Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-635/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, mülkiyyətdən maneəsiz istifadə hüququnun təmin edilməsi, zəbt edilmiş torpaq sahəsinin azad edilməklə mülkiyyətçilərə təhvil verilməsi, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması və ya bunun əvəzində torpaq və üzərindəki çox illik əkililərə görə kompensasiyanın hesablanaraq əvəzinin ədalətli ödənilməsi, maddi və mənəvi zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-*/**** nömrəli qətnaməsindən cavabdeh "xxxx" publik hüquqi şəxsinin nümayəndəsi vəkil1 tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏN ETDİ Iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, mülkiyyətdən maneəsiz istifadə hüquqlarının təmin edilməsı, zəbt edilmiş onlara məxsus Qazax rayonu Ikinci Şıxlı kəndi ərazisində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-də ##.##.2020-ci il tarixdə qeydə alınmış, ************ reyestr nömrəli çıxaırş əsasında mülkiyyətlərində olan torpaq sahəsinin 24 sot hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək, boşaldılması və onlara təhvil verilməsi, zəbt edilmiş həmin torpaq sahəsində inşa edilmiş bütün qanunsuz tikililərin iş üzrə cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması, bu mümkün olmadıqda, bunun əvəzində zəbt edilmiş 24 sot torpaq sahəsinə görə maddi ziyan qismində 7200 manat, 24 sot torpaq üzərindəki məhv olunmuş üzüm bağına görə maddi ziyan qismində 123.184 manat, habelə son iki il ərzində bağdan məhsul götürülə bilməməsi ilə əlaqədar əldən çıxmış fayda qismində 25.000 manat məbləğində pulun, mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən iddiaçıların hər birinə bərabər hissədə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-*/**** nömrəli qətnaməsi (hakim Hemət Musayev) ilə iddia tələbi qismən təmin edilmiş, paylı mülkiyyətin mülkiyyətçilərinə məxsus alınmaya məruz qalan torpaq sahələrinə görə cəmi 41.951 (qırx bir minmanat kompensasiya məbləğinin iddiaçı4 1/5 hissə, iddiaçı2 1/5 hissə, iddiaçı1 1/5 hissə və iddiaçı3 2/5 hissədə paylara uyğun, yəni iddiaçı4 8690,2 manat, iddiaçı2 8690,2 manat, iddiaçı1 8690,2 manat və iddiaçı3 17380,4 manat məbləğində bölünməsi və "xxxx" publik hüquqi şəxsi tərəfindən iddiaçı4, iddiaçı2, iddiaçı1 və iddiaçı3 hər birinin paylarına mütənasib şəkildə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat, məhkəmə-bioloji ekspertizasının dəyəri olan 50 manat"xxxx" publik hüquqi şəxsindən alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BIK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, Hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" publik hüquqi şəxsin nümayəndəsi vəkil1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə qanunverciliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, eləcə də, cavabdeh "xxxx" publik hüquqi şəxsinin dövlət rüsumunu ödəməkdən azad olan şəxs olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4cümaddəsinə görə apellyasiya və kassasiya şikayətlərindən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh ""xxxx" publik hüquqi şəxsi apellyasiya şikayətində büdcə təşkilatı olmasına istinad edərək dövlət rüsumunu ödəməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi, qanunvericiliklə publik hüquqi şəxslər dövlət rüsumundan azad olunması nəzərdə tutulan şəxslərin sırasına daxil edilməmişlər. Birinci instansiya məhkəmsi isə apellyasiya şikayətinin 361.3-cü maddəsinin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-635/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-635/2026
07.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver