Məhkəmə qərarları › İş №2(3-7)-819/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-819/2026

22.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Gәncә şәhәri İş № 2(3-7)-819/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Muradov Rәhman Şaban oğlu (sәdrlik edәn vә mәruzәçi), Qәhrәmanov Əkrәm Sabir oğlu vә X1 ibarәt tәrkibdә, Iddiaçı İddiaçı cavabdehlәr Gәncә şәhәr * saylı notariat ofisi vә Gәncә şәhәri üzrә Icra Idarәsinә qarşı icra qeydinin lәğv edilmәsi tәlәbinә dair iş üzrә Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Gәncә Apellyasiya Mәhkәmәsinin binasında, yazılı icraat qaydasında baxaraq, mәhkәmә kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli (hakim Ə.Mәmmәdov) qәrardadı ilә iddiaçı İddiaçı cavabdehlәr Gәncә şәhәr * saylı notariat ofisinә vә Gәncә şәhәri üzrә Icra Idarәsinә qarşı icra qeydinin lәğv edilmәsi tәlәbinә dair iddia әrizәsinin mәhkәmәnin icraatına qәbul edilmәsindәn imtina edilmәsi qәrara alınmışdır. Iddiaçı İddiaçı qәrardaddan şikayәt verәrәk lәğv olunmasını vә әrizәyә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, hazırki iddia tәlәbinin predmeti ipoteka predmeti olan ünvan 1 ünvanında yerlәşәn 0,0282 ha torpaq sahәsi vә hәmin torpaq sahәsindә yerlәşәn ümumi sahәsi 70,4 kv.m olan fәrdi yaşayış evini bazar vә likvid dәyәrindәndir. Hansı ki, mәhkәmәnin hazırlıq iclasında o, iddia tәlәbinin dәqiqlәşdirilmsәi barәdә әrizә ilә çıxış edәrәk, mәhkәmәyә aid olmayan tәlәbi tam dәqiqlәşdirә bilәrdi. Lakin qeyd olunan qәrardadla bu hüquq onun әlindәn alınmışdır. Gәncә Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәyәrәk, işlә birlikdә baxılması üçün Gәncә Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә hәrtәrәfli, tam, obyektiv vә qәrәzsiz araşdırıb, toplanmış sübutlara mәcmu halında hüquqi qiymәt verәrәk hesab edir ki, şikayәt tәmin edilmәmәlidir. Kollegiya ilkin olaraq qeyd edir ki, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 4.1. maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 5.1. maddәsindә göstәrilmişdir ki, hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә әsasәn, apelyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Azәrbaycan Respublikası Konstitusiyasının 26-cı maddәsinә әsasәn, hәr kәsin qanunla qadağan olunmayan üsul vә vasitәlәrlә öz hüquqlarını vә azadlıqlarını müdafiә etmәk hüququ vardır. Azәrbaycan Respublikası Konstitusiyanın 60-cı maddәsindә deyilir ki, hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2.4-cü maddәsinә görә eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair başqa mәhkәmәnin icraatında iş olarsa, hakim iddianın yolverilmәzliyinә görә iddia әrizәsini qәbul etmәkdәn imtina edir. Hәmin Mәcәllәnin 153.5-ci maddәsinә görә әrizәni qәbul etmәkdәn imtina edilmәsi әrizәçiyә hәmin cavabdehә qarşı, hәmin predmet barәsindә vә hәmin әsaslarla yeni iddia qaldırmağa mane olur. Hәmin Mәcәllәnin 153.2.1. maddәsinә әsasәn әrizәyә mәhkәmә qaydasında vә ya mülki mәhkәmә icraatı qaydasında baxılmalı deyilsә hakim iddia әrizәsini qәbul etmәkdәn imtina edir. Hәmin Mәcәllәnin 152.3. maddәsinә әsasәn iddia әrizәsinin qaytarılması haqqında qәrardaddan şikayәt verilә bilәr. Qәrardad lәğv edildikdә, iddia әrizәsi mәhkәmәyә müraciәt edildiyi gündәn verilmiş hesab edilir. Gәncә şәhәr Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn görünür ki, iddiaçı İddiaçı cavabdeh Gәncә Şәhәr * saylı Notariat Kontoruna qarşı icra qeydinin lәğvi tәlәbinә dair iddiası әsassız olduğundan tәmin edilmәmişdir. Bundan әlavә işdә olan Gәncә şәhәr Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrәli qәrardadından müәyyәn olunur ki, iddiaçı İddiaçı cavabdeh Gәncә Şәhәr * saylı Notariat Ofisinә qarşı ## ###### 2023-cü il tarixli *İ-****** saylı icra qeydinin lәğvinә dair iddia әrizәsi üzrә mülki işin icraatına Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 261.0.2. maddәsinә әsasәn xitam verilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2. maddәsindә qeyd olunmuşdur ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa; Mәhkәmә kollegiyası yuxarıda göstәrilәnlәr әsasәn hesab edir ki, iddia әrizәsinin qәbul edilmәsindәn iddianın yolverilmәzliyinә görә imtina edilmәsi barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslı olmuşdur. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 397.2. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Hәmin Mәcәllәnin 398.0.1. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququ vardır. Hәmin Mәcәllәnin 402.2. maddәsindә apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının hansı növ qәrardadlarından şikayәt verilmәsi göstәrilmişdir. Hazırkı qәrardaddan kassasiya şikayәtinin verilmәsi hәmin maddәdә nәzәrdә tutulmur. Qeyd olunanlar әsasәn mәhkәmә kollegiyası hesab edir ki, şikаyәt әsassız olduğundan tәmin edilmәmәli, Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası qeyd edir ki, apellyasiya instansiya mәhkәmәsinin qәrardadlarından kassasiya şikayәti verilә bilәn qәrardadların dairәsi mülki prosessual qanunvericilikdә müәyyәnlәşdirilmişdir (maddә 402.2.). Hazırki iş üzrә çıxarılan qәrardaddan kassasiya şikayәtinin verilmәsi hәmin maddәdә nәzәdә tutulmamışdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 152- 153, 263, 264, 372, 373, 398 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar