Məhkəmə qərarları › İş №2(3-7)-778/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-778/2026

11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-778/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Həsənova İnci Azər qızının cavabdeh cavabdeh2 və qeyrilərinə qarşı cehiz əşyaları tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı Həsənova İnci Azər qızının nümayəndəsi (atası) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsənova İnci Azər qızının cavabdeh cavabdeh2, cavabdeh1 İmralı qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “İndeks A” markalı soyuducu-956 manat dəyərində, 1 ədəd “Hoffman” markalı ütü-100 manat dəyərində, 1 ədəd kofemolka-50 manat dəyərində, 2 ədəd postel 132 manat dəyərində, 3 ədəd məhrəba dəsti-140 manat dəyərində, 1 ədəd çəngəl-bıçaq-qaşıq dəsti320 manat dəyərində, 1 ədəd xrustal gül qabı- 130 manat dəyərində, 1 ədəd xalça-900 manat dəyərində, 1 ədəd pakrıvaI-256 manat dəyərində, 1 ədəd skater-63 manat dəyərində, 2 ədəd gül səbəti-60 manat dəyərində, 1 ədəd boşqab dəsti-240 manat manat dəyərində, 1 ədəd abedni-çayni serviz-920 manat dəyərində, 1 ədəd ləpə qabı-40 manat dəyərində, 1 ədəd qazan dəsti-520 manat dəyərində, 1 ədəd etejerka 26 manat dəyərində, 6 ədəd bakal dəsti-650 manat dəyərində və 6 ədəd ədviyyat qabı-130 manat dəyərində, həmin əşyalar olmadıqda 5633 manatın, məhkəməyə ödədiyi 27 manat dövlət rüsumunun, mediasiya xidmətinə ödədiyi 50 manat xidmət haqqının cavabdehlər cavabdeh2 Məmməd oğlu və cavabdeh1 İmralı qızından alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2019- cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 İmralı qızından 1 ədəd İndeks A markalı soyuducu-956 manat dəyərində, 1 ədəd Elektroluks markalı paltaryuyan maşın- 980 manat dəyərində, 1 ədəd Hofmman markalı ütü-100 manat dəyərində, 1 ədəd kofemolka- 50 manat dəyərində, 2 ədəd postel 132 manat dəyərində, 3 ədəd məhrəba dəsti-140 manat dəyərində, 1 ədəd çəngəl-bıçaq dəsti -320 manat dəyərində, 1 ədəd xrustal gül qabı 130 manat, 1 ədəd xalça 900 manat, 1 ədəd pakrıval 256 manat, 1 ədəd skater 63 manat, 1 ədəd boşqab 240 manat, 2 ədəd gül səbəti 60 manat, 1 ədəd obedni çay dəsti-920 manat, 1 dəst ləpəb qabı 40 manat, 1 ədəd qazan dəsti 520 manat, 1 ədəd etajerka 26 manat, 6 ədəd bakal dəst 650 manat, 6 ədəd ədviyyat qabı-130 manat dəyərində əşyaların, onlar olmadıqda dəyərlərinin cavabdehlardən alınaraq ona verilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi qərəzli şəkildə bir neçə il ərzində cavabdehlər tərəfindən qərəzli şəkildə icra edilməmişdir. Bununla bağlı olaraq atası-İ Qarabağ müharibəsi veteranı olaraq bütün dövlət orqanlarına müraciət etmişdir. Onun müraciətləri nəticəsində qətnamə qismən icra edilmişdir. ##.##.2025-ci il tarixdə icra tədbirləri həyala keçirilərəkən aşağıdakı əşyaların götürülməsindən imtina etmişdir. İlk öncə diqqətlərinə çatdırmaq istəyir ki, götürülməsindən imtina etdiyi cehiz əşyaları aşağıdakılardan ibarətdir:1. 1 ədəd “İndeks A” markalı soyuducu; 2.1 ədəd “Hoffman” markalı ütü; 3.1 ədəd kofemolka; 4.2 ədəd postel; 5.3 ədəd məhrəba dəsti; 6.1 ədəd çəngəl-bıçaq-qaşıq dəsti; 7.1 ədəd xrustal gül qabı; 8.1 ədəd xalça; 9.1 ədəd pakrıval; 10.1 ədəd skater; 11. 1 ədəd gül səbəti; 12. 1ədəd abedniçayni serviz; 13. 1 ədəd ləpə qabı; 14. 1 ədəd qazan dəsti; 15. 1 ədəd bakal dəsti; 16. 1 ədəd ədviyyat qabı. Qeyd olunan cehiz əşyalarını götürməmə səbəbi ondan ibarətdir ki, həmin əşyalar keyfiyyətcə aşağı olan və dəyəri orjinalından kəskin dərəcədə ucuz olan əşyalarla dəyişdirilmişdir. Onun aidiyyatı orqanlara şəxsən əyani müraciəti və şikayət ərizələri nəticəsində qətnamənin qismən icrasını təmin etmişlər. ##.##.2025-ci il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfindən İcra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. İcra məmuru qərarını onunla əsaslandırmışdır ki, “cehiz əşyaları yerində müəyyən edilərək götürülməsi üçün tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə təklif olunsa da, həmin cehiz əşyalarının yararsız vəziyyətdə olduğunu bildirirərək götürməkdən imtina etmiş və bu barədə tərəflərindən akt tərtib olunaraq icra işinə əlavə olunmuşdur.” Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Həsənova İnci Azər qızının cavabdeh cavabdeh2, cavabdeh1 İmralı qızına qarşı “cehiz əşyaları” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İş üzrə qərardaddan iddiaçı Həsənova İnci Azər qızının nümayəndəsi Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini, əks-halda şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli 2(066)-780/2019, Göygöl Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(066)- ***/**** saylı qətnaməsi qismən icra edilmişdir. Qətnamənin tam icra edilməsinə mane olan hal isə o olmuşdur ki, iddiaçı tərəfindən əşyalar yararsız və aşağı keyfiyyətli əşyalarla dəyişdirilmişdir. Bu gün iddiaçı eyni predmet, tələb üzrə məhkəməyə müraciət etmir. Dəyişdirilmiş əşyaların özünü, onlar olmadıqda isə dəyərini cavabdehlərdən tələb edir. İşin halı ondan ibarətdir ki, əşyaları qismən geri qaytarılmışdır. Götürməkdən imtina etdiyi əşyalar tamam fərqli əşyalardır. Məhkəmə qətnaməsində göstərilən əşyalar deyildir və yararsızdır. Məhkəmə iddia ərizəsini əsassız geri qaytarmaqla məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə maneçilik törətmişdir. Birinci instansiya məhkəməsi işə hər tərəfli, tam və obyektiv baxmaq üçün icra işinin tələb edib tədqiq etməli idi. Çünki, icra işi materiallarında icra sənədinin bir neçə dəfə geri qaytarılması və icra prosesinin qərəzli olmasını təsdiq edən sənədlər vardır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin məzmun və mahiyyətini araşdırmamışdır. İcra işi alınıb tədqiq edilsə, həqiqətin nədən ibarət olması məhkəməyə aydın olar. Birinci instansiya məhkəməsi iddia tələbinin eyni predmet və əsas olmasını araşdıra bilməmişdir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə cehiz əşyalarının iddiaçıya verilməsi qət edilsə, məhkəmə qətnaməsinin icra edilməsi 3 ilə yaxın müddət aparmışdır. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh cavabdeh2 məhkəmə kollegiyasına şikayətə dair etiraz ünvanlayaraq göstərmişdir ki, qızıl-zinət əşyalarının dəyərini tam ödəmişdir. Cehiz əşyalarının isə götürülməsinə heç bir etirazı yoxdur. Lakin iddiaçı cehiz əşyalarını götürmək istəmir, cehiz əşyalarının dəyərinin nəğd ödənilməsini tələb edir. Onun cehiz əşyalarının dəyərini ödəməyə maddi imkanı yoxdur. Ancaq cehiz əşyalarının götürülməsinə heç bir maneəçilik yaratmayacaqdır. Odur ki, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2019-cu il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş cavabdehlər cavabdeh2 Məmməd oğlundan və cavabdeh1 İmralı qızından 01 ədəd “İndeks A” markalı soyducu 956 (doqquz yüz əlli altı) manat dəyərində, 01 ədəd “Elektroluks” markalı paltaryuyan maşın 980 (doqquz yüz səksən) manat dəyərində, 01 ədəd “Hoffman” markalı ütü 100 (bir yüz) manat dəyərində, 01 ədəd kofemolka 50 (əlli) manat dəyərində, 02 dəst postel 132 (bir yüz otuz iki) manat dəyərində (03 ədəd məhrəba dəsti 140 (bir yüz qırx) manat dəyərində, 01 ədəd çəngəl, bıçaq, qaşıq dəsti 320 (üç yüz iyirmi) manar dəyərində, 01 ədəd xrustal gül qabı 130 (bir yüz otuz) manat dəyərində 01 ədəd xalça 900 (doqquz yüz) manat dəyərində, 01 ədəd pakrıval 256 (iki yüz əlli altı) manat dəyərində 01 ədəd skater 63 (altmış üç) manat dəyərində, 01 ədəd boşqab dəsti 240 (iki yüz qırx) manat dəyərində, 02 ədəd gül səbətləri 60 (altmış) manat dəyərində, 01 ədəd abetni çay dəsti olan serviz 920 (doqquz yüz iyirmi) manat dəyərində, 01 dəst ləpə qabı 40 (qırx) manat dəyərində, 01 ədəd qazan dəsti 520 (beş yüz iyirmi) manat dəyərində, 01 ədəd etajerka 26 (iyirmi altı) manat dəyərində, 06 ədəd bakal dəsti 650 (altı yüz əlli) manat dəyərində və 130 (bir yüz otuz) manat dəyərində olan 06 ədəd ədviyyat qablarından ibarət cehiz əşyaları naturada, onlar olmadıqda göstərilən dəyərlərinin alınaraq iddiaçı Həsənova İnci Azər qızına verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən Apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Göygöl Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsi qismən-iddianın qızıl-zinət əşyaları barədə təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər cavabdeh2 Məmməd oğlundan və cavabdeh1 İmralı qızından dəyəri 1600 (min altı yüz) manat olan 1 ədəd 30 qram 585 əyarlı qızıl “Tros sep", dəyəri 1150 (min yüz əlli) manat olan 1 ədəd 20 qram 585 əyyarlı qızıl qolbağı, dəyəri 1400 (min dörd yüz) manat olan 1 ədəd 18 qram qızıl komplekt və dəyəri 1600 (min altı yüz) manat olan (2-si brilyant, 1-i sadə qaşlı) 585 əyyarlı 19 qram olan 3 ədəd qızıl üzük naturada, bu mümkün olmazsa cəmi dəyəri 5750 (beş min yeddi yüz əlli) manat alınıb iddiaçı Həsənova İnci Azər qızına verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli qərarına əsasən cavabdehlər cavabdeh2 Məmməd oğlu və cavabdeh1 İmralı qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hüquqi münasibətlərin sabitliyini təmin etmək üçün məhkəmə aktlarının qüvvəsi şərtsiz olaraq nəzərə alınmalıdır. Əks halda, tərəflərin eyni iddianı dəfələrlə qaldırması hüquqi qeyri-müəyyənlik yaradacaq və məhkəmə qərarlarının nüfuzunu zəiflədəcəkdir. İddiaçının eyni hüquqi və faktiki əsaslara istinad etməklə həmin mübahisəyə dair yenidən məhkəməyə müraciət etməsi, sadəcə olaraq əvvəlki qərarla razılaşmamaq niyyəti ilə ədalət mühakiməsinə təkrar müraciət kimi qiymətləndirilməli və hüquq sisteminin sabitliyinə təhlükə yaradan addım kimi rədd edilməlidir. İş üzrə əvvəlki məhkəmə qərarlarında artıq həll edilmiş hüquqi məsələlərin hazırkı iddia ilə yenidən məhkəmə mübahisəsinə çıxarılması hüquqi müəyyənlik və “bir dəfə həll edilmiş məsələ” prinsipinə ziddir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası həmçinin bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara gəlməkdə haqlı olmuşdur. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı Həsənova İnci Azər qızının nümayəndəsi (atası) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar