Məhkəmə qərarları › İş №2(3-7)-745/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-745/2026

17.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-745/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və X3 qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsi, payın naturada ayrılması” ) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və X3 qarşı torpaq sahəsindən payın naturada ayrılması barədə ərizəsi üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qazıqulu kəndində yerləşən torpaq sahəsi cavabdeh3, cavabdeh2, X3 və İddiaçı paylı mülkiyyətindədir, torpaq sahəsinin 0,139976 ha hissəsi İddiaçı adınadır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin planda yerləşməsinin avtomobil yolunun olduğunu və torpaq sahəsinə giriş çıxış üçün yolun olduğunu nəzərə alaraq topaq sahəsindən 0,139976 payın naturada ayrılmasını bölünməsi mümkündür. Bunun üçün Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla 0,139976 ha torpaq sahəsinin hasara alınıb naturada ayrılmalıdır.

3. Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2025 - ci il tarixli yekun məhkəmə aktı ilə iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə (X1, cavabdeh3, cavabdeh2 və X3) qarşı mülkiyyət hüququna dair aparılmış qeydlərin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, Tovuz rayonu, Qazıqulu kəndi ərazisində yerləşən JN- 010A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan Tovuz rayonu Qazıqulu kəndində yerləşən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən aparılmış ##.##.2023-cü il tarixli *********** nömrəli, ##.##.2023-cü il tarixli ********** nömrəli mülkiyyət hüququna dair aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsi üzərinə qoyulmuşdur.

4. Gəncə İnzibati Məhkəməsi tərəfindən məhkəmə sorğusuna ünvanlanan cavab məktubundan görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə (X1, cavabdeh3, cavabdeh2 və X3) qarşı mülkiyyət hüququna dair aparılmış qeydlərin ləğv edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2025 - ci il tarixli yekun məhkəmə aktı ilə iddia tələbi təmin edilmiş, qərardan apellyasiya şikayəti verilməmiş və ##.##.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qazıqulu kəndində yerləşən və onunla cavabdehlərin ümumi mülkiyyətində olan 0,50 ha həyətyanı torpaq sahəsindən payı, hazırda faktiki istifadəsində olan və üzərində fərdi yaşayış evi tikdirdiyi 0,139976 ha hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Qazıqulu kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsi onun, cavabdehlər cavabdeh3, cavabdeh2 və X3 ümumi mülkiyyətində olmaqla ##.##.2023-cü il tarixli Çıxarış əsasında dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi mülkiyyətdə olan torpaq sahəsinin 0,139976 ha hissəsi onun mülkiyyətindədir və həmin 0,139976 ha torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Cavabdehlər cavabdeh3, cavabdeh2 və X3 ilə aralarında ümumi mülkiyyətdə olan 0.50 ha torpaq sahəsinin istifadəsi ilə əlaqədar mübahisə vardır. Belə ki, şərti olaraq paylara görə torpaq sahəsinin aralarında bölünməsinə baxmayaraq cavabdehlər torpağın onun payına düşən 0,139976 ha hissəsindən normal istifadə etməsinə imkan vermirlər. Ona görə də, Tovuz rayonu Qazıqulu kəndində yerləşən və onunla cavabdehlərin ümumi mülkiyyətində olan 0,50 ha həyətyanı torpaq sahəsindən onun payı olan içərisində fərdi yaşayış evi tikdirdiyi 0,139976 ha hissəsi naturada ayrılaraq ona verilməlidir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia təmin edilmiş, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla 0,139976 ha torpaq sahəsi hasara alınaraq naturada ayrılması qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1- 220.3-cü8. maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarına toxunan qətnamə üzrə tərəf qismində məhkəməyə cəlb olunmamışdır. Belə ki, Tovuz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsində əsasən İddiaçı cavabdeh3,əliyev Gülxar Cavanşir qızına və X3 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə Tovuz rayonu Qazqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla 0,139976 ha torpaq sahəsi hasara alınaraq naturada ayrılması qət olunmuşdur. Qətnaməni qəbul olunduğu vaxtdan öncə qeyd olunan mübahisəli torpaq sahəsi üzrə Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## #### 2025-ci il tarixli qərarı qəbul olunmuşdur. Qərarla Tovuz rayonu Qazıqulu kəndində yerləşən JN-010A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan Tovuz rayonu Qazıqulu kəndində yerləşən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən aparılmış ## ######## 2023-cü il tarixli *********** nömrəli ## ###### 2023-cü il tarixli ********** nömrəli mülkiyyət hüququna dair aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən torpaq sahəsi üzrə uyğunsuzluğun aradan qaldırlması barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinin üzərinə öhdəlik qoyulmuşdur. Həmin qərar 2025ci ilin may ayında icra edilmişdir. Ərizəyə əlavə etdiyi Gəncə İnizbati Məhkəməsinə və tərəflərə verilmiş məktubdan da görünür ki, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair aparılmış qeydlər ləğv edilərək məhkəmə qərarı icra edilmişdir. Məhkəmə hərtərəfli araşdırma aparamadan qətnamə qəbul etmişdir. Həmçinin iş üzrə torpaq sahəsi tam nəzərə alınmadan qərar qəbuledilmişdir. Bu isə Konstitusiya ilə nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulması deməkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçıya, cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və maraqlı şəxs apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.

20. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı paylı mülkiyyət hüququna dair verilmiş ##.##.2023-cü il tarixli çıxarışa istinad edərək, onun torpaq sahəsi üzərində payının naturada ayrılmasını xahiş etmişdir. Məhkəmə naturada ayrılmanın texniki cəhətdən mümkün olmasını nəzərə alaraq və qeyd edilən çıxarışa istinad edərək tələbi təmin etmişdir. Qətnamənin hüquqlarına toxunduğu Maraqlı şəxs apelyasiya şikayəti verərək bildirir ki, həmin çıxarış inzibati icraat çərçivəsində ləğv edilmişdir.

21. Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə hazırkı iş üzrə iddiaçının istinad etdiyi ##.##.2023-cü il tarixli ********** nömrəli mülkiyyət hüququna dair aparılmış qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsi üzərinə qoyulmuşdur. İnzibati icraat çərçivəsində müəyyən edilmişdir ki, həmin qeydin aparılmasına əsas olmuş sənədlərdə Maraqlı şəxs da adı qeyd edilmiş, lakin mübahisələndirilən çıxarışda onun adı qeyd edilməmişdir.

22. Göründüyü kimi, inzibati icraat üzrə qəbul edilən məhkəmə aktı hazırkı iş üzrə hüquqi vəziyyəti dəyişmişdir. Belə ki, iddiaçının mülkiyyət payının qeyd edildiyi çıxarış artıq mötəbər deyildir və yeni veriləcək çıxarışla mülkiyyət payları üzrə yeni bölgü tərtib ediləcəkdir.

23. Belə olan halda, birinci instansiya məhkəməsinin ləğv edilən çıxarışa istinad edilməklə gəldiyi nəticə qanuni və əsaslı ola bilməz.

24. Kollegiya onu da qeyd edir ki, iddiaçının hazırkı tələbinin qeyd edilən əsasa görə rədd edilməsi onun sonradan yeni qeydiyyat aparılandan sonra analoji tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

25. Qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə və əsaslılığına təsir edən hallardır.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar