Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2940/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-***)- ***/**** saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardaddan iddiaçı İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının Türkiyə Respublikasının vətəndaşı olan cavabdehə qarşı verdiyi “pul tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026cı il tarixli qərardadla iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehin ünvanı ünvan 2ə ya sonuncu yaşayış yerini təsdiq edən sübut iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmadığından onun yaşayış yerinin müəyyən edilməsi mümkün olmamış, belə olan halda isə işin ərazi aidiyyətinin Səbail Rayon Məhkəməsinə aid olması müəyyən edilməmişdir. Bundan başqa iddia ərizəsində iddiaçı cavabdeh barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulmuş digər məlumatları (iş yeri, telefon nömrələrini, elektron ünvanını və s.) göstərməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilərək işə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin cavabdehin yaşayış və ya sonuncu yaşayış yerini təsdiq edən sübutun təqdim edilməməsi və bu səbəbdən işin ərazi aidiyyətinin müəyyən edilməsinin mümkün olmaması barədə gəldiyi nəticə düzgün deyildir. Türkiyə Respublikasının vətəndaşı olan cavabdehin Azərbaycan Respublikasındakı sonuncu müvəqqəti qeydiyyat ünvanı ünvan 1 olmuşdur və bu hal Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ##.##.2026-cı il tarixli arayışında öz əksini tapmışdır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdə olan və iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ##.##.2026-cı il tarixli, **/****/di nömrəli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, ##.##.1977-ci il təvəllüdlü olan hazırkı iş üzrə cavabdeh sonuncu dəfə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər (maddə 36.1.). Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (maddə 152.1.3.). Göstərilənlərdən müəyyən olunur ki, iddiaçı qeyd edilən iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Rayon Məhkəmə həmin iddia ərizəsini qaytarmaqda səhv və MPM-in tələblərinə uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Rayon Məhkəməsinin iddia ərizəsində cavabdeh barədə MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş digər məlumatların göstərilməməsinə istinad etməsi də özlüyündə hazırkı qərardadla gəlinmiş nəticəni əsaslandırmır. Çünki apellyasiya baxışının predmeti olan qərardadla iddia ərizəsinin geri qaytarılmasının əsasını işin ərazi aidiyyətinin müəyyən edilməsinin mümkün olmaması təşkil etmiş, bu nəticə isə cavabdehin yaşayış və ya sonuncu yaşayış yerini təsdiq edən məlumatın mövcud olmaması ilə əlaqələndirilmişdir. Halbuki apellyasiya baxışı zamanı təqdim edilmiş rəsmi sənəd cavabdehin sonuncu qeydiyyat ünvanının müəyyən edilməsinə imkan verir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardad ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2940/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2940/2026
17.07.2026 · Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver