Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-682/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Qazax rayon İcra Hakimiyyəti Başçısının ##.##.2017-ci il tarixli 9-21/83 saylı sərəncamının təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli *-**/** saylı sərəncamının təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli 9- **/** saylı sərəncamından görünür ki, Qazax rayonu Çaylı kənd sakini İddiaçı Çaylı kəndində mülkiyyətində olan 2252 m2 torpaq sahəsində rayonun Baş memarı ilə razılaşdırılmış eskiz layihəsinə uyğun 780 m2 ölçüdə müasir tələblərə cavab verən qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir.
2. Cavabdeh İstehsalat Birliyinin ##.##.2017-ci il 0100-03-TİŞ-806 saylı məktubundan görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən İddiaçı tərəfindən inşası nəzərdə tutulan sahibkarlıq obyektinin tikiləcəyi sahə qaz xəttinin mühafizə zonasına düşmür və həmin ərazidən keçən yerüstü orta təzyiqli d108 mm-lik qaz xəttindən 6 p.m məsafədədir.
3. Cavabdeh İstehsalat Birliyinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublardan görünür ki, qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı işlərin icrası mövcud qaydalara əsasən sifarişçinin müraciətinə əsasən obyektin mülkiyyət və ya digər qanuni istifadə hüququnu təsdiqləyən sənədin (çıxarış, sərəncam və s.) surəti təqdim olunmaqla “Tikinti Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq hazırlanmış layihə-smeta sənədləri əsasında vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən icra olunur. Sizə məxsus olduğunu bildirdiyiniz obyektin qarşısından keçən qaz xəttinir yerinin dəyişdirilməsi üçün obyektin mülkiyyət və ya digər qanuni istifadə hüququnu təsdiqləyən sənədin (çıxarış, sərəncam və s.) surəti Qazax xidmət sahəsinə təqdim edildikdən sonra baxılacaqdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu Çaylı kəndi ərazisində yerləşən 0,2252 ha torpaq sahəsi tam İddiaçı mülkiyyətinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz xəttinin yerinin dəyişdirilməsinin cavabdehin öz vəsaiti hesabına həyata keçirilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu ərazisində yerləşən ona məxsus daşınmaz əmlakın qarşısından keçən qaz xətti mövcuddur. Həmin qaz xətti obyektindən istifadə etməsinə, mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə heç bir ciddi maneələr yaratmır və təhlükəsizlik baxımından risk təşkil etmir. Lakin buna baxmayaraq cavabdeh qaz xəttinin yerinin dəyişdirilməsini tələb edir və o bu məqsədlə cavabdeh qurum Cavabdeh İstehsalat Birliyinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş cavab məktubunda qaz xəttinin yerinin dəyişdirilməsinin yalnız sifarişçi hesabına mümkün olduğu bildirilmişdir. Lakin bu cavab hüquqi baxımdan əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və "Tikinti Norma və Qaydaları"na əsasən, mühəndis-kommunikasiya xətlərinin yerləşdirilməsi elə həyata keçirilməlidir ki, vətəndaşların mülkiyyət hüquqlarına zərər vurulmasın. Mövcud qaz xətti bu tələblərə cavab verdiyi halda ondan xəttin öz hesabına dəyişdirilməsini tələb edirlər. Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli *-**/** saylı sərəncam və cavabdehin onlara ünvanladığı ##.##.2017-ci il 0100- 03-TİŞ-806 saylı məktubda qaz xəttinin mühafizə zonasına düşmədiyi qeyd edilmişdir. Bundan əlavə qaz paylayıcı şəbəkələrin saxlanılması istismarı və təhlükəsizliyinin təmin edilməsi birbaşa cavabdeh qurumun - Cavabdeh İstehsalat Birliyinin vəzifə borcudur. Qaz xəttinin təhlükəsizlik və normativ tələblərə uyğunlaşdırılınası cavabdehin öz öhdəliyi olub, bu xərclərin vətəndaşın üzərinə qoyulması qanunvericiliyə uyğun hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş məktub hüquqi əsaslara söykənmir və onun mülkiyyət hüquqlarını pozur. Sənədlərə nəzər salınsa onun təqsirli hərəkətləri nəticəsində cavabdehə zərər vurulması, eləcə də təbii qazdan qanunsuz istifadə etmə halları mövcud deyildir.
7. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev), iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 6.8 və 6.9-cu bəndlərinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun mülkiyyətində olan 2252 m2 torpaq sahəsinin daxilindən keçən yüksək təzyiqli qaz xətti ona məxsus ərazidən sərbəst istifadə etmək, orada təhlükəsiz şəraitdə yaşamaq və tikinti aparmaq hüququnu faktiki olaraq məhdudlaşdırır ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə qorunan mülkiyyət toxunulmazlığı prinsipinin pozulmasıdır. Prosessual baxımdan məhkəmə MPM-nin 9.1-ci və 14.2-ci maddələrində təsbit olunmuş tərəflərin bərabərliyi və məhkəmənin istiqamətverici rolu prinsipini tamamilə gözardı etmişdir. Belə ki, hüquqi təmsilçisi olmadığı halda məhkəmə ona öz iddiasını əsaslandırmaq üçün texniki ekspertiza təyin edilməsi barədə heç bir təklif verməmiş, sübutların toplanmasında köməklik göstərməmiş və passiv mövqe tutaraq yalnız Cavabdeh İB-nin məhkəməyə gəlməyən nümayəndəsinin əvvəllər yazdığı şablon imtina məktublarını qərarının əsasına qoymuşdur. İşin faktiki halları üzrə qaz xəttinin köçürülməsinin texniki cəhətdən mümkünlüyü araşdırılmamış, xəttin orada qalmasının yaratdığı təhlükə riskləri və mülkiyyətçiyə dəyən zərər qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin tələbləri, xüsusilə mülkiyyətdən maneəsiz istifadə hüququ və "ictimai maraq"la "fərdi mülkiyyət marağı" arasında ədalətli balansın qorunmaması faktına hüquqi qiymət verilməmişdir. Avropa Məhkəməsinin (məsələn, Sporrong və Lönnroth İsveçə qarşı) və AR Konstitusiya Məhkəməsinin "Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi" barədə qərarlarında qeyd edildiyi kimi, mülkiyyətçinin mülkiyyətindən istifadəsinə qoyulan hər hansı məhdudiyyət qanuni və mütənasib olmalıdır. Mövcud vəziyyətdə qaz xəttinin vətəndaşın torpağının tam ortasından keçməsi mülkiyyət hüququnun mahiyyətini heçə endirir və bu yükü təkbaşına vətəndaşın üzərinə buraxmaq "həddindən artıq fərdi yük" yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər mübahisələr üzrə formalaşmış mövqeyinə görə, əgər kommunikasiya xətti tikinti layihəsinə mane olursa və mülkiyyət sənədlərində həmin xətt üzrə heç bir kənar məhdudiyyət (servitut) qeyd olunmayıbsa, həmin xəttin köçürülməsi texniki istismarçı qurumun (Cavabdeh İB) vəzifəsidir. Məhkəmə vətəndaşın fundamental hüquqlarını qorumaq əvəzinə, dövlət inhisarçısı olan qurumun mənafeyini üstün tutmuş və maddi hüquq normalarını, o cümlədən "Qaz təchizatı haqqında" Qanunun 13-cü maddəsini səhv şərh edərək mülkiyyətçinin üzərinə qanunsuz olaraq texniki xərclər yükləməyə çalışmışdır. Bütün bu qeyd olunanlar, həmçinin beynəlxalq və yerli presedent hüququna zidd olan bu qətnamənin ləğv edilməsi və ədalətli qərarın çıxarılması üçün tam hüquqi əsaslar yaradır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Qazax rayonu ərazisində yerləşən ona məxsus daşınmaz əmlakın qarşısından keçən qaz xətti mövcuddur. Həmin qaz xətti obyektindən istifadə etməsinə, mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə heç bir ciddi maneələr yaratmır və təhlükəsizlik baxımından risk təşkil etmir. O, qaz xəttinin yerinin dəyişdirilməsini tələb edir və o bu məqsədlə cavabdeh qurum Cavabdeh İstehsalat Birliyinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş cavab məktubunda qaz xəttinin yerinin dəyişdirilməsinin yalnız sifarişçi hesabına mümkün olduğu bildirilmişdir. Mövcud qaz xətti bu tələblərə cavab verdiyi halda ondan xəttin öz hesabına dəyişdirilməsini tələb edirlər. Bundan əlavə qaz paylayıcı şəbəkələrin saxlanılması istismarı və təhlükəsizliyinin təmin edilməsi birbaşa cavabdeh qurumun - Cavabdeh İstehsalat Birliyinin vəzifə borcudur. Qaz xəttinin təhlükəsizlik və normativ tələblərə uyğunlaşdırılınası cavabdehin öz öhdəliyi olub, bu xərclərin vətəndaşın üzərinə qoyulması qanunvericiliyə uyğun hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş məktub hüquqi əsaslara söykənmir və mənim mülkiyyət hüquqlarını pozur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.
13. İş üzrə cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
16. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
17. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
24. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
26. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslığını müəyyən edəcək hər hansı sübutlar məhkəmə kollegiyasına təqdim edilməmişdir.
45. Beləliklə, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışa əsasən Qazax rayonu Çaylı kəndi ərazisində yerləşən 0,2252 ha torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçıya məxsus olan həmin 0,2252 ha torpaq sahəsində yerləşən əmlakın daxilindən yüksək təzyiqli qaz xətti keçir. Qeyd edilən qaz xəttinin mövcudluğu iddiaçıya məxsus olan ərazidən sərbəst istifadə etmək, orada təhlükəsiz şəraitdə yaşamaq və tikinti aparmaq hüququnu faktiki olaraq məhdudlaşdırır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
47. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
48. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
49. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
50. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə hazırki iddia ilə çıxış etmək ixtiyarı vardır. Çünki, mübahisəli qaz xəttinin iddiaçıya məxsus olan torpaq sahəsində yerləşməsi işdə olan sənədlərlə öz təsdiqini tapır. Həmin qaz xəttinin mövcudluğu bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır.
51. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
54. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
55. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə - iddiaçı tələbində Qazax rayonu ərazisində yerləşən ona məxsus daşınmaz əmlakın qarşısından keçən qaz xəttinin mövcud olduğunu bildirmişdir. Həmin qaz xətti obyektindən istifadə etməsinə, mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə heç bir ciddi maneələr yaratmır və təhlükəsizlik baxımından risk təşkil etmir. Lakin buna baxmayaraq iddiaçı qaz xəttinin yerinin dəyişdirilməsini tələb edir və o bu məqsədlə cavabdeh qurum olan Cavabdeh İstehsalat Birliyinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş cavab məktubunda qaz xəttinin yerinin dəyişdirilməsinin yalnız sifarişçi hesabına mümkün olduğu bildirilmişdir. İşdə Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli *-**/** saylı sərəncam və cavabdehin iddiaçıya ünvanladığı ##.##.2017-ci il 0100-03-TİŞ-806 saylı məktubda qaz xəttinin mühafizə zonasına düşmədiyi qeyd edilmişdir. İşdə olan sənədlərdən görünür ki, məhkəmə hazırlıq iclasında iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbində dəyişiklik edilərək, Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli *-**/** saylı sərəncamının təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən onun tələbi təmin olunmamışdır. Belə ki, iş materiallarında olan Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli 9- **/** saylı sərəncamından görünür ki, Qazax rayonu Çaylı kənd sakini İddiaçı Çaylı kəndində mülkiyyətində olan 2252 m2 torpaq sahəsində rayonun Baş memarı ilə razılaşdırılmış eskiz layihəsinə uyğun 780 m2 ölçüdə müasir tələblərə cavab verən qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Cavabdeh İstehsalat Birliyinin ##.##.2017-ci il 0100-03-TİŞ-806 saylı məktubundan görünür ki, Qazax rayonu, Çaylı kəndində yerləşən İddiaçı tərəfindən inşası nəzərdə tutulan sahibkarlıq obyektinin tikiləcəyi sahə qaz xəttinin mühafizə zonasına düşmür və həmin ərazidən keçən yerüstü orta təzyiqli d108 mm-lik qaz xəttindən 6 p.m məsafədədir. Cavabdeh İstehsalat Birliyinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublardan görünür ki, qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı işlərin icrası mövcud qaydalara əsasən sifarişçinin müraciətinə əsasən obyektin mülkiyyət və ya digər qanuni istifadə hüququnu təsdiqləyən sənədin (çıxarış, sərəncam və s.) surəti təqdim olunmaqla “Tikinti Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq hazırlanmış layihə-smeta sənədləri əsasında vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən icra olunur. İddiaçı obyektin ona məxsus olduğunu və qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi üçün həmin obyektin mülkiyyət və ya digər qanuni istifadə hüququnu təsdiqləyən sənədin (çıxarış və s.) cavabdeh tərəfə təqdim etməmişdir. Təqdim olunan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu Çaylı kəndi ərazisində yerləşən 0,2252 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi mülkiyyət sənədi isə sözügedən obyektə deyil, sadəcə obyektin yerləşdiyi torpaq sahəsinə verilmişdir. İşdə olan sənədlərdən və iddiaçının izahatı ilə təsdiq olunur ki, ona məxsus torpaq sahəsi qaz xəttinin mühafizə zolağına düşmür. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının ilk tələbi qaz xəttinin yerinin dəyişdirilməsinin cavabdehin öz vəsaiti hesabına həyata keçirilməsinin təmin edilməsi olsada, sonradan iddiaçı iddia tələbini dəyişdirilməsi barədə ərizə təqdim edərək, Qazax rayon İHB-nın ##.##.2017-ci il tarixli *-**/** saylı sərəncamının təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının: 6.8. bəndinə əsasən Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. 6.9. bəndinə əsasən Yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. İş materiallarından da göründüyü kimi qeyd edilən sərəncam mübahisələndirilməmiş və hazırda qüvvədədir. İddiaçı tərəf isə qeyd edilən sərəncamın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulmasını tələb etmişdir. Hansı ki, iddia tələbi iddiaçı üçün hüquqi nəticə yaratmalıdır. Qeyd edilən sərəncam isə məzmun etibarilə iddiaçının Çaylı kəndində mülkiyyətində olan 2252 m2 torpaq sahəsində rayonun Baş memarı ilə razılaşdırılmış eskiz layihəsinə uyğun 780 m2 ölçüdə müasir tələblərə cavab verən qeyri-yaşayış binasının tikintisinə icazə verilməsini təşkil edir. Bu sərəncamdan da göründüyü kimi cavabdeh tərəfin üzərinə bununla bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. Buna görədə cavabdeh tərəfin bu sərəncamın icrası ilə bağlı hər hansı bir öhdəliyi yoxdur. Digər bir hal isə bu sərəncam qüvvədədir və bu sərəncam hər hansı bir formada təsdiq edilməsi və ya razılaşdırılması nəzərdə tutulmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
56. Beləliklə, baxılan iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və formal xarakter daşıyır.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.