Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-84/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh2, Məmmədova İlhamə Rəşid qızına və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzilin boşaldılması və təhvil verilməsi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh5,Məmmədova İlhamə Rəşid qızına, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı "mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə uyğun olaraq, cavabdeh3 və X6 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 230,9 kv.m yaşayış sahəsi 50,4 kv.m yardımçı sahəsi 180,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evi ##.##.2022-ci il tarixli **/** saylı hərracın yekunları barədə protokola və ##.##.2022-ci il tarixli h rracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, hərrac vasitəsi ilə satılmışdır.
2. Alqı-satqı nəticəsində, əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq ##.##.2022-ci il tarixdə Daşınmaz Əmlakı Dövlət reyestrində qeydə alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı ASC (bundan sonra – Bank) cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh2, Məmmədova İlhamə Rəşid qızına və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2, Məmmədova İlhamə Rəşid qızı, X3, cavabdeh5 və digərlərinin ünvan 1 ünvanında ümumi sahəsi 230,9 kv.m, yaşayış sahəsi 50,4 kv.m yardımçı sahəsi 180,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarna xitam verilməsi; cavabdehlər cavabdeh3, Məmm dova Xəyalə Ramiz qizı, Məmmadova İlhamə Rəşid qızı, X4, cavabdeh5 və digərlərinin ünvan 1 ünvanında ümumi sahəsi 230,9 kv.m yaşayış sahəsi 50,4 kv.m yardımçı sahəsi 180.5 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçı İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Bankın mülkiyyətində olan mübahisəli evdə cavabdehlərin qeydiyyatda olması Bankın hüquqlarını pozur, əmlakdan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır.
5. Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh2, Məmmədova İlhamə Rəşid qızı və cavabdeh1 ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi mövqeyi mülkiyyət münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə əsaslandırmış və ona istinad etmişdir ki, iş üzrə sübutlarla təsdiqini tapmışdır ki, cavabdehlər İddiaçı ASC qarşısında götürdükləri öhdəlikləri tam yerinə yetirməmiş, sonuncuya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək iddiaçı təşkilatın qənaətinə görə cavabdehlər yaşayış sahəsindən çıxmamışlar.
7. Məhkəmə qeyd etmişdir ki, ipotekaya qoyulmuş mənzil satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuş, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş vermiş və ən əsası cavabdehlər evdən istifadə hüququnu itirmişlər. Bu səbəbdən də, iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia təmin edilməsi qənaətinə gəlir.
8. Buna baxmayaraq, məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərin artıq həmin evdən istifadə hüquqları olmadığından bu evdən onların istifadə hüquqlarına xitam verilə bilməz. Ona görə həmin hissədə iddia rəddd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4, 178.1, 205.2, 228.2-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclası iştirakı olmadan keçirilmişdir. Məhkəmə çəkişmə prinsipi əsasında həyata keçirilir, hesab etmişdir ki, onun həmin hüququ pozulmuşdur. O, pulun ödənilməsinə çox əziyyət çəkmiş və hazırda, maddi imkanı çox aşağıdır. Qeyd etmişdir ki, devalvasiya zamanı 2.200 manat onun pulu verilməmişdir, məhkəmə zamanı məbləğin üzərindən çıxarılmamışdır. Həmçinin hərrac zamanı qanunsuzluq olmuş, hərrac keçirilən zaman məlumatı olmamışdır, bütün xərcləri isə onun üzərinə qeyd etmişdirlər. Hazırda, hərracın alqı-satqısı mübahisələndirilmişdir. Evə qiymət qanunsuz olaraq, özbaşına qoyulmuşdur, evin qiyməti o məbləğdə deyildir. Depozitə isə cəmi 10.000 manat civarında qoyulmuşdur. Həmin 2.200 manat pulu bankdan tələb etdikdə , onu da əlavə faizlərə tutulduğu qeyd edilmişdir. Hansı ki həmin mübahisə ilə bağlı cənab Prezidentimiz sərəncam imzalamışdır ki, devalvasiya ilə bağlı əlavə ödənilmiş ödənişlər vətəndaşlara geri qaytarılsın. Evə 70000 manat qiymət qoyulmuşdur, 2 dəfə hərracdan sonra evin qiyməti 40000 manat düşürülmüşdür. 4000 manat isə sonradan 28000 manat olmuş və hazırda, 28000 manat məbləğində aktiv kredit vardır. Məhkəmə qərarı olarkən, məbləğ 28000 manatdır. Bank həm faiz tutur, həm aktiv kredit yazır və evi əlindən alır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak təmin edilməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. İşə məhkəmə iclasında baxılarkən iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi və bildirmişdir ki, qarşı tərəf müddət qazanmaq niyyəti ilə, təyin olunan proseslərdə iştirakını təmin etmir, tələbinin təmin edilməsi barədə qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh isə iddianın tamamilə rədd edilməsini xahiş etdiyindən qətnamə təmin olunan hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materialları ilə müəyyən olunur ki, mübahisəli yaşayış sahəsi ipoteka predmeti olmuş, borc öhdəliklərinin icra edilməməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac yolu ilə satılmışdır.
23. Həmçinin, iş materiallarının təhlili göstərir ki, hərracın nəticələrinə əsasən, bağlanmış alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlak üzərində mülkiyyət hüququ banka keçmiş və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ qanunla qorunur və həmin hüquq qüvvədə olduğu müddətdə digər şəxslərin bu əmlak üzərində hər hansı istifadə və ya sahibliyinin davam etməsi üçün hüquqi əsas mövcud deyildir.
25. Bu səbəbdən məhkəmə kollegiyasının mövqeyinə əsasən, cavabdeh tərəfin hərracın keçirilmə prosedurunun düzgün olmaması məzmununda olan apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, irəli sürülən dəlillər cavabdeh tərəfin mübahisəli mənzildə qalmasına əsaslar yaratmır və birinci instansiya məhkəməsinin onların mənzildən çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə gəldiyi nəticə düzgün olmuşdur.
26. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, apellyatorun şikayətində irəli sürülən arqumentlərin iş üzrə müəyyən edilmiş halları və mövcud hüquqi vəziyyəti təkzib etmədiyindən, həmin şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
27. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə tələb də irəli sürülmüşdür. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq, həmin tələbi təmin etməmişdir.
28. Belə ki, iş materiallarından müəyyən edilir ki, mübahisəli əmlak üzərində cavabdehlərin istifadə hüququ artıq qanun əsasında xitam olunmuşdur. Əmlakın ipoteka predmeti kimi hərracda satılması və mülkiyyət hüququnun yeni sahibə keçməsi ilə cavabdehlərin həmin yaşayış sahəsindən istifadə üçün hüquqi əsasları aradan qalxmışdır. Bu səbəbdən, istifadə hüququna ayrıca xitam verilməsi barədə tələb hüquqi əhəmiyyət kəsb etmir və mahiyyət etibarilə artıq mövcud olmayan bir hüquqa münasibətdə irəli sürülmüşdür.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün maddi və prosessual əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.