Məhkəmə qərarları › İş №2(3-7)-816/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-816/2026

16.09.2026 · Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-816/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Ənnağ oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Cinayət işi başlanmasının rədd edilməsi haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, ##.##.2024-cü il tarixdə İddiaçı DIN-in 102 xidmətinə müraciət edərək, aylıq ödənişlə Cavabdeh adlı şəxsdən “Opel” markalı 77- BV-209 dövlət nömrə nişanlı avtomobil aldığını, ümumilikdə 6000 manat ödəniş etməsini, lakin aylıq ödənişdə gecikmə olduğu üçün həmin şəxsin ondan maşını alaraq başqa şəxsə satması və onun pulunu qaytarmamasını bildirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

2. BD****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BV-*** nömrə nişanlı, istehsal ili 2006-cı il olan “Opel Astra” markalı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.

3. Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2006-cı ildə istehsal olunmuş “Opel Astra” minik markalı, **- BV-*** minik markalı avtomobili X1 ##.##.2023-cü ildən ##.##.2032-ci ilədək müddətə nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir.

4. Rabitəbank ASC tərəfindən verilmiş bank kartının surətindən görünür ki, 5261 6333 3681 **** nömrəli plastik kart Rəhim Hacıyevə məxsusdur

5. eManat ödəmə terminalından verilmiş ödəmə qəbzindən görünür ki, Cavabdeh məxsus 5261 6333 3681 1311 hesaba ##.##.2023-cü il tarixdə saat 11:39 radələrində 1000 (bir min) manat pul köçürülmüşdür.

6. MilliÖn ödəmə terminalından verilmiş ödəmə qəbzindən görünür ki, Cavabdeh məxsus 5261 6333 3681 1311 hesaba ##.##.2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat pul köçürülmüşdür.

7. Ödəmə terminalından verilmiş ödəmə qəbzindən görünür ki, Cavabdeh məxsus 5261 6333 3681 1311 hesaba ##.##.2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat pul köçürülmüşdür.

8. Ödəmə terminalından verilmiş ödəmə qəbzindən görünür ki, Cavabdeh məxsus 5261 6333 3681 1311 hesaba ##.##.2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat pul köçürülmüşdür.

9. Ödəmə terminalından verilmiş ödəmə qəbzindən görünür ki, Cavabdeh məxsus 5261 6333 3681 1311 hesaba ##.##.2023-cü il tarixdə saat 20:22 radələrində 450 (dörd yüz əlli) manat pul köçürülmüşdür.

10. Ödəmə terminalından verilmiş ödəmə qəbzindən görünür ki, Cavabdeh məxsus 5261 6333 3681 1311 hesaba ##.##.2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat pul köçürülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 6500 manat pulun, habelə ödənilmiş 85 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6565 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində sürücü işlədiyi üçün və avtomobili olmadığından avtomobil almaq qərarına gəlmişdir. Həmin vaxt avtomobil alqısatqısı ilə məşğul olan tanışı hazırki iş üzrə cavabdeh olan Cavabdeh soruşduqda cavabdeh özünə məxsus “Opel” markalı avtomobili kreditlə, yəni əvvəlcədən 2000 manat, sonra isə aylıq olaraq 33 ay müddətinə hər ay 450 manat pul ödədikdən sonra avtomobili onun adına keçirdəyəcəyini bildirmişdir. O da avtomobilə çox ehtiyacı olduğu üçün cavabdehlə razılığa gəlmiş və bundan sonra cavabdehə ilkin olaraq 3.000 manat pul vermiş, daha sonra isə hər ay 450 manat cavabdehə ödənişlər etmişdir. Bundan başqa qeyd edir ki, sonuncu səfər ##.##.2024-cü il tarixdə cavabdehə 450 manat ödəniş edə bilmədiyi üçün cavabdeh onu aldadaraq 1200 manat pulu ödədikdən sonra avtomobili ona qaytaracağına söz verdiyi üçün o, avtomobili ona vermişdir. Lakin cavabdeh sonradan ona avtomobili başqa şəxsə satdığını bildirəndə, o, cavabdehə avtomobilə görə ödədiyi 6.500 manat pulu istəsə də həmin pulu ona qaytarmamışdır. O da məcbur olub DIN-in102 xidmətinə şikayət etmişdir. Ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarından göründüyü kimi cavabdeh ona ödədiyi pulları etiraf etsə də, guya ona ödədiyi pulları kirayə haqqına çıxdığını bildirmişdir. Halbuki, onların arasında həmin avtomobilin ona kirayə verilməsi barədə nə şifahi, nə də ki, yazılı razılaşma olmamış, praktikada da, “Opel” markalı avtomobilin kirayə verilməsinə rast gəlmək olmaz, özü də həmin məbləğə, bir sözlə cavabdeh ondan aldığı pulları mənimsəyərək, özünü müdafiə etmək üçün o cür izahat vermişdir. Məhz bu səbəbdən məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zaman Imanov), cavabdeh Cavabdeh 5050 (beş min əlli) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 70.5 (yetmiş manat əlli qəpik) manatın alınıb, iddiaçı Ismayılov Əziz Fərhad oğluna verilməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 1091 və 1092.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Işin faktiki halları isə ondan ibarətdir ki, tərəflər arasında 2023-cü ilin fevral ayında “Opel” markalı avtomaşının nisyə satılması ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı ilkin ödəniş kimi cavabdehə 1000 manat ödəməli, qalan 33 ay ərzində isə hər ay 450 manat olmaqla pul ödəməli idi. Bunun müqabilində cavabdeh, mülkiyyətində olan “Opel” markalı avtomaşını əvvəlcə iddiaçının istifadəsinə verməli, daha sonra isə iddiaçı borcunu tam ödədikdən sonra avtomaşını iddiaçının mülkiyyətinə keçirməli idi. Iddiaçı 2023-cü ilin mart ayında onun kart hesabına 1000 manat ilkin ödəniş etmişdir. Ona görə də avtomaşını iddiaçıya təhvil vermiş və ona avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. Iddiaçı bundan sonra avtomobili istifadə etmiş, hətta həmin avtomobillə taksi fəaliyyəti göstərib pul qazanmışdır. Iddiaçı 9 ay ödəniş etmiş, son 2 ayın ödənişini etməmişdir. Yanvar ayının 14-də isə gətirib avtomaşını cavabdehə təhvil verərək, artıq avtomobilin alınmasına marağı olmadığını bildirmişdir. Göründüyü kimi tərəflərin arasında Mülki-Məcəllənin tələblərinə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq avtomobili iddiaçıya təhvil vermiş, iddiaçı 1 ilə yaxın müddətdə həmin avtomobildən istifadə etmiş, yuxarıda qeyd edildiyi kimi avtomobildən hətta taksi kimi istifadə edib pul qazanmışdır. Belə ki, iddiaçı ##.##.2023-cü tarixindən ##.##.2024-cü ilədək "xxxx" MMC-də (maxim) sifarişləri icra etmiş, taksi kimi fəaliyyət göstərmişdir. Nəzərə almaq lazımdı ki, bu müddət ərzində avtomobildən istifadə nəticəsində avtomobil dəyərini xeyli itirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə əsassız varlanma kimi baxmışdır. Əsassız varlanma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Işin faktiki halları isə ondan ibarətdir ki, tərəflər 2023-cü ilin fevral ayında “Opel” markalı avtomaşının nisyə satılması ilə bağlı razılaşaraq müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı ilkin ödəniş kimi cavabdehə 1000 manat ödəməli, qalan 33 ay ərzində isə hər ay 450 manat olmaqla pul ödəməli idi. Bunun müqabilində cavabdeh, mülkiyyətində olan “Opel” markalı avtomaşını əvvəlcə iddiaçının istifadəsinə verməli, daha sonra isə iddiaçı borcunu tam ödədikdən sonra avtomaşını iddiaçının mülkiyyətinə keçirməli idi. Iddiaçı 2023-cü ilin mart ayında onun kart hesabına 1000 manat ilkin ödəniş etmişdir. Ona görə də avtomaşını iddiaçıya təhvil vermiş və ona avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. Iddiaçı bundan sonra həmin avtomobillə taksi fəaliyyəti göstərib pul qazanmışdır. Iddiaçı 9 ay ödəniş etmiş, son 2 ayın ödənişini etməmiş, ##.##.2024-cü ildə isə avtomaşını cavabdehə təhvil verərək, artıq avtomobilin alınmasına marağı olmadığını demişdir. Ona görə də, cavabdeh avtomaşını başqa şəxsə satmışdır.Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq avtomobili iddiaçıya təhvil vermiş, iddiaçı 1 ilə yaxın müddətdə həmin avtomobildən taksi kimi istifadə edib pul qazanmışdır. Iddiaçı ##.##.2023-cü tarixindən ##.##.2024-cü ilədək "xxxx" MMC-də (maxim) sifarişləri icra etmiş, taksi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində avtomobildən istifadə nəticəsində avtomobil dəyərini də xeyli itirmişdir. Bundan başqa iddiaçı cavabdehə 2000 manat verdiyini bildirsədə bu barədə heş bir subut təqdim etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir.

19. Iş üzrə iddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almasına baxmayaraq, o ##.##.2026-cı il saat 11-00 və ##.##.2026-cı il saat 11-20 təyin edilmiş məhkəmə iclaslarına heç bir üzürlü səbəb göstərmədən gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

40. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, 2023-cü ilin fevral ayında tərəflər arasında “Opel Astra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı, minik markalı nəqliyyat vasitəsinin nisyə qaydada satışına dair şifahi razılaşma olmuşdur. Şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə ilkin ödəniş kimi 1000 manat, qalan məbləği isə 33 ay ərzində hər ay 450 manat olmaqla ödəməli idi. Ödənişlər tam başa çatdıqdan sonra cavabdeh mülkiyyətində olan sözügedən avtomobili iddiaçının mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Iddiaçı cavabdehə məxsus bank kartına 2023-cü ilin mart ayında 1000 manat ilkin ödəniş kimi, 9 ay isə hər ay 450 manat olmaqla cəmi 5050 manat pul köçürmüşdür. Cavabdeh avtomaşını idarə etməsinə dair iddiaçıya etibarnamə vermişdir. Iddiaçı 2000 manatı nağd şəkildə cavabdehə verdiyini bildirsə də, cavabdeh iddiaçıdan nağd şəkildə 2000 manat ilkin ödəniş kimi pul almasını inkar etmişdir. Iddiaçı 9 ay ödəniş etmiş, son 2 ayın ödənişini etməmiş, ##.##.2024-cü ildə isə avtomaşını cavabdehə təhvil verərək, artıq avtomobilin alınmasına marağı olmadığını demişdir. Ona görə də, cavabdeh avtomaşını başqa şəxsə satmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq avtomobili iddiaçıya təhvil vermiş, iddiaçı 1 ilə yaxın müddətdə həmin avtomobildən taksi kimi istifadə edib pul qazanmışdır. Belə ki, iddiaçı ##.##.2023-cü tarixindən ##.##.2024-cü ilədək "xxxx" MMC-də (maxim) sifarişləri icra etmiş, taksi kimi fəaliyyət göstərmişdir. Bu işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunduğu kimi, mövcud vəziyyətdə tərəflər arasında olan şifahi razılaşma nisyə alqı-satqı pozulmuş, iddiaçı avtomaşını almağa marağı olmamış və avtomaşını özü cavabdehə qaytarmışdır.Cavabdeh isə həmin avtomaşını özgəninkiləşdirmişdir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə alqı-satqı ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına nisyə alqı-satqı ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

44. Iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

45. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

46. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

47. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

48. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

50. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız varlanma kimi qiymət verməsinə dair mövqeyi düzgün olmamışdır. Belə ki, Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur.Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Çünki əsassız varlanma - bir şəxsin heç bir hüquqi əsas və ya müqavilə olmadan başqa bir şəxsin hesabına əmlak əldə etməsi və ya qazanc qazanmasıdır. Baxılan işdə isə belə bir hal mövcud deyildir.

51. Bundan başqa, cavabdeh tərəf apellyasiya şikayətinin dəlilində bildirir ki, razılaşma iddiaçının təqsiri ucbatından pozulmuşdur. Işdə olan sənədlərdən görünür ki, həqiqətən iddiaçı 9 ay ödəniş etmiş, son 2 ayın ödənişini etməmiş, ##.##.2024-cü ildə isə avtomaşını cavabdehə təhvil verərək, artıq avtomobilin alınmasına marağı olmadığını demişdir. Ona görə də, cavabdeh avtomaşını başqa şəxsə satmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dəlili tam əsaslıdır və iddiaçı tərəfin təqdim etdiyi hər hansı sübutla inkar edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehlərin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

54. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

58. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı özünə avtomobil almaq istəmiş, 2023-cü ilin fevral ayında tərəflər arasında “Opel Astra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı, minik markalı nəqliyyat vasitəsinin nisyə qaydada satışına dair şifahi razılaşma olmuşdur. Şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə ilkin ödəniş kimi 3000 manat, qalan məbləği isə 33 ay ərzində hər ay 450 manat olmaqla ödəməli idi. Ödənişlər tam başa çatdıqdan sonra cavabdeh mülkiyyətində olan sözügedən avtomobili iddiaçının mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. Iddiaçı cavabdehə məxsus bank kartına 2023-cü ilin mart ayında 1000 manat ilkin ödəniş etmiş, 9 ay isə hər ay 450 manat olmaqla umumilikdə cəmi 5050 manat pul köçürmüşdür. Cavabdeh avtomaşını idarə etməsinə dair iddiaçıya etibarnamə vermişdir. Iddiaçı qalan 2000 manatı nağd şəkildə cavabdehə verdiyini bildirsə də, cavabdeh iddiaçıdan nağd şəkildə 2000 manat ilkin ödəniş kimi pul almasını inkar etmişdir. Bu barədə iş materiallarında heç bir sübut yoxdur. Göründüyü kimi, tərəflər arasında olan şifahi nisyə razılaşma pozulmuş, avtomaşın cavabdehə qayıtmış, sonuncu həmin avtomaşını özgəninkiləşdirmişdir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən cavabdeh tərəf narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili tərəflər arasında olan nisyə alqı-satqı müqaviləsinin iddiaçının təqsiri ücbatından pozulmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, həmin dəlillər əsaslıdır və qeyd edilən dəlillər öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsinin baxış iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, - “2023-cü ilin fevral ayında iddiaçı İddiaçı ilə onun arasında kreditlə avtomaşınin nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur. Razılaşmaya görə iddiaçı ilkin ödəniş kimi ona 1000 manat ödəməli, qalan 33 ay ərzində isə hər ay 450 manat olmaqla pul ödəməli idi. Bunun müqabilində o, mülkiyyətində olan “Opel” markalı avtomaşını əvvəlcə iddiaçının istifadəsinə verməli, daha sonra isə iddiaçı borcunu tam ödədikdən sonra avtomaşını iddiaçının mülkiyyətinə keçirməli idi. Iddiaçı 2023-cü ilin mart ayında onun kart hesabına 1000 manat ilkin ödəniş etmişdir. Ona görə də avtomaşını iddiaçıya təhvil vermiş və ona avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. Iddiaçı bundan sonra ona 9 ay ödəniş etmiş, dekabr ayının pulunu isə verə bilməmişdir. Yanvar ayının 14-də gətirib avtomaşını ona təhvil verərək “bu maşına cadu edildiyini”- bildirmişdir. Bundan sonra o, avtomaşını götürüb qüsurlu yerlərini təmir etdirmiş və sonra yenidən iddiaçıya ödənişi edərək avtomaşını almağı təklif etmişdir. Lakin iddiaçı İddiaçı avtomaşını almaqdan imtina etmişdir. Bundan sonra avtomaşına müştəri çıxmış, o yenə də Əzizə bu barədə bildirsə də Əziz ona avtomaşını satmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra o, avtomaşını satmışdır. Hesab edir ki, onun avtomaşını 11 ay Əzizdə qaldığına və avtomaşından istifadə etdiyinə görə Əzizin ona ödədiyi pulu geri tələb etmək hüququ yoxdur. Həmçinin qeyd edir ki, Əzizlə aralarında olan razılaşmaya görə İddiaçı 2 ay avtomaşının aylıq kredit ödənişini gecikdirərsə avtomaşını ondan almaqla onun ödədiyi pullar batacaqdır”. Məhkəmə kollegiyası bu istiqamətdə araşdırma aparmaqla müəyyən etmişdir ki, tərəflər arasında şifahi razılaşmaya əsasən nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Iddiaçı cavabdehin kart hesabına 1000 manat ödəmişdir. Iddiaçı bundan sonra cavabdehə 9 ay cəmi 4050 manat ödəniş etmiş, dekabr ayının pulunu isə verə bilməmişdir. 2024-cü ilin yanvar ayının 14-də avtomaşını cavabdehə təhvil verərək “bu maşına cadu edildiyini”-bildirmişdir. Bundan sonra cavabdeh, avtomaşını götürüb qüsurlu yerlərini təmir etdirmiş və sonra yenidən iddiaçıya ödənişi edərək avtomaşını almağı təklif etmişdir. Lakin iddiaçı İddiaçı avtomaşını almaqdan qəti imtina etmişdir. Sonra avtomaşına müştəri çıxmış, cavabdeh yenə də Əzizə bu barədə bildirsə də Əziz ona avtomaşını satmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra cavabdeh, avtomaşını satmışdır. Göründüyü kimi, avtomaşın 11 ay iddiaçı İddiaçı qalmış, həmin avtomaşından taksi kimi istifadə etmişdir. Bu işin mübahisəsiz halıdır və hər iki tərəfin izahatları ilə təsdiq olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır, həqiqəti əks etdirir və məhkəmə kollegiyasının araşdırılması ilə təsdiq olunur.

59. Beləliklə, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş apellyasiya şikayətini, işdə olan sənədləri təhlil edilməklə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

60. Azərbaycan Respublikasının MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

61. Azərbaycan Respublikasının MPM-in 119.1.-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.2, 385.1.2, 385.1.4, 388, 392, 393, 402.1, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə çıxarılsın.

Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar