Məhkəmə qərarları › İş №2(3-7)-518/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-518/2026

29.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-518/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ilkin iddia üzrə iddiaçı İddiaçı Nurəddin oğlunun cavabdeh Cavabdeh qarşı beh müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkiləcək xərclərin ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı Nurəddin oğluna qarşı 16000 manat behin iki mislinin tutulması tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nurəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Ilkin iddia üzrə iddiaçı İddiaçı Nurəddin oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış beh müqaviləsinə xitam verilməsinə Tovuz Rayonu Qovlar şəhəri, Şəhriyar küçəsində Istirahət parkına bitişik 25 kv.m mətbəxt, 36 kv.m xidmət otaqlarından ibarət "Fəhlə Yeməkxanasının" əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkiləcək 13000 manat xərcin və əldən çıxmış 3000 manat faydanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ilkin iddia tələbi üzrə cavabdeh Cavabdeh qarşılıqlı iddia verərək, İddiaçı beh kimi verdiyi 16.000 manat pulun indeksasiya edilməklə 3 il üçün 2.400 manat olmaqla, cəmi 18.400 manat, həmçinin obyektin bir neçə metrliyindən keçən yüksək gərginlikli elektrik xəttinə və əlavə çəkilən 10.000 manat xərc olmaqla, cəmi 28.400 manat, eləcədə 162 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 16000 manat behin iki mislinin İddiaçı Nurəddin oğlundan tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli (hakim Z.Hünmətov) qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi; Ödənilmiş dövlət rüsumu ilk iddiaya aid hissədə İddiaçı Nurəddin oğluna aid edilməsi; Qarşılıqlı iddianın qismən təmin edilməsi; İddiaçı Nurəddin oğlundan 32.000 (otuz iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 162 manat alınaraq Cavabdeh verilməsi; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nurəddin oğlu qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş vergi məlumatlarından müəyyən olunmuşdur ki, İddiaçı Nurəddin oğlunun adına ## ###### 2011-ci il tarixdən ********** nömrəli, Cavabdeh adına isə ## #### 2006-cı il tarixdən ********** nömrəli aktiv VÖEN mövcuddur. Mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (Azərbaycan Respublikası MPMnin 24.1 və 24.2-ci maddələri). Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Çünki verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-nin 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu hallarını araşdırmadan işi icraata götürüb baxmışdır. Halbuki, iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanı tərəfindən müvafiq VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Yəni, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmuş, aralarında olan mübahisə qeyri-yaşayış sahəsi ilə bağlı mübahisədir və bu da özlüyündə onların hər ikisinin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı daxil oluqları kommersiya xarakterli münasibətlərdən yaranmışdır. Qeyd edilməlidir ki, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, tərəflərin vergi ödəyicisi kimi qeydiyyata alınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması onunla bağlı istənilən mübahisəyə baxılmasının məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olması anlamına gəlmir. Qanunun tələbindən görünür ki, şəxsin sahibkar statusunun olmasına baxmayaraq mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələrə ümumi məhkəmədə baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin anlayışı «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində verilmişdir. Orada göstərilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Iddia tələbi təhlil olunarkən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəflərin kommersiya fəaliyyətini həyata keçirtdikləri qeyriyaşayış sahəsi olan əmlakla bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2. maddəsində isə qeyd olunmuşdur ki, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.1. maddəsinə gərə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunmalı və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26, 263, 264, 384.0.4, 387.2.1, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nurəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Ilkin iddia üzrə iddiaçı İddiaçı Nurəddin oğlunun cavabdeh Cavabdeh qarşı beh müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkiləcək xərclərin ödənilməsi, Cavabdeh cavabdeh İddiaçı Nurəddin oğluna qarşı 16000 manat behin iki mislinin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar