Məhkəmə qərarları › İş №2(3-7)-626/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-626/2026

30.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-626/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh5 İsə oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının iştirakı ilə, İddiaçı Həsənova (Gassanov) Karin Katharinanın cavabdehlər cavabdeh5 İsə oğluna, cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “ümumi birgə paylı mülkiyyətin hərracdan satılaraq pulunun paylara münasib bölünməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh5 İsə oğlunun nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəli ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi (torpaqın növü: yaşayış məntəqələrinin torpaqları) iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın və Həsənova Təyyarə İsa qızının ümumi birgə mülkiyyətindədir.

2. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.07 ha torpaq sahəsi) 4/8 hissədə iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın və 1/8 hissədə cavabdeh5 İsa oğlunun paylı mülkiyyətində olmaqla 3/8 hissəsi açıq saxlanılmışdır.

3. Məhkəmə tikinti–texniki ekspertizasının ##.##.2023-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyindən görünür ki, ************ qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasında iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın və Həsənova Təyyarə İsa qızının ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissədə Həsənova (Gassanov) Karin Katharinanın payına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” və Azərbaycan Dövlət Tikinti Normalarının müəyyən bəndlərinə əsasən qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması, küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərinin uyğun olması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

4. ##.##.2025-ci il tarixli **** saylı “Meyar Ekspertiza mərkəzi” tərəfindən verilmiş rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,07 ha sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 295.4 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri, təklif və tələbin qarşılıqlı təsiri nəzərə alınmaqla təxminən 140000 (bir yüz qırx min) manat olduğunu müəyyən olunmuşdur.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı cavabdeh5 İsa oğlu cavabdeh cavabdeh4, üçüncü şəxslər X6, cavabdeh3, cavabdeh2 və Bədəlova Nahidə İsa qızına qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum Həsənov Xanbala İsə oğlu və Həsənova Təyyarə İsə qızından miras qalmış Şəmkir şəhəri, Morul küçəsi, ** saylı ünvanda yerləşən 0,07 ha torpaq sahəsindən ibarət olan, 295.40 kv.m yaşayış evinə ikinci növbə vərəsə kimi ¾ hissədə onun, ¼ hissədə isə cavabdeh cavabdeh4 payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## #### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia qismən təmin edilərək, Şəmkir şəhəri, Morul küçəsi, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 295.40 kv.m olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən iddiaçı cavabdeh5 İsa oğlunun və cavabdeh cavabdeh4 hər birinin payının 1/4 hissədə müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ####### 2023- cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin mərhum Həsənov Xanbala İsə oğlundan miras qalmış Şəmkir şəhəri, Morul küçəsi, ** saylı ünvanda yerləşən 0,07 ha torpaq sahəsindən ibarət olan, 295.40 kv.m yaşayış evinə ikinci növbə vərəsə kimi payının müəyyən olunmasının təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamədən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Həsənova (Gassanov) Karin Katharina cavabdehlər cavabdeh5 İsə oğluna, cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “Ümumi birgə paylı mülkiyyətin hərracdan satılaraq pulunun paylara münasib bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən mülkün açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaitinin paylara uyğun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri Həsənov Xanbala İsə oğlunun Azərbaycan Respublikası Şəmkir rayonu Morul 20 ünvanda miras daşınmaz əmlakı vardır. Miras əmlak vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçmiş və Dövlət Reyesterində qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Ərindən miras qalmış əmlak ərinin bacısı Həsənova Təyyarə İsa qızı ilə ümumi birgə mülkiyyətdədir. Həsənova Təyyarə İsa qızı 2021ci ilin avqust ayında vəfat etmişdir. Həsənova Təyyarə İsa qızı ailə qurmamışdır, valideynləri vəfat etmişdir. Bu səbəbdən də 1-ci növbə vərəsələri yoxdur. Cavabdeh cavabdeh5 İsə oğlu mərhum Həsənova Təyyarə İsa qızının qardaşıdır, digər cavabdehlər cavabdeh4 və digərləri isə qardaşı Bəybalanın övladlarıdır. Mərhum T.Həsənovanın vərəsələri olaraq cavabdehlər evə daxil olaraq faktiki miras mülkə və ərinin daşınar əmlaklarına sahiblənmişlər. O öz payının ayrılması və ya evin bütünlüklə satılaraq yarı hissəsinin pulunun ona verilməsini təklif etsə də cavabdehlər razılaşmamışdır. Bu səbəbdən də mülkün ona aid hissəsinin naturada bölünməsini və cavabdehlərin ona aid ½ pay hissəsindən çıxarılmalarını iddia etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texnki ekspertizasının ## ###### 2023-cü il tarixli 3-16- **/*-**/**** saylı rəyində mülkün paylara uyğun şəkildə naturada bölünməsi mümkün olmaması göstərilir. Şəmkir şəhəri, Morul 20 ünvanda yerləşən mülkün hərracdan satılaraq əldə olunmuş pulun paylara uyğun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməsi, 2/4 hissəsi iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın, ¼ hissəsi cavabdeh cavabdeh5 İsa oğlunun və ¼ hissəsi cavabdeh cavabdeh4 paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 295.4 kv.m əmlakın ilkin satış qiyməti 140000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın, cavabdeh cavabdeh4 və cavabdeh5 İsa oğlunun arasında onların paylarına (müvafiq olaraq 2/4, ½ və ½ pay) uyğun olaraq bölüşdürülməsi, mənzilin ilkin hərrac qiyməti 140000 (bir yüz qırx min manat) müəyyən edilməsi, cavabdeh cavabdeh4 və cavabdeh5 İsa oğlundan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Məyar Ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdehlər mübahisəli əmlak üzərində paylı mülkiyyətçidir. Onlar arasında paylı mülkiyyətdə olan mənzilinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan əmlakdan iddiaçının payının naturada ayrılması mümkün olmamış, cavabdehlər isə iddiaçıya kompensasiya ödənilməsinə razı olmamışlar. Ona görə də iddiaçının tələbi bu hissədə əsaslıdır. Belə olan halda isə mübahisəli mənzil açıq hərracdan satılmalı və əldə edilmiş pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220, 221-ci, Mülki-Prosessual Məcəlləsinin 117-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh5 İsə oğlunun nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş ilkin hərrac qiyməti ilə razı deyildir. Belə ki, həmin ev təmirsizdir. Yaşayış üçün tam yararsızdır. Evin köhnə tikililəri uçub, döşəməsi yoxdur. Bu gün üçün təmirsiz evin real bazar qiyməti 50.000-60.000 manatdır. Bu səbəbdən də hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti düzgün deyildir. Ekspert mübahisəli mənzildə olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillər mübahisə predmeti olan evə aid deyildir. Evin “polu” çöküb, divarları çatlayıb. Buna görə də həmin mənzilin ilkin satış qiymətinin müəyyən olunması üçün təkrar ekspertiza keçirilməlidir. Məhkəmə onun təkrar ekspertiza təyin olunması vəsatətini təmin etməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, evdə yaxşılaşdırma işləri görmüşdür. Evin küçədən giriş darvazasını dəyişmişdir. Həyətdə beton işləri görmüşdür. Evin zal otağını təmir edib, tam yararlı vəziyyətə gətirmişdir. Bu yaxşılaşdırmalara o, 20.000 manatdan çox pul xərcləmişdir. Hesab etmişdir ki, bu məbləğ evin dəyərindən onun xeyrinə çıxılmalıdır.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh5 İsə oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, ekspert yerində baxış keçirməmişdir. Ekspert rəyinə əlavə edilmiş fotoşəkillər mübahisə predmeti olan evə aid deyildir. Başqa evə aid şəkillərdir. Ev 0.07 ha torpaq sahəsində yerləşir. Evin qiyməti 50-60 min manat olar. Yenidən qiymətləndirilməsini xahiş etmişdir. Evə real bazar qiymətinin verilməsini istəyirlər. Ekspertiza yenidən keçirilsin.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, vəkil İsayeva Xalidə İsa qızının izahatı ilə razıdır. Əlavəsi yoxdur.

16. İş üzrə iddiaçı və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

18. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

19. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

20. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

21. 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmiş, işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 295.4 kv.m əmlakda 2/4 hissədə iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın, ¼ hissədə cavabdeh cavabdeh5 İsa oğlunun və ¼ hissəsi cavabdeh cavabdeh4 paylı mülkiyyəti vardır. Məhkəmə tikinti–texniki ekspertizasının ##.##.2023-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyindən görünür ki, ************ qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasında iddiaçı Həsənova (Gassanov) Karin Katharinanın və Həsənova Təyyarə İsa qızının ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissədə Həsənova (Gassanov) Karin Katharinanın payına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” və Azərbaycan Dövlət Tikinti Normalarının müəyyən bəndlərinə əsasən qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması, küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərinin uyğun olması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı ilə cavabdehlər mübahisəli əmlak üzərində paylı mülkiyyətçidir. Onlar arasında paylı mülkiyyətdə olan mənzilinə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan əmlakdan iddiaçının payının naturada ayrılması mümkün olmamış, cavabdehlər isə iddiaçıya kompensasiya ödənilməsinə razı olmamışlar. Ona görə də iddiaçının tələbi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda isə mübahisəli mənzilin açıq hərracdan satılması və əldə edilmiş pulun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı işə baxan məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi göstərmişdir ki, mübahisə predmeti olan mənzil hazırki real bazar qiymətindən yuxarı qiymətləndirilmişdir. Həmin mənzilin real bazar qiyməti 50.000-60.000 manatdır.

37. Apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ##.##.2025-ci il tarixli **** saylı “Meyar Ekspertiza mərkəzi” tərəfindən verilmiş rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,07 ha sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 295.4 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri, təklif və tələbin qarşılıqlı təsiri nəzərə alınmaqla təxminən 140000 (bir yüz qırx min) manat olduğunu müəyyən olunmuşdur. Həmin rəyin mötəbərliyi və düzgünlüyü məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini təsdiq edən heç bir dəlil təqdim edilməmişdir. Belə ki, “Meyar Ekspertiza Mərkəzi” Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının ****** qeydiyyat nömrəli İxtisas Şəhadətnaməsi əsasında fəaliyyət göstərir. Rəyə baxış zamanı onun toplanmış məlumatlar, aparılmış təhlillər və hesablamalar nəticəsində verilməsi müəyyən olunmuşdur. Müəyyən fotoşəkillərin qiymət müqayisəsi aparmaq və qiymətə dair fikir formalaşdırmaq məqsədi ilə internet resurslarından əldə edilməsi görünür. Lakin ünvan, yerləşmə və görünüşə dair rəyə əlavə sənədlər əlavə edilmişdir. Cavabdeh tərəf mənzilin qiymətinin aşağı olmasını göstərsə də, bununla bağlı heç bir sübutunu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh5 İsə oğlunun nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar