Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-8/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *(***)-**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair mülki işə baxılaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
2. Mülki işə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(008)- ****/**** nömrəli qətnaməsi ləğv edilməsi iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi cavabdeh Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi X9 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinimn Mülki Kollegiyasının 2(103)-612 /**** nömrəli ## ###### 2024—cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. “xxxx” MMC tərəfindən verilmiş ## #### 2023-cü il tarixli, **-***/** nömrəli ekspert rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh tərəfindən təqdim edilmiş, həmçinin bildirdiyi məlumatlara və texniki vizual baxışa əsasən Bakı şəhəri, Sabunçu rayonu 2-ci ramana sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə çəkilmiş xərclərin (malmaterial, avadanlıqlar və usta xərcləri nəzərə alınmaqla) bazar qiymətləi nəzərə alınmaqla dəyəri 16716.1( on altı min yeddi yüz on altı manat 10 qəpik) manat təşkil edir.
5. Mülki iş materiallarına iki vərəqli, bir vərəqinin hər iki tərəfində qeydlər olan kağız təqdim edilmişdir. Kağızın 1-ci vərəqində ödəniş qrafiki ikinci səhifəsində isə “Mən İddiaçı Ramanı qəsəbəsi II ci sahədəki evimi 50000 dollara Cavabdeh satacağam. Əgər o siyahıda göstərilən tarixlərdə pulları aldıqdan sonra evi adına keçirəcəyəm. Öz imzamla təsdiq edirəm. Başıma bir iş gəlsə bu siyahıda göstərilən pulları Rəşada ödəsin. X6, Cavabdeh, İddiaçı Bunların müqaviləsində iştirak etmişəm” sözləri qeyd edilmişdir.
6. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il saylı qərardadından görünür ki, iddiaçı X8 cavabdehlər İddiaçı, Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsinin cavabdehin hesabına əvvəlki qaydada təhvil verilməsi”nə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılması qərara alımışdır.
7. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, cavabdeh Cavabdeh uzun müddətdir tanıyır. Ondan maşın almışdır. 2018-ci ildə Aytəkinin Kənan adlı şəxsdən faizə borc pul götürdüyünü, həmin borcdan 10000 manat məbləğində hissəsinin qaldığını, həmin 10000 manatı Aytəkinə kömək üçün verdiyini bildirmişdi. O, Aytəkinlə birlikdə Kənanın Bakı şəhərində “Ulduz” metrostansiyası yaxınlığında yerləşən sexinə getmiş, həmin qalıq 10000 manat məbləğində vəsaiti Aytəkin onun yanında Kənana vermişdir. Kənan pulu aldıqdan sonra faiz üzrə borcdan Aytəkinin borcunun qalmadığını bildirmişdir. X1 olan borcunu isə Aytəkindən aldığı maşının pulunda hesablaşmaqla əvəzləşdirdiyini bildirdi.
8. Məhkəmədə şahid qismində ifadə vermiş X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh 2015-ci ildən tanıyır, bazarda bir yerdə işləmiş, oyuncaq satışı ilə məşğul olmuşlar. Aytəkinin Kənana borcu olmuşdur. Aytəkin ondan ev almışdır. O, Aytəkindən evin sənədlərin olmasını soruşmuş, Aytəkin isə evin sənədlərinin olmadığını bildirmişdir. Aytəkin 3 il müddətində hər ay 700 ABŞ dolları ödəmişdir. 2019-cu ildə isə Aytəkin Kənana bir dəfə də, 10000 manat ödəmişdir. Həmin pulu Aytəkinə o ödəmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona borclu olduğu fərdi yaşayış evinə görə 26200 ABŞ dolları (ödəniləcək günə olan valyuta məzənnəsi ilə) dolları, borc müqaviləsi üzrə 13755 manat cəmi 58295 (əlli səkkiz min iki yüz doxsan beş) manat məbləği və 264 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X9 üvanında yerləşən fərdi yaşayış evi ona məxsus olmuşdur. O, həmin evi 74000 manata almışdır. Həmin evin yerləşdiyi torpaq sahəsini, yəni Bakı şəhəri, Sabunçu rayonu (Keçmiş Abşeron), X9 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi Idarəsi tərəfindən ##.##.2008-ci il tarixli 1608015539 Qeydiyyat nömrəli Çıxarışa əsasən X8 AR-İ ****** nömrəli etibarnamə əsasında almışdır. ##.##.2008-ci il tarixli 1608015539 Qeydiyyat nömrəli Çıxarış əsasında aldığı zaman içərisində fərdi yaşayış evi olmuşdur. Həmin evi satmaq qərarına gəlmiş, bu zaman alıcı kimi gələn Cavabdeh evi almaq istədiyini, lakin pulu olmadığını demiş və bu səbəbdən onunla razılaşmamışdır. Cavabdeh sonradan təkrar ona müraciət edərək evi ona kirayə verməyini xahiş etmiş, o isə satmaq niyyətinin olduğunu dedikdə Cavabdeh bir müddət kirayəçi kimi qalıb, daha sonra pul düzəldib həmin evi alacağını demiş, hətta güzəşt kimi qaldığı bir neçə ayın pulunu evin satış pulundan çıxacağını, aralarındakı razılaşmaya əsasən əgər evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pullar kirayə pulu kimi hesablanaraq evdən çıxacağını demişdir. 2018-ci ilin mart ayında öz aralarında akt tərtib edərək müqavilə bağlamışlar və həmin müqavilənin şərtlərində cavabdehin onun evini alacağını, müvəqqəti olaraq aylıq kirayə ödənişləri edəcəyini, həmin ödənişlərin evin pulundan çıxılacağını, əgər evin qalan pulunu tam ödəmədiyi təqdirdə, ödənilən pulların kirayə pulu kimi hesablanacağını və cavabdehin evdən çıxacağı razılığa gəlinmişdir. Cavabdeh bir müddət ödənişlər etdikdən sonra, ondan razılaşmalarına əsasən evin qalan pulunu tam istəmiş, cavabdehə bir müddət vaxt vermiş, lakin o, bir müddət də kirayə ödənişi etməklə onun evində qalmış, daha sonra isə ümumiyyətlə ödəniş etməmişdir. Pulu ödəməyi tələb edən zaman isə pulu olmadığını bildirmişdir. Bundan sonra iddiaçı İddiaçı cavabeh Cavabdeh qarşı “mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2008-ci il tarixli 1608015539 Qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətçi X8 ##.##.2017-ci il tarixli AR-İ ****** nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X9 ərazisindəki torpaqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X9 ünvanındakı fərdi yaşayış evindən Cavabdeh və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunmasına baxmayaraq, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli 2(103)- ***/**** saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün yenidən Bakı Apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Apellyasiya şikayəti qismən təmin edilərək, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur; Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlsə də, iddiaçının fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilini ## #### 2018-ci ildə dəyərini razılaşdırdıqları formada və müddətdə hissə-hissə ödəmək şərti ilə cavabdehə satmasını, razılaşdıqları həmin vaxtdan tikilini cavabdehin faktiki sahibliyinə verməsini, razılaşdırılmış məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli özbaşına tikilidə uzun müddət cavabdehin yaşayaraq evə faktiki sahiblik etməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehdən ala bilməməsi ilə bağlı onunla mübahisəli vəziyyət yarandıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini, əslində isə iddiaçının qeyd olunan evə görə ona ödənilməli olan pulun qalan hissəsinin alınmasına nail olmaq olduğunu nəzərə almamışdır. Başqa sözlə, evdən çıxarılma ilə bağlı iddianı subyektiv hüququnun olmadığı əsası ilə rədd etsə də, iddiaçının razılaşdırdıqları məbləğin ödənilməyən qalan hissəsini cavabdehdən tələb etmək hüququnun mövcud olub-olmamasına münasibət bildirməmişdir. Çünki mübahisəsiz haldır ki, hüquqa və qanuna uyğun olmasa da tərəflər arasında mübahisəli tikiliyə dair bir razılaşma olmuşdur. Həmin tikilini iddiaçı da, üçüncü şəxsdən əvəzi ödənilməklə əldə etməsi hazırkı işdə mübahisələndirilmir. Ona görə də, əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqısatqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və qanunvericiliyin tələbinə uyğun olmasa da, bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. Ona görə də, iddiaçının özbaşına tikili statusunda olsa da, fərdi yaşayış evinin əldə olunmasına vəsaiti sərf olunduğundan razılaşdırdıqları məbləğin tam ödənilməsini tələb etmək hüququ olmuşdur. Burada, məhz cavabdehin ## #### 2018-ci il tarixdən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərclərin cavabdeh tərəfindən ödənilməsi də mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin cavabdeh tərəfindən həyata keçirildiyini bir daha təsdiq etmiş olur. Buna görə də, cavabdehin mübahisəli tikilidən çıxarılması məsələsi üzrə hüquqi dəyərləndirmə aparılarkən onun həmin tikilidə illər ərzində fasiləsiz yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən dəftərdə aparılmış qeydlər də nəzərə alınmalıdır. Başqa sözlə, evdən çıxarılma ilə bağlı deyil, ödənilməmiş məbləğin ödənilməsi ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. (42,43,44) Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(103)- ****/**** saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Hər üç qətnamədə cavabdehin ona fərdi yaşayış evinə görə 26.200 ABŞ dolları, borc müqaviləsi üzrə 13.755 manat borcu qalmısı sübuta yetirilmişdir. Cavabdehin 58295 manat məbləğində borcunun iddiaçıya qaytarılması barədə pretenziya ilə müraciət etmişdir.
11. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Bayram Məhərrəmov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 22010 (iyirmi ikin min on) ABŞ dolları (ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul və 202.25 (iki yüz iki manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumun əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin birinci hissəsinə (2018-ci il tarixdə verilmiş borc məbləğinin 13755 manat hissəsi) münasibətdə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər arasında müqavilənin forma tələbinə riayət edilməmişdir. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri). Bu cür əsassız varlanmadan irəli gələn tələb hüququnu qanun kəsici müddətlə məhdudlaşdırır. Məhkəmə həm kəsici müddətin tətbiqini, həm şahid ifadələrini, rəhbər tutaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdehin ilkin borc məbləğini ödəmədən iddiaçı tərəfindən onun faktiki sahibliyinə əlavə olaraq 50000 ABŞ dolları dəyərində fərdi yaşayış evi verməsini də ağlabatan hesab etmir. Iddia tələbinin ikinci hissəsinə (satılmış fərdi yaşayış evinin ödənilməmiş 26200 ABŞ dolları məbləğində olan hissəsi) münasibətdə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli Qətnaməsində məhkəmənin gəldiyi hüquqi nəticə ondan ibarətdir ki, tərəflər arasında hüquqa və qanuna uyğun olmayan mübahisəli tikiliyə dair razılaşma olmuşdur. Həmin tikilini də iddiaçı da üçüncü şəxsdən əvəzi ödənilməklə əldə etməsi hazırki işdə mübahisələndirilmir. Ona görə də əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilsə də, cavabdeh evin dəyərini iddiaçıya tam ödəməmişdir. Ona görə də, iddiaçının özbaşına tikili statusunda olsa da fərdi yaşayış evinin əldə olunmasına vəsait sərf olunduğundan razılaşdırdıqları məbləği tam ödənilməsini tələb etmək hüququ olmuşdur. Cavabdeh iddia tələbinin bu hissəsinə münasibətdə də əhəmiyyətsiz əqdin nəticəsi üzrə əsassız varlanan şəxsdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə münasibətdə kəsici müddətin axımı iddiaçının cavabdehə qarşı Sabunçu Rayon Məhkəməsində “mənzildən çıxarılma” tələbi üzrə iddia qaldırması ilə 2023-cü il tarixdə dayanmışdır. Belə ki, cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayınadək fərdi yaşayış evinin aylıq ödənişləri davam etmişdir. Mənzildən çıxarılma tələbi ilə bağlı (cavabde məhkəmə iclasında qeyd etmişdir) iddiaçı 2023-cü ili mart ayında iddia qaldırmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, kəsici müddət tətbiq edilmədən işdə olan sübutlar əsasında qalıq borc məbləği müəyyən edilməlidir. Ödəniş terminalı vasitəsilə iddiaçının kart hesabına köçürülən vəsait: Cavabdeh tərəfindən məhkəməyə 50 ədəd olmaqla ödəniş terminalları vasitəsilə ödənişin həyata keçirildiyini təsdiq edən qəbz təqdim edilmişdir. Həmin qəbzlərdən 10 ədədi başqa şəxslərə, eləcə də kommunal xərlərlə bağlı edilən ödənişlərdir. 40 ədəd qəbz üzrə ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək 8860 manat məbləğində vəsait iddiaçının kart hesabına köçürülmüşdür. Hər bir ödəniş tarixi üzrə (cədvəl tərtib edilərək iş materiallarına əlavə edilmişdir) 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə fərqləri (https://www.cbar.az/currency/rates internet səhifəsi üzrə) nəzərə alınmaqla ümumilikdə 5211.76 ( beş min iki yüz on bir dollar yetmiş altı sent) ABŞ dolları məbləğində vəsaitin iddiaçının kart hesabına köçürüldüyü müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclaslarında borcun tam şəkildə ödənildiyini qeyd etsə də, Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, mənzildən çıxarılma tələbi üzrə mülki işin gedişində cavabdeh Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq 32000 ABŞ dolları məbləğində vəsaitin, habelə evin təmirinə çəkdiyi xərclərin ödənilməsini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etmişdir. Bu da, dolayısı ilə cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin tam icra edilmədiyini müəyyən edən sübutlardandır. Cavabdeh məhkəmə iclaslarında həmçinin bildirmişdir ki, İddiaçı ona qarşı mənzildən çıxarılma tələbi üzrə Sabunçu Rayon Məkəməsində iddia qaldırdıqdan sonra o, iddiaçıya heç bir ödəniş etməmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 146.1, 146.2, 324.1, 324.2, 324.4, 324.5, 329, 329.2, 337.1, 337.2, 337.4, 375.2, 385, 385.1, 386, 386.1, 406, 406.1, 425.1, 427, 427.3, 427.4, 442, 448, 448.1, 550, 551.1, 739, 739.1, 739.2, 740, 740.1, 740.2, 882.1, 1091, 1092.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsini qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçı qarşısında heç bir öhdəçiliyi yoxdur. Məhkəmə əsassız olaraq qətnaməsində qeyd etmişdir ki, guya onun iddiaçıya 22010 ABŞ dolları ödənilməmiş vəsaiti qalıb. Belə ki, o, Sabunçu rayonu, X9, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin dəyərini hissə-hissə ödəmək şərtilə iddiaçıdan 50.000 ABŞ dolları ödənilməsi şərtilə almışdır. Həmin puldan 32.000 ABŞ dollar ödəniş etmişdir. Aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olmayıb. İddiaçı 2 il idi ki, evi sata bilmədiyindən ona aylıq 700 ABŞ dollar ödəmək şərtilə kreditə vermiş və hər ilin yanvar ayında 10.000 ABŞ dollar, ayda isə 700 ABŞ dollar ödəmə şərti ilə razılaşmışdılar. Aylıq ödənişləri iddiaçıya imza çəkdirməklə vermişdir. Razılaşdıqları qalan məbləği isə 4169 7413 0262 8605 və 4169 7388 4464 **** saylı kart hesablarından Kənanın 4169 7413 1682 **** saylı və 4169 7388 2754 **** saylı kart hesabına atmışdır. Bundan başqa, ev təmirsiz olduğundan həmin evi təmir etdirmiş və təmirə 16 716 manat pul xərcləmişdir. Təmirə xərclədiyi bu məbləği “xxxx” MMC-nin ## #### 2023- cü il tarixli rəyi də təsdiq edir. Daha sonra isə o, fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına olmadığını öyrənmişdir. Belə ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X9 ünvanındakı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsin mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. Iddiaçının mübahisəli evə dair hüquq müəyyən edici sənədi olmadığı halda onu aldadaraq cavabdehdən aylıq olaraq pul almışdır. Halbuki, ona sonradan məlum olmuşdur ki, iddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən 5-ci adama verilmiş şəxs tərəfindən ona verilən etibarnamə olmuşdur. Namiq Məmmədov da məhkəməyə gəlib Kənanı tanımadığını bildirmişdir. Qeyd olunan etibarnamə ilə X8 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X9 ünvanında yerləşən ümumi sahəsi 3.0 ha torpaq sahəsinin 200 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi başqa şəxslərə etibar etmiş, həmin şəxslərdən sonuncusu isə İddiaçı etibar etmişdir. Etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş 200 kv torpaq sahəsinin 3.0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı, və ya İddiaçı istifadəyə verilmiş 200 kv torpaq sahəsinin doğrudanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təsdiq edilməmişdir. İddiaçı ona qarşı “mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2008-ci il tarixli 1608015539 Qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətçi X8 ##.##.2017-ci il tarixli AR-İ ****** nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X9 ərazisindəki torpaqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X9 ünvanındakı fərdi yaşayış evindən onun və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(008)- ****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X9 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## #### 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasıya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında da, qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Abşeron rayonu, X9 ərazisində 3,0 ha torpaq sahəsi ##.##.2008- ci il tarixindən başlayaraq Namiq Məmmədova 99 il müddətinə müqavilə əsasında icarəyə verilmiş, icarə hüququ qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. Namiq Məmmədov ona icarə hüququ ilə verilmiş 3,0 ha olan həmin torpaq sahəsindən 200 kv.m. hissəsinə dair ilk olaraq ##.##.2012-ci il tarixdə Amid Ibrahimova, Amid Ibrahimov öz növbəsində ##.##.2014-cü il tarixdə Ramil Hüseynova, Ramin Hüseynov öz növbəsində ##.##.2017-ci il tarixdə Eldəniz Kərimova, Eldəniz Kərimov isə öz növbəsində ##.##.2017-ci il tarixdə Vüqar Sadıqova etibarnamə vermişlər. X17 sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsindən 200 kv.m. dair hissəsinə qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işi aparıldıqdan sonra özəlləşdirmək, bütün sənədləşmə işlərini yerinə yetirmək, imza etmək, torpağa və tikiliyə reyestrdən çıxarış almaq, zərurət yaranarsa bununla əlaqədar məhkəmədə çıxış etmək, üzərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən satmaq, pulunu almaq, dəyişmək, ipoteka qoymaq, bağışlamaq səlahiyyətləri etibar edilmişdir. Iddiaçıya Vüqar Sadıqov tərəfindən 200 kv.m. torpaq sahəsinə dair etibarnamə verilərkən torpağın üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evi olmuşdur. Iddiaçının fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. ## #### 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qeyd olunan torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, iddiaçı evi cavabdehə 50.000 ABŞ dolları pul vəsaitini ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödəmək şərti ilə satıb, evi həmin tarixdə cavabdehə təhvil verməyi, cavabdeh isə həmin pulu qeyd olunan qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüş, iddiaçı razılaşdırılmış tarixdə həmin evi cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. ## #### 2018-ci il tarixdən etibarən halhazıradək mübahisəli evdə faktiki olaraq cavabdeh yaşayır. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin və üzərində özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin qanuni sahibi olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, bu zaman iddiaçının mübahisəli evi ## #### 2018-ci ildə nisyə olaraq pulunu hissə-hissə ödəmək şərti ilə cavabdehə satmasını, razılaşdıqları həmin vaxtdan evi cavabdehin faktiki sahibliyinə verməsini, evə görə razılaşdırılmış məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli evdə uzun müddət cavabdehin yaşayaraq evə faktiki sahiblik etməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehdən ala bilməməsi ilə bağlı onunla münaqişəli vəziyyət yarandıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini, yəni iddiaçının tələbinin əslində cavabdehin ona ödəməli olduğu pulun qalan hissəsinin alınmasına yönəlməsini nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının sahibliyində olan fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqısının notariat qaydasında rəsmiləşdirilməsinin Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən qeyri-mümkün olması qənaətinə gəlsə də, digər tərəfdən Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri müəyyənliyinin məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməməsi barədə nəticəyə gəlmiş, iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq, mülki qanunvericiliyin alğı-satqı müqaviləsindən irəli gələn normalarına (Mülki Məcəllənin 567, 598.2, 600.4-cü maddələri) istinad etmiş, bununla da hazırki tələbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüququnu tanımışdır. Bununla da apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mövqeyini ziddiyyətli şəkildə əsaslandırarkən tərəflərin iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alqı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmələrini və bunu yazılı formada rəsmiləşdirmələrini, iddiaçı tərəfindən fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdehin evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəmədiyini, iddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini tələb etmək hüququ olduğunu qeyd etmişdir. Halbuki hazırki mübahisəyə baxılarkən, məhz cavabdehin ## #### 2018-ci il tarixdən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərcləri hansı qaydada və kimin adına ödəməsi halları da araşdırılaraq, mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin müəyyənləşdirilməsi cavabdehə münasibətdə tədqiq edilməli, cavabdehin mübahisəli tikilidən çıxarılması məsələsinə qiymət verilərkən onun həmin ünvandakı tikilidə illər ərzində fasiləsiz yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən dəftərdə aparılmış qeydlərə düzgün hüquqi qiymət verilməli, ümumiyyətlə hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə düzgün hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2023cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Iddiaçı ilə aralarında olan ## #### 2018-ci il tarixli razılaşmanın hüquqi əsası yoxdur. Çünki, iddiaçı torpağın və evin özünün mülkiyyətində olmasına onu inandırmış, cavabdeh isə onun vədinə inanmaqla onunla razılaşmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən, torpağın və evin İddiaçı mülkiyyətində olmaması öz təsdiqini tapmışdır. Iddiaçı guya cavabdehin ona borclu olmağını qeyd edir. Lakin cavabdehin ona heç bir borcu yoxdur. O, cavabdehin ona borclu olmağı ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Iddiaçı dəfələrlə ona qarşı əsassız iddialar qaldırmış, lakin heç bir uğurlu nəticə əldə etməmişdir. Indi isə çarəsiz qalan iddiaçı cavabdehin ona borclu olmağını əsas gətirərək ona qarşı iddia qaldırmışdır. Iddiaçının hədə-qorxu və təzyiqləri nəticəsində o, və ailəsi rahat yaşaya bilmir. O, polisə vermiş və qanunsuz olaraq barəsində cinayət işi açılmış və cərimələnmişdir. Indi isə iddiaçının qanunsuz iddia tələbləri davam etməklə ona mənəvi ziyan vurmaqda davam edir. Odur ki, göstərdiyi xüsusatlar, məhkəmə tərəfindən nəzərə alınmalıdır. O, iddiaçı qarşısında əsassız olaraq varlanmamış, onun vəsaitini ələ keçirməmişdir. Razılaşdıqları məbləği isə iddiaçıya ödəmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
18. Iddiaçıya məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
20. Maddə 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
23. Maddə 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
25. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
26. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
32. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
33. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
34. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
40. 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
41. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
43. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
44. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
45. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
50. Işin faktiki halları kimi müəyyən edilmişdir ki, Abşeron rayonu, X9 ərazisində 3 ha torpaq sahəsindən 200 kv.m hissəsinə dair ##.##.2008-ci il tarixdən başlayaraq Namiq Məmmədova 99 il müddətinə müqavilə əsasında icarəyə verilmiş, icarə hüququ ilə verilmiş torpaq sahəsi ##.##.2012-ci il tarixdə Amid Ibrahimova, Amid Ibrahimov ##.##.2014-cü ildə Ramil Hüseynova, Ramil Hüseynov ##.##.2017-ci il tarixdə Eldəniz Kərimova, Eldəniz Kərimov ##.##.2017-ci il tarixdə Vüqar Sadıqova, Vüqar Sadıqov tərəfindən isə iddiaçıya etibarnamə ilə vermişdir. Vüqar Sadıqov tərəfindən iddiaçıya etibarnamə verilərkən torpağın üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evi olmuşdur. ##.##.2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qeyd edilən torpaq sahəsinin üzərində olan evin nisyə alqı-satqısı barədə şifahi razılaşma olmuş, iddiaçı evi cavabdehə 50000 ABŞ dolları olmaqla ayda 700 ABŞ dolları ödəmək şərti ilə satmış və tərəflər arasında alqı-satqıya dair sadə yazılı formada əqd bağlanmışdır.
51. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılan məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında Abşeron rayonu, X9 ərazisində 3 ha torpaq sahəsinin 200 kv.m hissəsi və üzərində olan evin nisyə alqı-satqısı barədə müqavilənin rəsmiləşdirilməsi ilə zamanı MM-nin 1441.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət olunmadığından əqd etibarsız əqdir.
52. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.
54. Hazırkı iş üzrə torpaq sahəsi və üzərində yerləşən evə dair tərəflər arasında sadə yazılı formada bağlanmış əqd, həm əqdin bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, həm də, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmaması baxımından əhəmiyyətsiz əqddir və konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında da, qeyd edildiyi kimi həmin əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir və həmin əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün deyildir.
55. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli Qətnaməsində məhkəmənin gəldiyi hüquqi nəticə ondan ibarətdir ki, tərəflər arasında hüquqa və qanuna uyğun olmayan mübahisəli tikiliyə dair razılaşma olmuşdur. Həmin tikilini də, iddiaçı da üçüncü şəxsdən əvəzi ödənilməklə əldə etməsi hazırki işdə mübahisələndirilmir. Ona görə də, əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilsə də, cavabdeh evin dəyərini iddiaçıya tam ödəməmişdir. Ona görə də, iddiaçının özbaşına tikili statusunda olsa da, fərdi yaşayış evinin əldə olunmasına vəsait sərf olunduğundan razılaşdırdıqları məbləği tam ödənilməsini tələb etmək hüququ olmuşdur. Cavabdeh iddia tələbinin bu hissəsinə münasibətdə də əhəmiyyətsiz əqdin nəticəsi üzrə əsassız varlanan şəxsdir.
56. Birnci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əqdin etibarsızlığına və tərəflər arasında bağlanmış əqdin etibarsız olmasına istinad etsə də, işin faktiki halları üzrə düzgün nəticəyə gəlməyərək iddianın qismən təmin edilməsi və tərəflər arasında əhəmiyyətsiz əqd üzrə verilməli olan pulun tutulması qənaətinə gəlmiş və bunu cavabdehin iddia tələbinin həmin hissəsinə münasibətdə əhəmiyyətsiz əqdin nəticəsi üzrə əsassız varlanan şəxs olması ilə əsaslandırmışdır.
57. Kollegiya bununla bağlı qeyd edir ki, hüququn məqsədi elə mexanizmlərin yaradılmasıdır ki, həmin mexanizmlər mülki dövrüyyənin sabitliyini təmin etsin. Bu mexanizmlər nə qədər səmərəli olarsa, bir o qədər də, mülki dövriyyənin iştirakçılarının müxtəlif maraqlarının təmin edilməsi səmərəli olar və bu da, mülki dövriyyənin sabitliyini təmin edər. Mülki dövrüyyənin sabitliyinin hüquqi tənzimlənməsi mülki sahədə qəbul edilmiş normalar vasitəsilə təmin edilir. Bu baxımdan, əhəmiyyətsiz əqd üzrə öhdəliklərin icrası ilə bağlı məhkəmə qaydasında tələbin təmin edilməsi, mülki qanunvericiliyin əqdin etibarsızlığı ilə müəyyən etdiyi halların təhrif edilməsi, mülki dövriyyənin tənzimləməsində mülki qanunvericilikdə nəzərdə tutulmamış, həmin normalarla ziddiyyət təşkil edən münasibətlərə hüquqi forma verilməsi ilə nəticələnər. Hazırkı iddia tələbinin təmin edilməsi, yəni tərəflər arasında əhəmiyyətsiz əqd üzrə alınmalı pul tələbinin təmin edilməsi, həmin əqdin etibarlı hala gətirilməsi deməkdir ki, bu da, yuxarıda qeyd edilənlər baxımından MM-nin 337.4-cü maddəsinin tələbləri ilə zidiyyət təşkil etmiş olardı.
58. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin iddia tələbinin həmin hissəsinə münasibətdə əhəmiyyətsiz əqdin nəticəsi üzrə əsassız varlanan şəxs olmasına dair mövqeyi ilə əlaqədar qeyd edir ki, MM-nin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı münahisə üzrə iddiaçı əmlakın mülkiyyətçisi deyil, mülkiyyətçinin təmsilçisi olaraq, yəni etibarnamə əsasında əldə etdiyi başqasının mülkiyyətində olan əmlakı etibarsız əqd əsasında satmışdır ki, bu zaman cavabdehin əsasız varlanması halı üçün həmin əqd üzrə əldə edilənlərin tələb edilməsi hüququ da, həmin şəxsə, yəni təmsil olunana məxsusdur, iddiaçıya deyil. Odur ki, əhəmiyyətsiz əqd üzrə əldə edilənlərlə əsassız varlanma halına istinad edərək etibarsız əqd üzrə ödənilməli olan pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
61. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 100. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Iddia tələbi təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.