıların irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və həmin maddi normalar bu qətnamənin 22-27-ci bəndlərində sadalanmışdır.
43. Tələbin əsaslılığının araşdırılması baxımından qeyd edilməlidir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
44. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu baxımdan, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
45. Bundan əvvəldə qeyd olunduğu kimi iddiaçılar təsərrüfatlarında olan iri-buynuzlu heyvanları 60 % (0,5 lit) “Diazinon”-la dərmanlamaq (çimizdirmək) istəmiş, lakin Safkürd baytarlıq aptekində həmin dərman olmadığından aptek sahibi cavabdeh2 iddiaçılardan iddiaçı2 eyni tərkibli 60 % (0,5 lit) “Bevzinon” təklif etmiş, sonuncuda həmin dərmanı almışdır. Alınmış dərman cavabdeh1 idarə etdiyi xüsusi təyinatlı avtomobildə sonuncu tərəfindən 500 litr suya qatılmış, iddiaçı2 isə şlankı tutaraq heyvanları qapalı şəraitdə (damda) çimizdirmiş və çimizdirmə başa çatdıqdan bir müddət keçdikdən sonra isə heyvanlar ölmüşdür.
46. Iddiaçı tərəf heyvanların ölməsində cavabdehlərin təqsirli olmasını, cavabdehlər isə iribuynuzlu heyvanların ölümündə təqsirlərinin olmamasını, əksinə iddiaçıların özlərinin səhlənkarlığı nəticəsində heyvanların öldüyünü iddia edirlər.
47. Istər iddiaçı, istərsədə cavabdeh tərəfin dəlillərinin araşdırılması məqsədilə 60 % (0,5 lit) “Diazinon” dərmanı ilə 60 % (0,5 lit) “Bevzinon” dərmanının eyni tərkibli olması, 60 % (0,5 lit) “Bevzinon” dərmanının istifadəsi zamanı neçə litr suya qatılması, 60 % (0,5 lit) “Bevzinon”-la heyvanları dərmanlama (çimizdirmə) prosesi qapalı və ya açıq şəraitdə aparılması, eləcədə 60 % (0,5 lit) “Bevzinon”-la heyvanların dərmanlama (çimizdirmə) prosesi baytar həkimin nəzarəti olmadan aparılması mümkün və ya istisna olması barədə ## #### 2026-cı il tarixdə qərardad qəbul edilmiş və iş üzrə müvafiq mütəxəssis rəyinin alınması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə həvalə olunmuşdur.
48. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli mütəxəsis rəyindən məlum olmuşdur ki, "Bew Zinon 60%" baytarlıq preparatının istifadə üzrə Təlimatına (bundan sonra Təlimat) əsasən ticarət adı "Bew Zinon 60%" olan preparatın patentləşdirilməmiş beynəlxalq adı Diazinondur. Xarici görünüşcə sarı rəngdən qəhvəyi rəngə qədər çaları olan emulsiya halında insektisid-akarisid baytarlıq preparatıdır. "Bew Zinon 60%" iri və xırdabuynuzlu heyvanların, atların, dəvələrin, keçilərin dəri parazitlərinə qarşı istifadə edilən geniş spektrli insektsid təsirə malik antiparazitar preparatdır. Preparat baytar həkiminin nəzarəti altında iri və xırdabuynuzlu heyvanların, dəvələrin ektoparazitlərinə (qotur və iksod gənələrinə, bit, birə və s.) qarşı sprey və çiləmə üsulu ilə tətbiq edilir. Iribuynuzlu heyvanlarda və dəvələrdə sprey və çiləmə üsulu ilə xaricə tətbiq üçün 1,0 litr preparat 1000,0 litr suya qarışdırılaraq istifadə olunur. Qoyun və keçilərə sprey və çiləmə üsulu ilə xaricə tətbiq üçün 1,0 litr preparat 1000,0 litr suya, vannalarda çimizdirmək üçün 1,0 litr preparat 2400,0 litr suya qarışdırılaraq istifadə olunur. Preparat kütləvi tətbiq edilməzdən əvvəl kiçik qrup (3-5 baş) heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. Bununla yanaşı preparatdan istifadə edilən zaman istehsalçının istifadə Təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilir. Təlimata əsasən hazırlanmış preparatla heyvanların baş hissəsini, xüsusən də gözburun və qulaqlarını gözləməklə 1 dəqiqə ərzində bütün tük örtüyü çimizdirilir. Qan-parazitar xəstəliklərinin profilaktikası məqsədilə heyvanların çimizdirilməsi yazın əvvəlində aparılır. Boğaz heyvanların çimizdirilməsi qadağandır. Heyvanların çimizdirilməsi açıq havada aparılmalıdır. Çimizdirmədən sonra tük örtüyü quruyana qədər heyvanlar havada, kölgəli yerdə saxlanılmalıdırlar. Istifadədən sonra ana məhlul olan çiləyici qablar və ya vannalar boşaldılır və təmiz su ilə yaxalanır. Boşalmış taraları məişətdə istifadə etmək olmaz və həmin taralar utilizasiya olunmalıdır.
49. Göründüyü kimi, mütəxəssis rəyi ilədə təsdiq olunur ki, "Bew Zinon 60%" olan preparatın patentləşdirilməmiş beynəlxalq adı Diazinondur. Bu da onu deməyə əsas verir ki, iribuynuzlu heyvanların dərmanlanması (çimizdirilməsi) üçün cavabdeh cavabdeh2 tərəfindən iddiaçıya təyinatına uyğun dərman təklif olunmuşdur. Belə olan halda iddiaçılara məxsus heyvanların ölümündə cavabdeh2 təqsiri müəyyən olunmur. Yəni, cavabdeh2 iddiaçı iddiaçı2 60 % (0,5 lit) “Bevzinon” satması onun sonuncuya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl kimi qiymətləndirilə bilməz.
50. Digər cavabdeh, yəni həmin dövrdə Baytarlıq idarəsinin müdiri vəsifəsində işləyən cavabdeh3 münasibətdə də kollegiya hesab edir ki, iddia düzgün olaraq rədd edilmişdir. Belə ki, iş materialları, eləcədə həm iddiaçı, həmdə cavabdeh tərəfin izahatlarından müəyyən olunur ki, iri-buynuzlu heyvanların dərmanlanması barədə cavabdeh3 müraciət olunsada, lakin sonuncu bu xidmətin müqavilə əsasında göstərildiyini, eləcədə hal-hazırda lazım olan dərman olmadığını bildirərək bunun mümkünsüz olduğunu demişdir. Eləcədə sürücü cavabdeh1 sonradan fermaya getməsindən xəbəri olmamış, nə də bu barədə ona göstəriş verməmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdeh3 bu davranışı iddiaçı tərəfə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl kimi qiymətləndirilə bilməz.
51. Cavabdeh cavabdeh1 münasibətdə də qeyd olunmalıdır ki, iddia düzgün olaraq rədd edilmişdir. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, 60 % “Bevzinon” preparat baytar həkiminin nəzarəti altında iri və xırdabuynuzlu heyvanların, dəvələrin ektoparazitlərinə (qotur və iksod gənələrinə, bit, birə və s.) qarşı sprey və çiləmə üsulu ilə tətbiq edilir. Iribuynuzlu heyvanlarda və dəvələrdə sprey və çiləmə üsulu ilə xaricə tətbiq üçün 1,0 litr preparat 1000,0 litr suya qarışdırılaraq istifadə olunur. Preparat kütləvi tətbiq edilməzdən əvvəl kiçik qrup (3-5 baş) heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur və heyvanların çimizdirilməsi açıq havada aparılmalıdır. 60 % (0,5 lit) “Bevzinon” cavabdeh1 tərəfindən düzgün olaraq 500 litr suya qatılsada, sonuncunun baytar həkim deyil, sürücu olması iddiaçı tərəfə açıq-aşkar bəlli olmuşdur. Buna baxmayaraq iddiaçı iddiaçı2 baytar həkim nəzarəti olmadan, eləcədə heyvanlar üzərində (cəmi 64 baş) kiçik qrup, yəni 3-4 baş heyvan üzərində hazırlanmış preparatı sınaqdan keçirmədən qapalı şəraitdə (damda) heyvanları kütləvi olaraq dərmanlamışdır (çimizdirmışdır). Cavabdeh cavabdeh1 iddiaçı iddiaçı2 (eləcədə digər iddiaçının) iradəsi ziddinə sonunculara zərər vurulmasına gətirib çıxara biləcək hər hansı bir hərəkətə yol verməmişdir. Əksinə həkim nəzarəti olmadan heyvanların dərmanlanması (çimizdirilməsi) prosessi iddiaçı tərəfin özünün iradə və təşəbbüsü əsasında baş vermişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh cavabdeh1 iddiaçı tərəfə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməmişdir.
52. Mülki prosessual qanunvericiliyə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçılar iddiaçı2 və iddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.