Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-531/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: əşya tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə (3 ədəd) çarpayı, stul və soyuducu təsvir edilmişdir.
2. ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 67.40 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddia ərizəsində adları qeyd edilmiş əşyaların özlərinin və ya dəyərlərinin, dövlət rüsumu üçün ödənilmiş 67.45 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh məxsus evdə kirayədə yaşamışdır. O, X3 iştirakı ilə onun evinə özünə məxsus əşyaları aparmışdır və vaxtı-vaxtında kirayə haqqını ödəməyinə baxmayaraq cavabdeh vaxtından onu 20 gün əvvəl dava-dalaş salaraq evdən çıxarmışdır. Hətta ona məxsus əşyaları mənimsəyərək ona verməmiş, həmin əşyaların güya ona məxsus olmasını iddia etmişdir. Cavabdehə məxsus evdə olan ona məxsus əşyalar bunlardır: soyuducu 1000 manat, stol 100 manat, stullar 80 manat, iki nəfərlik çarpayı 120 manat, çarpayı 80 manat, ətçəkən maşın 120 manat, sac 80 manat, dxovka 200 manat, qaz plitəsi 40 manat, vintelyator (sərinkeş) 40 manat, saç feni 30 manat, 10 ədəd toyuq 150 manat, mürəbbə, turşu, kompot, bəkməz bankaları 250 manat, qazan və qablar 100 manat, ərzaq 150 manat, meyvə turşusu 60 manat, uşaq velosipedi 50 manat, ayaqqabılar 120 manat, paltarlar 1000 manat, 2 ədəd döşək 100 manat, 3 ədəd yorğan 100 manat, 3 ədəd balınc 40 manat, 6 ədəd odeyal 150 manat, palaz 40 manat, elektrik plitəsi 15 manat, banka bağlayan maşın 20 manat, pastel üzü 60 manat, çamadan, uşağına və özünə məxsus 300 manatlıq və 150 manatlıq 2 ədəd telefon, bütün sənədləri, torpağın çıxarışı, boş bankalar, vanna, vedrə. Cavabdeh ona məxsus yuxarıda adları qeyd edilmiş əşyalarını könüllü qaytarmır.
5. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Süleyman Hacıyev) ilə iddia təmin edilmiş, dəyəri 1000 manat olan soyuducu, dəyəri 100 manat olan stol, dəyəri 80 manat olan stullar, dəyəri 120 manat olan iki nəfərlik çarpayı, dəyəri 80 manat olan tək nəfərlik çarpayı, dəyəri 120 manat olan ətçəkən maşın, dəyəri 80 manat olan sac, dəyəri 200 manat olan elektrik sobası, dəyəri 40 manat olan qaz sobası, dəyəri 40 manat olan sərinkeş, dəyəri 30 manat olan saç feni, dəyəri 150 manat olan 10 ədəd toyuq, dəyəri 250 manat olan mürəbbə, turşu kampot, bəkməz bankaları, dəyəri 100 manat olan qazan, dəyəri 150 manat olan ərzaq məhsulu, dəyəri 60 manat olan meyvə turşusu, dəyəri 50 manat olan uşaq velosipedi, dəyəri 120 manat olan ayaqqabılar, dəyəri 1000 manat olan paltarlar, dəyəri 100 manat olan 2 ədəd döşək, dəyəri 100 manat olan 3 ədəd yorğan, dəyəri 40 manat olan 3 ədəd balınc, dəyəri 150 manat olan 6 ədəd odeyal, dəyəri 40 manat olan palaz, dəyəri 15 manat olan elektrik plitəsi, dəyəri 20 manat olan banka bağlayan maşın, dəyəri 60 manat olan yataq üzü, dəyəri 300 manat olan mobil telefon, dəyəri 150 manat olan mobil telefonundan ibarət əşyaların özlərinin, naturada movcud olmadıqda isə dəyərlərinin, həmçinin, şəxsi sənədlərin cavabdeh Cavabdeh alınaraq, iddiaçı İddiaçı verilməsi, iş üzrə ödənilmiş 67.40 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2 maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227 ,233 və 357ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, həmin şəxsi Leyla adı ilə tanımışdır. O, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini ona kirayə üçün evə göz-qulaq olmaq məqsədi ilə vermiş, qarşılığında pul almamışdır. Özü isə uşaqların məktəbinə yaxın olsun deyə Tovuz şəhərində yaşamışdır. Daha sonra ona qonşuları vasitəsi ilə bildirilmişdir ki, onun evinə hər axşam iki gündən bir çadralı 4-5 nəfər insanlar gəlmişlər, 3-4 saat ərzində maşından qışqıraraq nələrisə boşaltmışlar. Həmçinin, qonşular ona iddiaçının yanında olan uşağını hər gün döydüyünü, fiziki şiddət göstərdiyini, qonşulara gedərək qida istədiyini, qonşuların həyətinə girərək meyvə və yumurta oğurluğu etdiyini demişlər. O isə bundan xəbər tutan kimi iddiaçıya iradını bildirmiş və bu zaman aralarında narazılıq yaranmış, iddiaçını polis ilə birlikdə evindən çıxartmışdır. Iddaiçı evdən çıxarmağından 1,5 ildən çox zaman keçmişdir. Onu da qeyd edir ki, ərizədə göstərilən bütün əşyaların hamısı ona məxsudur, evinin əşyalarıdır. Iddiaçı oraya gələn zaman sadəcə yanında bir uşaqla gəlmişdir. Həmçinin, evində yanğın hadisəsi də törətmişdir. Hadisə nəticəsində evinin pərdələri yanmışdır. Iddia ərizəsində həmin hallar göstərilməmişdir. Iddiaçı evə gələrkən yalnız ümumi geyim əşyaları gətirmişdir. O, iddiaçının evdən çıxmasını istəyəndə, sonuncu həmin əşyaları özü ilə aparmışdır. Şahid ifadələri isə yalandır, şahid ifadələrində deyilənləri hər hansısa bir sübutla sübut olunmayıb. Hamısı iddiaçının xeyrinə ifadələr verilmişdir. Qazel şoferi isə ağ yalan danışır, ən azından onu gətirəndə onlar həmin əmlakların şəklini çəkərdilər. Eyni zamanda o, iddiaçının 3 torba əmlakını gətirməsini deməklə məhkəmə hesab etmişdir ki, dolayı yolla iddianı təsdiqləmişdir. Qanuni yolla bu belə deyil. Belə ki, iddiaçını 3 torbada gətirdiyi məhsul sadəcə özünə məxsus geyimlər olmuşdur. Gedərkən də o, həmin əşyaları özü ilə aparmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişlər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
22. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
24. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da yanlış qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
33. Işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh məxsus evdə kirayədə yaşamışdır. Iddiaçı iddia ərizəsində qeyd edilən evə köçərkən özünə məxsus əşyaları özü ilə həmin evə apardığını göstərmişdir. Cavabdeh isə bir müddətdən sonra iddiaçının orada birgə yaşayış qaydalarını pozduğu üçün onu evdən çıxarmışdır. Iddiaçı evdən çıxarkən özü ilə gətirdiyi geyim əşyalarını aparmışdır. Iddiaçının tələb etdiyi həmin əmlaklar isə evdə olmaqla cavabdehə məxsus olmuşdur.
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
35. Işin hallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd edilən əşyalarının ona məxsus əmlaklar olduğunu qeyd edərək cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.
36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
37. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
38. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
39. «Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
40. Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.
41. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.
42. Insan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
43. Bu baxımdan həmin əşyaların iddiaçıya məxsus olması və alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. Iddia ərizəsində göstərilən əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
44. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:
1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;
2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;
3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.
45. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
46. Işin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında adları qeyd edilən əşyalarının iddiaçıya məxsus olması sübut olunmur.
47. Beləki, cavabdeh Cavabdeh apellyasiya şikayətində həmin əşyaların iddiaçıya deyil, onun özünə məxsus olması barədə göstərdikləri dəlillər əsaslıdır. Çünki, iddiaçı tərəfindən tələb edilən həmin əmlakların ona məxsus olması barədə işdə kifayət qədər subut yoxdur. Birinci instansiya məhkəməsində şahidlərin verdiyi ifadələr bir-birinə uyğun gəlmir və formal mülahizələrə söykənir. Bundan başqa hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni baxılan iş üzrə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olması öz təsdiqini tapmır. Həmçinin, apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, - iddaiçı evdən çıxarmağından 1,5 ildən çox zaman keçmişdir. Ərizədə göstərilən bütün əşyaların hamısı ona məxsudur, evinin əşyalarıdır. Iddiaçı oraya gələn zaman sadəcə yanında bir uşaqla gəlmişdir. Iddiaçı evə gələrkən yalnız ümumi geyim əşyaları gətirmişdir. O, iddiaçının evdən çıxmasını istəyəndə, sonuncu həmin əşyaları özü ilə aparmışdır. Şahid ifadələri isə yalandır, şahid ifadələrində deyilənləri hər hansısa bir sübutla sübut olunmayıb. Belə ki, iddiaçı 3 torbada gətirdiyi məhsul sadəcə özünə məxsus geyimlər olmuşdur. Gedərkən də o, həmin əşyaları özü ilə aparmışdır. Göründüyü kimi, cavabdeh həmin əmlakların iddiaçıya deyil, ona məxsus olduğunu və iddiaçı ora köçərkən evdə olduğunu bildirmişdir. Iddiaçı isə bunun əksini subut edə bilməmişdir. Bununlada həmin əmlakların iddiaçı tərəfindən əldə edilməsi, alınması və ona məxsus olması öz təsdiqini tapmır.
48. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
51. Kollegiya bir daha xatırladır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlməmişdir.
53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.