Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-489/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə tanışı Əli İmranovun işlədiyi Nəsimi rayonu, 4-cü mkr ərazisində yerləşən “Qartal Restoranında”xxxx“İNEX MMC” X4 qarşı borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və o həmin işə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə X4 ##.##.2023-cü il tarixli **** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 (otuzikimin yeddi yüz yeddimanat 26 qəpik) manat pulun tutularaq iddiaçı“İNEX” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin Qətnamədən də görünür ki, X4 ilə onların arasında “Alexandrite Pro” lazer epilyasiya cihazına olan ödənişlə bağlı da mübahisə vardır. Eləcə də, məhkəmənin diqqətinə onu da çatdırır ki, onlar X4 ilə yaxın münasibətlərdə olarkən, təxminən 2022-ci ilin avqust ayında Ulduz Qurbanova ondan borc olaraq ona 40.000 manat pul lazım olduğunu bildirmiş, o də həmin pulun ona nə üçün lazım olduğunu soruşanda o bildirmişdir ki, onun ailə üzvlərinin maddi vəziyyəti yaxşı deyil və imkansız olduqlarına görə Tovuz rayonunda mağaza icarəyə götürüb, Türkiyədən Türk tekstili gətirib satmaq istəyirlər və bu işdə onların yaxşı səriştələri var. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, ona bu pulu borc olaraq verərərsə, borcu 1 il ərzində qaytaracaqdır. O qeyd edilən pul vəsaitini pulu borc olaraq verəcəyinə söz verdikdən sonra Ulduz öz anası Almaz və bacısı Zərnişana məxsus şəxsiyyət vəsiqələrini ona telefon vasitəsilə göndərib ondan xahiş etmişdir ki, həmin borc pulu Tovuz rayonuna, anası və bacısının adlarına göndərsin, o da 2022-ci ilin avqust ayında işgüzar əlaqələrdə olan yaxın tanışı Əlidən xahiş etmişdir ki, Ulduzun anası Cavabdeh və bacısı Zərnişanın adına 40.000 manat pul göndərsin. Əli də, onun xahişi ilə 3-4 gün ərzində Almazın və Zərnişanın adına Kapital bank vasitəsilə 39.000 manat pul göndərmişdir, həmin vəsaitin 14.000 manatı Zərnişanın adına, qalan 25.000 manatı isə Almazın adına köçürülmüşdür. Köçürülən pul vəsaitləri onlar tərəfindən təhvilalınmışdır. Ulduz Qurbanova sonradan ondan yenidən əlavə 10.000 manat borc pul istəyib bildirmişdir ki,“Türkiyədən mal gətirilməsinə görə pul çatmır və həmin məbləği də versə, onu da 1 ilərzində qaytaracaq. O da, Ulduza inandığı üçün hissəhissə olmaqla, iki dəfəyə 8.000 manat, qalan hissəsini isə irili-xırdalı olmaqla, Ulduzun bank hesabı kartına ümumilikdə 10.000 manat pul vəsaitini borc olaraq köçürmüşdür. Aralarında mübahisə oladuğundan iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixlie*(***)-***/**** saylı qətnaməsi ilə iddia ərizə təmin edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi; Şəmkir Rayon Məhkəməsinin e*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər X6 14000 (on dörd min) və Cavabdeh 11000 (on bir min) manat tutularaq, iddiaçı İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun 121 manatının X6 və Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən kasasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinə müraciət edərkən texniki səhv olaraq, Cavabdeh 11000 manat və Zərnişan Mansırlıdan 28000 manat tutularaq ona verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki,həmçinin cavabdeh X4 izahatında pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etsə də, pulların iddiaçıya ödənilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tapşırıq müqaviləsi əsasında ona çatdırılması üçün X6 və Cavabdeh hesabına köçürülən pulların iddiaçıya çatdırılması təsdiqini tapmadığı üçün iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh 11.000 AZN və Mansırlı Zərnişan qızından 14.000 AZN tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh 11.000 manat və Mansırlı Zərnişan qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsini xahiş etsə də, ##.##.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İmranov Əli İmran oğlu tərəfindən X6 hesabına ##.##.2022ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh hesabına ##.##.2022-ci il tarixdə 14.000 manat məbləğində və ##.##.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür. Bu səbəbdən də hesab edir ki, hazırda Cavabdeh həmin 14000 manat tutularaq mənə ödənilməlidir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə ərizənin icraata qəbul olunmasından imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmış və izah edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd etdiyi əsaslara görə iddia tələbi haqlı və əsaslıdır, məhkəmə tərəfindən də geri qaytarılması Azərbaycan Respublikası MPM-nin müddəalarına zidd olmaqla onun hüquqlarını pozur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlə aralarında olan mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. Daha sonra apellyasiya instansiya məhkəməsi və Ali Məhkəmə tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Təbii ki, iddia tələbinə dəqiqləşdirmə ərizəsi birinci instansiya məhkəməsində işə baxılan zaman verilmədiyindən tələbi qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, “Həmçinin cavabdeh X4 izahatında pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etsə də, pulların iddiaçıya ödənilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tapşırıq müqaviləsi əsasında ona çatdırılması üçün X6 və Cavabdeh hesabına köçürülən pulların iddiaçıya çatdırılması təsdiqini tapmadığı üçün iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh 11.000 AZN və Mansırlı Zərnişan qızından 14.000 AZN tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh 11.000 manat və Mansırlı Zərnişan qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsini xahiş etsə də, ##.##.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İmranov Əli İmran oğlu tərəfindən X6 hesabına ##.##.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh hesabına ##.##.2022-ci il tarixdə 14.000 manat məbləğində və ##.##.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür.” O, isə hazırda tələb olunan 14.000 manat pulu hazırki iş üzrə olan cavabdehdən yox digər cavabdehdən tələb etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi əvvəlki iddia tələbi ilə eynilik təşkil etmir və məhkəmə tərəfindən baxılaraq təmin edilməlidir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı tərəfindən elektron kabinetə yerləşdirilmiş birinci şikayət MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmədiyindən geri qaytarılmış, ikinci şikayət Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmiş, şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçını tanımır. Qızı Bakı şəhərində yaşayır. İddiaçı qızını aldatmışdır. İddiaçı yalan danışır. Pulları o, almamışdır. Pulları Əli adlı şəxs göndərmişdir. O, gözdən əlildir, pullar ona lazım deyildir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qızına pul vermişdir. İddia ərizəsini vəkil yazmış və texniki səhvə yol vermişdir. Cavabdeh 14.000 manatın tutularaq, ona verilməsini xahiş edir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əvvəlki iş üzrə 49.000 manat pulu yalnız Almazdan tələb etməmişdir. Almaza göndərdiyi 25.000 manat öz təsdiqini tapmışdı. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsi icraata qəbul edilməklə, sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddianın predmeti pul tələbindən ibarət olmaqla məhkəmələr tərəfindən iddiaya hüquqi qiymət vermişdir. İddiaçı pulun məbləğinin, yəni iddianın obyektinin texniki səhv olaraq göstərildiyini bildirsə də ona məhkəmələr tərəfindən iddia tələbinin həcminin dəyişdirilməsi və yaxud artırılması ilə bağlı prosessual imkanlar yaradılmış və bu imkanlardan istifadə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı pul tələbinə eyni əsasla hüquqi qiymət verildiyindən bu iddia yenidən məhkəmə araşdırılmasının predmeti ola bilməz. İş materialları və apellyasiya şikayətindən görünür ki, hazırki iş üzrə tərəflər və üçüncü şəxslər arasında məhkəmə mübahisələri olmuşdur. Həmin mübahisələr üzrə qəbul edilmiş yekun məhkəmə aktarı mövcuddur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, kollegiya tərəfindən baxış keçirilməsi üçün əldə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdehlər X4, X6 və Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 10.000 manat, Cavabdeh 11.000 manat və Mansırlı Zərnişan qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddiaçı İddiaçı cavabdehlər X4, X6 və Cavabdeh qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X6 14000 (on dörd min) və Cavabdeh 11000 (on bir min) manat tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 121 manatının X6 və Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, İmranov Əli İmran oğlu tərəfindən Cavabdeh hesabına ##.##.2022-ci il tarixdə 14.000 manat məbləğində və ##.##.2022-ci il tarixdə 11.000 manat məbləğində, ümumilikdə 25.000 manat məbləğində pul köçürülmüşdür. Həmin pulun hazırki iş üzrə iddiaçı İddiaçı tərəfindən Əli İmranov vasitəsi ilə göndərilməsi tərəflərin izahatı və əvvəlki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, cavabdeh Cavabdeh hesabına müxtəlif tarixlərdə 14.000 manat və 11.000 manat məbləğində pul köçürülmüşdür. Qanuni qüvvəyə minmiş qətnamədə İddiaçı Cavabdeh 11000 (on bir min) manatın tutularaq, ona ödənilməsini xahiş etmiş və yekun məhkəmə aktında da həmin hissə təmin edilmişdir. Kollegiya hesab edir ki, hazırda iddiaçının cavabdehdən 14.000 manat pulu tələb etmək hüququ vardır. Hər iki iddia tələbi eyni tərəflər arasında olsa da, eyni predmet və eyni əsaslar üzrə olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəməyə təkrar müraciət edilməsi o halda istisna olunur ki, eyni vaxtda üç şərt mövcud olsun: - mübahisənin eyni tərəflər arasında olması. Mübahisə eyni tərəflər arasında olsa da, müxtəlif predmetlər barəsində və ya müxtəlif əsaslar üzrə olduqda, məhkəməyə təkrar müraciət edilə bilər; - mübahisənin eyni predmet barəsində olması. Mübahisə eyni predmet barəsində olsa da, müxtəlif tərəflər arasında və ya müxtəlif əsaslar üzrə olduqda, məhkəməyə təkrar müraciət edilə bilər; - mübahisənin eyni əsaslar üzrə olması. Mübahisə eyni əsaslar üzrə olsa da, müxtəlif tərəflər arasında və ya müxtəlif predmetlər barəsində olduqda, məhkəməyə təkrar müraciət edilə bilər. Məhkəmə kollegiyası izah edir ki, bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Lakin hazırki iş üzrə müxtəlif tarixlərdə göndərilmiş 11.000 manat məbləğində pulun geri tələb edilməsi barədə araşdırma aparılsa da, 14.000 manat məbləğində pulun geri tələb edilməsi barədə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan əsaslarla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nın 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsi icraata qəbul edilməklə, sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-489/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-489/2026
02.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver