Məhkəmə qərarları › İş №2(3-7)-840/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-840/2026

30.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-840/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Ilk iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 33.000 manat pulun və 189,40 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən “Kür” restoranının həyətində olan 0.13 ha torpaq sahəsinə çıxarış alaraq notariat qaydada onun adına alqısatqı etməsi və onun əvəzindən binanın sənədinə ödədiyi 19.350 manat pulu qaytarması, torpaq sahəsinə dair çıxarış alaraq onu adına alqı-satqı edə bilməzsə, onda ümumilikdə 79.350 manat pulun və ödənilmiş 328.05 manat pulun, ümumilikdə 79.678 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il qətnaməsi ilə (hakim Nemət Musayev) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edilməsi, Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanan alq-satqı müqaviləsi daşınmaz əmlakla bağlı olduğu üçün həmin maddi normaların tələblərinə ziddir. Lakin, məhkəmə nəzəzrə almamışdır ki, tərəflər aralarında razılaşan zaman alqı-satqı predmeti olan əmlak daşınmaz əmlak kimi qeydiyyatdan keçmədiyinən bu müqavilə notarial qaydada bağlana bilməzdi. Amma tərəflər aralarında qiymətlə razılaşmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri, yəni obyektin sənədlərini qaydaya salmış, obyekti cavabdehin mülkiyyətinə keçirmiş, lakin cavabdeh öz öhdəliklərini yəni aralarında olan razılşma əsasında ödənilməli olan pulu tam ödəməmişdi, bununla da həmin maddi normaların tələblərini pozmuşdu. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Qazax rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının, ilkin iddiasının rədd edilməsi hissəsi qüvvədə saxlanılması, onun qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçı İddiaçı torpaq sahəsinə görə ödənilmiş 60.000(altımış min) manat, etibarımdan sui-istifadə edərək aldatma yolu ilə əldə etdiyi 19.350 (on doqquz min üç yüz əlli) manat məbləğində pulu, birinci instansiya məhkməsinə ödədiyi 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunu və apellyasiya şikayəti üçün ödədiyim 164 (bir yüz altımış dörd) manat məbləğində pulu, ümumilikdə 79.842(yetmiş doqquz min, səkkiz yüz qırx iki) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətinin mahiyyətini düzgün müəyyən etməmişdir. Iş materialları, tərəflərin izahatları, şahid ifadələri, təqdim edilmiş müqavilələr və səs yazıları ilə müəyyən olunur ki, tərəflər arasında sadə borc müqaviləsi deyil, daşınmaz əmlakın alqı-satqı və həmin əmlakın cavabdehin (ilk iddia üzrə cavabdehin) adına rəsmiləşdirməsi ilə bağlı öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə 1) Onların aralarında 130.000 manat məbləğində bina və 13 ha torpaq sahəsinin alqı-satqısına dair razılaşmanın mövcud olmasını; 2) Torpaq sahəsinin və binanın cavabdehin adına rəsmiləşdirilməsi öhdəliyinin iddiaçının üzərində olmasını; 3) Sənədlərin rəsmiləşdirilməsi xərclərinin iddiaçı tərəfindən çəkilməli olduğunu; 4) Cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda ümumilikdə 149.350 manat məbləğində pul verilməsini; 5) Həmin ödənişlərin hansı məqsədlə verilməsini; 6) Iddiaçının öz şahidlərinin cavabdehin mövqeyini təsdiq etmələrini; 7) Səs yazısında iddiaçının pul almasını etiraf etməsini; 8) Iddiaçının təqdim etdiyi məbləğlərin bir-biri ilə ziddiyət təşkil etməsini. Məhkəmə həmçinin onun təqdim etdiyi vəsatətə münasibət bildirməmiş və səs yazısını tam araşdırmamış və sübutların bir qisminə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, həmin hallar iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bu hallar tam və obyektiv araşdırılmış olsaydı, məhkəmə tərəflər arasında borc münasibətinin deyil, alqısatqı və öhdəlik münsaibətlərinin mövcüd olduğunu qənaitinə gələrdi. Buna baxmayaraq məhkəmə işin faktiki hallarını tam müəyyən etmədən, sübutları tam araşdırmadan və onlara düzgün, hüquqi qiymət vermədən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Vəkil işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Iş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində 4200778002 VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 24.2-cü maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. Iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar