Məhkəmə qərarları › İş №2(3-7)-532/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-532/2026

05.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-532/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ünvan 1 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə sonuncudan ##.##.2024-cü il tarixdə, saat 18 radələrində 1500 (bir min beş yüz) manat və ##.##.2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda 1500 (bir min beş yüz) manat məbləğdə nağd pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Hökm qanuni qüvvəyə minmişdir.

2. ##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum edilmiş Cavabdeh ona vurulmuş maddi ziyana görə 2500 (iki min beş yüz) manat pulun və ödənilmiş dövlət rüsumu olaraq 45 manatın cəmi 2545 (iki min beş yüz qırx beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Cavabdeh Cavabdeh onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə yalan vəd verərək 3000 (üç min) manat məbləğində nağd pulunu almışdır. Işin bu halı cinayət işinin materiallarında və hökmdə də, öz təsdiqini tapmışdır. Cavabdeh Cavabdeh tərəfindən ona zərərin ödənilməsiın 500 (beş yüz) manatı istintaq dövründə ödənilmiş, qalan 2500 (iki min beş yüz) manatını bu günədək ödəməmişdir. Hesab edir ki, cavabdeh Cavabdeh ona vurduğu maddi ziyan alınaraq ona ödənilməlidir.

5. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddianın təmin edilməsi, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğdə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğdə pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin cinayət işindən irəli gələn zərərin əvəzinin ödənilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin (zərərin əvəzinin ödənilməsi) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ünvan 1 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə sonuncudan ##.##.2024-cü il tarixdə, saat 18 radələrində 1500 (bir min beş yüz) manat və ##.##.2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda 1500 (bir min beş yüz) manat məbləğdə nağd pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən, həmin maddi hüquq normasında nəzərdə tutulmuş əsas cəza növünə, yəni azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş Cavabdeh tərəfindən hüquqa zidd əməlin törədilməsi (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar törədildikdə), həmin hüquqa zidd əməlin törədilməsində sonuncunun iradəsində nöqsan olması (cavabdeh Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli hökmü ilə cinayət əməlinin törədilməsində təqsirli bilinməsi), yəni təqsirinin müəyyən edilməsi, törədilmiş əməl nəticəsində cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış (hazırkı iş üzrə iddiaçı) X3 zərər vurulması (cavabdeh tərəfindən iddiaçıya məxsus 3000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi) və həmin zərərlə hüquq zidd əməl arasında səbəbli əlaqənin olması (məhz dələduzluq nəticəsində şəxsə zərər dəyməsi), yəni zərərin törədilmiş hüquqa zidd əməl nəticəsində əməl gəlməsi işin mübahisə olunmayan hallarıdır. Odur ki, müvafiq məhkəmə hökmü üzrə cinayət hadisəsinin baş verməsi, cavabdehin həmin hadisə ilə əlaqəli olması (həmin cinayətin törədilməsinə aidiyyətinin olması), hazırkı iş üzrə cavabdehin cinayət hüquqi məsuliyyətlə yanaşı, mülki hüquqi məsuliyyət daşıması, cinayət işindən irəli gələn vurulmuş zərərin əvəzini ödəməli olması təqdim edilmiş mümkün, mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia tələbinin təmin edilməli olması nəticəsinə gəlir.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.3, 14.2.6, 21.1, 21.2, 1096.1, 1097, 1097.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Tovuz Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavbdeh X4 apellyasiya şikayəti verərək, Tovuz rayon məhkəməsinin 2(062)-3753/2025 sayılı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

9. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bütün pulları X5 vermişdir, onda pul olmayıbdır. Belə ki, hökmlə müəyyən olunmuşdur ki, bütün pullar Nazxanımda olmuşdur, çünki o, kart vasitəsi ilə bütün pulu X5 göndərmişdir. Məhkəmələrdə yekun hökmündə vurulmuş ziyanla bağlı heç bir münasibət bildirməmişdir. Hökmdən görünür ki, iş üzrə 2 nəfərdilər, pullar hamısı onda olamamışdır. Hökmlədə vurulmuş ziyanın kimdə olma miqdarı müəyyən edilməmişdir. Həmçinin məhkəmə zamanı ona heç bir rəsmi bildiriş gəlməmişdir. Məhkəmə keçirilən zaman o, cəzaçəkmə müəsisəsində olmuşdur. Hesab etmişdir ki, məhkəmə ona bildiriş verməli idi, onun məlumatı olmalı idi. Ona görə də, xahiş etmişdir ki, apellyasiya şikayəti təmin olunsun. Tovuz rayon məhkəməsinin 2(062)-3753/2025 sayılı ##.##.2026-cı il tarixli qətnaməsi ləğv olunsun. Məhkəmə keçirilən zaman o, cəzaçəkmə müəsisəsində olmuşdur. Hesab etmişdir ki, iş üzrə o, dindirilməli idi və ifadəsi alınmalı idi. Tovuz rayon Məhkəməsi tərəfindən ona heç bir bildiriş gəlməmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçıdan 3000 manat pul alaraq onu Şəmkirdə N nömrəli hərbi hissəyə işə düzəldəcəyini bildirmişdir. Istintaq gedən zaman 3000 manatın 500 manatı Nazxanımın adı ilə geri qayatrılmışdır.

12. Iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin “Elektron Məhkəmə Informasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq bildirmişdir ki, üzürlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mübahisəyə dair bütün detalları apellyasiya şikayətində qeyd etmişdir. Mülki işə onun iştirakı olmadan baxıb apellyasiya şikayətinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:

15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.

21. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

27. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş 1250 manat hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

33. Birinci inctansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, Cavabdeh təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ünvan 1 ünvanında yaşayan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə sonuncudan ##.##.2024-cü il tarixdə, saat 18 radələrində 1500 (bir min beş yüz) manat və ##.##.2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda 1500 (bir min beş yüz) manat məbləğdə nağd pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən, həmin maddi hüquq normasında nəzərdə tutulmuş əsas cəza növünə, yəni azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş Cavabdeh tərəfindən hüquqa zidd əməlin törədilməsi, həmin hüquqa zidd əməlin törədilməsində sonuncunun təqsirinin müəyyən edilməsi, törədilmiş əməl nəticəsində cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış X3 zərər vurulması və həmin zərərlə hüquq zidd əməl arasında səbəbli əlaqənin olması, yəni zərərin törədilmiş hüquqa zidd əməl nəticəsində əməl gəlməsi işin mübahisə olunmayan hallarıdır. Odur ki, müvafiq məhkəmə hökmü üzrə cinayət hadisəsinin baş verməsi, cavabdehin həmin hadisə ilə əlaqəli olması, hazırkı iş üzrə cavabdehin cinayət hüquqi məsuliyyətlə yanaşı, mülki hüquqi məsuliyyət daşıması, cinayət işindən irəli gələn vurulmuş zərərin əvəzini ödəməli olması təqdim edilmiş mümkün, mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia tələbinin təmin edilməli olması nəticəsinə gəlir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellaysiya şikayətində göstərmişdir ki, hökmlə müəyyən olunmuşdur ki, bütün pullar Nazxanımda olmuşdur, çünki o, kart vasitəsi ilə bütün pulu X5 göndərmişdir. Məhkəmələrdə yekun hökmündə vurulmuş ziyanla bağlı heç bir münasibət bildirməmişdir. Hökmdən görünür ki, iş üzrə 2 nəfərdilər, pullar hamısı onda olamamışdır. Hökmlə də, vurulmuş ziyanın kimdə olma miqdarı müəyyən edilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmündə Cavabdeh təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil erməklə İddiaçı 3000 manat ziyan vurması təsdiqini tapmışdır. MM-nin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 1113.2-ci maddəsinə əsasən yalnız, zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının AR MM-in 477 və 558-ci maddələrinin AR MPM-in 58, 257 və 258-ci maddələri ilə, eləcə də, MM-in 1243-cü maddəsinin MPM-in 4.1, 218.3, 306, 307.2.3 və 307.2.9-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06.02.23-cü il tarixli Qərardadında qeyd edir ki, nəzərə alınmalıdır ki, subsidiar məsuliyyətlə müqayisədə birgə məsuliyyət kreditorun əsas borclunun öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəltməsini nəzərdə tutur.

37. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, zərər vururlmuş şəxs öz istəyinə uyğun olaraq vurulmuş ziyanı birgə ziyan vurmuş şəxsin birindən, yaxud hamısından tələb edə bilər. Ziyanı ödəmiş şəxsin isə digər birgə borclulara qarşı ziyanın ödənildiyi həcmdə reqres tələb hüququ yaranır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar